97
arpadan hazırlanan dərmanlar vasitəsilə 24 növ xəstəliyin müalicə
olunduğunu yazmışdır.
Ö.Xəyyam «Novruznamə» əsərində Mehrikan və Sədə bay-
ramları haqqında da gərəkli məlumatlar vermişdir. «Novruzna-
mə»də mehr ayının özəlliklərindən söhbət açılır. Göstərilir ki, bu
ay adamların mehribanlıq simvolu kimi mehr adlandırılmışdır. Bu
ayda hər kəs əldə etdiyi, qazandığı məhsullardan qohum-qonşuya
pay verir. Bir çox müəlliflər kimi, Xəyyam da mehr sözünü
mehribanlıq, ülfət, ünsiyyət çalarlarında işlənməsi ilə razılaşmışdır.
Bu sözün və bayramın mahiyyətində deyilən müsbət keyfiyyətlər
vardır.
Ö.Xəyyam, Azər və Sədə bayramları haqqında da söhbət
açmışdır. Novruz təqviminin mükəmməl yaradıcısı, «Novruznamə»
kimi sanballı əsərin müəllifinin Mehrikan, Sədə və Azər bayramları
barədə eyni bir əsərdə ardıcıllıqla məlumat verməsi təsadüfi
deyildir. Bu bayramlar və təbii ünsürlər Novruz sisteminin tərkib
hissəsi olduğunu ruhən duymuş Xəyyam bunların hamısını bir
araşdırmanın mövzusuna çevirmişdir. Sədə-od bayramıdır. Azər də
od bayramı olubdur. Azər bayramı Novruz təqviminin 9-cu ayı olan
Azər ayının 9-da qeyd edilirmiş. Azər və Sədə (od) bayramları da
mənşəcə Zərdüşt inancı ilə əlaqələndirilir. Azər sözünün kökündə
od, alov mənasının dayandığı vurğulanır. Azər zərdüştlikdə yəzdə-
lərdən birinin adıdır. Azər Ahuraməzdanın oğlu kimı də tanın-
mışdır.
Ö.Xəyyam da Azər sözünün mənşəyində od mənasının dur-
duğunu yazır. Havalar soyuyur, oda-ocağa ciddi ehtiyac duyulur.
Elə bu zərurətdən həmin aya Azər (od) ayı deyilib. Şəmsi-qəməri
təqvimində ilin 9-cu ayı Azər adlandırılır. Soyuq və şaxtalı qışı
qarşılamaq üçün od yandırılmış və şənliklər keçirilmişdir. Ə.Biruni
də Azər bayramının qışın əvvəlində keçirildiyini həmin gün evlərdə
tonqal qalandığını yazır. Mənbələrdə göstərilir ki, Azər qış, Sədə
Novruz ərəfəsində (1-ci çərşənbədə) bayram edilmişdir. Bu
98
bayramlardan birincisi qışı qarşılamağa hazırlıq, digəri qışın yola
salınmasının təntənəsi idi. Ə.Birunin yazdığına görə, Sədə bayramı
şəmsi-qəməri təqviminin 10-cu ayı olan bəhmən ayının 10-da
keçirilmişdir. Ə.Biruninin digər məlumatı Novruz sisteminin dəqiq-
liyini bir daha təsdiqləyir. Onun yazdığına görə, Sədə bayramı
kiçik çillənin girməsi ilə əlaqədar olmuşdur. Novruz sistemini
özündə qoruyub saxlamış «Avesta» təqvimində də beş aylıq qış
fəslindən sonra Sədə bayramı qeyd edilmişdir. Azər bayramının
birinci, Sədə bayramının ikinci od bayramı olduğuna heç kəsdə
şübhə yeri qalmır. Insanların ildə iki dəfə od bayramı keçirmələri
də odun insan və təbiətin inkişafına verdiyi əvəzsiz stimuldan irəli
gəlirdi. Soyuq qışdan qurtulmaq üçün də, əkin-biçin, məhsul
yetişdirməkdən ötrü də od (günəş) enerji mənbəyidir.
Xalqın milli mənlik şüurunun formalaşmasında mühüm və
dominant bir rol oynayan Novruz bədii ədəbiyyatın da əsas möv-
zusu olmuşdur. Novruz ədəbi-bədii mövzu kimi qədim olsa da,
bütün zamanlar üçün yeni və aktual qəbul edilibdir.
Qətran Təbrizi (1012-1088) «Divan»ın «Əbülhica Mənuçehr
İbn Əmir Əsəll Əbumənsur Vəhsudanın mədhi» hissəsində yazın
gəlişini və Novruzu təsvir edibdir:
«Elə ki, günəş yüksəldi, günlər uzandı.
(Yəni qış çıxdı, bahar gəldi),
Aşiqlərin gözəllərə məhəbbəti daha da artdı.
Külək hər zaman yerdən havaya müşk saçır.
Bulud hər saat göydən yerə dürr yağdırır....
Bəhmənin köç etməsi ilə yaşıllıqlar onun əlindən xilas oldu.
Badamın gülləri bağı qiymətli dürlərlə doldurdu.
...Hər yer bahar buludundan
Rum zərxarası kimi rəngarəng oldu.
Göl səba yelindən Çin zirehi kimi dalğalandı....
Göl bənövşədən göy bez kimi oldu,
99
Hər zaman ona (bənövşəyə) göy bezdən (səmadan) su yağır.
Novruz yelinin bənövşələr üzərinə saçdığı şükufələr,
Göy ipək üzərinə səpilmiş qiymətli dürr dənələrinə bənzəyir»
(7, 39).
«Divanda» bir çox mədhiyyələr baharın gəlişinin təsviri ilə
başlanır. Bu təsvirlər zaman və mövsümlə bağlı olmaqla yanaşı,
birbaşa yazıçı ovqatı və mədh edilən şəxsə olan hörmət, ehtiramla
da əlaqədardır. «Divan»ın «Əbunəşr Səd ibn Mehdinin mədhi»ndə
deyilir:
«Günəş həməl bürcündə çıraq yandıran kimi,
(Qış ötüb, yaz gəldi)
Bağı və çəməni lalə şamla və çıraqla doldurdu.
Qara qarğa sanki div, bülbül isə dua oxuyandır,
Onun səsi gələn kimi qara qarğa bağı qoyub qaçdı.
Qarğa gülzarı tamam qoyub qaçdı....
Bağdan keçdikdə çiçəyin rəngindən və ətrindən,
Gözlər işıqlanır, beyinlər ətirlənir» (7, 174).
Q.Təbrizi qara qarğa dedikdə qışı, bülbül dedikdə yazı nəzərdə
tutmuşdur.
Q.Təbrizi «Divan»ında planet və ulduzların hərəkətindən,
bürclərdən məqamı düşdükcə dəfələrlə söhbət açmışdır.
«Əbülxəlil Cəfərin mədhi»ndə yazır: «Ölkəyə bir həftədə iki
yaz birdən gəldi. Əslində hər ikisi fərəhli, şən və qələbəlidir. Biri
günəşin həməl (quzu) bürcünə girməsidir. (Baharın birinci ayında
günəş həməl bürcünə gəlib çıxır) Biri də şahın ölkəyə qayıdıb
gəlməsidir» (7. 194).
Q.Təbrizi bütün «Divan» boyu fərvərdin ayını (Novruzu) təbiət
hadisəsi kimi alqışlamışdır:
100
«Fərvərdin ayının təntənəsindən dünya behişt bağı kimi oldu.
...Bu ömrü artıran Novruzda qırmızı badə içib şənlən,
Həmişə günün mübarək, bayramın şirin olsun!
...Günəş həməl (quzu) bürcünə gələndə,
Yer üzü gülər, zəmanə sevinər.
Ölkədə o günəşdən sevinc törənər,
Nisanda (apreldə) o günəşdən lalə baş qaldırar»
(7, 240-241-243).
Nizami Gəncəvinin yaradıcılığında Novruz sistemi xüsusi bir
yer tutur. Mütəfəkkir şair Novruza adi bayram mərasimi kimi
yanaşmamış, əksinə Novruz maddi-mənəvi dəyərlər toplusu kimi
qiymətləndirilibdir. N.Gəncəvi Novruza kainat və cəmiyyət qanun-
larının əyani ifadə forması kimi baxmışdır. Dahi mütəfəkkirin
düşüncəsinə görə, bütün aləmin-kainat və planetin yaradıcısı və
ifadəçisi bir olan Allahdır. «Günəşli və aylı bir aləmi verən, Bu
yeri, bu göyü odur saxlayan», – deyən Nizami, Novruz qayda-qa-
nunlarının da yaradıcısının Allah olduğunu dönə-dönə «Xəmsə»də
vurğulamışdır:
Altı yaxa açdı tərəflərə o,
Dörd gövhər bəxş etdi qara yerə o (5, 23).
Şairin qeyd etdiyi altı və dörd rəqəmləri sadəcə rəqəmlər
deyildir. Altı yaxa-altı cəhətə-ön, arxa, sağ, sol, aşağı, yuxarı, dörd
gövhər-dörd ünsürə – od, su, torpaq və havaya işarədir. Nizamiyə
görə, altı cəhəti olan bu dünyanı Allah dörd ünsürdən yaradıbdır.
Nizami dərin və zəngin biliyə, geniş müşahidəyə malik mütə-
fəkkir bir şəxsiyyət olubdur. «Xəmsə»yə nəzər yetirdikdə dedik-
lərimizin əyani şahidi oluruq. «Xəmsə»yə daxil olan əsərlərdən
aydın görünür ki, Nizami nücum elminə, onun əhatə etdiyi sahəyə,
öyrəndiyi səma cisimlərinə kifayət qədər bələd olmuş, onların hal-
Dostları ilə paylaş: |