440
F
Fikrim seyvanda zirə döyür - Fikrim ayrı yerdərir.
G
Gah olursan tirmə qurşaq, gah olursan kəndir qurşaq - Gah
gözəl, gah da pinti, səliqəsiz geyinirsən.
Get qoturunu yanda qartda - Xata-bəlanı məndən uzaq et.
Gəndi başına - Öz başına.
Gəndi vəzifəm - Öz vəzifəm.
Göbəyi üstündə qoz sındırmaq - Əzab vermək, incitmək
mənasında deyilir.
Göynüyə gedir - Yalan danışır, faktları təhrif edir.
Gön tullamaq - Ölmək.
Görax xamır sudan nə götürür - Görək bu işin nəticəsi nə
olur.
Götür əzizimi, gətir əzizimi - Ölünü vaxtında dəfn edib,
yemək gətirin-mənasında deyilir.
Gurultuya getdi - 1. Dolaşdırdılar.
2.Fitnə-fəsad düzəldib vəzifədən çıxardılar.
3. Fitnəyə uydu, “tələyə” düşdü.
Güllükləri suliyir - Varlı yerləri gəzir.
Gülü tavax oldu - Gülü (gönçəsi) tavax kimi açıldı, çox şad-
xürrəm oldu.
H
Happadan gup - Dura-durmaz, birdən, gözlənilmədən.
Hava sınıtdı - Hava isinir.
Hamınız bir bezin qırağısoz - Hamınız eyni xasiyyətlisiniz.
Ham-hamı, kor mamı - Bivec, xeyirsiz adam.
Hələ köbəyinə gün düşmiyitdi - Tənbəl, yuxudan gec duran
adam haqqında deyilən ifadə.
Həm ayıfdı, həm hayıf - Məsələn, qızı öz qohumlarına
vermək ayıbdı, özgəyə vermək isə hayıfdı.
Hüydü-hüydüyə götürmax - Utandırmaq, kimisə səs-küyə salmaq.
441
X
Xalçasını suyə çəkir - Özünü təmizə çıxarır.
Xaşıl diş sındırmaz - Yumşaq xasiyyətli adam.
Xıniyə gedir - Ləngdir, qətiyyən tələsmir.
İ
İynə-qamış cin baldır - Ayaqları nazik, arıx və cılız adam.
İynə yiyən itə dönütdü - Arıxlayıb əldən düşüb.
İkiüzlü sac əppəyidi - İkiüzlü, dönükdür.
İspanax arıtdiyir - Qeyri-səmimilik, haqsızlıq və yaltaqlıq
edərək kimə isə tərəfdar çıxır.
İt əyağı yimax - Büdrəmək, yıxılmaq, işi baş tutmamaq
mənasında deyilir.
İt hürər özünə qurd gətirər - Danışığına məhəl qoymadığına
görə ziyan çəkən adama işarədir.
İşi dağ elamax - Məsələni həll etmək, işi axıra çatdırmaq.
İşi burmax - İşi pozmaq, düzələsi işə maneçilik törətmək.
İşin becittənməsi - İşin axıra çatdırılması, tamamlanması.
K
Keçi su bulandırdı - Nahaq, əsassız bəhanə axtaranlara belə
deyilir.
Keçiyə Kəraməddin ağa diyir - Ləyaqətsiz adamlara pərəstiş
edir, yaltaqlanır.
Kefi doxsan doqquzdu - Şadyanalıq edir, xoş-haldır.
Körpünü sən qurdun, mən də keçdim - Nifaqı, düşmənçiliyi
sən saldın, mən də cavab verdim.
Kor pişik - Laqeyd, qədirbilməz.
Kötük üstə çox çırpı doğranar - Yaşlarının çoxluğuna, əldən-
ayaqdan düşmələrinə görə tutulan iradlara və istehzalara qoca
adamlar giley-güzarla belə cavab verirlər.
Köör atı, vur tatı - Ürəyin nə istəyirsə, et.
Köykür kavaf olmaq - Bərk qəribsəmək, kiməsə bərk
darıxmaq.
442
Künt getdi - 1. Təndirə yapılan çörəyin bişməmiş yarımçıq
qopub düşən hissəsinə - “künt getdi” deyirlər.
2. Başladığı işi axıra çatdıra bilməyən haqqında “onun işi
künt getdi” deyirlər.
Kürkünə bit düşdü - Narahatdır, qorxur.
Kürt yatır (o kürt yatır) - Evdən, kabinetdən çölə çıxmayan,
təşəbbüssüz, əfəl adamlar haqqında belə deyilir.
Q
Qabağıma kötük tulladı - Düzələşi işi pozdu, əsassız
bəhanələrlə işin düzəlməyinə mane oldu.
Qazandığı darıdı, tökdüyü səbət - Qazancı görünmür,
bədxərcdir.
Qayım-qədim olutdular - Çox mehriban, yaxın olublar.
Qayğılı Əhməd - Qayğıkeş, həssas adamlara belə deyilir.
Qatıx yeridi - Əhvallı, maddi cəhətdən təmin olunmuş
ailələrə işarədir. (“Ayran tökülər nəyi qalar, qatıx tökülər yeri
qalar” atalar sözünün izi burada görünür).
Qatıxlı aş yiyəndə ağzım elə yanıtdı ki, suyu üfürə-üfürə
içirəm və ya dovğada ağzım elə yanıtdı ki, qatıxlı aşı üfürə-üfürə
yiyirəm - Xeyirxahlığımın müqabilində o qədər pislik görmüşəm
ki, indi hamıya şübhə ilə, ehtiyatla yanaşıram.
Kömçəynən verib, qaşıqla alma - Az-az verib, çox istəmə.
Kömçədən qaşıx böyük olutdu - Kiçiklər özlərini böyüklər-
dən yüksəkdə görür, yəni kiçiklər böyükləri saymırlar.
Qətərbaşı adamdır - Arif, aldanmayan, hər şeydən başı çıxan
adamdır.
Qudulalı
*
baxan daniyə oxşiyir - Zəif və arıx adamlara belə
deyilir.
Qum bişirir - Qorxuya düşüb, bərk narahatdır.
Qurd eşənəyi - Hər işə qarışan adam.
Qız ərmiro eliyir - Qız ərə getmək istəyir, həmişə ərə
getməkdən danışır.
_______________
* Qudula Şəki rayonunun kəndidir.
443
Qız verib sümüyümüzü bir-birinə caliyax - Qız verib qohum
olaq.
Qızlar şalonnan, oğlanlar talonnan - Qız uşaqları çox olan
valideynlərin “gileyi”, yəni qızlar çoxdur, oğlanlar az.
Qırımı xoşuma gəlmir - Davranışı, münasibəti xoşuma gəlmir.
Qıçının arsında iş görən - Xəlvət, səs-səmirsiz iş görən.
Qış qulinc atıb - Qış vaxtından əvvəl gəlib. (Atın vaxtından
əvvəl bala (gulinc) salmağına işarədir)
M
Mal dəyənəyi - Adama yovuşmayan, qaraqabaq.
Mağara daşı gətirmax - Məsələn, usta öz şagirdinin həssas-
lığını və zirəkliyini, dərrakəsini yoxlamaq üçün ona mövcud ol-
mayan ağlagəlməz bir şeyi - “mağara daşı” gətirməyi təklif edir.
Maz qoymax - İstehza etmək, məsxərəyə qoymaq, ələ salmaq.
Mahmuzludur, dırnaxlıdır - Savaşda, mübarizədə məğlub
olmayan, geri çəkilməyənlər haqqında belə deyilir.
Meydan süpürülütdü, pəhlivan oyniyiciyh - Başı ülgüclə
qırxılanlar haqqında belə deyirlər.
Meçit tikilməmiş kor əsanı (əsasını) diriyir - İş başlamamış
özünü yetirir.
Məzə çırtdatmax (məzə qılmax) - Məzələnmək, əylənmək.
Məəm ki, maa dəydi - Mənə olan oldu, zərbə dəydi.
Mənə saavın getməsin - Mənə fikrin (zənnin) getməsin.
Mətəh oyniyirsən, hələ bir əyilif qalxırsan da - Gücü
çatmayan işdən yapışanlara istehza ilə belə deyirlər.
Muzu olmax - Kiməsə yük olmaq, əl-ayağa dolaşmaq, mane
olmaq.
Müzavirə və birooz almax - Gəlinin nişanına qoymaq üçün
borc olaraq (qaytarmaq şərtilə) alınan zinət əşyaları, qaş-daş və s.
N
Nallamax - Aldatmaq.
Nə ahılında var, nə cahılında - Yəni, nə qocasında var, nə
cavanında.
Dostları ilə paylaş: |