444
Nəmini yerə vermir - Özünü sındırmır.
Nə ununda var, nə urvasında - Nə böyüyündə var, nə kiçi-
yində.
Novçaları pəhləvana oxşiyirlər - Şagirdləri (şəyirdləri) ustad-
larına-pəhləvana oxşayırlar. (Keçmişdə pəhlivanın şagirdlərinə
novça deyirdilər)
O
Oddan kül, küldən od - Yaxşı ailənin pis evladı, pis ailənin
yaxşı evladı.
Olanda çart-çart, olmiyəndə ac yat - olanda israfçılıq edir,
sağa-sola dağıdır, qara günə heç nə saxlamır, olmayanda ac yatır.
Onun ipinin üstünə odun yığmaq olmaz - Ona etibar etmək
olmaz.
Ondan yumurta alan içində sarısını tapmaz - O xeyirverməz,
xəsis adamdır.
Onu görəndə tük salırlar - Ondan bərk qorxurlar.
O qayınana sus qurdudur - O qayınana əlatdan gəlini sancır,
onu incidir.
O, şabalıtın biridir - O, çox xəsisdir, simicdir.
O, sən sındıran qoz döyül - Bu sənin gücün çatan iş deyil.
Oruc yediyini görmüşəm, namaz qıldığını görməmişəm - Pis
işini görmüşəm, yaxşı işini görməmişəm.
Oralıx döyül, buralıx döyül - Gedib-gəlmək çətindir məna-
sında işlədilir. (Maddi vəziyyətə və ya məsafə uzaqlığına görə)
Ö
Övkəsi ağzından gəlir - Yerə bərk çırpılan adam üçün deyilir.
(Ç.Q.) (Qorxudan ürəyi qopdu).
Ölmüş eşşək axtarır dərisini soymağa - aldatmaq, hazıra
nazir, kimisə xam basıb xeyir götürməyə adət etmişlərə işarədir.
Özünə umac ova bilmir, özgiyə əriştə doğriyir - Özünə bir
gün qazana bilmir, özgə üçün çalışır, “canıyananlıq” edir.
445
Öküzün altınnan bala axtarır - Şər, böhtan atır, dava-dalaş
üçün bəhanə axtarır.
Öyündə yox urvalıx, konlundan keçir koxalıq - Kasıblıq və
ehtiyac içində yaşayır, könlündən isə böyük işlər keçir.
P
Para kəndə padşah, ölkəyə sərdar gəlir - Özündən müştəbeh,
özləri haqqında əsassız yüksək fikirdə olanlara işarədir.
Pendiyi yaxşıdır. Hayıf ki, it dərisindədir - Pis ailənin yaxşı
qızıdır.
Pərpətöyün toxumu kimi dağıldılar - Tarimar oldular, qırılıb
qurtardılar.
Pərzana qazanı – xəstə üçün xüsusi olaraq bişirilən xörək
qazanı.
Pinə eləmirəm, pinəçi bazardadı - Gülünc, məsxərəyə qoyu-
lası vəziyyətdədir, lakin mən onu ələ salmıram, məsxərəyə qoy-
muram - Mənasında deyilir.
Pəs tükənə (dükana) vurdu - Mənimsədi, müftə çırpışdırdı.
Pişik nə qatıx yiyitdi, nə ağzı bulaşıtdı - Sudan quru çıxanlara
işarədir.
S
Sarnası qarışmaq - Ac adama deyirlər. (Ç.Q.)
Saa qızıləhməd alma göndərmişəm ki? - Məgər mən səni
dəvət etmişəm, çağırmışam?
Say, yerinə qoz qoy - Söz verib yerinə yetirməyən adamların
boş vədlərinə belə deyirlər.
Saman sənin döyül, samannıx ki, sənindir - Yemək özgəninki
olsa da, qarın ki, sənindir, heç olmasa qarnını hifz et, qoru.
Sarı simdə çalır - Sözlü adama oxşayır, dolayısı ilə anladır.
Sapda durmaz dəhrədir - Dönük, etibarsız adamdır.
Sakka qoz kimi qalıtdılar - Bir nəfər kimi, hamısı sağ-
salamatdır.
Sacayağı dayanıblar - Səbrsizliklə gözləyirlər.
446
Səsin yəşpirəhdən gəlir - Səsin göydən gəlir.
Səni doğunca daş doğiydim daşqorəyə qoyiydim - Ananın
uşağından giley-güzarı.
Sərkis bi də qələt eliyər Cara gedər - Gücü çatmayan işdən
yapışıb peşman olan adamın etirafı.
Soyuğa döyür - İşi baş tutmur, əhəmiyyətsiz iş görür.
Sünbülündən su damır - Təmizkar, səliqəli adama belə
deyirlər.
Sözaa qərool qoy - Sözünə nəzarət elə.
Ş
Şənbə çərşənbədən uzundur - Alt geyimi üst geyimindən
uzun olan, qadına qadınların “işarəsi”.
T
Tamahı ağlınnan çoxdu - Nəfsi ağlına üstün gəlir, “ağlı
gödəninə yamaxdır”.
Taraa təpiyh atma - Naşükür olma, taleyindən narazılıq etmə.
Tapsayiyənlər - Pul qazanmaq xatirinə hər şeyi özünə rəva
görən, müftə yemək-içmək, dolanacaq yeri axtaranlar.
Teyfəsiz toy olmaz - “Harda aş, orda baş olan” adamlara
işarədir.
Teyim-teyim - Tez-tez. (getmək, danışmaq, oynamaq və s.)
“Teyim hava” rəqsinə oynayardılar.
Tərkini qılmax - Dağıtmaq, paylamaq və s.
Tərəzinin ağır şaxını oğriyib, qıraxda durur - Qızışdırıb, aranı
vurub qıraxda durur.
Tovlu (tovlu piçax) - İti bıcaq və ya “o, tovlu geyinir”, o,
səliqəli geyinir.
Toy, top qarağatda gəlir - Əsası olmayan şənliyin
mövcudluğuna şübhə ilə deyilən ifadə.
Toox anasınnan süt görmüyütdü - Kimnənsə yarımamaq
barədə giley-güzar.
Topu oyundan çıxarmaq - Həddini aşmaq, ifrata varmaq.
447
Tutduğunu buraxmır - Tərsdir, höcətdir, dediyindən dönmür.
Tumanı təzə, köynəyi təzə, yırtılsın görax nə diyir bizə - Təzə
gəlin üçün söylənən ifadə.
Tısı yatmaq - Sakitləşmək, hirsi soyumaq.
Tırıqqası yeri-göyü dağıdır - Ədabazlıq, lovğalıq edən.
Tınqı düşüb - Kefsizdir, qaş-qabaqlıdır.
Tırı tututdı - Tərslik, dəlisovluq edir, özündən çıxıb.
U
Ucundan tutub uculamaq - Çox dərinə getmək, vasvası
olmaq, sözü uzatmaq.
Ü
Ürək-köbəyi düşütdü - Bərk qorxutdu.
Ürəyini sürtür - Ürəyi istəyir, ürəyindən keçir.
Ürəyinə sığal çəkmək - Gözəlliyin təsiri.
Ürüyif artmaq - 1.Varlanmaq.
2. Nəslin artması.
Üsküyünə su çilənmək - Pərt olub.
Üzü hamam fərşinə oxşiyir - Üzü silinib, sırtıqdır, həyasızdır.
V
Varı olub vermiyənin qızıb ətinə yapışsın - Var-dövləti olub
xərcləməyənin, başqasına əl tutmayanın varı qismət olmasın.
Vuran oğul atasının keçinmiyitdi - Cəsarətli oğul döyüşə
(savaşa) girərsə atasından icazə istəməz.
Z
Zərbaf - min tənə - Atüstü iş görən adama belə deyirlər.
Zəlo (zəlov) tökmək - Tərslik, höcətlik etmək, yersiz
inadkarlıq göstərmək, yalvarmaq.
Y
Yaz danası kimi yarıyitdi - Xoşbəxtlərə, həyatda bəxti
gətitənlərə belə deyilir.
Dostları ilə paylaş: |