433
Sükunət üçün tikilən evin səmti qibləyə tərəf olmaq hər kəs
üçün zəruri bir adətdir, çünki qış zamanı sabahdan axşama qədər
səkini və evlərin içini gün döyür, isti olur, lakin yayda isti zaman-
larda qətiyyən gün düşməz və sərin olur. Bu evlərin aquşqa
152
və
qapısı labüd səkiyə açılacaqdır. Heç bir surətdə evin dalına və
kəllələrinə qapı, aquşqa qoyulmaz.
Bu quruluş, əvvəla, qadınların hicat adətini və ismət məsələ-
sini təyin edir və saniyən
153
, qarət-basqından mühafizət edir.
Deyirlər ki, bu quruluşdakı evin içində bir nəfər əli tüfəngli olsa
on deş nəfər qaçaq o evə bata bilməz. Səkiyə
154
çıxmış olsalar bir-
bir qaçağı qırmaq mümkündür.
Bu biçimdə evlərin çardağı kəndçi üçün çox əlverişlidir -
qışda burada çəltik qurutur, meyvə və taxıl saxlanır, yaz fəsli qurt
bəsləməyə küm əvəzi verir. İttifaq düşsə toy məclislərini bu çar-
daqlarda qururlar. Çardaqların örtüsü iki şilvarlıdır, bu səbəbə gö-
rə iki kəllədən çardağa yolları vardır. Yolun biri həyatdan ta çar-
dağa qədər daş pilləkəndir ki, hər kəs həyatdan ta çardağa qədər
daş pilləkəndir ki, həs kəs həyatdan dalına taxıl çuvalını götürüb
bilavasitə çardağa çıqarıb boşalda bilsin və küm dutulan zaman-
larda da arvat-uşaq yarpaq aparıb qurtlarını yemləyə bilsin. Obiri
kəllənin yoluna nərdiban sövkəmək ilə istifadə edilir. Bu yolun
ümdə vəzifəsi çardaqda yaramaz qalan şeyləri dışarı atmaqdır.
Köhnə zamanlarda çardağlar qamış tap ilə örtülürdü; böylə çar-
dağa dam deyərdilər. Qamış damların çoq əlverişli tərəfləri var idi.
Ondan yağmur, savuq və isti keçməzdi, buxarı bacalarından çıxan
tüstü və his qamış tapa qır bağladıb dahı da möhkəmləşdirirdi. Ağac-
larını qurt kəsməzdi. Məzərrətli
155
cücülər və heyvancıqlar tapda yuva
salmazdı. Bu səbəblərə görə küm saxlamaq üçün qamış taplı çardaqlar
çoq münasib idi, lakin yanqından tap damları qurtarmaq heç mümkün
deyil idi. Böylə çardaqların cinəsində
156
də tavıqlar yumurtlardı.
Kəndlərdə hər kəs öz mülkündə it, pişik və sürüylə tavuq saxlar.
Aşağa qarasu kəndlərində hər kəs öz mülkündə ağac əkir,
yetirir, ancaq özbaşına bitən meşəlik əmələ gəlməyir. Bu kənd-
lərdə dam, töylə, küm damı və sair tikintilər tikmək üçün daş və
434
ağac məsəlahına çox qəhətlik çəkirlər. Bu tikintilərə lazım olan
məsəlahı qismən dağlardan kəsirdilər (haça, pərdan, qoc) və sair
qismini mülklərdə bol-bol bitən qarğılardan, çətənələrdən və
sazlardan düzüb-qoşarlar.
Qarasu yerlərində əksəriyyətlə sükunət üçün evləri, küm
damlarını və sair təsərrüfat məskənlərini bu qism göyərtidən qa-
yırırlar. Həmçinin təsərrüfatda istemal edilən hacatların ən işləyi
qarğıdan və qamışdandır. Məsələn, Ağdaş həsiri əzilmiş qarğı
zollarından hörülmüşdür. Bundan əlavə, qamışdan və çətənədən
enli, uzun həsir tərəcələr qurub quyraldırlar. Bu qəbil tərəcələrdən
yantaylara barılar tikəldib hər tərəfini samanlı palçıq ilə su-
vuyurlar. Böylə məskənlərdə əhali də yaşayır, qışda heyvanlar da
daldalanır, barama qurdu da bəslənir, çünki qarasu yerlərin qışı
mötəbil keçir və savuğu, boranı olmayıb.
Hər kəsin mülkündə özünə məxsus cır tut, caballıq xiyaban-
ları vardır. Cır tutun meyvəsindən hüsula gələn toxumdan cavan
şitillər - toxmaçar əmələ gəlir. Yazbaşı bu şitillərdən yüz-yüz
dəstə bağlayıb həftəbazarlarına çıqararlar. Hər kəsin caballıq xi-
yabanları qocalıb örənələşsə onu qırıb yerinə bazardan alınan
toxmaçar şitillərini əkirlər. Böylə cavan xiyabanlara toxmaçarlıq
deyirlər. Qoca xiyabanların adı caballıqdır. Hər ikisi səf ilə
ipqaradan əkilir, səfdəki toxmacarların biri-birinə nisbətən arası
olqədr sıx olur ki, tavuq da sıfcınıb keçə bilməz. Hər iki səfin
arasına sərnə deyərlər. Xiyabanları gübrələmək üçün sərnələrə pe-
yin tökərlər. Ailə əfradı
157
və qonağları hacət qəzasını rəf üçün
158
xiyabanlara çəkilib sərnə arasına getmək qədimi adətdir. Bu
kəsafətləri də tavuqlar və itlər dəf edəcəklər. yeni salınmış toxma-
çar xiyabanları uzanıb qalxar və iki ildən sonra adam boyu saq
saxlayar, artıqını kəsib qələmlərlər. Üçümcü sənə təpəsində popur
kimi zoğları bitər. İştə bu zoğları hər sənə qırıb qurdlarına yedirər-
lər. Toxmaçar xiyabanlığını adam boyundan artıq qalxmağa qoy-
mamaqlarının ümdə səbəbi budur ki, qurt bəsləyən arvatlar
ağaclara dırmaşmasın və yarpağını yerdə dura-dura ala bilsin.
435
Şəki ifadələri (Frazeologiya)
A
Abbasıya gücü çatmiyən şaa çıxardar - Çoxa gücü çatmayan
az verər.
Ava-qavan xoşuma gəlmir - Görünüşün xoşuma gəlmir.
Acınnan günorta durur - Olduğundan fərqli (artıq) görünməyə
çalışan adama qarşı istehzalı ifadə.
Adamın ağzında tüpürüyü quriyir - Adam mat-məətəl qalır,
deməyə söz tapmır.
Alaca köynək qaraca qız dərdinnən yanırmış (ölürmüş) -
Əlçatmaz bir şeyə nail olan adama belə deyirlər.
Ağ üzdən qara pərdə götürülütdü - Abır-həya qalmayıb.
Ağ yuyuf, qara sərmək - Biabır etmək.
Ağ toxiyən ağ geysin, qara toxiyən qara - Xeyrimə danışanı
ağ gün görsün, ziyanıma danışanı qara gün.
Ağzıma iy düşür - Danışmağa, ünsiyyət etməyə adam yoxdur.
Ağziynən quş tutur - Fərasətlidir, iş bacarandır.
Ağzo içindədi - Lap yaxındadı, gözünün qabağındadı.
Ağzının qıyı-qaytanı yoxdu - Ağzında söz durmur, ağlına
gələni danışır.
Ağzı yalax adam - Ağzında söz saxlamağı bacarmayan
adamları belə adlandırırlar.
Arabanın sol təkəri - Fərsiz, xeyrə-şərə yaramayan adam.
Ayaqlarını sındır - Otur, əyləş.
Ay mənnən olsun, Ulduzun gözünə barmağım - Məni
istəklim istəsin, istəmiyəni heç saymıram.
Ay umac, mən səni işdığım, sən də məən buğuma bulaşdığın -
Mən səni niyə sayıram ki, sən də mənə qarşı hörmətsizlik edirsən.
Ayrannı qapı - Tez-tez gedib-gələn, adamı təngə gətirən.
Ayran içif, ara qarışdıran - Ara vuran.
Aynası açıxdı - Kefi kökdür.
Aylar, günlər bazar əppəyidi - Aylar, günlər tez gəlib keçir.
Ayıyə dayı diyir, işinin xətrinə - İşini düzəltmək üçün fənd işlədir.
Dostları ilə paylaş: |