Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə124/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   120   121   122   123   124   125   126   127   ...   147

 

433 


Sükunət  üçün  tikilən  evin  səmti  qibləyə  tərəf  olmaq  hər  kəs 

üçün zəruri bir adətdir,  çünki qış zamanı sabahdan axşama qədər 

səkini və evlərin içini gün döyür, isti olur, lakin yayda isti zaman-

larda qətiyyən gün düşməz  və  sərin olur. Bu evlərin aquşqa



152 

və 


qapısı  labüd  səkiyə  açılacaqdır.  Heç  bir  surətdə  evin  dalına  və 

kəllələrinə qapı, aquşqa qoyulmaz. 

Bu quruluş, əvvəla, qadınların hicat adətini və ismət məsələ-

sini  təyin  edir  və  saniyən



153

,  qarət-basqından  mühafizət  edir. 

Deyirlər  ki,  bu  quruluşdakı  evin  içində  bir  nəfər  əli  tüfəngli  olsa 

on deş nəfər qaçaq o evə bata bilməz. Səkiyə



154

 çıxmış olsalar bir-

bir qaçağı qırmaq mümkündür.  

Bu  biçimdə  evlərin  çardağı  kəndçi  üçün  çox  əlverişlidir  - 

qışda burada çəltik qurutur, meyvə və taxıl saxlanır, yaz fəsli qurt 

bəsləməyə  küm  əvəzi  verir.  İttifaq  düşsə  toy  məclislərini  bu  çar-

daqlarda qururlar. Çardaqların örtüsü iki şilvarlıdır, bu səbəbə gö-

rə iki kəllədən çardağa  yolları  vardır. Yolun  biri  həyatdan ta çar-

dağa  qədər  daş  pilləkəndir  ki,  hər  kəs  həyatdan  ta  çardağa  qədər 

daş  pilləkəndir  ki,  həs  kəs  həyatdan  dalına  taxıl  çuvalını  götürüb 

bilavasitə  çardağa  çıqarıb  boşalda  bilsin  və  küm  dutulan  zaman-

larda da arvat-uşaq yarpaq aparıb qurtlarını  yemləyə  bilsin. Obiri 

kəllənin  yoluna  nərdiban  sövkəmək  ilə  istifadə  edilir.  Bu  yolun 

ümdə vəzifəsi çardaqda yaramaz qalan şeyləri dışarı atmaqdır. 

Köhnə zamanlarda çardağlar qamış tap ilə örtülürdü;  böylə çar-

dağa  dam  deyərdilər.  Qamış  damların  çoq  əlverişli  tərəfləri  var  idi. 

Ondan  yağmur,  savuq  və  isti  keçməzdi,  buxarı  bacalarından  çıxan 

tüstü və his qamış tapa qır bağladıb dahı da möhkəmləşdirirdi. Ağac-

larını qurt kəsməzdi. Məzərrətli

155

 cücülər və heyvancıqlar tapda yuva 

salmazdı. Bu səbəblərə görə küm saxlamaq üçün qamış taplı çardaqlar 

çoq münasib idi, lakin yanqından tap damları qurtarmaq heç mümkün 

deyil  idi.  Böylə  çardaqların  cinəsində

156

  də  tavıqlar  yumurtlardı. 

Kəndlərdə hər kəs öz mülkündə it, pişik və sürüylə tavuq saxlar.  

Aşağa  qarasu  kəndlərində  hər  kəs  öz  mülkündə  ağac  əkir, 

yetirir,  ancaq  özbaşına  bitən  meşəlik  əmələ  gəlməyir.  Bu  kənd-

lərdə  dam,  töylə,  küm  damı  və  sair  tikintilər  tikmək  üçün  daş  və 




 

434 


ağac  məsəlahına  çox  qəhətlik  çəkirlər.  Bu  tikintilərə  lazım  olan 

məsəlahı  qismən  dağlardan  kəsirdilər  (haça,  pərdan,  qoc)  və  sair 

qismini  mülklərdə  bol-bol  bitən  qarğılardan,  çətənələrdən  və 

sazlardan düzüb-qoşarlar.  

Qarasu  yerlərində  əksəriyyətlə  sükunət  üçün  evləri,  küm 

damlarını  və  sair  təsərrüfat  məskənlərini  bu  qism  göyərtidən  qa-

yırırlar.  Həmçinin  təsərrüfatda  istemal  edilən  hacatların  ən  işləyi 

qarğıdan  və  qamışdandır.  Məsələn,  Ağdaş  həsiri  əzilmiş  qarğı 

zollarından  hörülmüşdür.  Bundan  əlavə,  qamışdan  və  çətənədən 

enli, uzun həsir tərəcələr qurub quyraldırlar. Bu qəbil tərəcələrdən 

yantaylara  barılar  tikəldib  hər  tərəfini  samanlı  palçıq  ilə  su-

vuyurlar. Böylə məskənlərdə əhali də yaşayır, qışda heyvanlar da 

daldalanır,  barama  qurdu  da  bəslənir,  çünki  qarasu  yerlərin  qışı 

mötəbil keçir və savuğu, boranı olmayıb.  

Hər kəsin  mülkündə özünə  məxsus cır tut, caballıq xiyaban-

ları  vardır.  Cır  tutun  meyvəsindən  hüsula  gələn  toxumdan  cavan 

şitillər  -  toxmaçar  əmələ  gəlir.  Yazbaşı  bu  şitillərdən  yüz-yüz 

dəstə  bağlayıb  həftəbazarlarına  çıqararlar.  Hər  kəsin  caballıq  xi-

yabanları  qocalıb  örənələşsə  onu  qırıb  yerinə  bazardan  alınan 

toxmaçar  şitillərini  əkirlər.  Böylə  cavan  xiyabanlara  toxmaçarlıq 

deyirlər.  Qoca  xiyabanların  adı  caballıqdır.  Hər  ikisi  səf  ilə 

ipqaradan  əkilir,  səfdəki  toxmacarların  biri-birinə  nisbətən  arası 

olqədr  sıx  olur  ki,  tavuq  da  sıfcınıb  keçə  bilməz.  Hər  iki  səfin 

arasına sərnə deyərlər. Xiyabanları gübrələmək üçün sərnələrə pe-

yin tökərlər. Ailə əfradı

157

 və qonağları hacət qəzasını rəf üçün



158

 

xiyabanlara  çəkilib  sərnə  arasına  getmək  qədimi  adətdir.  Bu 



kəsafətləri də tavuqlar və itlər dəf edəcəklər. yeni salınmış toxma-

çar  xiyabanları  uzanıb  qalxar  və  iki  ildən  sonra  adam  boyu  saq 

saxlayar, artıqını kəsib qələmlərlər. Üçümcü sənə təpəsində popur 

kimi zoğları bitər. İştə bu zoğları hər sənə qırıb qurdlarına yedirər-

lər. Toxmaçar  xiyabanlığını adam  boyundan artıq qalxmağa qoy-

mamaqlarının  ümdə  səbəbi  budur  ki,  qurt  bəsləyən  arvatlar 

ağaclara dırmaşmasın və yarpağını yerdə dura-dura ala bilsin.                     

  



 

435 


Şəki ifadələri (Frazeologiya) 

 

Abbasıya gücü çatmiyən şaa çıxardar  - Çoxa gücü çatmayan 

az verər. 

Ava-qavan xoşuma gəlmir - Görünüşün xoşuma gəlmir. 

Acınnan günorta durur - Olduğundan fərqli (artıq) görünməyə 

çalışan adama qarşı istehzalı ifadə. 

Adamın  ağzında  tüpürüyü  quriyir  -  Adam  mat-məətəl  qalır, 

deməyə söz tapmır. 

Alaca  köynək  qaraca  qız  dərdinnən  yanırmış  (ölürmüş)  - 

Əlçatmaz bir şeyə nail olan adama belə deyirlər. 

Ağ üzdən qara pərdə götürülütdü - Abır-həya qalmayıb. 

Ağ yuyuf, qara sərmək - Biabır etmək. 

Ağ  toxiyən  ağ  geysin,  qara  toxiyən  qara  -  Xeyrimə  danışanı 

ağ gün görsün, ziyanıma danışanı qara gün. 

Ağzıma iy düşür - Danışmağa, ünsiyyət etməyə adam yoxdur. 

Ağziynən quş tutur - Fərasətlidir, iş bacarandır. 

Ağzo içindədi - Lap yaxındadı, gözünün qabağındadı. 

Ağzının  qıyı-qaytanı  yoxdu  -  Ağzında  söz  durmur,  ağlına 

gələni danışır. 

Ağzı  yalax  adam  -  Ağzında  söz  saxlamağı  bacarmayan 

adamları belə adlandırırlar. 

Arabanın sol təkəri - Fərsiz, xeyrə-şərə yaramayan adam. 

Ayaqlarını sındır - Otur, əyləş. 

Ay  mənnən  olsun,  Ulduzun  gözünə  barmağım  -  Məni 

istəklim istəsin, istəmiyəni heç saymıram. 

Ay umac, mən səni işdığım, sən də məən buğuma bulaşdığın - 

Mən səni niyə sayıram ki, sən də mənə qarşı hörmətsizlik edirsən. 

Ayrannı qapı - Tez-tez gedib-gələn, adamı təngə gətirən. 

Ayran içif, ara qarışdıran - Ara vuran. 

Aynası açıxdı - Kefi kökdür. 

Aylar, günlər bazar əppəyidi - Aylar, günlər tez gəlib keçir. 

Ayıyə dayı diyir, işinin xətrinə - İşini düzəltmək üçün fənd işlədir. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə