Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə125/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   121   122   123   124   125   126   127   128   ...   147

 

436 


Ayı yuvasınnan qoz axtarır - Xəsis adamdan pay umur. 

Ataa oxşiyəni ciyo qoynuna qoy - İtmiş (oğurlanmış) bir şeyi 

tapdıqda belə cavab alırlar. 

At qulağıdır  - Yəni, yarışanların göstəriciləri arasında fərq azdır. 

At oynadır - Dələduzluq edir, həlləm-qəlləm işlər görür və s. 

Atı torbası ilə döyüşdürür - İki yaxın adamın arasına nifaq salır. 

Atdan düşüb eşşəyə minitdi - Aşağı vəzifəyə, işə keçirilib. 

Atdını ata mindirir, piyadanı atdan saldırır - Həyasız, sırtıq adam. 

Ağ  ayran  tamarzısı  -  Varlı-dövlətli  olub,  özgə  yerdə  acgöz-

lüklə yemək yeyən. 

 

Baltamın  ağzını  daşa  vurdun  -  Düzələsi  işi  pozdun,  işin 

düzələn tərəfinə getmirsən və s. 

Başaratı bağlanıtdı - 1.Əl-qolu bağlanıb, əlini hara atsa boşa çıxır. 

   

 

   2. Bəsirət gözünün bağlanmasına işarədir. 



Başıma  bəladır,  dalıma  şələ  -  Tənbəl  və  fərasətsiz  övlad 

haqqında valideyninin giley-güzarı. 

Başına at təpitdi - Yersiz, yaşına uyğun olmayan hərəkət edir. 

Başını  kəsif,  saqqalını  tariyir  -  Bədxahlıq  etdikdən  sonra 

qılığına girir, könlünü alır. 

Başmaq seyrinə çıxıtdı - Boş-boşuna, məqsədsiz veyillənir. 

Beycə  çimir  qıppamışam  -  Bu  gecə  yatmamışam,  gözümü 

yummamışam. 

Beycə  yorğan-döşəyi  sel  apariciyh  -  Körpə  uşaqların  yatma-

mışdan  əvvəl  çoxlu  su  və  ya  çay  içmələrinin  verə  biləcəyi 

nəticəyə işarədir. 

Bığ tullamaq (tulladı) - Nəyisə (nəyəsə) işarə elədi.  

Bığını eşmək - İşi başa çatdırmaq, kiminsə işini düzüb qoşmaq. 

Belaa  çöpdən  dirək  -  Asanlıqla  görülən  işi  çətin  iş  kimi 

qələmə verənlərə istehza ilə belə cavab verirlər. 

Bərk-beşik  elamax  (olmax)  -  Yerini  möhkəmlədib  oturmaq 

(qalmaq). 



 

437 


Bəyaxdan  variydi  hüsnü  camalı,  hindi  də  olutdu  Dəli 

Bayramalı - Əvvəl eybəcər idi, indi isə daha da eybəcərləşib. 

Bəli - bəyim dimir - Hə, yox demir, fikrini bildirmir, əhəmiy-

yət vermir və s. 

Bi daş atda, bi daş üsdə - Heç kim bilməsin, heç kimin xəbəri 

olmasın. 

Bicliyinnən  boyu  xıra  qalıb  -  Bicliyindən  boyu  qısa  (gödək) 

qalıb. 


Bu  günlərdə  bəy  başı  qırxılıciyhdi  -  Yaxın  günlərdə  kiməsə 

zərbə vurulacaq, kimisə işdən götürəcəklər və s. mənasında. 

Bu iş məni üşüdür - Bu iş məni narahat edir. 

Bu adamın hərəkəti məni üşüdür - Bu adam etibarsız, şübhəli 

adama oxşayır. 

Burun-turuq salmaq - Könül bulandırmaq, qalmaqal salmaq. 

Bura sən girən kollux döylü - Bu, sənin gücün çatan iş deyil. 

Bunnan  Fatiyə  tuman  olmaz  -  İş  baş  tutmayanda  və  ya 

yarımçıq  qalacağı  təqdirdə  belə  deyirlər.  (bir  şeyin  az  olmasına 

işarədir) 



 

Canı civində adam - Səhhəti zəif, tez-tez xəstələnən adam. 

Civinin ağzını kəvərlə bağliyitdi - Əliaçıqdı, pul xərcləyəndi. 

Cındırınnan cin hürkür - Pinti, səliqəsiz adam barədə deyilir. 

 

Ç 

Çayda kötük yan gedir - Ədası başından aşan, özündən başqa 

heç kimi bəyənməyən haqqında belə deyirlər. 

 

Davan  qaldırıb  yük  yığan  -  Tənbəl  və  aciz  adama  belə 

deyirlər. 

Danzına almamax - Vəlcinə almamaq. 

Darayı  toxuyuram  -  Borca  gələn  adamın  dalınca  deyilən 

tənəli söz, yəni guya ki, mən yaxşı qazanıram. 



 

438 


Dağlar  da  beş  gün  qısır  qalır  -  İşi  çətinə  düşüb,  çıxılmaz 

vəziyyətdə qalana təsəlli üçün belə deyirlər. 

Daş at, əlin açılsın - İmkan yaranıb, fürsət düşüb, istifadə et. 

Daşdan  su  çıxan  kimi  -  Min  bir  əziyyətlə,  çətinliklə, 

məşəqqətlə.   

Daşı atıb, başımı tuturam - İmkansızam, çıxılmaz vəziyyətdəyəm. 

Dəvə  uşaq  imiş?  -  Birisi  başqasını  aldatmaq  istəyəndə  ona 

belə cavab verirlər. 

Dəvə  dalınnan  qoz  axtarır  -  Heç  nə  olmayan  yerdən  nə  isə 

axtarır, dava-dalaş salmaq istəyir. 

Dəyirmanda  payı  yox,  şahatda  başı  yarılır  -  İşləmək  istəmir, 

yeməkdə  isə heç kimə macal vermir. 

Dəli dərdinə düşdüm - Bərk (yaman) qorxdum. 

Dəlləhliyi təzə öyrənitdi, kekili yannan qoyur - Çox tez ifrata 

varan, özünü çoxbilmiş, yekəxana aparan adama işarədir. 

Dəmirlə göyə çıxır - And-aman edir. 

Dəhnə*  yengəsi  kimi  oturur  -  Məclisin  ortasında  oturanlara 

(münasib yerdə oturmayanlara) belə deyirlər. 

Dəstə çıxarmaq - Baş çıxarmaq. 

Dərdöylü adam - Hər şeyi özünə dərd edən, qayğıkeş adam.

 

Diydi  durmax  -  Körpə  uşaq  təzə  ayaq  üstə  duranda  belə 



deyirlər. 

Dozay Məmmədqasım - Fərsiz, əlindən iş gəlməyən. 

Döşşək  biti  -  Oturduğu  yerdən  durmaq  istəməyən  adamlara 

işarədir. 

Dram-dram salmax - Bilərəkdən, qəsdən narazılıq, dava-dalaş 

salmaq. 


Duluz  qətiri  -  Bic,  hiyləgər,  çoxbilmiş  adam.  Deyilənə  görə 

duluz  hazırladığı  qabları  yalnız  qətirə  yükləyir.  Çünki  qətir  dar, 

əyri yollardan məharətlə keçir, apardığı qabları mənzil başına sağ-

salamat çatdırır. At və eşşəkdə isə duluz qablarını aparmaq qeyri-

münasib sayılır, çünki onlar dar yollarda düzgün seçim edə bilmir, 

qabları sındırırlar.  

____________________ 

* Şəkinin kəndi 




 

439 


Dumana düşən qaza dönütdü - Başını itirib, çaşıb qalıb. 

Düzə yurd elamax - Hamarlamaq, müflis etmək.  

Düyü  döyənə  “zırt”  diyir  -  Tənbəl,  lakin  özünü  yalandan 

işgüzar kimi göstərənə işarədir. 



 

Eşşəh vurub cənnətə salıtdı - Yaxşı yerə ilişib, bəxti gətirib. 

Eşşəyin dal əyağı-Xeyrə - Şərə yaramayan, fərsiz adam. 

Eşşəkdən  adınalıq*  umur  -  Xeyirsiz,  yaramaz  adamdan 

yaxşılıq umur.   

 

Ə 

Əliyif- əliyif kəpəyə qatır-Yaxşı başladığı işi axırda korladı. 

Əzvay mürəbbəsi - Əlindən iş gəlməyən, vasvası, ləng adam. 

Əyağı sürüşkən - Etibarsız, dönük, bəzən də şorgöz qadın və 

kişilərə işarədir. 

Ələyi  ələnib,  xəlvəri  göydə  fırılliyir  -  Vəziyyəti  ağırdır, 

çarəsizdir. 

Ələkdən  saca  gedir  -  Halsız,  əldən  düşən  haqqında  belə 

deyirlər. 

Əli  yanıb  ağzına  təpitdi  -  Yersiz  olaraq  tələsən  adamlara 

istehza ilə belə deyirlər. 

Əli ətəyindən uzun - Real imkanından artıq iddiada olan, dili 

qabiliyyətindən artıq, uzun çıxan adam. 

Əlinnən  gələni  beş  qava  çək!  -  Nə  istəyirsən  et,  səndən 

qorxmuram-mənasında deyilir. 

Əl isidən yer - Dolanacaq yeri. 

Əl mərddir, göz namərd - Əl həmişə bədəni müdafiə edir, göz 

isə təhlükə görən kimi yumulur. 

Əməli əyağına çidar olsun - Çox bilən, əməlbaz adama qarğış 

ifadəsi. 

Ərdəmi olmamaq - Hansı işi isə görməyə həvəsi olmamaq. 



_______________ 

*Şəkidə  cümə axşamı  yas  mərasiminə  adına  deyilir.  İfadə  buna  işarədir. 

Ümumiyyətlə burada cümə axşamı adına adlanır.  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə