Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə128/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   124   125   126   127   128   129   130   131   ...   147

 

448 


Yağ yiyif yaxada gəzir - Yalnız özünü düşünən, ətrafdakılara 

laqeyd adam. 

Yar başaa bağla - Saxla özünə qalsın. 

Yarımışdım (yarımışam) yaz danası kimi - Yaxın adamından 

qayğı  və  həssaslıq  əvəzinə  laqeyidlik  və  ögey  münasibət  görənin 

giley-güzarı. 

Yassarın  biridir  -  Düz  danışanla  da,  yalan  danışanla  da 

asanlıqla razılaşır, öz fikrini bildirmir. 

Yeddi  yetimlə  bir  dərədə  qalıb  -  Yaşayışı  yaxşı  olan,  lakin 

yoxsulluq  barədə  şikayət  edən,  “ağlayan”,  bu  barədə  şikayət 

etməyə haqqı olmayan adama deyirlər. 

Yeddi yaylığınan ağliyir - Yaxşı yaşayan, lakin gözdən pərdə 

asıb, özünü imkansız, “kasıb” göstərənə deyilir. 

Yel  vurub  yengələr  oyniyir  -  Hamı  dağılıb  gedib,  heç  kimi 

qalmayıb. 

Yumurtası tərs gələn toyuğa dönütdü - Çaşıb qalıb, çıxış yolu 

tapa bilmir. 

Yuxa qırağı suliyir - Yaltaqlıq edir. 

Yırtığına yamax tapılmadı - Köməksiz qaldı. 

 



 

449 


LÜĞƏT 

 

Abajur - yerkökü 

Adına - cümə axşamı; 

Arşın - 1 arşın = 711,84 mm = 71,184 sm = 0,711 m  

Ağzıgünə - iş yönü bilməyən, laqeyd və səhlənkar adam  

Ağzını dağıtmaq - pis danışmaq  

Alakey - keyləşmiş, yarıyuxulu 

Alxıt - nehrə (Bil.)  

Ara çanağı - iki daqqa (O.Z.), bir daqqa - pudun üçdə biri 

Araçı - aradüzəldən 

Arıtdamax - təmizləmək (ağacın qol-budağını qırmaq) 

Andır - 1. sahibsiz (artıq, əl-ayağa dolaşan əşya); 

- Ə, andıro götür burdan 

  - 2. yarıtmaz işə verilən pis qiymət; 

- Andıra qalsın sən görən iş       

 

Batman - 1 batman = 20 funt (1 funt = 0,409 kq) = 8,19 kq idi 

Basna  -  istifadəyə  yaramayan  xırda  baramalardan hazırlanan 

aşağı keyfiyyətli ipək növü    

Başli - bir daqqa, çanaq  (O.Z.)   

Bazar çanağı - on daqqa (bir daqqa - pudun üçdə biri A.G.) 

Baxiyə - tikiş forması     

Bədiyə  -  bədahətən  deyilən  söz,  meyxana.  Şəkidə  meyxana 

ustalarını - “bədiyə deyən” adlandırardılar 

Bətdəli  -  görkəm,  insanın  zahiri  görünüşü.  Bətdəli  xoş,  civi 

boş, bəyə bax, bəyə.  

Bu samat - bu saat 

Boy  -  ölçü  vahidi  (yəqin  ki,  bir  adam  boyunun  uzunluğu 

nəzərdə tutulur təxminən 160 - 190 sm)  

Beycə - bu gecə  

Biccədə - bir dəfəyə  



 

450 


Biçə - dayı və əmi arvadları (B.G.) 

Belbi (belvi) - çəltik küləşi  

Burum - xörək bişirilən zaman işlədilən ifadə, dəfə, müəyyən 

qədər mənasında işlədilir;  

- Xörəyi bir burum qaynatmışam, bir az da bişirib düşürücəm 

 

Cavaxana - tüfəngin patron yerləşdirilən yeri (maqazin); 

-  “...Hacı  Murad  Dayi  kəndində  ölüfdü”,  Eyri  (çay  adıdır 



H.Ə.) qırağındadı. Üç gün diyi orda dava oldu. Sora Hacı Murad 

tək qalmışdı. Cavaxanası qurtaldı, atan şeyi...”   

Calğa - tut ağacı  

Cığara  -  xüsusi  keyfiyyətli  zərif  ağ  kağız  növü  (papiros, 

siqaret  bükmək  üçün  də  istifadə  edilir).  Çığara  üstünə  həkk 

olunmuş nişana görə iki cür olur: 

- Qəpək (qəpik) nişan; bu növ cığaranın üstünə qəpik şəkilləri 

həkk olunmuşdur;     

-  Dəmir  yol  nişanlı  cığara;  bu  növ  çığaranın  üstünə  dəmir 

yolu relsi həkk olunmuşdur. 

Cilitqa - jilet  

Cuna - tənzif  

Cincar - gicitkan  

Cumbul - qoma  

 

Ç 

Çalğı - 1. dəryaz 

  2. nar çubuğundan hazırlanmış həyət (eşik) süpürgəsi  

Çaryek - (çərək) həm çəki, həm uzunluq vahididir.  1 çərək = 

750 q  

Çatı - kəndir (A.G.) 



Çaydax - arıq, cansız, zəif 

Çərçi - xırdavat alverçisi; 

- Çərçinin xırda-xırda andı yığılıb eşşəyinə qənim olar (atalar 

sözü)   



 

451 


Çəp - su daşımaq üçün mis səhəng (Aşağı Göynük kəndi) 

Çəngi  -  keçmişdə  varlı  ailələrin  toy  məclislərində  qadın 

rəqqasə    

Çərək  -  həm  çəki,  həm  ölçü  vahididir.  1  çərək  =  750  q.  1 

çərək = 1 əlçim. (dirsəkdən şəhadət barmağının ucunadək məsafə) 

45 - 50 sm 

Çıtızmaq  -  ünsiyyət  zamanı  xəbər  ötürməyin,  söhbətin 

mahiyyətini  “balabanda  qandırmağın”  işarə  və  dolayısı  ifadələrlə 

çatdırılan ən incə forması     

Çırabban - cırağın üç ayaqlı altlığı (Bil.)  

Çıqqıdı (çıqqılı, cibbili) - xırda, balaca  

Çilləveçə - boz ay, qışın axırıncı 30 günü  

Çörüh(y) - çayda, meşədə tutulan torpaq sahəsi  

 

Daxdux - daşbaş  

Danzına almamaq - vecinə almamaq 

Daraqqıltıyla - tıqqıltıyla  

Daranqı - bərk qurumuş ağac 

Daqqa - 1. taxıl ölçmək üçün taxtadan (ağacdan) hazırlanmış 

xüsusi qab (pudun üçdə biri)  

-  2.  qaragül  quzularının  dərisindən  tikilmiş  papaq,  xurmayi 

daqqa  

 (bu dərinin “sür” növü xüsusilə yüksək qiymətləndirilir)   



Daqar (dağar) (B.G., Bil.)  - 1. qoyun dərisindən  hazırlanmış 

xüsusi torba, motal                                 

- 2. gödəkboy adam - lap əda dağarıdı  

Davel - ipək açan sex 

Dırtdamax - donub qalmaq 

Doydax - sadəlövh 

Dır-dır - çox danışan, deyingən 

Dişərmax (dışarmax) - cücərmək 

Dıqılı (çıqqılı) - balaca, kiçik 

Dəf-düz elamax - meşəni təmiz qırmaq  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə