Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə130/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   126   127   128   129   130   131   132   133   ...   147

 

456 


Qayis (O.Z.) - iki pud 

Qac ayırmax – 1. Doğma-ögeylik, ayrı seçkintilik salmaq; 

- Sən Allax, uşaqlar arasında qac ayırma. 2. Xırda  duru sulu çay.  

Qarpışmaq - güləşmək  

Qazılanmax - yekə-yekə (basa-basa) danışmaq 

Qaytağ - alıcıya qaytarılmalı (çatası) pul qalığı 

Qayım - qədim, mehriban, səmimi; 

- Sizi görüm qayım-qədim olasooz! 

Qaşqa - malın, atın alnında olan ağ ləkə, nişan  

Qaraköç - tələm-tələsik, atüstü 

Qaraltı  -  1.  aşın  (plovun)  başına  qoyulan  ət,  şabalıd,  səbzi, 

qayqanaq və s.  

- 2. uzaqda çətin görünən (seçilən) şey  

Qac - xırda duru sulu çay 

Qulac - ölçü vahidi. 1 qulac = 1,0668 m; 

- “Saçların qulac-qulac sal boynuma amandı” 

Qundax - 1. uşağı qundaxlamax lazımdır 

- 2. tüfəngin xüsusi növ ağacdan hazırlanmış hissəsi; 

- Tüfəngin qundağını çiynimə sıxıb nişan aldım 

- 3. tüfəng   üçün   qundax   hazırlayan   sənətkarlara   

“qundaxsaz” deyirlər.      

Qren - barama qurdu toxumu   

Qəbalə - müqavilə  

Qavarmaq - üzə qayıtmaq  

Qiyməkeş  -  ət  doğramaq  (döymək)  üçün  poladdan  hazırlan-

mış xüsusi kəsici alət  

Qulpunnan  çıxan  qədər  -  (qulp  -  əl  mənasında  nəzərdə 

tutulur), imkan daxilində, əlindən gələn qədər  

Qirəmət - kirəmid  

Qılıq - xasiyyət, əhval-ruhiyyə;  

Qığıldamaq - dil açmamış körpənin çıxardığı anlaşılmaz səs   

Quşsingir - qıvraq, yüngülxasiyyət  

Qəşooş - ovuc  

Qoqalı göccəyh - sifəti qəşəng adam 




 

457 


Qoppaca olmax - qorxmaq;  

- Ürək qoppacası oldum  

Qurcuxmaq (qurduxma) - yersiz tərpənmək, qurdalanmaq;  

- Ə, sakit ol, canaa qurduxma düşütdü, nədi?  

Qəddə, qədər-qədir, buqəddir - qavrımın üstə bi qarış ot bitən 

qəddə yadımnan çıxmaz; 

- Avdırahman eşiyini böödüf Usuvun öyünə qəddə yiyələnitdi 

(B.G.) 


- Buqəddir odunu toola tutarmı? 

Qütəbbər - səliqəli (geyim) 

      

Lələ - uşağı olmayan (sonsuz) ər və arvada lələ deyilir  

Lovu -  nubər əncir (lovu,  yetişmiş  əncirə  nisbətən dadsız  və 

rəngsiz olur) 

Lömbüllətmək - bir şeyi xəlvəti yemək 

Lırhalır - gurhagur   

Lort - tənbəl  

Lırt - boşalaq  

Lır - duru palçıx 

Ləyaxlı - layiqli; 

- Əyri əyax, özümə ləyax  

Lərvənki - nəlbəki  

 

Manqul və ya bistə - qəpiyin dörddə biri 

Mayifə - cənazə; 

- Səən mayifaa bəziyim! 

Mahna - bəhanə 

Malcəət - keçmişdə götürə yer əkmə  

Maalıca - yaxşıca; 

- Gədə maalıca işimizə yariyirdi 

Maşaq - vaşaq 

Mərə - çala 




 

458 


Məkrəf - eşşək  

Mütrüf - keçmişdə varlı ailələrin toy məclislərində kişi rəqqas 

Mürdəşir - ölüyuyan (peşəkar ölüyuyan) 

Muşqurmax  -  xəmirin  tez  gəlməsi  (yetişməsi,  acıması), 

qatığın  tez  və  keyfiyyətli  tutması  üçün  xüsusi  əl  işarələrilə 

müşayiət olunan (deyilən) söz (inanc)   

Muzu - əziyyət verən, artıq yük olan insan 

Möcuzat - möcüzə; 

- ... On beş, on beş süd əmərlər, 

  Dörd məmə var anasında.  

  Möcüzata heyran olub, 

  Çərxi-dövrandan gəlirəm (M.Cuma, Qıfılbənd “Gəlirəm”) 

Modux (K.Qşl.) - çəkisi 800 q olan ipək bağlaması 

Məncəl (B., B.Z., O.Z.) - dəryaz  

Məzaq - ləzrət, dad, zarafat 

Məkkar - hiyləgər, bic  

Mədəd – 1. Narahatlıq ifadəsi: - Ay mədəd, vay mədəd.  

Ay Mədəd,  

Ülkər Mədəd, Ay Mədəd. 

Baş verib Dan ulduzu,  

Ayrıldıqdır, ay Mədəd. 

Muğal  –  1.  Etniklərin  yerli  azərbaycan  türklərinə  verdiyi  ad 

(müraciət forması); 2. “Moğol” sözünün təhrif olunmuş forması. 

Mür-müc  -  tabe  olmaq,  asılı  müşkül  vəziyyətə  düşmək; 

- Vallah, mür-müc oluf qalmışam, həyindi 

Mücöyür - özünü aidiyyatı olmayan söz-söhbətə qatan, yersiz 

hər  şeyə  göz  qoyan  “qaravul”,  “güdükçü”,  “qapaq”  məcazi 

mənasında 

Mehir  -  atalıq,  başlıq,  süd  pulu  (qız  ərə  verilərkən  qoyulan 

haqq) 


Nar - od, alov, cəhənnəm 

Naxənək - 1. satdıq maldan müftə götürmək; 



 

459 


-  Daa  şimişqadan  da  sən  diyən  (nəxənək)  qazanc  qalmır, 

yaman naxənək eliyirlər.  

 

- 2. israfçı 



Qeyd:  “Naxənək”  sözünün  “naxal”  rus  sözünün  təhrif 

olunmuş forması olduğunu fərz etmək olar 

Naynan? - necə, nətəri; 

 

- Biz naynan dolanax? (Qşl.) 



Naçar - çarəsiz, əlacsız, ümidsiz  

Nancə - nə qədər; 

- Nançə yerpənəyi vardı, hamsın satdox (V.) 

Neçiyəm? - kiməm, mən kiməm, nəyimə lazımdır? (Bil.) 

Nırx - qiymət, məzənnə; 

- Köhnə kəndə təzə nırx qoyur  

Nifirin - tufan, çovğun  

Nüyən (nüvər) - nübar  



 

Oram  -  oşam  (olutdu,  eliyitdilər)  -  sınıb  (sındırılıb)  xırda 

hissələrə parçalanıb 

Otucu - bic, çoxbilmiş (Qşl.) 

Oymax  -  tayfa,  qəbilə  (B.Kəl.,  O.Z.).  Oymax  sözü  müasir 

türk dilində də tayfa, qəbilə  mənasını  ifadə edir (bax. M.İslamov 

“Azərbaycan dilinin Nuxa dialekti” Bakı - 1968, səh. 180) 

 

Ö 

Öy elamax - dəri altı (qapalı) yara; 

- Yara öy eliyitdi   

Öynə (öynəlıx) - bir və ya bir neçə dəfəyə yetər qədər ərzaq, 

xorək ehtiyatı;   

-  Öyündə  yox  öynalıx,  koonunnan  keçir  koxalıx.  Qərbi 

Azərbaycanda  bu  sözün  digər  mənaları  da  var.  (Bax 

M.Süleymanlı “Söz içində söz”. Bakı-2006 səh. 54)   

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə