Microsoft Word Antol-18-Seki


F  Fikrim seyvanda zirə döyür - Fikrim ayrı yerdərir.    G



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə126/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   122   123   124   125   126   127   128   129   ...   147

 

440 


Fikrim seyvanda zirə döyür - Fikrim ayrı yerdərir. 

 

Gah  olursan  tirmə  qurşaq,  gah  olursan  kəndir  qurşaq  -  Gah 

gözəl, gah da pinti, səliqəsiz geyinirsən. 

Get qoturunu yanda qartda - Xata-bəlanı məndən uzaq et. 

Gəndi başına - Öz başına. 

Gəndi vəzifəm - Öz vəzifəm.  

Göbəyi  üstündə  qoz  sındırmaq  -  Əzab  vermək,  incitmək 

mənasında deyilir. 

Göynüyə gedir - Yalan danışır, faktları təhrif edir. 

Gön tullamaq - Ölmək. 

Görax  xamır  sudan  nə  götürür  -  Görək  bu  işin  nəticəsi  nə 

olur. 


Götür  əzizimi,  gətir  əzizimi  -  Ölünü  vaxtında  dəfn  edib, 

yemək gətirin-mənasında deyilir. 

Gurultuya getdi - 1. Dolaşdırdılar. 

        


 

2.Fitnə-fəsad düzəldib vəzifədən çıxardılar. 

   

          3. Fitnəyə uydu, “tələyə” düşdü. 



Güllükləri suliyir - Varlı yerləri gəzir. 

Gülü tavax oldu - Gülü (gönçəsi) tavax kimi açıldı, çox şad-

xürrəm oldu.  

 

Happadan gup - Dura-durmaz, birdən, gözlənilmədən. 

Hava sınıtdı - Hava isinir. 

Hamınız bir bezin qırağısoz - Hamınız eyni xasiyyətlisiniz. 

Ham-hamı, kor mamı - Bivec, xeyirsiz adam. 

Hələ  köbəyinə  gün  düşmiyitdi  -  Tənbəl,  yuxudan  gec  duran 

adam haqqında deyilən ifadə. 

Həm  ayıfdı,  həm  hayıf  -  Məsələn,  qızı  öz  qohumlarına 

vermək ayıbdı, özgəyə vermək isə hayıfdı. 

Hüydü-hüydüyə götürmax - Utandırmaq, kimisə səs-küyə salmaq. 




 

441 


Xalçasını suyə çəkir - Özünü təmizə çıxarır. 

Xaşıl diş sındırmaz - Yumşaq xasiyyətli adam. 

Xıniyə gedir - Ləngdir, qətiyyən tələsmir. 

 

İ 

İynə-qamış cin baldır - Ayaqları nazik, arıx və cılız adam. 

İynə yiyən itə dönütdü - Arıxlayıb əldən düşüb. 

İkiüzlü sac əppəyidi - İkiüzlü, dönükdür. 

İspanax  arıtdiyir  -  Qeyri-səmimilik,  haqsızlıq  və  yaltaqlıq 

edərək kimə isə tərəfdar çıxır. 

İt  əyağı  yimax  -  Büdrəmək,  yıxılmaq,  işi  baş  tutmamaq 

mənasında deyilir. 

İt  hürər  özünə  qurd  gətirər  -  Danışığına  məhəl  qoymadığına 

görə ziyan çəkən adama işarədir. 

İşi dağ elamax - Məsələni həll etmək, işi axıra çatdırmaq. 

İşi burmax - İşi pozmaq, düzələsi işə maneçilik törətmək. 

İşin becittənməsi - İşin axıra çatdırılması, tamamlanması. 

 

Keçi  su  bulandırdı  -  Nahaq,  əsassız  bəhanə  axtaranlara  belə 

deyilir. 

Keçiyə  Kəraməddin ağa diyir  - Ləyaqətsiz adamlara pərəstiş 

edir, yaltaqlanır. 

Kefi doxsan doqquzdu - Şadyanalıq edir, xoş-haldır. 

Körpünü  sən  qurdun,  mən  də  keçdim  -  Nifaqı,  düşmənçiliyi 

sən saldın, mən də cavab verdim. 

Kor pişik - Laqeyd, qədirbilməz. 

Kötük üstə çox çırpı doğranar - Yaşlarının çoxluğuna, əldən-

ayaqdan  düşmələrinə  görə  tutulan  iradlara  və  istehzalara  qoca 

adamlar giley-güzarla belə cavab verirlər. 

Köör atı, vur tatı - Ürəyin nə istəyirsə, et. 

Köykür  kavaf  olmaq  -  Bərk  qəribsəmək,  kiməsə  bərk 

darıxmaq. 



 

442 


Künt getdi - 1. Təndirə yapılan çörəyin  bişməmiş  yarımçıq  

qopub düşən hissəsinə - “künt getdi” deyirlər.    

2.  Başladığı  işi  axıra  çatdıra  bilməyən  haqqında  “onun  işi 

künt getdi” deyirlər. 

Kürkünə bit düşdü - Narahatdır, qorxur.  

Kürt  yatır  (o  kürt  yatır)  -  Evdən,  kabinetdən  çölə  çıxmayan, 

təşəbbüssüz, əfəl adamlar haqqında belə deyilir. 

 

Qabağıma  kötük  tulladı  -  Düzələşi  işi  pozdu,  əsassız 

bəhanələrlə işin düzəlməyinə mane oldu. 

Qazandığı  darıdı,  tökdüyü  səbət  -  Qazancı  görünmür, 

bədxərcdir. 

Qayım-qədim olutdular - Çox mehriban, yaxın olublar. 

Qayğılı Əhməd - Qayğıkeş, həssas adamlara belə deyilir. 

Qatıx  yeridi  -  Əhvallı,  maddi  cəhətdən  təmin  olunmuş 

ailələrə  işarədir.  (“Ayran  tökülər  nəyi  qalar,  qatıx  tökülər  yeri 

qalar” atalar sözünün izi burada görünür). 

Qatıxlı  aş  yiyəndə  ağzım  elə  yanıtdı  ki,  suyu  üfürə-üfürə 

içirəm və ya dovğada ağzım elə yanıtdı ki, qatıxlı aşı üfürə-üfürə 

yiyirəm  -  Xeyirxahlığımın  müqabilində  o  qədər  pislik  görmüşəm 

ki, indi hamıya şübhə ilə, ehtiyatla yanaşıram. 

Kömçəynən verib, qaşıqla alma - Az-az verib, çox istəmə. 

Kömçədən  qaşıx  böyük  olutdu  -  Kiçiklər  özlərini  böyüklər-

dən yüksəkdə görür, yəni kiçiklər böyükləri saymırlar.   

Qətərbaşı adamdır - Arif, aldanmayan, hər şeydən başı çıxan 

adamdır. 

Qudulalı


*

  baxan  daniyə  oxşiyir  -  Zəif  və  arıx  adamlara  belə 

deyilir. 

Qum bişirir - Qorxuya düşüb, bərk narahatdır. 

Qurd eşənəyi - Hər işə qarışan adam.  

Qız  ərmiro  eliyir  -  Qız  ərə  getmək  istəyir,  həmişə  ərə 

getməkdən danışır. 

_______________ 

* Qudula Şəki rayonunun kəndidir. 




 

443 


Qız  verib sümüyümüzü  bir-birinə caliyax  - Qız  verib qohum 

olaq. 


Qızlar  şalonnan,  oğlanlar  talonnan  -  Qız  uşaqları  çox  olan 

valideynlərin “gileyi”, yəni qızlar çoxdur, oğlanlar az. 

Qırımı xoşuma gəlmir - Davranışı, münasibəti xoşuma gəlmir. 

Qıçının arsında iş görən - Xəlvət, səs-səmirsiz iş görən. 

Qış  qulinc  atıb  -  Qış  vaxtından  əvvəl  gəlib.  (Atın  vaxtından 

əvvəl bala (gulinc) salmağına işarədir) 

 

Mal dəyənəyi - Adama yovuşmayan, qaraqabaq. 

Mağara  daşı  gətirmax  -  Məsələn,  usta  öz  şagirdinin  həssas-

lığını  və  zirəkliyini,  dərrakəsini  yoxlamaq  üçün  ona  mövcud  ol-

mayan ağlagəlməz bir şeyi - “mağara daşı” gətirməyi təklif edir. 

Maz qoymax - İstehza etmək, məsxərəyə qoymaq, ələ salmaq.  

Mahmuzludur,  dırnaxlıdır  -  Savaşda,  mübarizədə  məğlub 

olmayan, geri çəkilməyənlər haqqında belə deyilir. 

Meydan  süpürülütdü,  pəhlivan  oyniyiciyh  -  Başı  ülgüclə 

qırxılanlar haqqında belə deyirlər. 

Meçit  tikilməmiş  kor  əsanı  (əsasını)  diriyir  -  İş  başlamamış 

özünü yetirir. 

Məzə çırtdatmax (məzə qılmax) - Məzələnmək, əylənmək. 

Məəm ki, maa dəydi - Mənə olan oldu, zərbə dəydi. 

Mənə saavın getməsin - Mənə fikrin (zənnin) getməsin. 

Mətəh  oyniyirsən,  hələ  bir  əyilif  qalxırsan  da  -  Gücü 

çatmayan işdən yapışanlara istehza ilə belə deyirlər. 

Muzu olmax  -  Kiməsə  yük olmaq, əl-ayağa dolaşmaq,  mane 

olmaq. 

Müzavirə  və  birooz  almax  -  Gəlinin  nişanına  qoymaq  üçün 



borc olaraq (qaytarmaq şərtilə) alınan zinət əşyaları, qaş-daş və s. 

 

Nallamax - Aldatmaq. 

Nə  ahılında  var,  nə  cahılında  -  Yəni,  nə  qocasında  var,  nə 

cavanında. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə