Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə120/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   116   117   118   119   120   121   122   123   ...   147

 

421 


Qafqazda  “Əhmədiyyə-Məhəmədiyə”  təriqətinin  (nəqşbəndilik 

də bunun bir qoludur) sırf sünni icmalarına məxsus olmasını Qaf-

qaz müftisi, böyük alim, ruhani  xadim Məhəmməd Əfəndiyə İlu-

su  qazısı  Səidin  zilhiccə  ayı  1279-cu  (20.V-18.VI.1863)  il  tarixli 

məktubundan  da  aydınlaşdırmaq  mümkündür.  Məktubun  mətnin-

dən  aydın  olur  ki,  Qafqazda  şəriət  işləri  Məhəmməd  Əfəndiyə 

Rusiya imperatorluğu tərəfindən həvalə olunmuşdur. 

Bu  zaman  Qafqazda  nəqşbəndilik  çarizmin  müstəmləkəçilik 

siyasətinə  qarşı  baş  vermiş  xalq  hərakətlarının  ideologiyası  olan 

müridizmin  əsasını  təşkil  edirdi.  Müridizm  hərakatının  başında 

duran  Şeyx  Şamilə  (vəfatı  1871)  İlusu  sultanı  Daniyal  bəy  də 

qoşulmuşdu.  Görünür,  sonralar  nəqşbəndilik  öz  təşkilatında  şiyə-

ləri də birləşdirmişdir. 

Bəzi arxiv sənədlərindən məlum olur ki, çar canişinləri sünni-şiə 

təriqətlərindən  istifadə  edərək  Zaqafqaziyada,  o  cümlədən  Azər-

baycanda  qardaş  qırğınları  törətməyə  çalışmışlar.  Şeyxin  övladları, 

onun  şiyələrə  qarşı  yaxşı  münasibətdə  olduğunu  və  bu  məzhəblərə 

çox fərq qoymadığını dədə-babalardan eşitdiklərini nəql edirlər.   

 

 

Şəkidə bəzi məhəllə, nəsil, tayfa və soy adları 



 

 

Ağvanlar 

 

 

Şəkidə  Qoçu  Abbasın  hamamından  başlayaraq 

“Gödək  minarə”  məscidinin  ətraf  məhəllələri  də 

daxil  olmaqla  böyük  bir  ərazini  əhatə  edir.  Bu 

ərazidə  “Daşagirənlər”  ləqəbi  ilə  tanınan  məşhur 

dramaturq Sabit Rəhmanın nəsli də məskunlaşmışdı. 

Onun  yaşadığı  ev  hazırda  ev  muzeyi  kimi  fəaliyyət 

göstərir.  “Ağvanlar”  sözünün  etimologiyası  Alban 

və bu sözün təhrif şəkli “ağvan”

121

dir.   


“Ağvan”,  şəksiz,  qədim  Şimali  Azərbaycandır. 

Görünür,  yuxarıda  qeyd  olunan  məhəlləyə  “Ağvan-

lar”  adının  verilməsi  də  vaxtilə  burada  albanların 

məskunlaşması ilə bilavasitə bağlıdır.  




 

422 


“Ağvanlar”ın ərazisində tarixi memarlıq abidəsi 

– “Gödək minarə” məscidi vardır. Bu ərazidə vaxtilə 

məşhur  yazıçı-dramaturq  Sabit  Rəhmanın  anadan 

olduğu  və  yaşadığı  ev-muzey  fəaliyyət  göstərir. 

Xalq  təbabətinin  mahir  bilicisi  kimi  ad-san  qoymuş 

mama Zəhra da bu məhəllədə yaşamışdır.   



Sarıtorpaq 

Bu  məhəllə  Nakam  küçəsi  ilə  Nurəddin  küçə-

sinin  kəsişdiyi  yerdədir,  Dəmirqayalar,  Dartqop-

sunlar,  Zorbalar  nəsli  bu  ərazidə  məskunlaşmışdır. 

Bu məhəlləyə “Sarıtorpaq” adının verilməsi, buranın 

vaxtilə Qobu adlanan yerində sarı torpaq təbəqəsinin 

mövcudluğu  ilə  bağlıdır.  Sarı  torpaq  xüsusi  torpaq 

növü  kimi  nadir  hallarda  müəyyən  yerlərdə  olur. 

Sarıtorpaqdan yerli tikinti materialı kimi, həm də çiy 

kərpiclə  tikilmiş  evlərin  daxili  və  çöl  divarlarını 

şirələmək

122

 üçün istifadə edirlər.       

Sarıtorpağın  daha  qiymətli  və  aztapılan  təbə-

qəsindən evlərin divarlarına (əsasən daxili  divarlara 

və eyvana çıxan divarlara) xüsusi üsulla hazırlanmış 

suvaq-sincir



123

 vurulur. 



Dolmabağ

çalar

 

Şəhərin  ortasından  axan  Dəyirmançayının  sahi-

lində,  keçmiş  dəri  skladının  (anbarının),  indiki  şəhər 

İcra  Hakimiyyətinin  inzibati  binasının  yuxarı  tərəfdən 

400-500  metrliyində  məskunlaşmış  böyük  nəsildir. 

“Dolmabağçalar”



124

 sözünün maraqlı etimologiyası var.  



 

 

 

Matorun 

aralığı 

Nakam  kürəsinin  başlanğıcından  Sarıtorpa-

ğadək  “Mator  məhləsi”,  “Matorun  aralığı”  adlanır. 

“Matorun  aralığı”nın  maraqlı  etimologiyası  vardır. 

Nakam  küçəsinin  başlanğıcında  “Matorun  aralığı” 

başlanan  yerdə  vaxtilə  elektrik  yarımstansiyası 

quraşdırılmış  və  bu  münasibətlə  yarımstansiya 

“mator” adını almışdır.      

Şair  ismi  bəy Nakam,  ictimai  xadim  Zəkəriyyə 

Şahvələqov,  mədəniyyət  xadimi  Zahid  Məlikov, 




 

423 


görkəmli  maarif  xadimi  Seyfi  Hüseynov,  istefada 

olan  polkovnik  Rauf  Bəşirov  vaxtilə  “Matorun 

aralığı” məhəlləsində yaşamışlar.   

Otaq eşiyi 

Şəhərin qədim məhəlləsi hesab edilir. Bu məhəllə 

Şəki xanlarından Şəkixanovların evinin (hazırda tarix-

memarlıq abidəsi kimi qorunur) yanındadır. Otaq eşiyi 

geniş  meydançanı  əhatə  edir  və  burada  beş  küçə 

qovuşur.  Elə  buna  görə  buranı  “ortaq  eşiyi”  kimi 

yozanlar  da  var.  Otaq  eşiyi  məhəlləsində  şair  Hikmət 

Ziyanın  nəslinə  mənsub  milli  memarlıq  üslubunda 

yerli ülkün daşı

125

, bişmiş kərpic və kirəc



126

lə tikilmiş 

mülk vardır. Müsəlman dünyasında müqəddəs sayılan 

“Qırxlar”  nəslinə  (bu  nəslin  son  yadigarı  Yar  oğlu 

Yaqub  idi.  Allah  ona  və  bu  nəsildən  dünyasını 

dəyişənlərə qəni-qəni rəhmət eləsin) mənsub ev də bu 

məhəllənin yaxınlığında yerləşir. 

Dolçalar 

Şəhərin  yuxarı  hissəsində  3  №-li  baramaaçan 

və  ipəkburan  fabrikin  yaxınlığında,  otaq  eşiyi  mə-

həlləsi  ilə  yaxın  məsafədə  yerləşir.  “Dolçalar”  sö-

zünün etimologiyası barədə dolğun məlumat yoxdur. 

Lakin  bəzən  bu  məhəlləyə  “olçalar”  da  deyilir.  (bu 

sözün  etimologiyası  barədə  bax:  AFA,  VI  kitab, 

Şəki folkloru, II cild səh. 419 H.Ə.)    



Arx üstü 

Şəhərin  dağ  ətəyi  məhəlləsidir.  “Hacının  tiki” 

məhəlləsinin  yaxınlığından  başlamış  7-ci  zavodun 

yanınadək  ərazini  tutur.  “Arx  üstü”  sözünün  etimo-

logiyası  bu  adı  daşıyan  məhəllənin  ərazisindən  keçən 

böyük  su  arxı  ilə  bağlıdır.  Bu  arx  vasitəsilə  vaxtilə 

şəhərin  ərazisinin  xeyli  hissəsinə  suvarma  üçün  su 

verilərdi  (buna  “cohar



127

”  suyu  da  deyərdilər.  H.Ə.).  

Bu  məhəllədə  vaxtilə  məşhur  tarzən  Əhməd  bəy  Ta-

hirov və oğlu rəssam Ağa Tahirov yaşamışdır, ev hal-

hazırda saxlanılır. Məşhur diluzçular əsabəli və söyüb 

Məmmədov qardaşları bu ərazidə məskunlaşmışlar.  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə