Microsoft Word Antol-18-Seki


Müqəddəs sayılan yerlər (Pirlər, Ziyarətlər)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə117/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   113   114   115   116   117   118   119   120   ...   147

 

412 


Müqəddəs sayılan yerlər (Pirlər, Ziyarətlər) 

 

Babaratma Piri 

 

Babaratma  piri  Şəki  rayonunun  eyni  adlı  kəndindədir.  Pir 



kompleksinə  məqbərə,  məscid  binaları,  ətrafda  əmələ  gəlmiş  bö-

yük bir qəbirustanlıq daxildir. Xatirə abidələri başdaşı formasında 

olub XIX və XX  əsrin əvvəllərinə aiddir. 

Kəndin adının meydana çıxmasını, kompleksin tarixini və bir 

sıra məsələləri dəqiqləşdirməkdən ötrü pirin kitabəsi tarixi mənbə 

kimi  böyül  əhəmiyyət  kəsb  edir.  Həmin  kitabə  məscid-məqbərə 

binasının  üzərindədir.  Çay  daşına  (0,22x0,30

m

)  həkk  olunmuş 



kitabə  (şəkil  40)  binanın  xaric  divarında,  giriş  qapısından  sağda 

hörülmüşdür. Kitabə ərəbcədir, xətti sülsdür: 

“Mərhəmətli və rəhimli Allahın adıyla. 

Bu  qəbir  məşhur  alim,  seyyid...  Hac-əl-Hərəmeyn  (iki  mü-

qəddəs  yerin)  hacısı  Hacı  Ağa  Məhəmmədindir.  Allahın  və  Al-

lahın  vəlisinin  köməyi  və  onun  müqəddəsliyi  ilə  bu  binanı  bərpa 

etməyə  başladı  Hacı  əl-Hərəmeyn  Seyyid  Hacı  Ağa  Məhəmməd 

Əfəndi ibn Seyyid Qasım Çələbi ibn Seyyid Qədeş Çələbi Əfəndi 

ibn  Seyyid  Hacı  Şeyx  Dədə  Mürsəl  Şeyx  Babarta  1005  ildə” 

(1596-1597) 

Kitabədən  göründüyü  kimi,  məşhur  alim  Hacı  Ağa  Məhəm-

məd  Əfəndinin  məqbərəsi  qeyd  olunan  həmən  bu  yerdədir.  Bun-

dan  başqa  kitabədə  Hacı  Məhəmməd  Əfəndi  tərəfindən  binanın 

bərpa  olunmasından  da  söhbət  gedir.  Ağa  Məhəmməd  Əfəndinin 

üç-dörd  arxa  qohumlarının  “seyyid”  -  “başda  gedən”,  “rəhbər” 

ləqəbi ilə göstərilmələri və axırıncının - Şeyx Dədə Mürsəlin Şeyx 

Babarta deyə qeyd olunması çox maraqlıdır. “Babarta” Baba ribat 

sözünün  təhrif  olunmuş  formasıdır,  “xanəgah  şeyxi”  deməkdir. 

Qeyd olunan yerdə ribat-xanəgah olmuşdur ki, onun fəaliyyətinin 

başlanğıcı  çox  güman  ki,  XIII-XIV  əsrlərə  aiddir.  Məscid-türbə 

binasının içərisində, divara hörülmüş kitabənin (şəkil 41) mətninin 

ərəbcə tərcüməsi belədir: 




 

413 


“Bu  şərəfli  məscidi  divarları  ilə  birgə  Babaratma  kəndindən 

olan  və  ziyarətgahda  yaşayan  Molla  Abdullah  ibn  Molla  Əbdül 

Mütəllib, Peyğəmbər Əleyhüssəlamın hicrətindən sonra 1100 ildə 

bərpa etdirdi və öz əlilə qəbrini qazdı” (1688-1689). 

Kitabədən  göründüyü  kimi  Molla  Abdullahın  həyat  və 

fəaliyyəti  sosial-mədəni  və  siyasi  mərkəz  kimi  bütün  orta  əsrlər 

boyu  Şəkinin  qaynar  həyatında  mühüm  rol  oynamış  ticarət  yolu 

üzərində  həm  ziyarət,  həm  ticarət  məqsədilə  fəaliyyət  göstərmiş 

ribatla  bağlı  olmuşdur.  Onun  atasının  daşıdığı  “molla”  ləqəbinə 

görə  demək  olar  ki,  Əbdül  Mütəllib  də  alim  olmuş,  atası  ilə 

birlikdə nüfuzlu şəxsiyyərlərdən biri kimi ribatda fəaliyyət göstər-

mişlər. Bunların hər ikisi ribat kompleksində mövcud olmuş məd-

rəsənin müddərisləri vəzifəsini də ifadə etmişlər. 

Təəssüf  ki,  kitabələrin  mətni  çox  qısadır.  Yazılı  mənbələrdə 

də abidə və kitabələrdə adları çəkilən tarixi şəxsiyyətlər haqqında 

heç bir məlumat yoxdur. Ona görə də biz qeyd olunanlardan başqa 

bu barədə artıq bir söz demək imkanından məhrumuq.  

 

Oxut Piri 

 

Şəki  rayonunun  Oxut  kəndində,  meşənin  içərisindəki  köhnə 



qəbiristanlıqda ziyarət yeri - pir vardır. 

Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına 

həkk  olunmuş  yazılar  -  kitabələr  göstərir  ki,  dəfn  olunanların 

ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Zi-

yarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat 

etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfən-

dinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 

1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazıl-

mışdır.  Üçüncü  qəbr  abidəsi  baş  əmir  Sultan  Məcid  ibn  əl-X-l-u 

bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. 

Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxması-

nı,onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun 

fəaliyyətinin XVII əsrdən əvvələ aid  etməyə imkan verir. 



 

414 


Kitabələrdə  qeyd  olunan  şəxslərdən  baş  sərkərdə  tarixi 

şəxsiyyətdir. Lakin onun ziyarətgahın yaranmasında əsas amil ol-

duğunu söyləməyə heç bir əsas yoxdur. Çünkü orda, ondan əvvələ 

aid abidələr var. Həm də orta əsrlərdə məhz belə adlı-sanlı şəxslər 

pir yerlərində, müqəddəs torpaqlarda dəfn olunurdular. Qəbirlərin 

hazırda  ziyarət  obyektinə  çevrilməsini  ancaq  bir  həqiqətlə  izah 

etmək  olar.  O  da  ondan  ibarətdir  ki,  Pirin  meydana  çıxmasında 

əsas  rol  oynayan  tarixi  şəxsiyyətlərin,  alimlərin,  şeyxlərin  xatirə 

abidələri  zəmanəmizə  kimi  qalmayıb.  Əsrlər  keçdikcə  itib-batıb, 

sınıb-dağılıb, yerli xalq isə daşların üzərindəki yazıları oxuya bil-

mədikləri üçün,  yuxarıda qeyd olunan  şəxslərin  məzarını ziyarət-

gaha çevirmiş, müqəddəsləşdirmişdir. 



 

Güldəstə Piri 

 

Güldəstə Piri şəhərin Güldəstə, eyni zamanda Gəncəli məhəl-

ləsi adlanan hissəsində, orta məktəbin  həyətində təbiət abidəsi ki-

mi qorunan, yüz əlli ildən artıq yaşı olan çinarın (cır şabalıdın) al-

tında yerləşir. Camaatın inamına görə, ürəklərində niyyət və arzu-

su olanlar  bu pirə gələrək  nəzir qoyur, ağaca  mismar çaxır  və  ya 

müxtəlif  parça  qırıqlarını  bağlayırlar.  Etiqada  görə,  40  gündən 

sonra onların niyyət və arzuları həyata keçir.  

– Mən ana tərəfdən şəkiliyəm. Anam tərəfdən (anam xəttilə) 

böyük  babam,  yəni,  anamın  babası  Hacı  Mir  Baba  olub.  Onun 

atası da Seyid Salam olub, ona Salam-Məleyk Seyid  deyirlərmiş. 

Hacı Mir Babanın oğluna da babası Salamın adını qoyublar. Hacı 

Mir  Baba  kouş  olub,  zəvvarları  Həcc,  Kərbəla  və  Məşhəd 

ziyarətlərinə aparırmış, deyilənlərə görə o, 40 dəfə Kərbəlada, 25 

dəfə Məkkədə olub. Bəzi məlumatlara görə 113 yaşında, başqa bir 

rəvayətə görə isə 117 yaşında axırıncı dəfə ziyarətdən gələndə 18-

ci ildə Ağdaşdakı Türyançayda batıb, atla birlikdə sel aparıb.  

Hacı Mir Babanı Güldəstədə batırıblar və camaat onun qəb-

rini pirə çevirib. O, ocaqlı Seyid  nəslinə  mənsub  idi, övliya kimi 

ona  böyük  hörmət  edərlərmiş.  İnsanlar  Allahla  öz  aralarında  öv-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə