Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə115/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   111   112   113   114   115   116   117   118   ...   147

 

404 


 

Soltan


4  

rəhmətə getdi, 

Yerində “karvan” qaldı.   

 

 

Cürbəcür adətlər 

 

K



K

e

e

ç

ç

m

m

i

i

ş

ş

d

d

ə

ə

 

 

Ş

Ş

ə

ə

k

k

i

i

d

d

ə

ə

 

 

h

h

ə

ə

c

c

c

c

ə

ə

 

 

g

g

e

e

t

t

m

m

ə

ə

 

 

a

a

d

d

ə

ə

t

t

i

i

 

 

 

Müasir həccə getməklə keçmişin “həcə yollanma” adətləri bir 



çox cəhətlərinə görə bir-birindən fərqlənir.  

Müasir  həccə  getmənin  təşkili,  həyata  keçirilməsi  çox  sadə-

dir,  asan  yollarla  başa  çatır.  Belə  ki,  ruhani  idarəsi  ziyarətə  yola 

düşmə vaxtını bəri başdan elan edir. Kimin pulu varsa, avtomaşın 

tutur. İmkanlılar  qısa  müddətdə  həcc  ziyarətinə  gedərək  “hacı  fi-

lankəs” olurlar… 

Bəs  görəsən  keçmişdə  (1918-ci  ildən  əvvəl)  Şəkidən  həccə 

getmə necə olub? Ailəsini gözütox dolandıran adamın artıq qazanı 

olanda  həccə getmək  fikrinə düşürdü. O,  əvvəlcə “əsdəxfürullah” 

edib namaz qılar, keçmişdə günah işlədibsə bağışlanması üçün Al-

laha dua edərmiş. Sonra həccə getmək üçün pul yığmağa başlayır-

dı. Bir daxıl ayırar, münasib vaxtlarda ora pul qoyardu. 

Molla  Məmmədin  dediyinə  görə,  həccə  halal  pul  xərclənəli-

dir.  Bir  adam  küm  götürməklə  pul  yığırmış.  O  altı  il  yığdığı  qa-

zancı həccə getməyə sərf eləyir, yeddinci il küm götürür.  

Keçmişdə  həccə  dəvələrlə  gedərlərmiş.  Dəvənin  üstündəki 

xurcunun  hər  gözündə  bir  adam  oturar,  beləcə  gedib-qayıdarlar-

mış. Şəkidən həccə gedib-qayıtmaq altı ay çəkərmiş.  

Bir dəfə Şəkidən həccə gedənlərdən biri  yolda ölür. Səhralıq 

yerdə  su  tapılmadığına  görə  ölünü  torpaqla  çimdirif  dəfn  edirlər. 

Geri qayıdanda da  başqa  birisi canını tapşırır. Orada su olduğun-

dan onu çimdirif dəfn  edirlər. Hər ikisinin istəyi o dünyada hasil  

 

________________ 



4.Soltan- Soltan Hacıbəyov. Bəstəkar 


 

405 


olur. Zəvvarları  həccə aparan dəvəçilərdən  biri ölsə, onu dəfn et-

mək üçün lazımi şeylər xurcunundan çıxarmış.  

Şəkidən  həccə  gedənlər  qayıdıf  Yevlaxa  çatan  kimi  oradan 

öylərinə xəbər göndərərlərdi. Boynuna kələğayı bağlanmış atlarla 

gedif onları qarşılayardılar. Zəvvarlar Şəkiyə çatanda evlərinə get-

məzdən  qabaq  haqq  yolunda  ölənlərin  ailə  üzvlərinə  baş  sağlığı 

verərdilər. Həcc  yolunda ölənləri çimdirənlərdən  halallıq alandan 

sonra hacılar dağılışardılar.  

 

Bəzi toy adətləri və əhvalatları 

 

 

Vaxtilə  Şəkidə  qız  və  oğlan  toyları  ayrı-ayrı  olardı,  özü  də 

bir-birinnən fərqlənərdi.  

Qız toyu. Keçmişdə qız toylarında kişilər iştirak eləməzdilər. 

Təsadüfi  hallarda  qız  sevən  oğlan  uzaqdan,  qadınların  görmədiyi 

yerdən  toya  baxardı.  Qız  toylarında  kişilər  deyil,  qadınlar,  ya  da 

kor  Ələkbər  çalıb-oxuyardı.  Kor  Ələkbərin  anası  Zəhrəqudan  ar-

vad onu qavalda müşayiət eliyərdi. Ələkbərin hər iki gözü kor idi. 

O, bəzən tar, qarmon da çalardı.  

Qız  toylarını  Süsən  adlı  qadın  aparardı.  O,  qarmonda  oyun 

havası  ifa  edərdi.  Toya  yığılan  arvadların  hamısı  əl  çalardı.  Olça 

(əl çalmaq)  səsi çox  hallarda  musiqini  itirib-batırardı. Ortaya dü-

şüb əl-qol açanlar elə-belə olçaya oynayardılar.  

Toy mərasimləri üç gün davam edərdi. Qadın toylarında otura-

caq-filan olmazdı. Qız-gəlinlər ya otaqda dövrə vurub ayaq üstə da-

yanar, ya da bardaş qurub yerdə əyləşərdilər. Toylar çox şən keçərdi. 

Oğlan toyu. Şəkidə oğlan toylarının əksəriyyəti tar, kamança 

dəsgahıyla keçirdi. Oğlan toyunda qadınlar olmazdı. Qadınlar  kə-

nar  bir  yerdən  tamaşa  edərdilər.  Burada  çalıb-oynamaqdan  başqa 

muğamat oxunmasına da çox həvəs göstərilərdi. 

Oğlan  toylarında  güləşmək  də  dəb  idi.  Çox  vaxt  axırı  dava-

dalaşla qurtardığından sonralar ləğv edilmişdi.  

Camaat  arasında  muğam  toyları  barədə  maraqlı  rəvayətlər 

gəzib dolaşır. 




 

406 


Muğamın qol-qanadını sındırma 

 

Faytonçu Əmioglu Əsgər, Əsədoğlu Yaquf, baytar Şirəli mu-



ğamat bilicisi kimi tanınmışdılar. Faytonçu Əsgər toy mərasiminə 

gedəndə  düz  çalğıçıların  qabağında  bardaş  qurub  oturardı.  Bir 

neçə  oyuna  baxandan  sonra  toyçulara  düşərgələrini  verib  hansısa 

bir  muğamatı  oxumalarını  xahiş  edərdi.  Əsgər  kişini  tanıyan  xa-

nəndə  onun  istədiyi  muğamı  düzgün  oxumağı  bacarmırdısa,  bəri 

başdan deyərdi:  

- Əsgər Əmioğlu, məni bağışla. 

Əmioglu Əsgər də əvəzində bir oyun havası çaldırar, oynayıb 

toydan çıxardı. Əyər xanəndə məhəl qoymadan muğamatı ala-ya-

rımçıq oxusaydı, ya da harasındasa səhv eləsəydi, Əsgər oturduğu 

yerdən dik qalxar: 

-  “Saxla,  saxla!  Muğamın  qol-qanadını  sındırma!”  -  deyib 

toydan çıxardı.  

Onun ardınca məclisi tərk edənlər çox olardı.  

Toy  sahibiylə  toya  gələnlər  narazı  qalardılar.  Bundan  sonra 

toyda  şənlik  azalar,  süst  keçərdi.  Mağarı  aparan  çalğıçı  dəstəsi  o 

gündən hörmətdən düşər, başqaları onları öz toylarına aparmazdı-

lar.  


 

Doqqazkəsmə 

 

 



Deyilənə görə (təqribən 1900-cu illərdə olub) Biləcik kəndin-

də Əzəddin uşağında toy olub. Toy  Abbasoğlu İslamın  idi.  Onda 

gəlini  toy  qutaranda  gətirirdilər.  Arabaları  qoşub  gəlin  gətirmək 

üçün gedirlər, lakin həyətə girə bilmirlər. Gəlin də yaxında qonşu-

luqda imiş. Bəzənib-düzənib gözləyir ki, gəlib onu aparsınlar. La-

kin  acgöz  doqqazkəsənlər  verilən  pulun  az  olduğunu  bildirib 

doqqazı açmırlar. Bu tərəf pulu bir qədər də artırır. O tərəf  yenə 

də  razılaşmır.İş bu yerə çatanda qayıdıb bəyin atası Abbas kişiyə 

xəbər verirlər ki, bəs nə edək, doqqazı açmırlar.  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə