Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə111/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   107   108   109   110   111   112   113   114   ...   147

 

386 


   

 

* * * 



Gitara çal, vurub cazı, 

Bəyənmə tar, qabal, sazı. 

Bir yanında zırpı tazı, 

Bir yanında oğlan moddu. 

 

   


 

* * *  


Sağ gözə tax eynək, hüt ol, 

Çılpaq büt ol, neynək, küt ol. 

Geymə paltar, köynək, lüt ol, 

Lifçiklə gəz, dolan, moddu. 

 

   


 

* * * 


Saqqız çeynə yolda, izdə, 

Yay ağzını, diş təmizdə. 

Abır-ismət deyil, üzdə 

Daha ənlik, kirşan moddu. 

 

     


* * * 

Yolsuz qalıb yoldan çıxan, 

Eli görmür eldən çıxan, 

Avropada zildən çıxan 

Hər səs bizdə inan, moddu.   

 

Olaydım 



 

Gözəl, o ilahi baxışlarını 

Oxuyan ilahi falçı olaydım. 

Hakim kəsildiym arzularına, 

Hissinə, duyğuna ölçü olaydım. 

 

 



   

* * * 


Bilsəm məhəbbətin yanır yolumda, 

Sular bağlamazdı mamır yolumda, 




 

387 


Bütün ömrüm boyu ömür yolumda, 

Səninlə yol gedən yolçu olaydım. 

 

 

   



* * * 

Ayrıl ayrılıqdan, təklən təklikdən, 

Gəl, gəl qoşa keçək gül-çiçəklikdən. 

“Hə” “yox” arasında sıyrılıb yükdən, 

Gümanı doğrulmuş elçi olaydım.  

 

Yığılın 



 

Həşarat şirəyə yığılan sayaq, 

İnsanlar, az dövlət-vara yığılın, 

Qarın otarmasın qarından çıxan, 

Halal kəsbə, halal kara yığılın. 

 

 



  

* * * 


Haramla baylaşıb əldə, ətəkdə 

Ömür-gün sürməyək qulağı şəkdə, 

A dostlar, gen gündə görünməsək də, 

Düşəndə çətinə dara yığılın. 

 

 

   



* * * 

Yoxmu dünyamızın bir ağsaqqalı, 

Kamalla yatırsan hər qeyli-qalı? 

Pozulub havalı könlümün halı, 

Çoxalıb sinəmdə yara, yığılın. 

 

 



   

* * * 


Demirəm raketdən yaxa qurtaraq, 

Uçan boşqablara pənah aparaq, 

Açaq gözlərini dərman taparaq, 

Günəşi tanıdaq kora, yığılın. 

 



 

388 


 

   


* * * 

Nədir övlad dərdi bilir hər ata, 

Bu dağı çəkməyək biz kainata, 

Bir cahil əlindən çıxmamış xata, 

Edək dünyamıza çara, yığılın.   

 

 



Od əmim 

(Təcnis) 

 

Bu günüm də belə keçib gedəcək, 

Keçən sayaq o dünənim, o dəmim. 

Od baxışlım, sinəmə tök odunu, 

O od atam, od ulusum, od əmim. 

 

 



 

* * * 


Yandır ömrü, ləkəlisə “nun”sa, yax. 

Bağrı xallı laləni də “nun” sayaq, 

Qönçə dodaq qoy açılsın “nun” sayaq,    

Düyünlənib niyə olsun o da “mim”? 

 

 

 



* * * 

Vara bilsən, eşqin yolu, odu, var! 

Köçəriyə odu taleh, odu var. 

Közlərinin ürəyimdə odu var, 

İcazə ver ləbindən də od əmim.   

 

Yaşada 

(Dodaqdəyməz təcnis) 

 

Qarnın əsiridir alçalan insan, 



Ya dərdliyə layiq deyil, ya şada. 

Sehirli dərgahı haqq-ədalətin 

Nahaqqı itirə, haqqı yaşada. 



 

389 


 

     


* * * 

Xain, çətin saxlar şər işlərin dən 

Salacaq saçına hər işləri dən. 

Naqislərin şeytan, şər işlərindən 

Axan yaşlar yeri etdi yaş ada. 

  

    



* * * 

Halallıqla qazan yaxşı ad, yaşa. 

Təskinlikdi axan-yaxşı ad-yaşa. 

Aqillik gətirir yaxşı ad yaşa, 

Xətir saxla saqqala da, yaşa da. 

 

     



* * * 

Ey ana yer, tanı nədi insanı, 

Aşıq həsrət anlarını il sanı. 

İnsanları yaşatdığın il sanı 

İnsanlar da kaşki səni yaşada.     

 

  



 

390 


XXIII. AŞIQ RƏVAYƏTLƏRİ 

 

Molla Cuma ilə Aşıq Ələsgərin deyişməsi

99

 

 

Rəvayətə  görə  bir  dəfə  Molla  Cuma  gəlib  çıxır  Aşıq  Ələs-

gərin  və  şəyirdlərinin  yaşadığı  bir  ocağa.  Şəyirdləri  görürlər  ki, 

qəribin  sazı  var.  Qonağı  dişlərinə  vurmaq  istəyir,  ona  atmacalar 

atırlar.  Cuma  onların  cavablarını  yerli-yerində  verib  pərt  eləyir. 

Hadisəni  müşahidə  edən  Aşıq  Ələsgərin  xoşuna  gəlir  Molla 

Cumanın hazırcavablığı.  

Aşıq Ələsgər soruşur: “Aşıq, hardan gəlib, hara gedirsən?” 

Alıb Molla Cuma görək nə deyər: 

 

Ağalar, xəbər alsanız,  



Bilin mən hardan gəlirəm. 

Cəsədim od tutub yanır, 

Çıxıban nardan

100

 gəlirəm. 

Mənsur təki müsəxxərdim

101

Qurtarıb dardan gəlirəm. 



Aparıb əqlim, kəmalım 

Satıb bazardan gəlirəm. 

Billah təmiz uzaq olub, 

Namusdan, ardan gəlirəm.  

 

* * *  


Bir şəhərə yolum düşdü, 

Sultanı çıxmış başa da



102

 

Qabağında əl bağlayıb, 



Qalmış yüz on dörd paşa da

103

 

Altı мин ики yцz отуз доггуз



 

 

 



Bayraq var yanaşada

104

,

 



Йетмиш йедди мин доггуз йцз отуз дюрд qoşun

105 

Nizam oynar tamaşada. 

Otuz qapıdan keçibən

106 

Mən o şəhərdən gəlirəm. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə