Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə112/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   108   109   110   111   112   113   114   115   ...   147

 

391 


* * * 

Bir qarıynan bir qoca



107

,

 



Əyləşmişlər xanasında. 

İyirmi dörd gəlin vardır



108

,

 



Həm onların binasında. 

Hər gəlinin altmış uşaq



109

Düzülübdür sinəsinə. 



On beş-on beş süd əmərlər

110

Dörd məmə var anasında



111

Mocuzata heyran olub 



Çərxi-qəvvardan gəlirəm. 

 

* * * 



Bir əjdaha kəsdi yolum, 

Gördüm on iki başı var



112

Hər başında birdir ağzı, 



Ağzında otuz dişi var

113 

Hər kəllədə dörddür gözü



114

,      


Tamam yüz əlli qaşı var

115

 

Qabağında yazılıbdır



 

Üç yüz altmış yaşı var



116 

Qorxma deyib mərd yerişli 

Cəlil Cabbardan gəlirəm. 

 

* * * 



Bir bezircan seyrə çıxmış 

Doxsan doqquz qul dalınca



117 

Gündə beş vaxt iş işlərlər



118 

Ta İsrafil sur çalınca



119

Bir şah qırar öz qoşunun 



Təki özü tək qalınca

120 

Arif olan bu suala 

Cavab verər kamalınca. 

Mən Cümədə xəvər çoxdur, 

Gəzib diyardan gəlirəm. 



 

392 


Aşıq  Ələsgərin  şəyirdləri  qıfılbəndi  aça  bilmir,  sazlarını  ve-

rirlər  Molla  Cumaya,  Molla  Cuma  götürmür,  deyir  ki,  mən  bura 

saz yığmağa gəlməmişəm, söz öyrənməyə gəlmişəm. 

Rəvayətə  görə  Aşıq  Ələsgərlə  Molla  Cuma  üç  gün,  üç  gecə 

deyişirlər. 

Axır bu qərara gəlirlər ki, onlar bir-birini bağlaya bilmirlər, əl 

verirlər, bir-birinin sazın öpüb doğma qardaş kimi deyə-gülə ayrı-

lırlar... 

 

Molla Cumanın Molla Surxaydan gileyi 

 

Molla  Surxay  Göynük  Mahalının  sayılıb-seçilən,  ən  nüfuzlu 



adamlarından hesab olunurdu. Molla Cuma  ona həsr etdiyi şeirlə-

rinin birində yazırdı:  

Muştulud Adəm Ataya, ondan qalmış bu fərzəndə. 

İkidir səxavət əhli, Bizim Şəki uyezdində 

Baş Şeyx Hacı Əhməddir, Ayağı Molla Surxaydı. 

(Şeyx Əhməd-məşhur din xadimi, ilahiyyət alimi idi. Hazırda 

Şəki  rayonunun  Baş  Şabalıd  kəndindəki  qəbri  ziyarət  hesab  olu-

nur. H.Ə.) Molla Surxayla Molla Cuma arasında möhkəm dostluq 

əlaqələrinin  olması  aşığın  şeirlərində  açıq  görünür.  Lakin  Molla 

Cuma  nədənsə  Molla  Surxayın  ondan  inciməsini  hiss  edir  və 

məsələni  aydınlaşdırmaq  məqsədilə  dostunun  evinə  yollanır.  Qa-

pının dalından  “ay  Molla Surxay, ay  Molla Surxay” deyə çağırsa 

da balta ilə odun doğrayan Molla Surxay aşığı səsindən tanısa da 

buna  əhəmiyyət  vermir.  Molla  Cumanı  səsindən  tanıyan  Molla 

Surxayın arvadı ərinə deyir ki, bu gələn Molla Cumadır, çıx qaba-

ğına,  yoxsa  o  sazını  çıxarıb  sənə  həcv  qoşar,  yaxşı  olmaz,  Molla 

məktəbində  bir  yerdə  oxumusunuz,  ərəb-farsı  öyrənmisiniz,  neçə 

illərin dostusunuz, gör nə deyir. Sən demə, Molla Surxayın hüzürü 

düşüb və o elə bilib ki, Molla Cuma bunu bildiyi halda başsağlığı-

na  gəlməyib.  Bu  səbəbdən  də  aşıqdan  inciyib.  Əslində  isə  Molla 

Cumanın  bu  hüzrdən  xəbəri olmamışdır. Molla Surxayın onu  so-

yuq qarşıladığını görən aşıq sazını çıxararaq bu müşairəni deyir: 




 

393 


Dünyadı 

 

Salam olsun sənə, ey molla Surxay, 

Bel bağlama, ha bu, yalan dünyadı. 

Qulpun tutub çox eyləmə haqqı-say, 

Qabağı gül, dalı solan dünyadı. 

 

Əbdürrəhmandan hanı edən xoş səfa, 



Şamxal bəyi tək eylədi bivəfa, 

Hanı Rüstəm, hanı molla Mustafa, 

Kim qalıbdır, kimə qalan dünyadı. 

 

Çox yoxsulu qalxızıban bay eylər, 



Çoxlarını dağıdıban zay eylər, 

Çoxlarının göz yaşını çay eylər, 

Çoxlarına talan salan dünyadı. 

 

Çoxlarına gül-bənövşə iynədir, 



Çoxlarını gecə-gündüz göynədir, 

Çoxlarını dırnaq üstə oynadır, 

Çoxlarına təmbur çalan dünyadı. 

 

Mən Cumanın hal-əhvalın bilmədim, 



Dostluğuna yoxsa layiq görmədin, 

Hər an sorram, bir haysa da vermədin, 

Belə olmaz, ölüm olan dünyadı. 

 

Molla Surxay  baltanı  yerə qoyaraq gəlib  Molla Cuma  ilə  sə-



mimi  görüşüb  onu  evinə  aparır,  başına  gəlmiş  qəzəvü-qədərdən 

söz açır, aşıq  isə  bu  hadisələrdən  xəbərsiz olduğunu  bildirir, üzr-

xahlıq edir. 

 

 

 



 

394 


Molla Cumanın Qıpçaq səfəri 

 

Molla Cuma baba bir gün Qıpçağa gəlir, lakin onu bu kənddə 



tanımırlar.  Qışın  oğlan  çağı  idi,  hər  yerə  qar  yağmış,  buz  bağla-

mışdı. Bunun da bir arıx atı olur. Molla Cuma babanı çəkirlər isti 

evə,  atı  isə  soyuqda  həyətdəki  tut  ağacına  bağlı  halda,  baxımsız 

qalır. Aşıq görür ki, əgər at bu vəziyyətdə səhərədək çöldə, ayazda 

qalsa,  aclıq  və  soyuqdan  öləcək,  özü  isə  atsız,  piyada  qalacaq. 

Molla Cuma  baba evdəkilərdən  soruşdu ki, sizə  saz çalım,  yoxsa 

Qur”andan,  şəriətdən  oxuyum.  Cavabında  ev  yiyəsi  qayıtdı  ki, 

qurban  olum  Qurana,  insana  öləndə  lazımdı  yasin  oxumaq,  bizə 

saz çalın, ürəyimiz darıxır. Bu arada ev sahibəsi elə hey deyinir və 

Molla Cumaya deyirdi ki, atı tövləyə bağlamayın, qoyun-quzunu, 

dana-buzovu  vurar.  Arvad  atı  tövləyə  qoymaq  istəmirdi.  Molla 

Cuma  baba  da  fikirləşdi  ki,  əgər  sazı  əlimə  alsam  bu  arvada  elə 

həcv  qoşacağam  ki,  atı  öz  əli  ilə  aparıb  qoyacaq  tövlədə  arpanın 

üstünə.  

Görək aşıq sazı əlinə alaraq nə deyir. 

 

Müxəmməs 

 

Bir müsafir sənə qonaq gələndə, 



Əvvəl əldən onun atına baxın. 

Tutun noxtasından çəkin tövləyə, 

Arpadan, samandan, otuna baxın. 

 

Müsafiri xanasına yetirin, 



Əldən-ələ, dildən-dilə götürün. 

Ya üzbəüz, ya düzbədüz oturun,  

Aşından, ətindən, çayına baxın. 

 

Molla Cümə sizə qonaq gələndə, 



At üstündə buz deyiban qalanda, 

Ürək sevib bir arvadı alanda, 

Axtarıban onun zatına baxın. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə