Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə114/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   110   111   112   113   114   115   116   117   ...   147

 

399 


-  Ay  ustad,  o  qonşudan  gəlməyib,  evdə  bişməyib.  Nə  bilim 

necə şeydi? Sən başla yeri, mən arxanca gəlim.  

 

Alır Aşıq Donu, belə deyir: 

Yeri-yeri çeşmi laçın, 

Özgələrə vermə maçın. 

Dal kərdanda siyah saçın 

Hörüb, sökər, 

Yana tökər, 

Şana çəkər, tel vay eylər. 

 

Aldı Molla Cuma 

Aşıq məşuqdan ayrılsa,  

Canı yanar, göz vay eylər. 

Yarı yadnan gəzən görsə 

Bir ah çəkər, 

Qəddin bükər, 

Yaşı tökər göz vay eylər. 

 

Aldı Aşıq Donu 

Yeri-yeri ləbi qönçə, 

Boyu uzun, beli incə. 

Məlul, məlul sən gəlincə  

Gözüm baxar, 

Eşqin yaxar 

Kəmər sıxar, bel vay eylər. 

 

Aldı Molla Cuma 

Qiyməti yoxdur maçının, 

Müşkül-ənbərli saçının. 

Bəxti dönsə bir ovçunun, 

Dağdan köçər 

Murğu uçar 

Ceyran qaçar, düz vay eylər. 



 


 

400 


Aldı Aşıq Donu 

Kərəm sevdi Əsli xanı, 

Uçurdu tülək-tərlanı. 

Bir yar üçün aşıq Donu 

Qaynar, coşar, 

Həddən aşar, 

Ayrı düşər, el vay eylər. 

 

Aldı Molla Cuma   

Fələk qoymur yetəm kama, 

Kim dözər böylə sitəmə, 

Dost boynuna Molla Cuma 

Qolun dolar, 

Qurban olar 

Busə alar, üz vay eylər.  

    

 

Ustad və şəyird 

 

Günlərin  bir  günü  Aşıq  Sirac  şəyirdi  Aşıq  Əjdər  Tağıyevin 

Tovuzun Düyərli kəndində apardığı bir toy məclisinə düşür. Aşıq 

Əjdər məclisdə Aşıq Ələsgərin aşağıdakı qoşmasını oxuyurdu:  

Ovsunçuyam, ovsun sallam, him hara? 

Bənna isən təzin axtar, him ara. 

Sənin bir az ləhcən bənzər himara, 

Aləmdə bədtərdi bu nitqin - 

Bu arada qoşmanın növbəti beyti Aşıq Əjdərin yadından çıxır 

və pis vəziyyətə düşür. Aşıq Sirac şəyirdini bu vəziyyətdən çıxar-

maq üçün qabağa çıxaraq qoşmanın ikinci beytini oxuyur:  

Aşıq gərək bu meydanda bir qala, 

Eşq ocağın bir ətəyhdə bir qala. 

Ələsgərdi xeybər kimi bir qala, 

Bacara bilməzsən dur yerində tərs, danışma əbəs. 



 

401 


Bu hal Aşıq Əjdərə toxunur. O, camaatın içində qayıdır ki, ay 

usta, qoşma  Aşıq  Ələsgərindi, onu  mən oxuyurdum,  sən niyə qa-

rışdın,  mənə  şərik  oldun.  Aşıq  Sirac  deyir  ki,  qoşma  sənin  yox, 

Ələsgərin olduğuna görə, onu hamı oxuya bilər. Mübahisə düşür, 

Aşıq Əjdər qayıdır ki, bəs Ələsgər deyir ki,  

Ələsgərəm, hələ əqli-kamalım, 

Vacib budur bir ustaddan dərs alım. 

Dərs aldım, öyrəndim, oldu öz malım, 

Nə ki, ustadlara bizdən rəhmətdi. 

Aşıq  Əjdər  iradında  möhkəm  duraraq  deyir  ki,  bu  qoşmanı 

mən  öyrənmişəm,  mənim  də  malımdı,  onu  yalnız  mən  oxumalı-

yam,  sən  niyə  ayrı  bir  qoşma  demirsən.  Toy  əhli  işə  qarışaraq 

Aşıq Siracdan bir təzinlə cavab verməyi xahiş edirlər. Lakin təzin 

qoşmağın çox da asan bir iş olmadığını yaxşı dərk edən Aşıq Sirac 

evə qayıdaraq fikirləşir ki, bu hadisə başıma bir də gələ bilər, ona 

görə oturub Aşıq Ələsgərin yuxarıdakı qoşmasına nəzirə kimi aşa-

ğıdakı zəngirləmə-qıfılbəndi yazır: 

Aşıq Ələsgər götürüb sazını mərdü-mərdanə, 

Girərəm meydana gəl eliyək bəhs. 

Sən toxunsan mən də sənə toxunnam, 

Şəriətdə halaldı qisasa qisas. 

 

Saz götürüb meydan mənimdir deyən, 



Əhli-ürfan sənətkar edər fərz. 

Həm elinə bələdəm, həm təzz-zəbanəm, 

Kamil bir ustaddan mən almışam dərs, pirimdi əbdərs. 

 

Piri-əbdərs gərək araya sini, 



Neçə milyon vardı ara yasini. 

Hansı yerdə gəldi araya sini, 

Orda təam yedi iki müqəddəs, onlardı dadrəs. 

 

Dadrəs deyib mən çağırram bir şahı, 



Nüsrət versə mat eylərəm bir şahı. 


 

402 


Nə leşkərdir ana vermiş bir şahı, 

O şaha qəsd edib toxunsa hər kəs, qalarlar bikəs. 

 

Bikəs bir qul gördüm müşkül dərdi var, 



Bir ev tikib bağlı qalıb dər, divar. 

Nə sərvətdir, nə də onun dərdi var, 

Düşübdür zindana yeridir qəfəs, olubdur məhbəs. 

 

Məhbəs verdi sarı, bəyaz, ayarı, 



Bir quş olub varıb tapdı ayarı. 

Çox görmüşəm dildə natiq ayyarı, 

Sən ayyar deyilsən elə salma səs, gəl danışma nəs. 

 

Nəs danışan el gözündə alçalar, 



Əlif qəddin yaya dönər alçalar. 

Sazın allam ağ bənizin al çalar, 

Niza rüba şire nərə baxma tərs, olma müxənnəs. 

 

Müxənnəsin olmaz dərdə davamı, 



Dərd gətirər naxıl sözün davamı. 

Mən Siracam, səhli sanma davamı, 

Tab etməz cəngimə _ hərcayi nakəs, lal ol, nitqin kəs! 

Aşıq  Sirac  yeddi  beytli  bu  zəngirləmə-qıfılbəndi  deyib 

qurtarır, şəyirdindən onun açıqlamasını istəyir. Aşıq Əjdər ustadı-

nın qıfılbəndinə beş beytlə cavab verə bilir, qıfılbəndi isə aça bil-

mir, məğlubiyyətini etiraf edir.     

 

 



 

403 


X

X

X

X

I

I

V

V

.

.

 

 

Ə

Ə

L

L

A

A

V

V

Ə

Ə

L

L

Ə

Ə

R

R

 

 

 

Müəllifli bayatılar 

 

Əzizinəm, göyərdi 



Yağdı, bitdi, göyərdi, 

İlahi bir təmasdır 

Yer qadındı, göy ərdi. 

 

Əzizim, qara çatdı, 



Qar yağdı qara çatdı, 

“Yeddi gözəl” xəstəydi, 

Dadına Qara

1

 çatdı. 



 

Əzizinəm “Rast” gəldi 

“Rast” ilə “Şur” rast gəldi 

Fikrətə Şur muğamı 

Niyaziyə

2

 Rast gəldi. 



 

Əzizinəm sim sarı 

Mizrab qara, sim sarı 

Tərlan tərlanla uçar 

Hər kəsin öz simsarı 

 

Əzizim min bir gecə, 



Fikrət

3

 birdir, min gecə, 



Gen dünyanı dolandı, 

Baletim “min bir gecə”. 

 

Əzizim karvan qaldı, 



Sarbansız karvan qaldı, 

______________ 

1.Qara-Qara Qarayev-Bəstəkar 

2.Niyazi-Mayestro (Dirijor-bəstəkar Niyazi) 

3.Fikrət- Fikrət Əmirov. Bəstəkar 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə