Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə109/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   105   106   107   108   109   110   111   112   ...   147

 

376 


Aşıq Sakit 

 

Yoxdur 

(Aşıq Siracın eyni adlı qıfılbəndinin açılışı) 

 

Aşıq Sirac, meşədəki cüt ağac, 

Maral buynuzudu, yarpağı yoxdu. 

Bir özüldən iki yana ayrılan, 

Haçalar tək durub, torpağı yoxdur. 

 

* * * 



Başdan qaynaqlanıb kökü gör necə, 

Yaz-yay, payızla, qış, gündüz və gecə. 

Buynuzdan buynuzlar veribdir veçə, 

Nə meyvəsi, nə də saplağı yoxdur. 

 

* * * 


Təkcə erkəyində maralın, xoşda, 

Buynuzlar tac kimi gəzirlər başda. 

Ömrü sona çatır meşə, dağ, daşda, 

Bağbanı Allahdı, ortağı yoxdur. 

 

   * * * 



 

Bu Hikmət, əlamət bir Allahındı, 

Varlıqlar neçə min cür - Allahındı. 

Aşıq Sakit deyər sirr Allahındı, 

Düşməni insandı, toxtağı yoxdu. 

 

 

Var 

(Aşıq Siracdan sorğu, qıfılbənd) 

 

Bir gümbəzdə 7 bulaq, 

Acısı var, şirini var. 

Qarışmır bir-birisinə, 

Nə dayaz, nə dərini var. 



 

377 


    

* * * 


O bulaqlar axar, axar... 

Heç kim içməz, hamı baxar. 

Nə iylənər, nə bir qoxar, 

Nə qaynar, nə sərini var. 

 

   


* * * 

3-ü cütdü, biri təkdi 

Onlar ayrı-ayrı rəngdi. 

Təki hamsından qəşəngdi 

Pak bir zikri, bir ünü var. 

  

    



* * * 

Bu gümbəzlər artıb sanı, 

Bürüyüb bütün dünyanı. 

Aşıq Sakit, onda, tanı: 

Haqqın nizam görümü var.  

 

Bizi 



(Divani) 

 

Qadir Allah, sən unutma həmd sənadan bizi, 

Din-imana məsul etdin Kalu-bəladan bizi. 

Ölənəcən tövbə qapısın üzümüzə açırsan, 

Çox sevirsən özümüzdən, ata-anadan bizi. 

 

 



* * * 

Can verdiyin hər bir canlı bir aləm, bir arzudur. 

Son məqamda Adəm oğlu ruzusuna ruzudur. 

Getdiyim yol, tutduğum iş - sən yazdığın yazıdır, 

Bir sirr kimi yoğurmusan başdan-binadan bizi. 

 

 



* * * 

Neyləsən də səninkiyik, kim sağlam, kim əlildi, 

“Aməntu”n bizə tövsiyən bir sübutdu, dəlildi. 



 

378 


Varlı, yoxsul, yaxşı, yaman sənə möhtac, zəlildi 

Bürümüsən diqqətinə ərşi-əladan bizi.  

 

 

* * *  



Başımızın üstdə şimşək, ildırım, qasırğa var, 

Ayağımız altda vulkan, zəlzələ, daşqın sular. 

Rəhmin varsa, yoxdu vallah bizə səndən yaxın yar, 

Qoruyursan fəlakətdən, neçə bəladan bizi. 

 

 

* * *  



Ərrəhmansan, Köçərini rəhm anından ayırma, 

Hörmətinə layiq olmaq gümanından ayırma. 

Mərhəmətinin ümidi-imanından ayırma, 

Apardığın vaxt bəqaya sən bu fənadan bizi.  



 

Dörd, dörd 

 

Molla Cumanın “Göndər” rədifli 

qoşma-qıfılbəndindən parça 

 

Dörd ağadı, dörd bağbandı, dörd də bağ, 



Dörd ovçudu, dörd maraldı, dörd də dağ, 

Dörd ölüdü, dörd xəstədi, dörd də sağ, 

Bunun cavabını yaz göndər mənə. 

 

Cavabı: 

4 ağa - 4 ünsür - xilqətimizdi, 

4 bağman - 4 fəsil - nemətimizdi, 

4 bağ - 4 ümmanlı dünya - əzizdi, 

4-lər çoxdu, əsasları bunlardı. 

 

 

* * * 



4 ovçu - 4 vaxtdı - saysan ömrünə, 

4 mələk təhkimdi insan ömrünə. 




 

379 


4 din - 4 peyğəmbər qansan ömrünə 

4-lər çoxdu, əsasları bunlardı. 

 

 

* * * 



4 kitab - 4 əsas dinin 4 yolu, 

Batil dinlər həm xəstədi, həm ölü, 

Quran məhşərədək qalacaq ulu, 

4-lər çoxdu, əsasları bunlardı.   

 

 

Taxta qaşıq 

 

Metal qaşıq yemək vaxtı boşqabda, dövrədə, cəmin içində səs 

salır  deyə  Ovçu  həkim  yeməyini  həmişə  taxta  qaşıqla  yeyirdi. 

Günlərin  bir  günü  10-15  ilin  həmdəmi  olan  həmin  taxta  qaşığın 

bir  qırağı  qopur.  Bir  müddət  yemək  əzabına  məruz  qalan  Ovçu 

həkim  yaxşı  dülgər  olan  qardaşım  Əliyə  bir  ədəd  taxta  qaşıq 

sifariş  verir.  Aradan  6  ay  müddəti  keçməsinə  baxmayaraq  Əli 

qaşığı  hazır  eləmir.  Ovçu  həkim  isə  müxtəlif  yumorlu,  giley-

güzarlı  şeirlər  ilə  məni  rahat  qoymadı.  Ovçu  həkim  və  dostu 

Niyazi  yozumlu  ikisi  birdən  ki,  üstümə  “Taxta  qaşıq”  şeirlərilə 

hücuma keçdilər, mən də cumdum qardaşım Əlinin üstünə ki: 

 

Niyə məni xəcalətli qoymusan, 



Çəkəmmirəm bu töhməti ay Əli. 

Hər biri dağ bərabəri dostlara, 

Mən vermişəm zəmanəti, ay Əli. 

 

 



* * *  

Qardaşlıqla yan qoyaraq börkümü, 

Qəbul etdim yaxın dostun ərkini. 

Usta kimi sən də göstər görkünü, 

Bircə taxta qaşıq nədi, ay Əli. 

 



 

380 


 

* * * 


Əl işində sənin ki, var səriştən, 

Həmi umac, həmi də ki, əriştən, 

Məhrum etmə məni dostla görüşdən, 

Ver çatdırım əmanəti, ay Əli. 

 

 

* * * 



Hörməti var eldə, adı-sanı var, 

Həkim Loğman kimi şərəf-şanı var. 

Səxavəti, süfrəsi var, nanı var, 

Yeməyə yox bir aləti, ay Əli. 

 

 

* * * 



Mərd yolunda şirin cana qəsd elə, 

Yuxusuz qal, lap özünü məst elə. 

Bir qaşıq yox, biri sən bir dəst elə, 

Dosta göstər məharəti, ay Əli. 

 

 

* * * 



İsmətgildə soyudu xəngəl, qaşıqsız, 

Yetim oğlu oldu əngəl, qaşıqsız, 

Ovçu doxtur vurur ləngər, qaşıqsız, 

Qalmayıbdı ta taqəti, ay Əli. 

 

 

* * * 



Elə etmə qardaşlığı pozum mən, 

Niyazi tək düzü tərsə yozum mən, 

Köçəriyəm, oluramsa lazım mən 

Gəzməm artıq səadəti, ay Əli. 

 

Nəhayət,  aprel  ayının  ortalarında  iki  aşiq  məşuqu  bir-birinə 



qovuşdurduq.  Ovçu  doxturla  qaşığı.  Və  onların  duvaqqapmasını 

aşağıdakı müxəmməslə keçirdik. 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə