436
Ayı yuvasınnan qoz axtarır - Xəsis adamdan pay umur.
Ataa oxşiyəni ciyo qoynuna qoy - İtmiş (oğurlanmış) bir şeyi
tapdıqda belə cavab alırlar.
At qulağıdır - Yəni, yarışanların göstəriciləri arasında fərq azdır.
At oynadır - Dələduzluq edir, həlləm-qəlləm işlər görür və s.
Atı torbası ilə döyüşdürür - İki yaxın adamın arasına nifaq salır.
Atdan düşüb eşşəyə minitdi - Aşağı vəzifəyə, işə keçirilib.
Atdını ata mindirir, piyadanı atdan saldırır - Həyasız, sırtıq adam.
Ağ ayran tamarzısı - Varlı-dövlətli olub, özgə yerdə acgöz-
lüklə yemək yeyən.
B
Baltamın ağzını daşa vurdun - Düzələsi işi pozdun, işin
düzələn tərəfinə getmirsən və s.
Başaratı bağlanıtdı - 1.Əl-qolu bağlanıb, əlini hara atsa boşa çıxır.
2. Bəsirət gözünün bağlanmasına işarədir.
Başıma bəladır, dalıma şələ - Tənbəl və fərasətsiz övlad
haqqında valideyninin giley-güzarı.
Başına at təpitdi - Yersiz, yaşına uyğun olmayan hərəkət edir.
Başını kəsif, saqqalını tariyir - Bədxahlıq etdikdən sonra
qılığına girir, könlünü alır.
Başmaq seyrinə çıxıtdı - Boş-boşuna, məqsədsiz veyillənir.
Beycə çimir qıppamışam - Bu gecə yatmamışam, gözümü
yummamışam.
Beycə yorğan-döşəyi sel apariciyh - Körpə uşaqların yatma-
mışdan əvvəl çoxlu su və ya çay içmələrinin verə biləcəyi
nəticəyə işarədir.
Bığ tullamaq (tulladı) - Nəyisə (nəyəsə) işarə elədi.
Bığını eşmək - İşi başa çatdırmaq, kiminsə işini düzüb qoşmaq.
Belaa çöpdən dirək - Asanlıqla görülən işi çətin iş kimi
qələmə verənlərə istehza ilə belə cavab verirlər.
Bərk-beşik elamax (olmax) - Yerini möhkəmlədib oturmaq
(qalmaq).
437
Bəyaxdan variydi hüsnü camalı, hindi də olutdu Dəli
Bayramalı - Əvvəl eybəcər idi, indi isə daha da eybəcərləşib.
Bəli - bəyim dimir - Hə, yox demir, fikrini bildirmir, əhəmiy-
yət vermir və s.
Bi daş atda, bi daş üsdə - Heç kim bilməsin, heç kimin xəbəri
olmasın.
Bicliyinnən boyu xıra qalıb - Bicliyindən boyu qısa (gödək)
qalıb.
Bu günlərdə bəy başı qırxılıciyhdi - Yaxın günlərdə kiməsə
zərbə vurulacaq, kimisə işdən götürəcəklər və s. mənasında.
Bu iş məni üşüdür - Bu iş məni narahat edir.
Bu adamın hərəkəti məni üşüdür - Bu adam etibarsız, şübhəli
adama oxşayır.
Burun-turuq salmaq - Könül bulandırmaq, qalmaqal salmaq.
Bura sən girən kollux döylü - Bu, sənin gücün çatan iş deyil.
Bunnan Fatiyə tuman olmaz - İş baş tutmayanda və ya
yarımçıq qalacağı təqdirdə belə deyirlər. (bir şeyin az olmasına
işarədir)
C
Canı civində adam - Səhhəti zəif, tez-tez xəstələnən adam.
Civinin ağzını kəvərlə bağliyitdi - Əliaçıqdı, pul xərcləyəndi.
Cındırınnan cin hürkür - Pinti, səliqəsiz adam barədə deyilir.
Ç
Çayda kötük yan gedir - Ədası başından aşan, özündən başqa
heç kimi bəyənməyən haqqında belə deyirlər.
D
Davan qaldırıb yük yığan - Tənbəl və aciz adama belə
deyirlər.
Danzına almamax - Vəlcinə almamaq.
Darayı toxuyuram - Borca gələn adamın dalınca deyilən
tənəli söz, yəni guya ki, mən yaxşı qazanıram.
438
Dağlar da beş gün qısır qalır - İşi çətinə düşüb, çıxılmaz
vəziyyətdə qalana təsəlli üçün belə deyirlər.
Daş at, əlin açılsın - İmkan yaranıb, fürsət düşüb, istifadə et.
Daşdan su çıxan kimi - Min bir əziyyətlə, çətinliklə,
məşəqqətlə.
Daşı atıb, başımı tuturam - İmkansızam, çıxılmaz vəziyyətdəyəm.
Dəvə uşaq imiş? - Birisi başqasını aldatmaq istəyəndə ona
belə cavab verirlər.
Dəvə dalınnan qoz axtarır - Heç nə olmayan yerdən nə isə
axtarır, dava-dalaş salmaq istəyir.
Dəyirmanda payı yox, şahatda başı yarılır - İşləmək istəmir,
yeməkdə isə heç kimə macal vermir.
Dəli dərdinə düşdüm - Bərk (yaman) qorxdum.
Dəlləhliyi təzə öyrənitdi, kekili yannan qoyur - Çox tez ifrata
varan, özünü çoxbilmiş, yekəxana aparan adama işarədir.
Dəmirlə göyə çıxır - And-aman edir.
Dəhnə* yengəsi kimi oturur - Məclisin ortasında oturanlara
(münasib yerdə oturmayanlara) belə deyirlər.
Dəstə çıxarmaq - Baş çıxarmaq.
Dərdöylü adam - Hər şeyi özünə dərd edən, qayğıkeş adam.
Diydi durmax - Körpə uşaq təzə ayaq üstə duranda belə
deyirlər.
Dozay Məmmədqasım - Fərsiz, əlindən iş gəlməyən.
Döşşək biti - Oturduğu yerdən durmaq istəməyən adamlara
işarədir.
Dram-dram salmax - Bilərəkdən, qəsdən narazılıq, dava-dalaş
salmaq.
Duluz qətiri - Bic, hiyləgər, çoxbilmiş adam. Deyilənə görə
duluz hazırladığı qabları yalnız qətirə yükləyir. Çünki qətir dar,
əyri yollardan məharətlə keçir, apardığı qabları mənzil başına sağ-
salamat çatdırır. At və eşşəkdə isə duluz qablarını aparmaq qeyri-
münasib sayılır, çünki onlar dar yollarda düzgün seçim edə bilmir,
qabları sındırırlar.
____________________
* Şəkinin kəndi
439
Dumana düşən qaza dönütdü - Başını itirib, çaşıb qalıb.
Düzə yurd elamax - Hamarlamaq, müflis etmək.
Düyü döyənə “zırt” diyir - Tənbəl, lakin özünü yalandan
işgüzar kimi göstərənə işarədir.
E
Eşşəh vurub cənnətə salıtdı - Yaxşı yerə ilişib, bəxti gətirib.
Eşşəyin dal əyağı-Xeyrə - Şərə yaramayan, fərsiz adam.
Eşşəkdən adınalıq* umur - Xeyirsiz, yaramaz adamdan
yaxşılıq umur.
Ə
Əliyif- əliyif kəpəyə qatır-Yaxşı başladığı işi axırda korladı.
Əzvay mürəbbəsi - Əlindən iş gəlməyən, vasvası, ləng adam.
Əyağı sürüşkən - Etibarsız, dönük, bəzən də şorgöz qadın və
kişilərə işarədir.
Ələyi ələnib, xəlvəri göydə fırılliyir - Vəziyyəti ağırdır,
çarəsizdir.
Ələkdən saca gedir - Halsız, əldən düşən haqqında belə
deyirlər.
Əli yanıb ağzına təpitdi - Yersiz olaraq tələsən adamlara
istehza ilə belə deyirlər.
Əli ətəyindən uzun - Real imkanından artıq iddiada olan, dili
qabiliyyətindən artıq, uzun çıxan adam.
Əlinnən gələni beş qava çək! - Nə istəyirsən et, səndən
qorxmuram-mənasında deyilir.
Əl isidən yer - Dolanacaq yeri.
Əl mərddir, göz namərd - Əl həmişə bədəni müdafiə edir, göz
isə təhlükə görən kimi yumulur.
Əməli əyağına çidar olsun - Çox bilən, əməlbaz adama qarğış
ifadəsi.
Ərdəmi olmamaq - Hansı işi isə görməyə həvəsi olmamaq.
_______________
*Şəkidə cümə axşamı yas mərasiminə adına deyilir. İfadə buna işarədir.
Ümumiyyətlə burada cümə axşamı adına adlanır.
Dostları ilə paylaş: |