64
gözü çıxmış və yanağına düşmüşdür.
Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
in yanına gəldi. Peyğəmbər: «
Bismilləh» deyərək gözü yerinə
qoydu. Göz olduğundan daha gözəl bir şəkildə yerində durdu. Digər
gözündın daha sağlam görməyə başladı. Qatadənin övladları atalarının
başına gələn bu mçcüzə ilə daima iftixar edərdilər. Qatadənin oğlu
xəlifələrdən birinin yanına girərkən Xəlifə kimliyini soruşdu. Qatadənin
oğludur – dedilər. Qatadənin oğlu: «Mən gözü ynağşna düşmüş
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yerinə qoyduğu kişinin
oğluyam». əl-Həkəm b. Əbil Asim adlı bir nəfər Peyğəmbər ələ salaraq
onun yolda yerişini təqlid edirdi. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
onun üçün bəd dua etdi vı: «Sən el də qal!» dedi. Adam şikəst oldu və
ölənə qədər titrəyərdi». Ağacın onunla danışması. Bir bədəvi Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yanına yaxınlaşdıqda Peyğəmbər: «Hara
getmək istəyirsən?» deyə soruşdu. Bədəvi: «Ailəmin yanına» dedi.
Peyğəmbər: «Sənə xeyirli bir xəbər deyimmi?». Bədəvi: «Nədir o?» dedi.
Peyğəmbər: «Tək və ortağı olmayan Allahdan
başqa ibadətə layiq haqq
İlah olmadığına və Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət
gətirərsən». Bədəvi: «Sənin bu dediyinə şəhadət edəcək bir dəlilin
varmı?» dedi. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
vadinin
kənarında olan ağacı göstərərək: «Bu ağac» dedi. Ağac həmən yeri eşərək
gəldi və Peyğəbər
–
sallallahu aleyhi və səlləm
–
in qarşısında durdu.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ondan üç dəfə şəhadət
gətirməsini istədi. Ağac da onun dediyi kimi (üç dəfə) şəhadət gətirdi»
183
.
Bundan başqa yeməyin çoxalması, Ovcunda daşların təsbih etməsi,
daşların ona salam verməsi və s. kimi möcüzələri vardır. Alimlər xırdalı
böyüklü Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in möcüzələrini üç
minə qədər çatdırırlar
184
.
PEYĞƏMBƏRLƏRƏ İMANIN FAYDALARI
1. Onların Allah tərəfindən haqq ilə, elçi olaraq göndərildiklərinə iman
etmək. Onlardan hər hansı birisinin risalətini inkar edən kimsə, hamısını
inkar etmiş sayılır. Məs: Allah buyurur:
«Nuh qövmü Rəsulları
yalanladılar». (əş-Şuara 105). Bu ayədən göründüyü kimi Allah onları
bütün Rəsulları yalanlamış olduqlarını qeyd edir. Halbuki onu
yalanladıqlarında Nuhdan başqa rəsul yox idi. Buna görə də Muhəmməd
–
sallallahu aleyhi və səlləm – i yalanlayan və ona tabe olmayan Yəhudi və
183
Sünən Darimi 16 səhih, İbn Hibban 6505, Şeyx Şueyb Arnavut səəih.
184
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – m möcüzələri haqqında
geniş məlumata Buxari, Müslim,
Əbu Davud, Tirmizi və s. kimi alimlərin hədis kitablarında baxa bilərsiniz.
65
Xristianlar eyni zamanda Musa
– əlehissəlam – ı, Məryəm oğlu İsa
–
əlehissəlam – ı da yalanlamaqda və ona tabe olmamaqdadırlar.
2. Peyğəmbərlərdən adlarını bildiklərimizə iman gətirir, adlarını
bilmədiyimiz Peyğəmbərlərə də icma ilə iman gətiririk.
3. Onlardan bizə səhih olaraq nəql edilən xəbərləri təsdiq etmək.
4. Göndərilmiş olan Rəsulun şəriətinə gərəyincə əməl etmək. Bu rəsul
da sonuncu olan Muhəmməd
– sallallahu aleyhi və səlləm – dir.
5. Allahın qullarına olan rəhmət və mərhəmətini bilmək. Allah onları Öz
yoluna yönəltmək, Allaha necə ibadət edəcəklərini onlara başa salmaq
üçün Peyğəmbərlər göndərmişdir. Çünki insan tək ağlı ilə bunları dərk edə
bilməz.
6. Allahın göndərdiyi
peyğəmbərləri sevmək, onları təzim etmək və
onlara yaraşır şəkildə tərif etmək. Çünki onlar Allahın rəsullarıdır, onlar
Allaha ibadət etmiş, risalətini təbliğ etmiş və onun qullarına səmimi öyüd-
nəsihət vermişdilər.
7. Bu böyük nemətə görə Allaha şükr etmək.
AXİRƏTƏ İMAN
Əhli Sünnə Vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun
mənası da qiyamət gününə Allahın kitabında, Rəsulullah
– sallallahu
aleyhi və səlləm – in sünnəsində ölümdən
sonra Cənnətliklərin Cənnətə,
Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək
şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın
insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün
dirildəcəyi Qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan
sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə,
Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər.
«Qiyamət mütləq
gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu
inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (qiyamət) həqiqətdir. Haqq-
hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6).
Allah Qurani Kərimdə Allaha iman ilə, axirətə iman etməyi bir-birinə
bağlı olaraq zikr etmişdir.
«O, kəslər ki, sənə göndərilənə (Qurana) və
səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə
də şəksiz inanırlar». (əl-Bəqərə 4). «Yaxşı əməl sahibi heç də üzünü
günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl
sahibi əslində Allaha, Qiyamət gününə… inanandır». (əl-Bəqərə 177).
Əhli Sünnə Qiyamətin qopma vaxtını Allah tərəfindən bilindiyinə,
Allahdan başqa kimsənin onu bilmədiyinə inanırlar.
«Həqiqətən
Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». (Loğman 34). (Ya