312
S a p a n. Gedək, yoldaşlar... haçan çağırarlar, biz də sözümüzü deyərik.
Z a m a n. Mən bir bilmək istəyirəm ki, siz nə istəyirsiniz?
M i r z ə C a m a l. Sən çox yaxşı bilirsən... Biz onu istəyirik ki, mən otuz ildir
Əmirəstanbəyin rolunu oynayıram. Tip yaratmışam. İndi siz gəlib mənim başıma
bir dirabı papaq qoymaq, quyruğuma da bir dialektika bağlamaq istəyirsiniz. Özü
də Gülsabah xanımın buyruğu ilə rejissor o cür tipi, mənim rolumu alıb sənə
veribdir.
B a y r a m. O, yeni metodla işləyir, yeni nəzəriyyə ilə işləyir. Sən isə o metodla
işləmək istəmirsən, bacarmırsan.
M i r z ə C a m a l. Neçin bu otuz ildə bacardıq. Hələ indi sən gəldin, Gülsabah
xanım gəldi, bacarmadıq. Mən çox yaxşı bacarıram. Ancaq öz tipimi korlamaq
istəmirəm.
Z a m a n. Otuz il bundan qabaq mənim də nənəm qız idi.
A r i f H i k m ə t. Bəs necə olur ki, mən həmişə palajitelni roller oynamışam,
Moskvada Stanislavski özü də dedi. İndi nə ki atrisatelni rollar var mənə veriblər.
Mən bu teatrdan gedəcəyəm. Atrisatelni rollar oynamayacağam.
G ü l s a b a h. Yoldaş müdir, mən işə gedirəm.
Ə m r u l l a. Bir bilmək olar ki, siz orada nə işləyirsiniz?
S a p a n. Biz oxuyuruq. Gülsabah xanım və Bayram bizə dərs verirlər.
Z a m a n. Biz yarışa hazırlaşırıq.
Ə m r u l l a. Yaxşı, bunu kimə demişsiniz?
S a p a n. Mestkoma demişik.
Ə m r u l la. Qələt eləyir mestkom atasıynan, anasıynan. Mən öz çulumu sudan
çıxara bilmərəm, gedib Məsko teatrı ilə kəlləbəkəllə gələcəyəm.
M i r z ə C a m a l. Yox, Gülsabah xanım və Zaman döyüşəcəklər
G ü l s a b a h. Zaman döyüşəcəkdir. Onun kəlləsi bərkdir. Döyüşməkdən,
qoy kəlləsi laxlayanlar qorxsunlar. Biz döyüşəcəyik... və yarış bayrağı bizim
olacaqdır.
İ l y a s. Bircə durun ayağa! Mən gərək bu teatrı bağlatdıram, ya gərək
sabahdan onun ayağı bu teatra dəyməsin... Vəssalam, şüd tamam.
Bu saat gedirəm birbaş Seperabisə ( Portfelini götürüb gedir).
Birbaş Məskova kimi varam ( Portfelini qoltuğuna vurub çıxır).
P ə r d ə
313
DÖRDÜNCÜ ŞƏKİL
G ü l s a b a h ı n otağı
G ü l s a b a h ( Zamanla gəlir və soyunaraq). Yoruldum, Zaman onlar məni çox
incidirlər.
Z a m a n. Sən çox sərtsən, Gülsabah. Sən bilirsən ki, Mirzə Camal teatrın
allahıdır. Bu vaxtadək onun ağacının qabağında ağac uzaqdan olmamışdır. Hər
yerdə adı, şöhrəti var. İş bərkə düşəndə hamı onun sözünə inanacaq və teatrı öz
istəyinə təslim olmağa məcbur edəcəkdir. məsələni özəyə keçirmək və qəti qoymaq
lazımdır.
G ü l s a b a h. Onlar yeni iş metodunu qavraya bilmir və ona görə də öz
mövqelərini itirməkdən qorxurlar. Biz onlara anlatmalıyıq ki, bizə ancaq teatrın
yüksəlişi lazımdır.
Z a m a n. Onlara isə onların özü lazımdır. Gedirlər Narkomprosa, oyan-
buyana, Əmrulla yazığı da sıxışdırırlar.
G ü l s a b a h. Əmrulla özünü itirmişdir. O təzədir, qorxur, elə bilir ki, bir-iki
nəfər getməklə teatr dağılar.
Z a m a n. Onu yaman sıxırlar. Bayram yazıq bir yol kefli gəldiyi üçün tez
fürsətdən istifadə edib teatrdan çıxartdılar. İndi növbə sənindir, sonra da mənim.
G ü l s a b a h. Burada iş keflilikdə deyil, iş, sistemlərin vuruşundadır. Nə
etmək, mübarizədir. Təslim olmaq? Qaçmaq?
Z a m a n. Məncə girişi bir az yumşaltmaq lazımdır.
G ü l s a b a h. Yox, Zaman. Vuruşdan qaçmaq qorxaqların işidir. İgidin bıçaq
kürəyinə deyil, köksünə sancılmalıdır. Bayramı qovdularsa, bu kimsəni
qorxutmamalıdır. Inqilab qurbansız olmaz. Qoy hələ Qüdrət də pyesi yazsın, bu
saat bərk işləyir. O gün deyirdi ki, götürdüyü mövzu son dərəcə gözəldir.
Z a m a n. Qüdrət məsələsi işi daha da korlamışdır. Bütün şəhərə səs
yayılmışdır ki, Gülsabah Qüdrəti öz ev-eşiyindən avara edib, külfətini dağıtmışdır.
G ü l s a b a h. Ancaq nə üçün?
Z a m a n. Sən onu kimə sübut edəcəksən. Bir də tək o deyil ki.
G ü l s a b a h. Sən doğru deyirsən, Zaman. Düşmən çoxdur. Mən hiss edirəm
ki, adamlar, mənimlə əvvəllər dostcasına danışan adamlar indi məndən yan
keçirlər, məndən qaçırlar. Mən dünən Bayramın işinə görə Maarif Komissarlığına
getmişdim. Katib məni qəbul etmədi.
314
Bütün gecəni səhərə kimi yatmamışam, düşünməkdən beynimçatlayır.
Z a m a n. Biz indi buraya gəlirkən Gülər qapınızdan keçirdi.
G ü l s a b a h. Gülər? Bizi gördümü?
Z a m a n. Bilmirəm.
G ü l s a b a h. Mən bilmirdim ki, o səni sevir... O mənimlə kəllələşmək
istəyir... Eh, Zaman, dünyanın işləri çox dolaşıqdır... O qız mənimlə vuruşarsa, sən
kimin tərəfində olarsan, Zaman?
Z a m a n. Mən?
G ü l s a b a h. Yox, cavab vermə, Zaman, mən istəmirəm.
Z a m a n. Mən sənə hər şeyi demək istəyirəm, Gülsabah, çoxdan demək
istəyirdim.
G ü l s a b a h. Yox, mən eşitmək istəmirəm. Bir kəlmə də danışma!.. Hər şey
Qüdrətin yazacağı kitabdan asılıdır. Sən otur, Zaman, mən pilətəni yandırım, bir az
çay qoyum.
Z a m a n. Yox, Gülsabah, sən çox yorğunsan, çayı mən qoyaram, sən otur. O
havanı bir də çal ki, yadımdan çıxmasın.
Zaman o biri otağa gedir, Gülsabah pianino başına keçib
çalmaq istərkən Q ü d r ə t içəri girir.
G ü l s a b a h. Aha... sən gəlmişsən!
Q ü d r ə t. Mən teatra gəlmişdim, Gülsabah, səni axtarırdım. Ancaq nədənsə
mənə çox soyuq cavab verdilər.
G ü l s a b a h. Nə var ki?
Q ü d r ə t. Heç bir şey... Bu gün səni görməmişdim, darıxırdım.
G ü l s a b a h. İşlərin necə gedir?
Q ü d r ə t. Çox gözəl gedir, Gülsabah, pyesi yarıya yetirmişəm. Mövzunun
möhkəmliyi çox kömək edir.
G ü l s a b a h. Turacı gördünmü?
Q ü d r ə t. Eh... yadıma salma, Gülsabah. Mən o gündən onu görməmişəm.
Beynim duman kimidir, Gülsabah. Bütün kainat gözümün qabağında hərlənir. Elə
bir sürətlə də hərlənir ki, heç bir hissəsini görə bilmirəm. Bu gün zavoda
getmişdim. Baxıram, təkərlər fırlanır, motorlar işləyir, hər şey hərəkət edir. Bu
qədər, artıq heç bir şeyi görə bilmədim. Yalnız hərəkət.
G ü l s a b a h. Bəli, hərəkət, sürət, temp... hərəkət həyatın birinci əsəridir.
Dostları ilə paylaş: |