Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

323 
 
Z a m a n. Kim nə deyir desin, o Ötgünün əsəri heç yaman deyildir.  
 
Bu aralıq qapı açılır, G ü l ə r sərt və ötkəm bir hərəkətlə içəri girir. 
Gülsabah və Zaman yerlərindən sıçrayırlar. 
 
Z a m a n. Gülər!.. 
G ü l s a b a h (gülümsəyərək, ancaq ciddi). Aha, siz də gəldiniz! Nə istəyirsən, 
qız? 
G ü l ə r. Mən qız deyiləm, uşaq deyiləm, mən də sənin kimi bir adamam. Mən 
öz gücümü sənə göstərməyə gəlmişəm. 
G ü l s a b a h. Siz öz gücünüzü göstərmək üçün sirkə getsəydiniz daha yaxşı 
olardı. 
G ü l ə r. Yox... mən səninlə güləşmək istəyirəm. Səninlə döyüşmək istəyirəm. 
Sən Turaca demişsən ki, sənin pəncən qüvvətlidir. Mənim də pəncəm qüvvətlidir. 
G ü l s a b a h. Pəncən qüvvətlidir, ürəyin zəif. İş qüvvətdə deyil, cəsarətdədir! 
G ü l ə r. Mənim ürəyim daş kimidir. Sənin nə ilə mübarizə aparırsan, silahın 
nədir? Bilik, bacarıq... Mən mübarizəyə hazıram. Çalmaq bilirsən, bilirəm, oxumaq 
bilirsən, bilirəm! 
G ü l s a b a h. Sən hələ uşaqsan, qız! Ana uşağısan! Sən qabağını dirilər deyil, 
ölülər belə saxlaya bilər. 
G ü l ə r. Mənim qabağımı artıq heç bir kəs saxlaya bilməz. Sən nə ilə 
vuruşmaq istəyirsən? De! Mən gecələr yatmaram, öyrənərəm. 
G ü l s a b a h. Səndə, bəlkə də, bacarıq tapılar, ancaq cəsarət tapılmaz. Mən 
sənin cəmiyyətinin müqəddəs sandığı ismət pərdəsini yırtıb, kimsənin bəyənmədiyi 
bir işə getmişəm. Səhnəyə  çıxmışam. Sən bunu bacarmazsan. Sənin bacardığın, 
hələ də ismət pərdəsindədir. Sən çıxmazsan! 
G ü l ə r. Yox, çıxaram! 
G ü l s a b a h. Sən mənimlə döyüşə bilməzsən, qız! Sənin səngərin cəsəddir. 
Sən onların üstündən belə atıla bilmirsən... Sən diriləri tapdayıb keçə bilməzsən. 
G ü l ə r. Kimdir ölü? 
G ü l s a b a h. Sənin anan, xalan, nənən! Sən onların göz yaşından qorxursan. 
G ü l ə r. Mən heç bir şeydən qorxmuram. Səhnə bizim üçün bir vuruş 
meydanıdırsa, mən hazıram! Düşünməyin ki, mən (Zamanı gös- 


324 
 
tərərək) ona görə gəlirəm. Siz mənim insanlıq şərəfimə toxundunuz, siz məni aciz 
bir qadın sanıb güldünüz. Mən bu günün qızıyam, mən sizə öz varlığımı 
göstərməyə  gəlirəm. Mən öz səhnəmiz üçün, kütləmiz üçün çalışmağa gəlirəm. 
Mən gözlərimi ovaram, beynimi ovaram, yatmaram, çalışaram, öyrənərəm, ancaq 
Zaman dediyi kimi, həyatı alaram. 
G ü l s a b a h. Gəl Gülər, mən sənə kömək edərəm! 
G ü l ə r. Mənim sənin köməyinə ehtiyacım yoxdur. Mən özüm öyrənərəm, 
özüm gələrəm. 
G ü l s a b a h. Gəl, Gülər, səhnə meydandır, biz orada görüşərik. 
Q ü d r ə t (əlində qəzet gəlir). Budur, bu da getdi, ikinci pərdəni bitirməmiş bir 
zavodun qərarı hamısını alt-üst etdi. Qayışlar yürüyür, təkərlər yürüyür, motorlar 
yürüyür. Onlar məni pozmaq, boğmaq, öldürmək istəyirlər. Yox, mən sağ ikən 
təslim olmayacağam. Mənim beynim talantdır. Mən sizin axınınızı toxtadaram, 
mən yazaram, mən başqasını yazaram. 
Bu aralıq Ə l a b b a s yavaşca qapını açaraq. 
Ə l a b b a s. Yoldaş Gülsabah, buyurun (ona bir kağız verərək), yoldaş 
Əmrulla verdi. 
G ü l s a b a h (kağızı oxuyaraq). “Yoldaş Gülsabah, sizə bəlli olan səbəblərə 
görə, siz vəzifədən azad edilirsiniz”. Hesabınızı ala bilərsiniz”. 
Ə l a b b a s. Deyir: Sabah vıxadnoydur, hələ bu gün gəlsin ki, gecikməsin. 
G ü l s a b a h (dərin bir sükutdan sonra). Yaxşı, gələrəm... 
 
P ə r d ə 
 
BEŞİNCİ ŞƏKİL 
 
Teatrda. Açıq səhnə. X u r ş i d oturub corab toxuyur. 
Z a m a n onun yanında əl-qolunu ölçərək gəzişir və səssiz oxuyur. 
A s y a səhnəyə girərək baxır. Xurşidi baş barmağı ilə öz yanına çağırır. 
 
A s y a. Ay qız, Xurşid, bura gəl! 
X u r ş i d. Qucağımda iplik var, ayağa dura bilmirəm, gəl görüm nə deyirsən. 
A s y a. Ağız, bura gəl, söz deyirəm ey... 


325 
 
X u r ş i d (Asyanın yanına gələrək). Hə, nə var?! 
A s y a. Xəbərin yoxdur ki, belə həngamə olmuşdur ey... Heç biz bilməmişik. 
X u r ş i d. Nə həngamə?! 
A s y a. Beş-altı gün bundan qabaq Qüdrətin arvadı Turac gedib Gülsabahgilə, 
ağzından çıxanı deyib ona, o da ona, dünyada daha bir söz qalmayıb ki bir-birinə 
deyiblər. 
X u r ş i d. Yəni lap söyüşüblər? 
A s y a. Həri, ağız ey... belə lap bir-birinin atasını, anasını qəbirdən çıxardıblar. 
Az qalıb ki, lap saçlaşsınlar. Mənə Qəmər dedi. Sonra da, deyirlər, Gülər gedib, o 
da ağzından çıxanı ona... 
X u r ş i d. Sən allah belədi? 
A s y a. Vallah, o Güləri deyirlər balacadır, amma çox əzazil şeydir. 
X u r ş i d. Canı  çıxsın. Özünü inqilabçı göstərmək istəyir. Qınayan olmasa, 
deyər lap Şekspirdən də çox bilirəm. 
A s y a. Daha ağzından çıxartma, sonra da deyər, söz gəzdiririk, yenə  də 
Münəvvər yapışar yaxamıza. 
X u r ş i d. Nəyimə lazımdır. Cəhənnəmə olsun hamısı, özləri bilərlər: itin dişi, 
donuzun tükü. 
A s y a. Mən gedim, Mirzə Camal üçün danışmışam (Gedərkən  Əlimuxtarla 
toqquşur). Yavaş, adə, başım yarılmışdır ki... 
Ə l i m u x t a r. Hara gedirsən, məşq başlanır. 
A s y a. Gəlirəm, gəlirəm... vacib işim vardır... Siz başlayın, mən də  gəlirəm 
(Gedir). 
Ə l i m u x t a r. Bəs bu həzərat təşrif gətirməyib? 
X u r ş i d. Bura gəl!  (Barmağı ilə  Əlimuxtarı bir küncə çağırır). Xəbərin 
yoxdur ki? 
Ə l i m u x t a r. Nədən? 
X u r ş i d. Yekə həngamə olubdur. Biz bilməmişik. 
Ə l i m u x t a r. Nə həngamə? 
X u r ş i d. Hə... bir iki gün bundan qabaq Qüdrətin arvadı Turac bir şüşə kislata 
götürüb, gedir Gülsabahgilə... qapını açır, görür qüdrətlə Gülsabah bir yorğan-
döşəkdə yatıblar. Necə ki, bunu görür, şüşənin ağzını açır, kislatanı birbaş bunların 
üstünə, bunlar da yorğanı örtürlər başlarına, yorğan qəlpə-qəlpə yanır. 
Ə l i m u x t a r. Yox a?.. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə