Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   95   96   97   98   99   100   101   102   ...   113

315 
 
Q ü d r ə t. Siz yeni pyesdən bir parça istəmişdiniz. 
G ü l s a b a h. Bircə  şeir olsa bəsdir. Gənc bir kompozitorumuz var, ona 
verəcəyəm. 
Q ü d r ə t. Budur gətirmişəm. Gənc bir işçi öz nişanlısı üçün oxuyur. 
G ü l s a b a h. Aha... yeni insanların mahnısı. Bizə də hələ o lazımdır. Oxuyun 
görək. 
Q ü d r ə t. Bu saat... (Çıxardaraq). Mən bunu zavodda gedəndə yazmışam. 
 
Mənim yarım bir gözəldir, 
Altun kimi saçı var; 
Mirvarıdan sırması var, 
Göy zümrüddən tacı var

 
G ü l s a b a h. Altun saç... çeynənmiş obrazdır. Həm də tacir təbiridir. Bu 
günün təbiri deyildir. 
Q ü d r ə t. Bəs nə yazım? Yazım çüyün saçlar? 
G ü l s a b a h. Bilmirəm, bəlkə də çüyün yazmaq lazımdır. 
Q ü d r ə t. Altun saçlar, ipək saçlar... Bu, şərq  ədəbiyyatında  ən məşhur 
təşbihlərdir. 
G ü l s a b a h. O dünən idi. 
Q ü d r ə t. Yaxşı onu düzəldərik. 
G ü l s a b a h. Sonra sənin mirvarı sırmalı, zümrüd taclı gəlinin nə ot çala bilər, 
nə də dizeldə işləyə bilər. O ancaq hərəmxana gəlinidir. 
Q ü d r ə t. Niyə, işçinin bekar vaxtı olmur? 
G ü l s a b a h. İşçinin, qadının bekar vaxtı onun özününküdür. Bizə isə indiki 
halda qadının cəmiyyətdəki vəziyyəti lazımdır. Vuruş cəbhəsi burasıdır. Sonra... 
Q ü d r ə t. 
 
Mərmər kimi ağ döşündə 
Al yaqutdan düyməsi, 
Şahanə bir baxışı var, 
Məftun edər hər kəsi... 
 
G ü l s a b a h. Əvvələn, sənin gəlinin zərgər qızına bənzəyir. Atasının bütün 
daş-qaşını  oğurlayıb yar-yaxasına sancmışdır. Sonra şahanə baxış da bu günün 
təbiri deyildir. 


316 
 
Q ü d r ə t. Sən də lap döndün bir para adamlara. Bəs nə yazım? 
Yazım, dvornikanə baxışın, ya da biçinçiyanə baxışın? 
G ü l s a b a h. Bilmirəm, mən ki, şair deyiləm. Ancaq onu bilirəm ki, artıq nə 
şah var, nə də onun baxışı. 
Q ü d r ə t. Yaxşı orasını da düzəldərik. 
G ü l s a b a h. Sonra... 
Q ü d r ə t. Sonra... 
 
Göydə uçan durnalara 
Kağız yazıb verərəm, 
Sevdiyimə yetirsin 
Yazda bitən çiçəklərlə 
Gözəl bir at bəzərəm, 
Getsin gəlin gətirsin. 
Hə... buna ki, sözün yoxdur? 
 
G ü l s a b a h. Sən, Qüdrət, əsrin can damarını axtarırsan. O hər halda burada 
deyildir. Yeni insan sevdiyinə məktubu durnalarla, göyrəçinlərlə göndərməz... Və 
gəlinini at ilə  gətirməz... Yeni insanların idealı bu deyildir. Temp, sürət, dəmir, 
polad, qüvvət, hərəkət... 
 
Radio verən dalğalara 
Sözlərimi deyərəm 
Sevdiyimə yetirsin. 
Göydə uçan aeroların 
Qanadların bəzərəm, 
Səni gəlin gətirsin. 
 
Yeni insan belə düşünə bilər. Bu da hamısı  və  həmişəlik deyil. Həyat 
hərəkətdir, dialektika son bilmir. 
Q ü d r ə t. Bilirsən, Gülsabah, mən bu şeri zavoda gedəndən qabaq yazmışdım. 
Zavoda getdim, baxdım, zavod mənə heç bir şey, heç bir fikir vermədi. Ancaq 
bayıra çıxandan sonra bu şeri oxudum, nədənsə  bəyənmədim. Neçin? Özüm də 
bilmirəm. Ancaq Gülsabah, sən neçinsə çox yorğun görünürsən? 
G ü l s a b a h. Məni incidirlər, Qüdrət, çox incidirlər. O kimdir? Turac olmasın. 
Q ü d r ə t. Turac? 


317 
 
G ü l s a b a h. Ona oxşadı. 
 
Qalxıb qapıya tərəf getmək istərkən, qapı döyülür. Qüdrət yerindən sıçrayaraq

 
Q ü d r ə t. Dayan, Gülsabah, dayan... açma... mən onunla görüşmək istəmirəm. 
 
O biri qapıdan çıxır. Gülsabah qapını açır. T u r a c ö z q ı z ı ilə solmuş bir halda 
içəri girir və sözsüz qapı ağzında durur. 
 
G ü l s a b a h. İçəri gəl, Turac! 
T u r a c. Məni bağışlayın, siz bizim evimizə çağırılmamış gəlmişdiniz, mən də 
sizin evinizə çağırılmamış gəlirəm. 
G ü l s a b a h. Içəri gəl, Turac, gəl otur. 
T u r a c. Mən oturmaq istəmirəm. Mən ancaq sizinlə danışmaq istəyirdim. 
G ü l s a b a h. Otur, Turac, otur danışaq. 
T u r a c. Mən ancaq səndən bir şey soruşmaq istəyirdim. Sən onu sevirsənmi? 
G ü l s a b a h. Mən, Turac, azad bir qadınam. Mən sənə deyə bilərdim ki, o 
sənin borcun deyildir, qapını çırpardım və bir kəlmə də danışmazdım. Ancaq mən 
səninlə danışmaq, sənin dərdini bilmək və bölmək istəyirəm. 
T u r a c. Mən soruşmaq istəyirəm ki, mən sənə nə yamanlıq etmişdim. Nə üçün 
sən mənim sakit həyatımı pozdun? 
G ü l s a b a h. Sakit həyat ölümdür, Turac. O yazıçıdır, o həyəcansız, 
gurultusuz, mübarizəsiz yaşaya bilməz. 
T u r a c. Mənim dünyada ondan başqa kimsəm yox idi. Mən onu sevirdim. 
G ü l s a b a h. Qulaq as, Turac. Onu sənin kimi bir başqası da sevir. O adam 
onu ala bilərsə, neçin o öz səadətini öz əli ilə  sənə verməlidir. Versə  də, bu bir 
sədəqə olmazmı? Söylə, Turac, mən səninlə bir düşmən kimi danışmıram. 
Təsəvvür et ki, mən səndən güclüyəm, həyatı öz qüvvətli pəncələrimlə tutmuşam. 
Mən onu sənə neçin verməliyəm?.. Düşün, Turac, özün düşün və yaxşı düşün! 
T u r a c. Bilmirəm. Mən sənə cavab verə bilmirəm. 
G ü l s a b a h. Sən çox acizsən, Turac. Indi nə etmək? Sən özün de! 
T u r a c. Bilmirəm. Mən dünyada onun rahatlığından başqa heç bir şey 
düşünməmişəm. O da məni sevirdi. Ancaq sən gəldin, o getdi... daha gəlmədi. 


318 
 
G ü l s a b a h. Qulaq as, Turac. İş  mənim öz səadətimdə olsaydı, mən onu 
məmnuniyyətlə sənə qaytarardım. Ancaq nə etmək, səhnəmiz yarış aparır. Sən onu 
bir  ər kimi öz yanında, ya bir əsgər kimi əlində  zəfər bayrağı yürüş aparan bir 
ordunun başında görmək istərdin? 
T u r a c. Bir həftədir ki, uşağım qızdırma içində yanır. Gecələr göz yummur. 
Hər həftə atasını çağırırkən başıma od tökülür. O öz atasının qucağından düşməzdi, 
indi isə... 
G ü l s a b a h. Mən hamısını anlayıram, Turac. Nə etmək, sən onu ancaq 
mübarizə ilə ala bilərsən. Onu almaq üçün yüksəlmək, çalışmaq, pəncələşmək 
lazımdır. Kimin pəncəsi daha güclü olarsa, qələbə onun olacaqdır. 
T u r a c. Mən ata evindən məktəbə getmişəm, məktəbdən də  ər evinə. Mən 
mübarizə görməmişəm. 
G ü l s a b a h. Öyrəş! Hazırlaş! Mən sənə kömək edərəm, Turac! Gir işə, 
fabrikaya, konservatoriyaya. 
T u r a c. Mən heç bir şey istəmirəm. Mənim uşağım öz atasını görməsə... Neçə 
gündür otaqları axtarır, axır dünən demişəm ki, səni atanın yanına aparacağam. 
G ü l s a b a h. Nə etmək, Turac, indiki halda sənin səadətin kütlənin 
zərərinədir. Mən onu Qəmər xanımın cəmiyyətindən qoparmalı idim. Mən onda 
yeni bir od yandırmalı idim. Kim bilir, Bəlkə də mən səhv edirəm. Bəlkə də o heç 
bir şey yaza bilməyəcəkdir. Ancaq, səhvsiz, nöqsansız, qurbansız tərəqqi mümkün 
deyildir. 
T u r a c. Bəs mənim uşağımın təqsiri nədir? 
G ü l s a b a h. İnsanlığın yüksəliş yolu qurbanlarla doludur, Turac. Bir kütlənin 
səadəti üçün mən və mənim uşağım məhv olmalıdırsa, mən əsirgəmərəm. 
T u r a c. Hər gün səhərdən qalxıb yol üstündə oturur, gözləyir ki, indicə atam 
işdən gələcək, mənim üçün qolbaq gətirəcək, çəkmə  gətirəcək. Sən ana deyilsən
Gülsabah, sən heç bir şey anlamırsan. Günün son şəfəqləri saraldıqca onun üzü 
saralır və yenə  də yoldan gözünü çəkmir... Qoyun evə  gəlsin, işə getməsin. 
İstəmirəm, mən gedib dilənçilik edərəm və onun yaza bilməsi üçün hər nə lazımsa 
mən hamısını etməyə hazıram. 
G ü l s a b a h. Yox, Turac, bu çox ağır işdir; Onun gözləri tutulmuşdur. O bu 
günkü həyatı görə bilmir. O, zavoda gedir, heç bir şey görə bilmir. O hiss etmir ki, 
görülməz bir sürətlə hərlənən o çarxların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə