__________________________________________
115
QAZAX MÜƏLLİMLƏR
SEMİNARİYASININ YARADILMASININ
80 İLLİK YUBİLEYİNƏ
HƏSR OLUNMUŞ ÜMÜMRESPUBLİKA ELMİ-
PRAKTİKİ KONFRANSIN İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Əziz müəllimlər!
Azərbaycanın milli təhsil sisteminin inkişafında müstəsna rol
oynamış Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80
illik yubileyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.
Zəngin mədəniyyət və təhsil ənənələrinə malik olan
Azərbaycan müsəlman Şərqində dünyəvi təhsilin gerçəkləşdiyi
ilk ölkələrdən biri olmuşdur. XIX əsrin ortalarından başlayaraq
Azərbaycanda gedən siyasi və sosial-iqtisadi proseslər onun
mədəni həyatına da güclü təsir göstərmiş, böyük vüsət alan
maarifçilik hərəkatı yeni tipli təhsil ocaqlarının yaranmasına
təkan vermişdir. Öz xalqının gələcəyini elmdə, təhsildə görən
görkəmli ziyalılar yeni tələblərə cavab verən müəllim
kadrlarının hazırlanması üçün var qüvvələrini sərf etmişlər.
Onların bu səyləri 80 il bundan əvvəl Qazax Müəllimlər
Seminariyasının yaranması ilə nəticələnmişdir. Vaxtilə bütün
Yaxın Şərqə şöhrət tapan seminariyanın yaradılması Azərbaycan
maarifçilərinin fədakarlığı və vətənpərvarliyinin canlı nümunəsi,
Azarbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində
yeritdiyi düzgün və məqsədyönlü siyasətin parlaq təzahürüdür.
Qazax Müəllimlər Seminariyası 40 illik fəaliyyəti dövründə
respublikanın müxtəlif bölgələri üçün minlərlə müəllim kadrları
hazırlamışdır. Azarbaycanın bir sıra tanınmış elm, mədə-
__________________________________________
116
niyyət və ədəbiyyat xadimləri bu təhsil ocağının yetirmələridir.
Adları Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış
Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı kimi görkəmli
simalar məhz həmin seminariyanın ilk məzunları olmuşlar.
Qazax müəllimlər seminariyasının xalqımızın mədəni
həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində
neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil
məbədi özündən sonra boyük mədəni irs qoymaqla adını
Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki,
müstəqil Azarbaycan Respublikasnın təhsil işçilərinin neçə-neçə
nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir.
Bu əlamətdar gündə sizə, respublikamızın bütün təhsil
işçilərinə nəcib fəaliyyətinizdə böyük uğurlar diləyir, hər
birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 1999-cu il
__________________________________________
117
DÜNYA AZƏRBAYCANLILARINA
Hörmətli həmvətənlər!
Əziz soydaşlarımız!
31 Dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün
dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq
mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə
çevrilmişdir.
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının
dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil
dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə
səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və
ümid anıdır.
Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla
soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq,
onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var.
Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya
azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da
məhz Azarbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-
mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim
qorunmasına, yaşamasına qayğı təşkil edir.
Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı
özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin
müstəqillik və dövlətçilik amalları, doğma respublikamızın
qayğıları, probleməri ilə yaşamalı, vətən qarşısında övladlıq
borcunu dərk etməlidir.
Bütün azərbaycanlılara, bu və ya digər tellərlə ölkəmizlə
bağlı olan hər bir şəxsə azərbaycançılıq, vətənpərvarlik hissləri,
tarixi torpağımıza, dilimizə, mədəniyyətimizə, mədəni irsi-
__________________________________________
118
mizə və dövlət rəmzlərimizə məhəbbət aşılamaq hamımızın
ümdə vəzifəsidir.
Dünya azərbaycanlılarının həmrəyliyi XXI əsrin astanasında
daha böyük məna və əhəmiyyət kəsb edir. Müstəqillik
qazandıqdan sonra ölkəmizdə dövlət quruculuğunun bütün
sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın
Dünya Birliyində layiqli yer tutmasına, eyni zamanda bütün
dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq
haqlarının həyata keçməsinə geniş imkanlar açır. Bütün bu
nailiyyətlərin inkişaf etdirilməsi üçün biz azərbaycançılığın
dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx
birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni
əsirgəməməliyik.
İnanıram ki, gələcəyin güclü, qüdrətli Azərbaycanı dünya
azərbaycanlılarının bu günlərimizdə əsası qoyulan və getdikcə
mətinləşən həmrəyliyinin möhkəm bünövrəsi üzərində
qurulacaqdır.
Sizi bu ümummilli bayram münasibətilə səmimi-qəlbdən
təbrik edir və ali məqsədlərimizin reallaşması naminə yenilməz
birliyə, həmrəyliyə çağırıram.
Bayramınız mübarək olsun!
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 1999-cu il
Dostları ilə paylaş: |