Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

Sosial fəlsəfə 
 
 
97
tələbidir.  
Müasir dövrdə transmilli şirkətlərin ölkələrin lokal sərhədlərini keç-
məsi və iqtisadiyyatın getdikcə daha çox beynəlmiləlləşməsi ilə yanaşı, mə-
dəniyyətdə  də beynəlmiləlləşmə amilinin artması müşahidə olunur. Hərbi 
güc amilinin yerini beynəlxalq investisiya siyasəti, iqtisadi asılılıq tutur. 
Sərhədlərin beynəlxalq ictimaiyyət üçün açılması, turizmin və  mədəni  əla-
qələrin inkişafı  milli-mədəni dəyərlərin də transmilli miqyas alması ilə nəti-
cələnir. Belə bir şəraitdə öz qınına çəkilmək, özünü mühafizə taktikası yerit-
məklə kifayətlənmək qorxulu sonuclara gətirə bilər. Daha düzgün yol ikitə-
rəfli və çoxtərəfli münasibətlər qurmaq, mədəniyyətlərarası dialoq və polilo-
qa nail olmaqdır. Belə bir şəraitdə beynəlxalq ictimai rəyə  təsir edən 
amillərin də  əhəmiyyəti artır. Mədəniyyət amilinin aktuallaşmasının 
səbəblərindən biri də budur.  
Böyük  şairimiz Hüseyn Cavid hələ ötən  əsrin  əvvəllərində 
uzaqgörənliklə deyirdi:  
 
Turana qılıncdan daha kəskin ulu qüvvət 
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! 
 
Lakin yüksək mədəniyyətə sahib olmaq işin bir tərəfidir. Qarşıda du-
ran növbəti vəzifə bu mədəniyyətin beynəlxalq miqyasda tanınması və mil-
lətimiz haqqında təsəvvürlərin düzgün məcraya yönəldilməsidir.  
Digər tərəfdən, və ən əsası,  mədəniyyət özü özünü inkişaf etdirə bil-
məz; bunun üçün ilk növbədə ictimai tərəqqinin əsas hərəkətverici qüvvəsi 
olan elm və onun tətbiq mexanizmləri 
 
inkişaf etdirilməlidir.  
 
Ədəbiyyat:  
 
1.
 
Xəlilov S. Tarixin səhvi// “Ulu çinar”, 2010, No 2.  
2.
 
Xəlilov S. Təbiətin istiqamətlənmiş inkişafı və onun əsas müəyyənedici 
şərtləri // ADU-nun Elmi Əsərləri “Tarix və fəlsəfə” seriyası, 1973, № 3. 
3.
 
Kenneth P. The Great Divergence: China, Europe and the Making of the 
Modern World Economy. Princeton, 2000. 
4.
 
Февр Л.. Бои за историю. М., Наука, 1991.  
5.
 
Фукуяма Ф. Конец истории и последний человек. М., АСТ, 2010.  
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
98
 
Салахаддин Халилов 
 
Культура и цивилизация 
(резюме)
 
 
В  статье  заново  рассматриваются  понятия  «культуры»  и  «цивилиза-
ции». По мнению автора, культура является национальным, а цивилизация – 
общечеловеческим 
явлением. 
Поэтому 
культура 
разных 
народов  
рассматривается  на  горизонтальной,  а  различные  типы  цивилизаций  на 
вертикальной  плоскостьях. Cледовательно,  разновидность  цивилизаций 
объясняется  как  нахождение  разных  народов  на  разных  ступенях  одного  и 
того же, общего для всего человечества, процесса, движущей силой которого 
является  наука.  То,  что  западная    цивилизация  находится  на  более  высоком 
уровне,  связано  не  культурным  разнообразием  или  с  религией,  а  более 
оптимальным отношением к науке.   
 
Ключевые  слова: 
культура,  цивилизация,  наука,  Восток  и  Запад, 
ислам, христианство, диалог.
 
 
 
Salahaddin Khalilov 
 
Culture and Civilization 
(abstract) 
 
The concepts of “culture” and “civilization” are reconsidered in the article. 
For author, the culture is a national phenomenon and the civilization is universal 
phenomenon. Therefore, the cultures of different nations are considered on the 
horizontal plane and the different kinds of the civilizations are considered on the 
vertical plane. Consequently, the variety of the civilizations is explained as the 
being of the different nations on the different levels of the one common process of 
the humanity whose driving force is the science. The high level of the western 
civilization is not related with the cultural diversity or with the religion, but with 
the optimal attitude to the science. 
 
Keywords:
 culture, civilization, science, East and West, Islam, Christianity, 
dialogue. 
 


 
 
99
 
  
 
Elmi-fəlsəfi həyat  
 
 
 
 
“Quranı yenidən düşünərkən”   
 
 Birinci Beynəlxalq Simpozium 
 
(3-5 May 2013, Ankara, Türkiyə) 
 
May ayında Türkiyənin paytaxtı Ankara şəhərində Elmi İstiqamətlərin 
Düşüncə Təməllərini Araşdırma İnstitutunun təşkilatçılığı ilə “Quranı yeni-
dən düşünərkən” mövzusunda Birinci Beynəlxalq Simpozium keçirilmişdir. 
Üç gün davam edən tədbirə dünyanın 20-dən çox ölkəsindən bir sıra gör-
kəmli alim, o cümlədən amerikalı islamşünas Oliver Leaman, Pakistan əsil-
li, BBC-nin məşhur əməkdaşı, müxbir-yazıçı Ziyaəddin Sərdar və s. alimlər 
qatılmışdır.   
Simpoziumun əsas məqsədi teoloqların, ilahiyyatçıların sahəsi sayılan 
belə bir mövzunu filosofların müzakirəsinə çıxartmaq, imanı, ilahi vəhyi sırf 
düşüncə prizmasından araşdırmaq olmuşdur. “Quran və  ərəb dili”, “Quran 
və etika”, “Şərq və Qərb dialoqunda Quranın yeri və rolu” və s. maraqlı və 
aktual mövzular üzrə təşkil olunmuş seksiyalarda işini davam etdirən Sim-
poziumda maraqlı müzakrələr keçirilmiş və təkliflər irəli sürülmüşdür.  
Simpoziumda Azərbaycanı fəlsəfə elmləri doktoru Könül Bünyadzadə 
təmsil etmiş  və “Quran – İslamın potensialı tam gerçəkləşdirilməmiş  əsas 
ideyası kimi” mövzusu ilə məruzə etmişdir.  
 
  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə