Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
104
timai mühitin, kollektivin təsiri və s. – bunlar hamısı insanın gündəlik həya-
tına və bəzən bütövlükdə həyatına ciddi təsir göstərir.
Bütün xarici təsirlərə rəğmən öz həyat yolunu özü seçən, düşünülmüş
surətdə müəyyənləşdirən şəxslər də vardır, lakin onlar azlıq təşkil edir. İs-
tənilən halda biz “şəxsi həyat”, “həyatın mənası” dedikdə, məhz bu azları
nəzərdə tutacağıq. Çünki yerdə qalanların həyatı onların özü tərəfindən
deyil, ictimai mühit tərəfindən təklif və təlqin oluna bilər.
S.X.
Uçmuş məbədlər və yaşayan fəlsəfələr
Avqust ayında Afinada Ümumdünya fəlsəfə konqresi keçirildi. 5 ildə
bir dəfə keçirilən belə mötəbər bir tədbirin Platonun vətənində keçirilməsi
ona xüsusi bir dəyər verirdi. Özünü fəlsəfəyə yaxından-uzaqdan aidiyyətini
hiss edən hər kəs orada iştirak etməyi özü üçün bir fəxr bilirdi. Bəlkə də bu
səbəbdən konfrans təşkilatçılığı aşağı səviyyədə olsa da, 2 min əvəzinə 5
min adam dəvətli idi. Emosiyalar, münasibətlər müxtəlif idi. Hər cür insan
görmək mümkün idi burada. Əsa ilə zorla ayağını sürüyən qocaman fikir
adamları, yenicə PhD titulunu qazanıb qürurla ətrafa boylanan və dünyanı
qurtaracağını zənn edən gənc alimlər, hər yerdə qaynaşan tələbələr, bura sa-
dəcə gəzməyə gələn “biznes-alimlər” və daha kimlər. Paralel keçirilən on-
larla seksiyalar, yüzlərlə mövzular, səhnələşdirilmiş simpoziumlar, sərgilər
və daha nələr. Qısacası, tam bir xaos. Bu qarışıqlıqda məndə heç cür ümumi
bir mənzərə yaranmırdı, yekun təəssürat formalaşmırdı. Axı, mən də bu xao-
sun içindəydim, axına qoşulub itib-batmışdım.
Nəhayət, Afina şəhərinin qısa bir gəzintisinə çıxanda mənzərə aydın-
laşdı, xaosdakı düzən göründü. Duman dağıldıqca açılan mənzərə məni daha
çox düşündürdü. Düşündürən isə həm mənim üçün bir əks qütb olan Qərb
təfəkkürünün fərqli bir tərəfi, həm də fəlsəfənin bu günü oldu.
Afina eramızdan əvvəl XV əsrə aid olan və dünyanın ən qədim şəhər-
lərindən biri, demokratiyanın, fəlsəfənin beşiyi, teatrın, Olimpiya oyunları-
Fəlsəfi esselər
105
nın, qədim sivilizasiyanın məskəni, hazırda Avropanın ən böyük meqapolis-
lərindən biri, Şengen zonası, bir sözlə, elit Avropa şəhərlərindən biridir.
Düzdür, Yunanıstan həm də iqtisadi böhran, narazı əhalinin nümayişləri de-
məkdir. Ancaq bilirsən və şahidi olursan ki, Avropa öz canının-qanının qay-
ğısına qalır və Yunanıstan nə Sudan olası deyil, nə də Suriya. Və bütün bun-
lar o deməkdir ki, Afina sözün hər mənasında həm Avropanın siması, həm
də fəlsəfənin səviyyəsinin göstəricisi sayıla bilər.
Afina və Qərb
Afina deyəndə ilk yada düşən tanrılar, Afina ilahəsi ilə Poseydonun
döyüşü, möhtəşəm Akropolis, Zevsin məbədi, Panteon, Parfenon, qədim
Agora olur. Kiçik bir düzəliş: məbədlərin, sarayların özü yox, xarabalığı.
Turistlərin xəyallarının məskəni və bu gün görə biləcəkləri yerlər, Afinanın
fəxri nə vaxtsa möhtəşəm olmuş məbədlərin, meydanların, binaların özü
yox, uçuntularıdır. Bələdçidən hər addımda belə sözlər eşitmək olur: “Bu
möhtəşəm bina eramızdan əvvəl filan əsrdə tikilib, filan əsrdə filan mühari-
bədə dağılıb, bu gün siz yalnız onun sütunlarını görə bilərsiniz”. Sütunların
üzərində hikmətli sözlərin qorunub saxlanması bu tarixi yerlərin sirrini,
möhtəşəmliyini daha da artırır. Kimlərsə bu qədim yerlərdə gəzəndə, qədim
divarlara əlini vuranda düşünür ki, nə vaxtsa Aristotelin əli dəyən yerə indi
mən toxunuram, Zevsin qüdrətini hiss edirəm və s. Bu hissləri hələ XVII
əsrin sonu XVIII əsrin əvvəllərində ingilis şairi Bayron da keçirtmişdi:
Mənim Elladam! Gözəlliyin sərdabəsi!
Süqutunda da ölməz, möhtəşəm.
De, sənin varislərin: oğulların, qızların,
Kimin hünəri ilə səfərbər olacaqdır?!
Düz dibində dayananda adama elə gəlir ki, bu nəhəng sütunlar səmanı
öz üzərlərində saxlayırlar. Və şairin dediyi sözlər yəqin ki, çoxlarının ürə-
yindən keçir. Lakin mən məsələnin fərqli bir tərəfini düşündüm və yadıma
maraqlı bir paradoks düşdü. Bəzən Şərqin dünya sivilizasiyasına verdiyi
bəhrədən, elmin, fəlsəfənin inkişafındakı rolundan danışanda, irad tuturlar
ki, bunlar orta əsrlərdə – keçmişdə (!) olub. Əcəba, eramızdan əvvəlki möh-
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
106
təşəmliyin bu xaraba halına baxanlara qürur haqqını kim və nə verir? Qərbin
hakim mövqeyi, yoxsa Şərqin mütiliyi? Qərbdə elmin, Şərqdə isə dini bilik-
lərin inkişafı? Yəqin ki, bunların hər birinin yekun rəydə öz payı var. Lakin
məsələnin daha dərin təhlili başqa bir həqiqəti ortaya çıxarır.
Qədim yunan fəlsəfəsinin “məbədi” Şərq “daşlarından” tikilmişdi.
Onu tikən Pifaqor, Demokrit, Platon və başqaları ustalığı Qədim Misirdən,
Babilistandan, Azərbaycandan, Ərəbistandan, Hindistandan, Həbəşistandan
öyrənmişdilər. Çoxsaylı işğallar, barbarlıq baş alıb gedəndə, eyni zamanda,
dinin fəlsəfəyə radikal mövqeyi bəşəriyyətin diqqətini həqiqətdən yayındı-
randa və bu sarayı diqqətsiz qoyanda, o, uçulmağa məhkum olmuşdu. Ona
sahib çıxan və qoruyan İslam filosofları – Fərabi, İbn Sina, İbn Rüşd, İbn
Xəldun oldu. Daha sonra, yəni təqribən XVII əsrdə bu məbədə Qərb sahib
çıxdı və qapıları Şərqin üzünə bağladı. Beləcə, Qərb oldu möhtəşəm saray
sahibi, Şərq isə qaldı evsiz-eşiksiz.
“Məbədin” taleyi bundan sonra daha da ağırlaşdı. Fəlsəfədən müxtəlif
və çoxsaylı istiqamətlər ayrılmağa başladı və hər yeni qol fəlsəfəyə meydan
oxumağa başladı. Sanki məbədin daşlarını söküb o daşlardan yeni binalar
tikməyə başladılar. Maddiyyat mənəviyyatı üstələdi. Məbədin mərmər sü-
tunları, qranit divarları onun içindəki mahiyyətdən daha önəmli oldu! Belə-
cə məbədin içindəkilər – İslamın qoruyub saxladığı, nəfəs verdiyi həqiqətlər
talan olundu, yerdə qalan isə qədim yunan dövründən qalan sütunlar oldu.
Amma qəribə bir paradoks yaşandı: içində oturduqları sağlam binanın hansı
talanın nəticəsində olduğunu düşünmək istəməyən Qərb yerdə qalan xaraba-
lıqla qürur duyub dünyaya meydan oxumağa başladı!
Bəli, Afina həqiqətən muzey-şəhərdir. Amma o yalnız Qərb təfəkkü-
rünün tarixini yox, həm də bugününü gözəl əks etdirir. Belə ki, Afinanın kü-
çələrində son dövrlərə aid qəribə heykəllər, fiqurlar görmək mümkündür.
Bunlardan iki detal məni dəhşətə gətirdi: biri yunan heykəltəraşı Kostas Va-
rotsosun Olimpiya oyunlarında marafon qaçışlarında iştirak edən idmançıla-
rın şərəfinə şüşədən düzəltdiyi “Qaçan insan” idi. Küləyin sovurduğu, di-
dik-didik etdiyi insan. Maraqlıdır, adətən heykəllər hərəkətsiz olsalar da, on-
larda bir həyat sezmək mümkündür. Amma bu heykəl əslində qaçan insanı
təsvir etsə də, özü fərqli təsəvvür yaradırdı: nəhəng, amma küləyin bitirdiyi
Dostları ilə paylaş: |