Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

Sosial fəlsəfə 
 
 
85
yollar axtarır. Yeni dövrün ən böyük fikir adamları, filosoflar, insanın fərdi-
intellektual potensialının reallaşması və elmi biliklər sayəsində böyük maddi 
güc  əldə etməsi üçün müvafiq şəraitin söz və fikir azadlığından keçdiyini, 
insanların fərdi azadlıqlarının təmin olunması üçün cəmiyyətin məhz müəy-
yən şərtlər əsasında qurulmalı olduğunu, bunun üçün totalitarizmə, avtorita-
rizmə son qoyulmalı olduğunu və bütün insanların fikrinin nəzərə alınmasını 
təmin edən bir ictimai sistem yaradılmasının zərurətini ortaya qoydular. 
Yəni, kim nə deyirsə desin, müasir Qərbin yaranmasında o dövrün böyük fi-
kir sahiblərinin, XVII əsr filosoflarının böyük rolu danılmazdır. Qərb düşün-
cəsi ya Bekon, ya Dekart üzərində deyil, bu ikisinin sintezi üzərində qərar 
tutmuş, qurulmuşdur. Sonrakı əsrlərdə də cəmiyyətin təkmilləşməsi prosesi 
həmişə ayrı-ayrı böyük filosofların ideyalarının ictimai praktikada nəzərə 
alınması və lazım gəldikdə bu ideyalar naminə inqilablar edilməsi sayəsində 
mümkün olmuşdur. 
 Optimal  cəmiyyət axtarışı!  Əslində belə axtarış  həmişə olmuşdur. 
Şərq ölkələrində də yaxşı ölkə, yaxşı cəmiyyət idealları orta əsrlərin bir çox 
böyük
 mütəfəkkirləri tərəfindən, o cümlədən Fərabi, Nizami, N.Tusi və s. tə-
rəfindən qələmə alınmışdır. Lakin Şərqin xoşbəxt ölkəsi əslində optimal cə-
miyyət yox, ədalətli hökmdar axtarışı üzərində qurulubdur. Yəni bütün cə-
miyyətin bir adamın iradəsinə tabe etdirilməsi məqbul görünür və xoşbəxtlik 
ancaq bir adamın hansı isə bir təsadüfdən xeyirxah və ədalətli olması amili 
sayəsində mümkün sayılırdı. Lakin dövlət başında duran adamın təsadüfən 
xeyirxah olması ona bu dövləti doğrudan da ədalətlə idarə etmək imkanı ve-
rirdimi? Əgər optimal idarəetmə sistemi yoxdursa və cəmiyyət özü bu siste-
mə  nəzarət edə bilmirsə, bir adamın iradəsi olsa-olsa, onun hakimiyyətini 
yerlərdə  həyata keçirən bir neçə başqa adamların iradəsi ilə gerçəkləşməli 
olacaqdır ki, bu da tək bir adamın deyil, həmin bir neçə adamın da ədalətli 
və xeyirxah olmasını və eyni zamanda nəyin ədalətli, nəyin ədalətsiz oldu-
ğunu düzgün müəyyənləşdirə biləcək dərəcədə savadlı, bilikli olmasını tələb 
edir. Belə ideal ölkənin mövcudluq ehtimalı isə, yəni bu təsadüfün ehtimalı 
isə sıfıra yaxınlaşır.  
 Ona görə də demokratik idarəetmə üsulu Qərb sivilizasiyasını müm-
kün edən əsas şərtlərdən biri hesab olunur. Lakin bu idarəetmə üsulunun özü 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
86
də məhz ictimai şüurun kifayət qədər yüksək olması, əhalinin yüksək savad-
lılıq dərəcəsi, sosial-siyasi biliklərə yiyələnməsi sayəsində mümkün olur. 
Deməli, əslində demokratiyanın da, söz və fikir azadlığını təmin edən icti-
mai quruluşun da, elmin inkişafına  şərait yaradan dövlət formalarının da 
mümkünlüyü  əvvəlcə savadlanmadan, ümumi bilik səviyyəsinin artmasın-
dan, maarifçilikdən keçir. Bax, bu mənada biz cəmiyyətdə, ictimai praktika-
da əldə olunan uğurların təməlində yenə də məhz maarifin və elmin dayan-
dığını vurğulayırıq. Bu sahədəki qələbələr də yenə ağılın qələbəsidir. Sadəcə 
olaraq tək-tək ağıllıların öz əqli üstünlüklərini hansı isə yollarla bütövlükdə 
cəmiyyətə transfer etməsi və cəmiyyətin orta intellektual və mənəvi poten-
sialının yüksəlməsi təmin olunmalıdır.  
 Bütün bunlar bir-biri ilə vahid zəncirin halqaları kimi bağlanmışdır və 
hansı halqanın  əvvəl, hansının sonra gəldiyini müəyyənləşdirmək çox 
çətindir.  
 
“Mədəniyyət” və “sivilizasiya” anlayışlarının 
müqayisəli təhlili 
Sivilizasiya mədəniyyətdən fərqli olaraq toplu anlayışdır. Necə ki, hər 
bir ağacı ehtiva edən “ağac” anlayışından başqa, lokal bir ərazidə bütün 
ağacların cəmini ifadə edən “meşə” anlayışı var, eləcə də insan yaradıcılığı-
nın sayəsində qurulmuş  hər bir hadisənin. Sivilizasiya da meşə kimi toplu 
anlayışdır (sobiratelnoye ponyatiye). Lokal sivilizasiya bütün nisbi müstəqil 
gerçəkliyi əhatə edir. Yəni orada nə varsa, hamısı sivilizasiyaya daxildir. O 
cümlədən elm, sənət, din, sosial sistem, siyasi quruluş və s.  
 Mədəniyyət isə elmlə, sənətlə, əxlaqla, dinlə yanaşıdır; əslində bunla-
rın hamısının ictimailəşmiş, kütləviləşmiş, mənimsənmiş, vərdişləşmiş, av-
tomatlaşmış, şüuraltına keçmiş və bununla da özgələşmiş, “obyektivləşmiş” 
hissələridir. Lakin mədəniyyət dedikdə, bunların toplusu yox, ümumisi nə-
zərdə tutulur. Yəni hər birinin müvafiq hissəsi mədəniyyətdir. İdrak mədə-
niyyəti, hüquqi mədəniyyət, siyasi mədəniyyət və s.  
Mədəniyyətdə müntəzəm tərəqqi yoxdur. Sivilizasiyada isə inkişaf 
yüksələn xətlə gedir. Bu inkişafın mənbəyi ağıldır – tükənməyən sərvət.  
Xammala  əsaslanan iqtisadiyyat çox uzağa gedə bilmir, çünki orada 


Sosial fəlsəfə 
 
 
87
inkişaf eninədir, ekstensivdir. Emal sənayesində isə inkişaf yüksələn xətli-
dir, intensivdir, çünki burada mənbə intellektdir.  
Düzdür, K.Marks ictimai tərəqqidə üstün istiqamətin olmasını başqa 
amillərlə izah edirdi. Amma hər halda ictimai həyatda ümumi bir inkişaf 
tendensiyasının olması və bu baxımdan müxtəlif zamanlarda və bölgələrdə 
yaranmış lokal sivilizasiyaların da bu ümumi inkişaf prosesinin yarımçıq kə-
silmiş tərkib hissələri uğursuz cəhdləri kimi dəyərləndirilməsi mümkündür. 
Təəssüf ki, Marksın bu sahədə  əsərləri yetərincə  nəzərə alınmır. Bununla 
belə F.Fukuyama Marksın ictimai tərəqqi ideyasını Hegeldən götürülmüş bir 
ideya kimi qəbul etsə də, hər halda nəzərə almağa çalışmışdır: “Hər iki mü-
təfəkkir üçün insan cəmiyyətinin quldarlığa və yaşayış təminatı olan əkinçi-
liyə əsaslanan bəsit tayfa quruluşundan tutmuş müxtəlif teokratiyalara, mo-
narxiyalara və feodal aristokratiyaya qədər, müasir liberal demokratiyaya və 
müasir texnologiyalara əsaslanan kapitalizmə  qədər məntiqi ardıcıl proses 
mövcud idi» (6, s. 9). F.Fukuyama daha sonra qeyd edir ki, Tarixin istiqa-
mətlənmiş olmasını əsaslandırmaq üçün Hegel və Marksın nüfuzuna istinad 
etmək kifayət deyil (6, s. 10). Müasir dövrdə bu prosesin düzxətli olmasa 
da, hər halda istiqamətlənmiş şəkildə, daha doğrusu, müəyyən üstün istiqa-
mətdə baş verdiyini göstərmək üçün kifayət qədər faktlar gətirmək müm-
kündür. Və Fukuyama öz əsərində məhz bu ideyanı əsaslandırmağa çalışır. 
Düzdür, bu istiqamətlənmiş proses müəyyən bir tarixi mərhələdə ləngiyir və 
nəhayət dayanır ki, bunu da Fukuyama “tarixin sonu” kimi dəyərləndirir. 
Daha doğrusu, bu hadisənin təbiətini açmağa və səciyyələndirməyə çalışır. 
F.Fukuyamanın “Tarixin sonu və sonuncu insan” kitabı onun 1989-cu ildə 
yazmış olduğu “Tarixin sonu?” məqaləsində irəli sürdüyü ideyanın açılışı-
dır. Maraqlıdır ki, bu sətirlərin müəllifinin 16 il Fukuyamadan əvvəl nəşr 
olunmuş məqaləsi (2) də məhz bu mövzuya həsr olunmuşdur. Bu məqalədə 
mən “istiqamətlənmiş inkişaf” daxil etmiş  və onun əsas xüsusiyyətlərini 
müəyyənləşdirməyə çalışmışam.   
Adətən mədəniyyətin tərifində belə bir məqamı önə  çəkirlər ki, o, 
təbiətdə hazır şəkildə mövcud olmayıb sonradan insan tərəfindən yaradılan-
ları əhatə edir. Lakin bu cür yanaşma, əlbəttə, qüsurludur. Belə ki, bir tərəf-
dən bütün mədəniyyət hadisələri doğrudan da insan idrakının, insan əməyi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə