Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

Fəlsəfə və ədəbiyyat
 
 
 
73
strakt-fəlsəfi sahədəki mükəmməl tapıntıları müəllifin bütün yaradıcılıq nü-
munələrinə  səxavətlə paylanmışdır. Cabbarlının yaradıcılığında  ədəbiyyat, 
yalnız bədii təxəyyül, yaxud yazı tərzi deyildir, o bədii təfəkküründən fəlsəfi 
düşüncə üçün poetik bir pafos kimi istifadə etmişdir. Hələ qədim yunanlarda 
yaradıcı  təfəkkürdə pafosu çox yüksək qiymətləndirirdilər. Hər hansı bir 
sənətkarın ehtiraslı olması, yaxud nə dərəcədə pafosa malik olması, sənətin 
ən yüksək göstəricisi kimi qəbul edilirdi. Hətta qədim yunanlarda insanların 
başdaşılarının üzərində onların nə  dərəcədə ehtiraslı olması haqqında 
qeydlər də edilirdi. Bəlkə də yunan incəsənətinin müasir dövrə qədər gəlib 
çatmasına, məhz bu əsərlərin sonsuz bir ilham və pafosla yaradılması səbəb 
olmuşdur. C.Cabbarlı yaradıcılığında biz məhz belə bir yüksək pafos hiss 
edirik. Sənət və yaradıcılıq ehtirası onun əsərlərinə  əbədi bir şöhrət 
gətirmişdir. Səməd Vurğun C.Cabbarlının yaradıcılığını  təhlil edən zaman 
yazırdı: “Mən böyük bir dramaturq olan Cabbarlının bütün yaradıcılığında 
zəngin bir poeziyanın qüdrətini duyuram”(6, s.50).  
Cabbarlı yaradıcılığının bu poetikliyi, xüsusən onun dram əsərlərində 
istifadə etdiyi şeirlərində daha aydın hiss olunur. Dramaturq-şairin tək bir 
şeir nümunəsi onun lirik idealı haqqında oxucuda bitkin təsəvvür yarada 
bilir: 
Axan çaylar, sən kiminsən? – Mənə körpü salanın! 
Doğan günəş, sən kiminsən? – Məndən işıq alanın! 
Sonsuz fəza, sən kiminsən? – Mənə qanad çalanın!  
Həyat, söylə, sən kiminsən? – Mən həyatı öyrənənin, 
bacaranın, alanın! 
 
Bəlkə də Cabbarlı sovet ideologiyasına inanırdı və düşünürdü ki, hə-
yata düzgün yanaşmağın yeganə yolu insanın özünə və başqalarına qarşı da-
ha çox tələbkar olmasıdır. Yəqin ki, daha çox tələbkar olmaq, kommunist 
ideologiyasından doğurdu və bunun arxasınca isə sovet düşüncəsinə hakim 
olan yalnız öz maraqlarına xidmət etmək, hətta təbiətə amansızcasına yanaş-
maq, zorla nəyi isə qopartmaq, toplamaq iddiaları sıra ilə gəlirdi. Əslində bu 
ideologiya heç bir dinə uyğun gəlməyən ateist bir dünyagörüşü idi. İctimai 
mülkiyyətlə xüsusi mülkiyyət, ictimai şüurla fərdi şüur arasındakı uçurumlar 
sosializm cəmiyyətində mənəvi böhranlar yaratsa da, Cabbarlı cəmiyyətdəki 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
74
mənəvi-ruhi böhranların səbəbini sovet ideologiyasına uyğun olaraq tama-
milə başqa bir istiqamətdə axtarırdı...  
Cabbarlının dram əsərlərində səhnəyə qoyduğu tarixi mövzular əslin-
də onun yaşadığı tarixi zamanla bağlı idi. Məsələn, Balkan müharibələrinin 
dövründə tələbə olmuş Cabbarlının “Ədirnə fəthi” pyesinin mövzusu, dün-
yanın siyasi durumuna və xalqların həyatına onun yaradıcı münasibətindən 
doğmuşdu. Daha sonralar onun tarixi mövzulara müraciəti davamlı bir 
xarakter aldı  və dramaturq Azərbaycan tarixində maraqlı bir mövzuya 
müraciət etdi. Müsavat partiyası ilə əlaqədə ittiham edilərək bir müddət həbs 
olunan dramaturq, yalnız 1928-ci ildə “Od gəlini”  əsərini səhnəyə qoydu. 
“Od gəlini” əsəri Cabbarlı yaradıcılığında xüsusi yer tutur. Bu əsərdə müəl-
lifin dini dünya görüşü onun fəlsəfi və  bədii idealları ilə üz-üzə qoyulur. 
İdeyalı bir cəmiyyətə yeni bir ideya təlqin etmək mümkün idimi? Hər hansı 
bir cəmiyyət, ideal münasibətlərlə nə qədər zəngin olsa da, heç bir müsbət 
ideya, heç bir müsbət ideal cəmiyyətdə dinin rolunu əvəz edə bilməzdi. Din 
insan  şüuruna hakim kəsilən bütün mürəkkəb suallara ən dolğun  şəkildə 
cavab verən ictimai şüur formasıdır, həmçinin Allaha münasibət varlığın 
mahiyyətini anlamağın yeganə düzgün yoludur.  
Cabbarlının “Od gəlini” əsərində hadisələr şərti bir Xürrəm şəhərində 
baş verir və  zərdüşti Elxan ərəblərə qarşı mübarizədə  məğlub olur. Tarixi 
Babək hərəkatının səhnə versiyasını yaradan C.Cabbarlı, əslində bizə tarix-
dən yaxşı məlum olan bu hadisəyə ciddi bir əlavə etməmişdir. Babək islam 
dinini qəbul etmədiyi kimi, Elxan da islam dinini qəbul etmir. Sadəcə fərq 
budur ki, Elxan babəkilərdən fərqli olaraq, islam dinini fanatizmdə ittiham 
edir və sübut etməyə çalışır ki, əgər hər hansı bir dində zorakılıq varsa, de-
mək həmin din bəşəri ideallara qarşı  çıxır və onun qəbul edilməsi düzgün 
deyildir. Bir obrazın, bir cərəyanın, bir üsyanın böyük və möhtəşəm bir dinə 
lokal münasibəti, bəlkə də hər şeydən əvvəl fəlsəfi təfəkkürün özünün zəifli-
yindən irəli gəlirdi. Bu bizə M.F.Axundovun “mən bütün dinləri puç və əf-
sanə hesab edirəm” fikirlərini xatırladır. Fəlsəfə ilə dinin münasibətinin bir-
tərəfli həlli, əslində hər ikisini inkar edir. Lakin tarixi şəxsiyyət olan Babə-
kin islama qarşı çıxışları, bəlkə də islam dininin, şəriət qanunlarının ciddi, 
sərt xarakteri ilə bağlı idi. Əslində islam dini bir sıra ciddi qadağalar, ciddi 


Fəlsəfə və ədəbiyyat
 
 
 
75
pəhrizkarlıq adətləri tələb edirdi ki, onları daima azad və xürrəm olan atəş-
pərəstlər qəbul edə bilməzdilər. Hələ İsa peyğəmbər deyirdi ki, “bilik insan-
da kədəri artırır”. Heç bir din, o cümlədən də, islam dini insanlara şad və 
xürrəm olmağı aşılamırdı, əksinə həyatın əsil mahiyyətini anlayan, onun fa-
niliyindən xəbərdar olan hər bir insan üçün, bəşəri sevinc tamamilə başqa 
bir məzmun daşımağa başlayır. Xüsusən, islam dini təhsili, oxumağı, daha 
çox bilməyi vurğuladığı halda, müsəlman şad, xürrəm ola bilərdimi? Digər 
tərəfdən, dinə elmi münasibət, həmçinin başqa ictimai şüur sahələrinə rasio-
nal münasibətin formalaşmasına da şərait yaradırdı. Elə buna görə  də dini 
yasaqlayan sovet cəmiyyətinin abstrakt təfəkkürdən bu qədər çəkinməsi tə-
bii idi. Fəlsəfə sovet cəmiyyətində din kimi müdhiş görünürdü, çünki təfək-
kürünün ontoloji məzmunu sovet reallığını əks etdirmirdi. Bəlkə də elə buna 
görə C. Cabbarlı  “Ədəbi mübahisələr”ində Cavidi həyatdan uzaq durduğu 
üçün tənqid edirdi: “Ya Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bü-
tün  əsərlərini bir fikir, bir fəlsəfə xatirəsi üçün quraşdırıyor... Yaxud: “Bir 
əsər bir fikir ifadəsi üçün yazılırsa, o artıq sənət və ədəbiyyat deyil, bəlkə də 
fəlsəfədir”. Fəlsəfədən bu dərəcədə qorxan, nəzəri  şəkildə  fəlsəfi ümumi-
ləşdirmələrə bu qədər nifrət edən ikinci bir cəmiyyət çəkin ki, tarixdə mə-
lum olsun. C.Cabbarlı da, bu “fəlsəfəsiz cəmiyyət”dən çıxış edərkən, sənətə 
münasibətini belə ifadə edirdi: “Fəlsəfə sənət üçün bir əsas deyil, bir məziy-
yət ola bilər”. Ədəbiyyatla fəlsəfənin kəsişmə nöqtələrində hansının həqiqəti 
daha düzgün və  hərtərəfli ifadə etməsi məsələsi, həmişə mübahisə obyekti 
olmuşdur. Vaxtilə fransız filosofu Jak Derrida öz gənclik dövrünün mülahi-
zələrini izah edən zaman yazırdı: “Məndə güclü yazıçı olmaq arzusu var idi 
və mənə elə gəlirdi ki, fəlsəfə ədəbiyyata gedən yolda yalnız bir sapmadır” 
(8, s. 11). Əlbəttə, bu fikir bədii yaradıcılığa xüsusi marağı olan bir gəncin 
düşüncəsi idi, o həyat haqqındakı bütün dolğun və bitkin düşüncələrin son-
radan daha yetkinlik, daha dolğun məzmun üçün, hökmən fəlsəfi təfəkkür-
dən haçansa keçəcəyini hələ aydın təsəvvür edə bilmirdi. Cabbarlı da, sənət-
dəki fəlsəfi ümumiləşmələrə mənfi münasibətini ifadə etsə də, məhz öz fəl-
səfi düşüncələri və müdrik uzaqgörənliyi ilə dahidir. Fəlsəfi təfəkkürdə bə-
diiliyin rolu və yeri, ümumiyyətlə hər cür təfəkkür aktının bədii məzmunu 
ilə bağlıdır. Təfəkkür aktının müəyyən bir struktura malik olması, artıq onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə