Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
125
ng, ud, tənbur, bərbət, qanun, tütək, balaban, saz və digər 
musiqi alətlərinə  də münasibət bildirilir, onların hər biri-
nin yaranma tarixi, insanlara zövq verməsindən  bəhs olu-
nurdu. Bütün bunlar Seyid Əzim yaradıcılığında çox gözəl 
əks olunmuşdur. Bir muğamın yaxşı  səslənməsi, insana 
zövq verməsi üçün qəzəlin müsiqi ilə uyuşmasının vacib-
liyini artıq qeyd etmişdik. Tez-tez belə bir hadisənin  şahi-
di oluruq. Öz qəzəlini hər hansı bir xanəndənin ifasında 
bəyənən qəzəlxan məxsusi olaraq həmin xanəndə üçün 
qəzəllər yazır. Və yaxud əksinə də olur. Bir qəzəxanın qə-
zəlləri xanəndənin zövqünə yatanda O, həmin qəzəlxana 
qəzəl sifariş edir. Burada Əli Fəhmi belə bir nəticəyə gəlir 
ki, qəzəl musiqi ilə uyuşmaqla yanaşı, qəzəlxanla xanən-
dənin qarşılıqlı zövqünə  də uyğun gəlməlidir. Bu key-
fiyyətlərin S.Əzimdə olmasını  Əli Fəhmi onun Füzuli ir-
sindən bəhrələnməyi ilə  əlaqələndirir. S.Ə.Şirvanin yara-
dıcılığında bu baxımdan çoxlu oxşarlıqlar vardır. Füzuli 
kimi S.Əzim də xanəndələrin  ən çox müraciət etdiyi şair-
lərdəndir.  Şairin musiqi duyumunu yüksək qiymətləndi-
rən  Əli Fəhmi yazırdı: ”Ümumiyyətlə muğamın və xalq 
musiqisinin alovlu tərənnümçüsü olan Seyid Əzim musi-
qini, meyi, məzəni, şirin ixtilatları həyatın əvəzsiz nemət-
ləri saymış, dünyəvi hiss və bilikləri real həyat hadisələri-
ni maddi və mənəvi nemətləri geniş tərənnüm etmiş həya-
tın məqsədi bilmişdir. 
Can verəndə oxuyun nəğməni Quran əvəzi, 
Qəbrim üstündə verin ruhuma meydən xeyrat. 
- Deyən Seyid Əzim musiqinin nəğmənin, meyin, 
məzənin şirin və ürəkaçan söhbətlərini insan duyğularının 


Yeqzar Cəfərli  
 
 
126 
bir sözlə canlı  və yaradıcı insanın dünya nemətlərinin 
böyük tərənnümçüsü idi.” 
Seyid Əzimin yaradıcılığı ilə məşğul olunca adamda 
belə bir qənaət yaranır ki, O bir şair olmaqla yanaşı, həm 
də bir musiqi nəzəriyyəçisi olub. Burada Əli Fəhmi onun 
hər hansı bir musiqi alətindən istifadə edib etməməsindən 
bəhs etmir. Lakin böyük alim şairin musiqiyə  həddindən 
artıq aludə olmasını, tez-tez musiqi məclislərində  iştirak 
etməsini, ayrı-ayrı musiqiçilərlə dostluq etməsini  əsas 
götürərək onu həqiqətən də bir musiqi nəzəriyyəçisi kimi 
bizə təqdim edir. Şair Şamaxıda Mahmud ağanın yaratdığı 
musiqi məclisinin yaraşığı idi. Əli Fəhmi qeyd edirdi ki
“Seyid Əzim musiqi və müğənnilərdən nə qədər xoşlanır-
dısa onlar da bir oqədər  şairin duzlu məzəli söhbətlərin-
dən, şirin və hikmətli qəzəllərindən incə və çox zaman şer-
lə ifadə etdiyi lətifələrindən ilham və zövq alırdılar”. Ol-
duqca maraqlı faktlarla zəngin olan bu əsərdə  Əli Fəhmi 
təkcə Seyid Əzimin yüksək musiqi duyumundan, şairin 
musiqi haqqında qiymətli fikirlərindən söz açmaqla kifay-
ətlənmir, eyni zamanda XIX əsrdə Şirvanın musiqi həyatı 
haqqında qiymətli məlumatlar verir. Burada biz Mahmud 
ağanın musiqi məclisinin daimi üzvləri ilə,  Şairin  şəxsən 
dostluq etdiyi insanlarla da tanış oluruq. Hacı Hüsü, Mə-
şədi İsi, Topal Mehdi, Dabbağ oğlu Mirzə Məhəmmədhə-
sən kimi dövrünün məşhur musiqiçilərin adları çəkilir. 
Burada biz Dabbaq oğlu Mirzə  Məhəmmədhəsənin 
ömrünün sonunda qələmə aldığı  və Bakıda 1916-cı ildə 
Tulu mətbəsində olduqca məhdud miqdarda nəşr etdiyi 
kitabçasının müqəddiməsində oxuyuruq: “Bir gün bahar 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
127
fəslində məşhur şair S.Ə.Şirvani təbiətin tamaşası qəsdi ilə 
Şamaxı bağlarını seyr edərkən bir bağın kənarında bir nə-
fərin gözəl avazla oxuduğunu eşidir və bir az diqqətlə qu-
laq asdıqdan sonra Mirzə  Məhəmmədhəsənin olduğunu 
anlayınca fövrən bu şeri deyir”: 
Əqlimi əlimdən nə küllü yasəmən aldı, 
Nə sünbulü-reyhan nə baği çəmən aldı. 
Davud məgər zində imiş dəhrdə Seyyid
Arami dilim səvti Məhəmmədhəsən aldı. 
Seyid Əzimin rəğbəti təkcə Mirzəməhəmmədhəsənlə 
bitmir. Qəzəllərinin birində Topal Mehdi və ya Mehdiqulu 
adı ilə məşhur olan Mehdini də vəsf etmişdi. 
Seyyida, Mehdiyə ylvar ki bu dürr danələri, 
Eləsin məclisi şəhvari Kərimbəydə nisar. 
Seyid  Əzimin muğama və xalq musiqisinə  rəğbəti o 
dərəcədə böyük idi ki, O, təkcə  Şirvandakı, Azərbaycan-
dakı xanəndələri deyil, Cənubi Azərbaycanda Tiflisdə ya-
şayan xanəndələri də tanıyır, onlarla əlaqə saxlayırdı. Bu 
haqqda faktları ciddi araşdıran  Əli Fəhmi Seyid Əzimin 
Cənubi Azərbaycanın XIX əsrin məşhur aşıq və xanəndəsi 
olmuş Mirzə Səttar Ərdəbilli haqqında məlumat verir. Bu 
məlumatdan aydın olur ki böyük alim, professor 
M.Rəfilinin Gürcüstan alimlərindən  İ.K.Yenikolonovun 
apardığı  tədqiqatlarla və Tiflisdə  nəşr olunan ”Kafkaz” 
qəzetinin materialları ilə  ətraflı tanış olmuşdur. Burada 
“Kuzneçik muzikant” poemasının müəllifi kimi tanınan 
rus  şairi F.R.Polonski “Russkaya starina” jurnalının 6-cı 
nömrəsində verdiyi məqalə bu baxımdan qiymətlidir. 
Müəllif yazırdı: ”Səttarı  nəinki Azərbaycan, hətta erməni 


Yeqzar Cəfərli  
 
 
128 
və gürcülərin toylarında da dinləmək olurdu”. Məqalə ilə 
tanış olan Əli Fəhmi qeyd edir ki,” Polonski Mirzə Səttarı 
şəxsən dinləmiş onun yanıqlı səsindən vəcdə gəlmiş hətta 
ona şer belə həsr etmişdir”. 
Əli Fəhminin bütün əsərləri ilk növbədə  zəngin mə-
lumatları ilə seçilir. Məlum olur ki, O, hər hansı bir şair 
haqqında yazmamışdan qabaq onun əsərlərini dərindən 
öyrənməklə kifayətlənmir, fəaliyyət göstərdiyi mühiti, 
hətta şairin doğulduğu təbii şəraiti belə dərindən öyrənir-
di. Bu isə alimin öz işinə böyük məsuliyyəti ilə bağlıdır. O, 
Mirzə Səttar haqqıda demək olar ki, bütün məlumatları to-
plamış, onun Seyid Əzimin hansı  qəzəlini daha çox oxu-
masını bilirdi. Qocaman tarzən Mansur Mansurovun xati-
rələrinə istinad edən Əli Fəhmi qeyd edir ki,” Mirzə Səttar 
Seyid  Əzimin qəzəllərini  ən çox Rast və Humayun 
üstündə daha gözəl ifa edərdi. Ən çox xoşladığı qəzəl isə 
aşağıdakı misralarla bitən qəzəli idi.  
Olma yarın Seyyida cövrü cəfasından məlul, 
Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.” 
Məqalədə həmçinin Seyid Əzimin görkəmli sənətkar 
Humayunla və Sadıqcanla dostluq münasibətlərindən və 
Mirzə Möhsün Nəvvabın ”Qarabağnamə” əsərindəki şair-
lə bu iki sənətkar arasndakı dostluq əlaqələri haqqında 
oxuculara qiymətli məlumatlar verir. 
Seyid Əzimin Mahmud ağaya həsr etdiyi “Olsun” rə-
difli bir mədhiyyəsi vardır. Bu mənzum məktubun 6 beyt-
lik bir parşasında demək olar ki, bütün muğamların musi-
qi alətlərinin hətta oxuyan quşların belə adları çəkilir: 
Səhər səvti humayun ilə bülbül başlasın nəğmə, 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə