Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
113
saymış, lakin gözəlliyin yalnız kamal əhli, müdrik insanlar 
duya bilər, çünki onu anlamaq, dərk etmək üçün böyük is-
tedad və mərifət tələb olunur. Gözəlliyi dərindən duymaq 
ona məftun olmaq insanı kamala çatdırır, onun daxili alə-
mini nəcib, yüksək hisslərlə zənginləşdirir. Füzuli gözəllin 
canlı sürətini, romantik boyalarını rəsm ederkən məhz bu 
idealdan çıxış edirdi.  
Oxucuların nəzərinə bunu da çatdırmağı özümə borc 
bilirəm ki, bu monoqrafiyada Əli Fəhmi şairin demək olar 
ki, bütün divanlarını təhlil etmişdi. Biz şairin əsələrini tə-
krara yol verərik  deyə vermədik. Onsuz da dəyərli oxucu-
lar bu əvəzsiz şairin əsərlərinin adlarını bilirlər.Amma bu 
işi gələcəkdə davam etdirmək fikrindəyik. Kitabın bu ye-
rində qeyd etdiyim kimi Əli Fəhminin  əlyazmalarının 
böyük bir hissəsi  ərəb, fars  və  əsgi  əlifba ilə yazılmış ki-
tablardan ibarətdir Həmin  əlyazmaları oxuyub tədqiq et-
mək üçün bu sətirlərin müəllifi hazırda böyük səylə  ərəb 
dilindən biliyini təkmilləşdirir.  
Əli Fəhminin Füzuli məktəbinin davamçıları haqqın-
da da bir qiymətli məqaləsi vardır. Bu məqalədə o “Azər-
baycan ədəbiyyatının nümayəndələrindən- Sükuhi, Sərraf-
dan tutmuş Vaqif, Zakir, Seyid  Əzim, Sabir və digər klas-
siklər haqqında dəyərli məlumatlar verir.  
 
 
 
 
 
 


Yeqzar Cəfərli  
 
 
114 
Əli Fəhmi və Əruz vəzni 
 
Əruz vəzni haqqında Əli Fəhminin 2 məqaləsi vardır. 
Bu məqalələrin biri “Əruz vəzni”, ikincisi isə “Əruz vəzni-
nin bəhrləri”dir.  İkinci məqalədə Alim əruz vəzninin 
bütün bəhrlərini, eyni zamanda da hər bir bəhrin növləri-
ni, xüsusiyyətlərini çox aydın, sadə dildə şərh edir. Ümu-
miyyətlə  əruzun bəhrləri haqqında  ədəbiyyatşünaslıqda 
digər  ədiblər tərəfindən də yazılmış kifayət qədər məlu-
mat olduğundan, biz bu bəhrlərin adlarını, növlərini tə-
krar etmirik Lakin gələcəkdə bu məqalə ilə bağlı bir iş gör-
mək lazım olacaqdır ki o da mənim qarşımda əruzu dərin-
dən öyrənmək və bu məqaləni  əruza aid yazılmış digər 
əsərlərlə müqayisəli təhlil etməkdir. 
 
Əruz vəzni 
 Bu  məqaləsində  Əli Fəhmi ilk olaraq əruz sözünün 
mənasını açmağa çalışmış, onun beş mənasının geniş iza-
hını vermişdir.  Əruz sözünün mənşəyi haqqında istər 
ərəb, istərsə fars ədəbiyyatında kifayət qədər rəvayət və 
əfsanələr dolaşmaqdadır. Bütün bunlara klassik ərəb və 
fars  ədəbiyyatına yaxından bələd olan Əli Fəhmi  əksər 
ərəbşünas və ədəbiyyatşünas alimlərin üstünlük verdiklə-
ri kimi dəvənin ahəngdar hərəkətləri, dəvə boynundan 
asılmıs zənglərin ritmik avazı, qədim  şarban və  dəvəçilə-
rin mahnıları ilə əlaqələndirmişdir.  
Əli Fəhmi  əruz haqqında klassik ədəbiyyatda söylə-
nilən fikirlərlə kifayətlənməmiş, XII əsrin böyük ensiklo-
pediyaçı alimi Əhməd ibn Xəllixanı ( 1121-1272 ) və XIX 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
115
əsrin ərəb filoloqu Lyuis Şeyxo Əlyəsür (1859-1927) əsərlə-
rini əldə edib oxumuş, bu iki böyük alimin əruz haqqında 
qiymətli fikirləri ilə tanış olmuşdur. Məqalədə O, bu iki 
alimin əsərlərindən belə iqtibas gətirir. “Bir gün əruz elmi-
nin banisi Xəlil ibn Əhməd misgər bazarından keçirmiş, 
O, misgərlərin daşa vurduqları  çəkic zərbələrinin ritmik 
avazından təsirlənmiş  və  bu  onun  gələcəkdə yaradacağı 
əruz vəzni üçün xüsusi ahəng formaları düşünməyin baş-
lanğıcı olmuşdur”. Biz bu məqalə üzərində  işlərkən bu 
barədə bir neçə oxşar və fərqli fikirlərlə tanış olduq. Bütün 
bunları birləşdirən ümumi cəhət vardır ki, bu da bütün fi-
kirlərin əmək prosesi ilə bağlı olmasıdır. 
Həmçinin öyrəndik ki, əruz vəzninin tarixi isla-
miyyətlə bağlı olmayıb ondan çox-çox əvvələ təsadüf edir. 
Əli Fəhmi göstərir ki, ərəb qəbilələri döyüşdən qabaq iki 
düşmən qəbilənin pəhləvanlarını bir-birilərinə  bədahətən 
oxuduqları  və  rəcəz adlanan şerlər məhz  əruz vəznində 
idi. Bədəvi  ərəblərin səhrada yaratdıqları  səyyar  şifahi 
xalq nümunələri qəhrəmanlıqdan, qəbilə başçılarının 
şücaətindən, qəbilənin maraqlarını qorumalarından, səxa-
vətindən bəhs edən şerlə yazılmış hekayələr də əruz vəz-
nində idi. Məqalədə əruz vəzni haqqında özündən qabaq 
söylənilmiş bütün fikirləri təhlil edən  Əli Fəhmi göstərir 
ki, “hələ cahiliyyət dövründən qabaq ceyran dərisi və ya 
misir qumaşı üzərində yazılar yazan, ərəb poeziyasının 
atası sayılan  İmrəül- Qeys (500-540) əruz vəzninin təvil 
bəhrində şerlər yazması onu göstərir ki, əruz sırf ərəblərə 
aid olub onların milli sərvətidir. İslamın zəfər yürüşündən 
sonra əruz ərəblərin fəth etdiyi bir sıra ölkələrin, o cümlə-


Yeqzar Cəfərli  
 
 
116 
dən İran ədəbiyyatında hakim vəznə çevrildi. İranlılar isə 
əruzu daha da təkmilləşdirdilər.Bu məqalənin maraqlı cə-
hətlərindən biri odur ki, Əli Fəhmi əruzun Azərbaycan di-
linə uyuşması haqqında məlumat verir. Məlumdur ki, əru-
zun hakim vəzn kimi ədəbiyyatlarında qərarlaşdığı bütün 
xalqlar onu müəyyən dəyişikliyə  uğratdılar. Azərbaycan 
ədəbiyyatında  əruz vəznində  şerlər yazılması islamın 
yayıldığı ilk illərə aiddir. Tarixdən məlumdur ki, Albaniy-
anın  Ərəb xilafəti tərəfindən işğalından sonra bir çox 
Azərbaycan şairləri İslamın ilk paytaxtı Mədinəyə köçmüş 
və Ərəb dilli poeziyanın ən gözəl nümunələrini yaratmış-
lar. Onlar hətta ərəblərin islamiyyətdən qabaqkı cahiliyyət 
dövrünün mədəniyyətinə dodaq büzmüş, ”Siz qızlarınızı 
diri-diri torpağa gömdüyünüz zaman biz öz qızlarımızı 
əzizləyirdik”- deyirdilər. Tezliklə bütün İslam dünyasında 
böyük şöhrət tapan həmin şairlərə islamda ən böyük rütbə 
sayılan “Mövla” ləqəbi verilmişdi. Cəm halında isə onlar 
“Məvali  şairlər” adlanırdı  və bütün Ərəb imperiyasında, 
bütün islam dünyasında məşhur idilər. Ölkəmizin ərəblər 
tərəfindən işğalından sonra Azərbaycan dili sıxışdırılaraq 
aradan çıxarıldı,  ərəb dili dövlət dili səviyyəsinə qalxdı. 
Bu,  əlbəttə bir neçə amillə bağlı idi. Hər  şeydən  əvvəl bu 
onunla bağlı idi ki, ərəblər bir xalqa özünü unutdurmaq 
üçün ilk növbədə onun dilini əlindən almağın vacibliyini 
çox gözəl başa düşürdülər. Digər tərəfdən də bütün ka-
rgüzarlıq işlərinin  ərəb dilində aparılması, heç bir infor-
masiya vasitəsinin olmadığı bir zamanda alim və şairlərin 
öz  əsərlərini tanıtmaq üçün onların məhz  ərəb dilində 
yazmaq məcburiyyəti,  ən vacibi isə Qurani-Kərimin 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə