Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
97
Füzuli Əli Fəhmi  
yaradıcılığında 
 
Ədəbiyyatşünas alim professor Əkrəm Cəfər qeyd 
edir ki, ”Biz Əli Fəhmini qüdrətli bir qələm sahibi kimi ta-
nıyırıq. Hələ 1958-ci ildə onun “Füzuli qəzəllərinin bəzi 
poetik xüsusiyyətləri” mövzusunda yazdığı monoqrafiya-
sı həmin mövzuda yazılmış əsərlərin ən dəyərlisi ən key-
fiyyətlisidir”. Əsəri gələcəkdə oxuyan hər bir kəs hörmətli 
professor Əkrəm Cəfərin fikri ilə razılaşacaq. Əsərdə nəzə-
ri müddəalar dahi şairdən gətirilən konkret misallarla 
yaxşı əsaslandırılır. Bu əsər bütün oxucular üçün xüsusilə 
də  ədəbiyyat müəllimləri, tələbə  və aspirantlar üçün fay-
dalı bir əsərdir. Füzuli sənətkarlığında məcazlar, təşbihlər, 
mübaliğələr və s. poetik kateqoriyalar təhlillə izah edilir, 
tutarlı dəlilərlə oxuculara çatdırılır. 
 
Füzuli qəzəllərində  
məcazlar 
 
Əli Fəhmi elə bir alimdir ki, o hər hansı bir elmi mə-
qalə və monoqrafiya yazırsa onu əvvəlcə orijinaldan oxuy-
ub, tanış olardı. Füzuli yaradıcılığında bədii təsvir vasitə-
lərini tədqiq etməzdən qabaq o Türküstanlı alim Sadəddin 
Teftazinin (1356-1433) “Mütəvvəl”  əsərində  məcaz, onun 
növləri ilə ətraflı tanış idi. Ərəb dilində yazdığı bu əsərin-
də  Təftazi “Əlməcazi Qəntərətül-həqiqəyə” yəni- məcaz 
həqiqətin körpüsüdür- demişdi. Bütün digər məqalələri 
kimi burada Əli Fəhmi məcazın növləri olan təşbih, istiarə, 


Yeqzar Cəfərli  
 
 
98 
rəmz, kinayə,  mübaliğə haqqında da oxuculara ən sadə 
dildə  məlumat verir. Azərbaycan  şerində demək olar ki, 
məcazlardan istifadə etməyən elə bir  şair və yazıçı yox-
dur, amma onun ən gözəl nümunələrini Füzuli yaratmış-
dır. Əli Fəhmi Füzuli haqqındakı məqalələrində şairin ya-
radıcılığında məcazın müxtəlif növlərinə aid yüzlərlə 
nümunə gətirmişdir, bu cür məcazı ifadələr Füzuli şerinə 
yenilik və təravət gətirir. 
Dahi  şairin bədii təsvir vasitələri içərisində  ən çox 
diqqət verdiyi növ epitetlər ( bədii təyinlərdir ). Qeyd et-
mək lazımdır ki, şairin bu növ qəzəlləri daha yığcam, da-
ha yüksək şer dilinə malikdir. Onun bu cəhətini Əli Fəhmi 
də xüsusi olaraq qeyd edir: “Bədii təyin yaratmaq işində 
Füzuli klassiklərimiz arasında xüsusi yer tutmuşdur”. Mə-
qalənin bu bölməsində alim Fizulinin ayrı-ayrı qəzəllərin-
dən iqtibaslar gətirməklə bunları sadə yolla təhlil edir, 
oxucular üçün başa düşülən edir. Təsadüfi deyildir ki, 
Füzulinin yaradıcılığına dönə-dönə müraciət etmiş sonra-
kı  şairlər  ən çox şairin bu cəhətindən bəhrələnmiş, onlar 
üçün ilham mənbəyi olmuşdur. 
 
Təşbihlər- Bənzətmələr 
Füzulinin elə qəzəlləri vardır ki, əvvəldən axıra kimi 
sırf təşbihlərdən yaradılmışdaır. Məsələn: 
Gözümdə bəslənib, qiymət bulan neymanı gördüm, 
Sədəfdə gövhər olan qətreyi-bəranə bənzətdim. 
Bir beytinin iqtibas kimi verdiyimiz “Bənzətdim” rə-
difli qəzəlini Əli Fəhmi görün necə təfsir edir. O, göstərir 
ki,  şair sevgilisinin atdığı  qəmzə oxalarının yarasını, qan 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
99
saçan gözə, yaranın ətrafına sırayla sancılmış oxları onun 
kiprpklərinə, sökülmüş sinədə olan qəmzələrin xəyalını 
xarabalığa yığılan yolkəsənlərə, göz içərisində  bəslənən 
yağış  qətrəsinə  bənzədir. Kitabın bu bölməsi üzərində  iş-
lərkən bir sıra alimlərin məcazlarla bağlı  tədqiqatlarını 
araşdırdım. Əli Fəhmi qəzəllərlə bağlı öz təhlilini elə sadə 
yolla izah edir ki, bir adi tələbə belə bunları oxuya, başa 
düşə və öz fikrini ifadə etməyi bacarır. Əli Fəhmi Füzulini 
oxuculara sadə bir şair kimi təqdim edir. “Füzuli qəzəllə-
rində  təsvir etdiyi surəti elə yaradır ki, hər hansı bir rəs-
sam həmin qəzəli bir dəfə oxumaqla onun rəsmini yarada 
bilər”. 
Əsərdə Füzulinin təbiət təsvirləri ilə bağlı  qəzəlləri 
də  ətraflı  təhlil olunmuşdur. Məlum olduğu kimi şairin 
məhəbbət qəzəlləri ilə yanaşı təbiətin təsviri ilə bağlı çoxlu 
qəzəlləri də vardır. Əli Fəhmi yazırdı: ”Şair təbiətdə hadi-
sə  və  əşyaların bütün xasiyyətlərinə  hərtərəfli bələd ol-
duğu üçün bir beytdə 3, 4 bəzən 5 bənzətmədən ibarət 
olan silsiləli təşbihlər yarada bilmişdir”. 
Bülbüli-qəmzədəyəm, bağu-baharım sənsən, 
Dəhənü, qəddü rüxün, qönçəvü sərvü- səmənim 
Tək bir beytdə Əli Fəhmi 5 qüvvətli təşbihin yaradıl-
dığını göstərməklə gözəl bir səhnə yaradır.  Şairin aşiqi 
bülbülə, məşuqəni bağa və bahara gözəlin ağzını qönçəyə, 
boyunu sərvə, sifətini isə yasəmənə bənzətdiyini göstərir. 
Bir-birinə yanaşı yazılmış bu təşbihlər oxucu qarşısında 
çox maraqlı bədii lövhə yaratmışdır. Füzuli bənzətmələri-
nin çoxlu maraqlı cəhətləri vardır ki, onlardan biri də şai-
rin bənzəyən varlığı  bənzədiləndən çox-çox üstün tutma-


Yeqzar Cəfərli  
 
 
100 
sıdır. Füzulinin yaratdığı  təşbihləri  Əli Fəhmi Nəsiminin 
yaratdığı təşbihlərlə müqayisə edir. O, yazır: ”Şair öz hiss 
və fikirlərini aydın ifadə etmək üçün vaxtı ilə  Nəsiminin 
öz fəlsəfi fikirlərini ifadə etmək üçün istifadə etdiyi ərəb 
hərf və  kəlmələrindən bacarıqla istifadə etmişdir. Bildiyi-
miz kimi hərflərinin bir neçəsi rəmzi mənalar ifadə edir”. 
Özündən  əvvəlki və dövrünün şer mədəniyyətinə 
dərindən bələd olan Füzuli təşbihləri təsvir etdiyi hadisə-
lərə sıx bağlamağı bacarırdı. Əli Fəhmi şairin məhz bu cə-
hətlərini “təsvir hədəfinin düzgün vurduğu üçün oxucuda 
canlı  və unudulmaz təsəvvürlər yarada bilməsini” təqdir 
edirdi. 
İstiarələr və metaforalar 
Şairin qəzəllərində istifadə olunan məcazlardan biri 
istiarələr- mataforalardır.  Əli Fəhmi məcazın bu növünü 
bənzətmələrə oxşadır və qeyd edir ki, “ Bənzəyən ilə bən-
zədilən arasında olan ədatlar və sifətlər eynilə yoxdur”: 
Dil üzadır bəhs ilə, ol arizi cananə şəm, 
Od çıxır ağzından etməzmi həzər kim, yanə şəm. 
İstiarələrin bir cəhəti də var ki, onların vasitəsilə  hər 
hansı cansız varlıqları  şəxsləndirmək və onlara danışdır-
maq mümkündür. Digər  şairlərdə olduğu kimi Füzulidə 
də cansız əşyalara rast gəlinir. Füzuli irsini dərindən bilən 
Əli Fəhmi qeyd edir ki, Füzulinin eşq, məhəbbət motivli 
qəzəllərinə nisbətən, təbiət təsvirlərinə həsr etdiyi qəzəllə-
rində istiarələrə daha çox yer verir. 
Penceyi bərki çinar etmiş mühəyya şanələr, 
Anlamış guya kim sünbül kakilinin tabı var. 
Rahətüçün fərş salmış sebzeyi- tər gülşənə, 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə