Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Yeqzar Cəfərli  
 
 
80 
Qızı Şəfəqqət Ələkbərova 1944-cü ildə Sabirabad ray-
onunda anadan olub. Sabunçu qəsəbəsindəki 155 saylı or-
ta məktəbi, sonra isə ADU-nun Şərqşünaslıq fakültəsinin 
Fars filologiyası  şöbəsini bitirmişdir. Bir müddət Fars tə-
mayüllü internat məktəbdə müəllim kimi çalışmışdır. Ha-
zırda təqaüdçüdür. 
 Oğlu  İlham  Ələkbərov 1946-ci ildə Sabirabad ray-
onunda doğulmuş, 1954-1964 cü illərdə Sabunçu qəsəbə-
sindəki 155 nömrəli orta məktəbi bitirmişdir. Hərbi xid-
məti başa vurduqdan sonra 1968-1973-cü illərdə 
S.M.Kirov adına ADU-nun Hüquqsünaslıq fakultəsini bi-
tirmiş, Azərtütün sənaye birliyində baş hüquqşünas, daha 
sonra Ali məhkəmədə, Dövlət Ədliyyə Nazirliyində Döv-
lət natariosu vəzifələrində çalışmışdır. Hazırda tə-
qaüdçüdür. Tükənməz söz xəzinəsidir. Atasının təkraro-
lunmaz elmindən ona böyük pay düşür. İlham Ələkbəro-
vun evi əsil Füzuli və əruz Akademiyasını xatırladır. Tez-
tez əruz, muğam və Füzuli sevənlər İlhamın ətrafına top-
laşır, onun söhbətlərindən bəhrələnirlər. 
Oğlu  İqdam  Ələkbərov 1948-ci ildə Sabirabad ray-
onunda anadan olmuşdur. Sabunçu qəsəbəsindəki 155 
saylı məktəbi, daha sonra isə Azərbaycan Bədən Tərbiyəsi 
və  İdman  İnstitutunu (indiki Bədən Tərbiyəsi və  İdman 
Akademiyası) bitirmişdir. Respublikada Yunan və Roma 
güləşi üzrə ən yaxşı mütəxəsislərdən biri sayılır. Bu sahə-
nin inkişafında böyük xidmətləri vardır. 30 il ərzində 
Olimpiya ehtiyyatları  məktəbində çalışaraq saysız-hesab-
sız kadrlar hazırlamışdır. Yetirmələri dünya, Avropa, 
Olimpiya və keçmiş SSRİ çempionlarıdır. Bütün bu ku-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
81
bokların sahibi İlham Həmidov, Olimpiya çempinu Ka-
mandar Məcidov, 3 qat dünya çempionu Məhəddin Allah-
verdiyev və hazırda Yunan Roma güləşi üzrə Baş  məşqçi 
Elçin Cəfərov kimi dünya şöhrətli idmançılarımızı  məhz 
İqdam  Ələkbərov yetişdirmişdir.  İqdam müəllim bu gün 
də yorulmadan çalışır. O, Azərbaycan Respublikasının 
Fəxri Bədən Tərbiyəsi və  İdman işçisi, Respublikanın 
Əməkdar məşqçisi, Qabaqcıl maarif xadimidir. 
 İlham Ələkbərovun oğlu Cavid də babasının yolu ilə 
gedərək ərəb dilinin incəliklərinə dərindən bələddir. Bakı-
dakı 132 nömrəli orta məktəbi bitirib İslam Universitetinə 
daxil olmuş, lakin yüksək elmi qabiliyyətinə görə 2 ay so-
nra Misir Ərəb Respublikasının  Əl-Əzhər Universitetinə 
köçürülmüşdür. Buranı müvəffəqiyyətlə bitirəndən sonra, 
Misirin Ayn-Şəms universitetinin diplomatiya fakültəsini, 
daha sonra Qahirə Dövlət Universitetinin Aspiranturasını 
bitirmişdir. Bir müddət Azərbaycan Respublikası Xarici İş-
lər Nazirliyində  işləmiş, hazırda ölkəmizin Misirdəki sə-
firliyində Attaşe vəzifəsində çalışır. 
 
 
 
 
 
 
 
 
 


Yeqzar Cəfərli  
 
 
82 
Kitabxana 
 
Hər sözü bir ulduz, bir şəffaf almaz, 
Mənalar dünyası qaranlıq deyil. 
Bu böyük kitablar yaranır az az., 
Çünki ömürlükdür, bir anlıq deyil. 
Səməd Vurğun 
 
Əli Fəhmi klassik Şərq ədəbiyyatı islam dini ehkam-
larından əruz vəzni ilə bağlı yazılmış əsərlərlə, Qurani-kə-
rimin müxtəlif dövrlərdəki nəşri və  təfsirlərindən ibarət 
olduqca zəngin bir kitabxanaya malikdir. Onu da qeyd 
edək ki, bu kitabların  əksəriyyəti dövlət kitab fondunda 
belə tapılmır. O, bu kitabların  bir hissəsini repressiya 
dövründə toplamışdı. Oğlu  İlham  Ələkbərov danışır ki, 
“1937-1938-ci illərdə çox adam qadağan olunmuş kitabları 
yandırar, ya da torpağa basdırardı. Atam heç nədən çəkin-
mədən,  həyatını  təhlükəyə ataraq onları toplayar, bərpa 
edib cildə alardı”. Alimin kitabxanasnda bu gün müqəd-
dəs sayılan əksər din xadimlərinin şəkilləri vardır. Profes-
sor Əkrəm Cəfər yazırdı ki: ”Əsərlərində göstərdiyi mən-
bələrdən anlaşılır ki, Əli Fəhminin yaxşı arxivi və kitabxa-
nası vardır. Bunları əldə etmək, qorumaq və öyrənmək bi-
zim əlaqədar elmi təşkilatların borcu olmalıdır”.  
Biz  əlbəttə alimin fondunda olan mindən artıq nəfis 
kitabın siyahısını  təqdim edə bilmərik. Lakin, təəssüf hissi 
ilə qeyd edirik ki, O, Sabunçudan Kamo küçəsindəki mən-
zilinə köçərkən  əlyazmalarının bir hissəsini ora köçür-
mmüşdü. Onun ölümündən sonra həmin  əlyazmalar 
müəmmalı şəkildə yoxa çıxdı. 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
83
BÖYÜK ŞƏRQŞÜNAS ALİM 
 
Əli Fəhmi öz tələbələrinə klassik poeziyanı,  əruzu, 
onların ərəb dilini, heç olmazsa əski əlifbanı öyrənməklə-
rinin qayğısına qalırdı, “bunsuz yaxşı  ədəbiyyatçı olmaq 
mümkün deyil”- deyərdi. Burada alim əlbəttə, klassik irsi-
mizin böyük bir hissəsinin ərəb və fars dillərində olduğu-
nu nəzərə alırdı. Azərbaycanda Sovet rejimi qurulandan 
sonra əlifbanın 2 dəfə, 1929,  1939-cu illərdə dəyişdirilməsi 
onsuz da xalqın çox hissəsini öz mədəni irsindən ayrı sal-
mışdı. Məhz buna görə  də O, ərəb dilində  nəşr olunan 
dərsliklərə böyk önəm verir və  dərsliklərin nəşrini alqış-
layırdı. 1948-ci ildə görkəmli ərəbşünas alim Muxtar Əfən-
dizadənin ADU-nun Şərqşünaslıq fakultəsinin tələbə  və 
müəllimləri üçün nəzərdə tutulmuş ”Miftahi lisanil Ərəb” 
(Ərəb dilinin açarı)  kitabı nəşr olunarkən Əli Fəhmi həd-
siz sevindi və indiyə qədər belə bir nəşr olmadığından bu-
nu yüksək qiymətləndirdi. Qeyd edək ki, bu kitabdan bir 
nüsxə akademik Kraçkovskiyə də göndərilmiş, O da bu ki-
tabı yüksək qiymətləndirmişdi və M. Əfəndizadəni “Ərəb 
dilinin professoru” adlandırmışdı. Lakin dərsliyin hərəkə-
siz çap olunması Əli Fəhmini məyus etdi. Bu əlbəttə müəl-
lifdən asılı olmayaraq mətbənin problemləri ilə bağlı idi. 
Əli Fəhmi yazırdı ki, ”Ərəb dilini bilməyənlər və ərəb dili 
ilə az məşğul olanlar üçün hərəkəsiz yazılmış ərəb sözləri-
ni düzgün oxumaq və onlarda olan incəlikləri dərindən 
anlayaraq mənimsəmək çətindir. Odur ki, ərəbcə bilməy-
ən müəllimlərimiz hələ  də bu əsərdən layiqincə istifadə 
edə bilməmişlər. Bu kitabın nə  qədər qiymətli nə  qədər 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə