Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
93
mürəkkəb işin öhdəsindən bacarıqla gəlir. Böyük alim Nə-
simi haqqında bir neçə elmi məqalənin müəllifidir. 
1.Nəsiminin islam dininə münasibəti. 
2.Nəsimi şerlərində din ehkamlarının tənqidi. 
3.Nəsimi yaradıcılığı haqqında. 
4.Nəsiminin lirikası. 
5.Nəsiminin klassik poeziyaya münasibəti. 
Yaradıcılığının ilk dövrlərində Hüseyn təxəllüsü ilə 
şerlər yazan Nəsimi, sonralar Hürufiliyin ideoloqu olan 
Nəiminin təsiri altına düşmüş, onu yaradıcılığı ilə tanış ol-
muş, Hürufiliyi qəbul etmişdir, az sonra bu hərəkatın 
ideoloqlarından birinə çevrilmişdir. Nəsimi haqqında  Əli 
Fəhminin bu məqalələri ilə tanış olduqca onun Nəsimi ya-
radıcılığına, hürufiliyə necə dərindən bələd olmasına hey-
ran olmaya bilmirsən. 
Çünki,  Əli Fəhmi Hürufiliyin Nəsimiyə  qədərki zid-
diyyətlərini oxuculara aydınlaşdırır. Nəsimi bu hərəkata 
qoşulduğu ilk gündən bu ziddiyyətləri görür və bunları 
həll etməyi öz qarşısına məqsəd qoyur. Hürufiliyinin 
ideyalarının uzun zaman xalqa düzgün çatdırılmaması, bu 
dini siyasi cərayanı olduğu kimi dərk etmək baxımından 
müəyyən çətinliklər yaradırdı. Nəsimi dövrünün çətinliy-
indən bəhs edən  Əli Fəhmi yazır: ”Hürufiliyin yarandığı 
və geniş yayıldığı dövr cəhalətin ən çox yayıldığı, dünyanı 
və ya heç olmazsa öz ətrafında baş verən hadisələrdən 
yaxşı baş  çıxara bilən adamların barmaqla sayıla biləcək 
bir dövrdə hürufilik kimi mürəkkəb bir nəzəriyyəni dərin-
dən dərk etmək bir o qədər də asan deyildi. Ona görə də 


Yeqzar Cəfərli  
 
 
94 
mürtəce din xadimlərinin fitvası ilə xalq onları məlun, ka-
fir, dinsiz, azğın adlandırırdı”. 
Hürufiliyi dərk etmək üçün ilk növbədə onun yaran-
dığı dövrə nəzər salmaq lazımdır. Hələ XIII əsrdə monqol-
ların dağıdıcı yürüşlərindən sonra bir-birinin ardınca ya-
ranan əxilik, səfəvilik daha sonra isə hürufilik sinfi və xa-
rici müdaxiləyə qarşı mübarizədə yaranmışdı. Hürifik 
haqqında istər orta məktəbdə  və istərsə  də Ali məktəbdə 
öyrəndiklərimə  əsaslanaraq belə bir qənaətdəyəm ki, bu 
nəzəriyyədə  nə Allaha, nə  də dinin kökünə balta çalma-
qdan söhbət belə gedə bilməz.  İnsanın yaranmışların  ən 
gözəli,  ən  şərəflisi, yer üzünün əşrəfi olmasını  əsas götü-
rən Hürufilər sübut etməyə çalışırdılar ki, Allah yaratdığı 
hər bir insanın cisminə bir zərrəcik yerləşdirir. Belə olma-
sa insan, insan olaraq mövcud ola bilməz. Madam ki, hər 
bir insanın cismində Allah bir zərrəcik yerləşdirir, deməli, 
hər bir insan özü özlüyündə bir Allahdır. Hürufilərin 
“Aləm zərrələrdən ibarətdir” fikri də buradandır. Amma 
burada söhbət heç də Allahı danmaqdan getmir. Əksinə, 
onu daha dərindən dərk etməkdən gedir. Hürufilər dini 
deyil ayrı-ayrı dini ayinləri, tüfeyli  din xadimlərini, insan-
lığa zidd şəriət ehkamlarını tənqid etmişlər. 
Məqalədə Əli Fəhmi Nəsimini digər hürufi şairlərdən 
bacarıqla ayırır. O, yazır: “Nəsimi Hürufiliyin dar çərçivə-
sinə qapılmamış, öz şerlərində bir sıra müsbət keyfiyyətlər 
yaratmışdı. O daha irəli gedərək qeyd edir di ki, Allahın 
özünün insanlara ehtiyacı vardır”. 
Həq təala adəm oğlu özüdür, 
Otuz iki haqq kəlam sözüdür, 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
95
Cümlə Aləm bil ki, Allah özüdür, 
Adəm ol candır ki, günəş üzüdür. 
Məqalədə  Əli Fəhminin diqqət kəsdiyi  əsas məsələ-
lərdən biri Nəsimi yaradıcılığında zülmkarlara qarşı barış-
maz mıbarizə təşkil edir. Nəsimi “Arif insan üçün bütxana 
ilə kəbə arasında heç bir fərq yoxdur” deyirdi. 
“Hürufilik mürtəce cərayandır” - deyənlər çoxdur. 
Amma, O mürtəce olduğu qədər də humanist bir nəzə-
riyyədir. Məsələn, onlar yaxşı və pis insan ifadəsəni rədd 
edirdilər. Bu fəlsəfəyə qarşı özlərinin “kamil insan”, “cahil 
insan” nəzəriyyəsini qoyurlar. Zənnimcə burada Hürufilər 
haqlıdırlar. Çünki, həyatı dərindən dərk edən, başa düşən, 
heç bir insan kiməsə pislik etmək haqqında deyil, özün-
dən sonra xeyirxah əməllər saxlamaq  qayğısına qalır. İn-
san hansı  bəd  əməli törədirsə, nadanlıq ucbatından edir. 
Bu kiçik məqalədə  Əli Fəhminin Hürufilik və  Nəsiminin 
din ehkamlarına tənqidi münasibətinin belə geniş verilmə-
si heyrət doğurur. Maraqlı  cəhətlərin biri də odur ki, Əli 
Fəhmi Nəsiminin müxtəlif mövzularla əlaqəli şerlərini biri 
birindən ayırmş və oxuculara şarin hansı mövzuda şeri la-
zımdırsa dərhal  əldə etmək imkanı yaratmışdır. Məsələn, 
Nəsiminin tərkidünyalığı  rədd edən  şerlərindən bir beyti 
iqtibas kimi oxuculara təqdim edir: 
Dedi Zahid mənə kim sevmə xubi, 
Xətadır, Zahidin fikri xətadır. 
Bu əsrarı nə bilsin ol əzazil, 
Kim onun taəti fərqi ziyadır. 
Nəsimi ədəbiyyatımızda həm də öz əqidəsindən dön-
məyən bir şair kimi də qalmaqdadır. Diri- diri soyulması-


Yeqzar Cəfərli  
 
 
96 
na belə razı olan şair, öz ehkamından  əqidəsindən 
dönməmişdir.Göründüyü kimi Nəsimi yaradıcılığı ol-
duqca mürəkkəbdir. Amma, Əli Fəhmi bu çətin işin öhdə-
sindən asanlıqla gəlir. Qeyd etdiyim kimi biz gələcəkdə 
Əli Fəhminin digər əsərləri kimi Nəsimi haqqında yazdıq-
larını da nəşr etdirmək fikrindəyik.  
 
Nəsiminin lirikası 
 
Əli Fəhminin Nəsimi yaradıcılığı ilə bağlı daha bir 
məqaləsi ”Nəsiminin lirikası” başlıqlı  məqaləsidir. Qeyd 
etmək lazımdır ki, bu məqalə ədəbiyyatşünas alimlər tərə-
findən olduqca yüksək qiymətləndirilir.  Məqalədə izah 
edilən məsələlər hələ indiyə qədər Nəsimişünaslıqda layi-
qincə  işıqlandırılmamış mürəkkəb elmi məsələlərdəndir. 
Bu məqalələr Nəsimi yaradıcılığında dövrləşdirmə proble-
mi kimi ciddi  bir məsələdən başqa böyük şairin yaradıcı-
lığında lirik növlər ictimai fəlsəfi lirika, məhəbbət lirikası, 
din ehkamlarının və ruhanilərin tənqidinə dair lirik əsər-
lər inandırıcı  və konkret misallarla izah edilir. Burada 
xüsusilə  də sufizm məsələsinə  həsr olunmuş mülahizələr 
hələ bu günə  qədər  ədəbiyyatşünaslığımızda mübahisəli 
və qaranlıq olan bir problemi müəllif elmi surətdə aydın-
laşdırır.  Əli Fəhmi bizim ədəbiyyatıünaslar arasında  şərq 
dillərini və  ədəbiyyatını, xüsusilədə klassik şərq poeziya-
sını yaxşı bilən nadir alimlərimizdəndir. Professor Əkrəm 
Cəfər bu məqaləyə yüksək qiymət verir və onun yarımçıq 
qalmasından təəssüfləndiyini bildirirdi.  
 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə