Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

Yeqzar Cəfərli  
 
 
76 
qoy onlar da bir abbasilik çıxarsınlar”.  Tez-tez təkrar 
edərdi: ”O müəllim ki, tələbələrin qəlbinə girə bilmir, o 
məlumdur, amma müəllim deyildir”.  
Tələbləri xatırlayır ki, ”Əli Fəhmi çoxşaxəli şəxsiyyət 
idi. Tarix fakültəsində oxuyan çox tələbələr bu əvəzsiz ali-
min mühazirələrini həvəslə dinləyərdik. Bizi təkcə onun 
dərslərində oturmaq qane etmirdi, tez-tez universitetin 
həyətində biz tələbələr onun başına yığışar, səmimi söh-
bətlər edərdik. O, universitetdə  tələbələrə bilik verməklə 
kifayətlənmirdi, Bakının Suraxanı, Maştağa, Bilgəh, Bu-
zovna və xüsusilə  də Sabunçu və Bülbülənin yas və toy 
məclilərində onu dinləyənləri zəngin biliyilə  bəhrələndi-
rərdi. Buzovnada Molla Hüseynbala deyilən bir ilahiyyat-
çı var idi. Onun zəngin bir kitabxanası var idi. Bu kitabxa-
nadan həm Əli Fəhmi özü bəhrələnədi, həm də tələbələri-
nə çatdırardı. Məsələn: Osmanlı tarixini, Türk dilində çap 
olunmuş  və  tədrisi qadağan edilmiş  dərslikləri tələbələri-
nə çatdırardı”. Tələbləri qeyd edir ki, “əruz vəzninin 
böyüklüyünü, mürəkkəbliyini Əli Fəhmi qədər dərk edən 
yox idi. O, əruzu və ərəb dilinin incəliklərini elə sadə dildə 
danışardı ki, bizim üçün hər  şey aydınlaşardı. Nardaran 
kəndində qəzəlxan Hacı Mail, Ələmdar Mahirlə aralarında 
tez-tez görüşlər olardı və bu görüşlərdə ən çox Seyid Əzi-
min qəzəllərinin təfsirindən söhbət gedərdi. Məsələn: Biz 
onun Seyid Əzimin: 
Guş qıl ey, ki bilirsən özünü vaqifi-kar
Qulaq as gör ki nədir naleyi-ney, nəğmeyi-tar. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
77
Qəzəlinin təfsirində  iştirak etmişik.  Əli Fəhmi ”Guş 
qıl”qəzəlini tələbələrə elə sadə dildə izah edirdi ki, tələbə-
lər indiyə  qədər onlar üçün anlaşılmaz olan məsələləri 
asanlıqla əxz edirdilər”. 
 
Əli Fəhminin ailəsi 
 
Müxtəlif dini kitablardan oxumuşam ki, insanın axi-
rət dünyasındakı mövqeyi onun sağ ikən qoyduğu əməllə-
rindən və ölümündən sonra necə xatırlanmasından asılı-
dır.  Əgər bu həqiqətən belədirsə, onda Əli Fəhminin 
dünyamızdakı uca məqamı axirətdəki cənnət məkanları 
ilə tamamlanmalıdır. O, saysız-hesabsız xeyirxah əməlləri 
ilə yanaşı, 4 gözəl övlad böyüdüb boya-başa çatdırmışdır. 
Övladları da özü kimi mərddir, gözütoxdur, mehribandır. 
Sevimli peyğəmbərimiz buyurub: “Valideynin övlad üçün 
ən böyük sərvəti tərbiyədir”. Əli Fəhmi tükənməz elmi ki-
mi xeyirxah əməlləri kimi, öz tərbiyəsini də övladlarına 
ötürə bimişdi. Bədii əsərlərdə, eləcə də həyatda övladların 
öz valideynlərinə oxşamamaları hallarına çox rast gəlinir. 
Məsələn, hüqüqşünas balalarının cinayətkar, alim balaları-
nın cahil olması faktları  məlumdur. Çox nadir hallarda 
olur ki, övlad öz valideynini tamamlasın. Nəsimi yazırdı: 
Bir mədəndən çıxarırlar poladı da, dəmiri də, 
Biri safdır ayna kimi, o birindən nal düzəlir. 
Əqlin və gücün irsən keçməsində gen xüsusiyyətləri-
nin rolu haqqında təbabətdə çoxdan danışırlar. Belə bir 
fakta fikir verək: Vaxtı ilə Avropalı tacirlər Afrikadan qul 
daşıyarkən bu qulların ən ağıllılarını, ən güclülərini alırdı-


Yeqzar Cəfərli  
 
 
78 
lar. Nəticə göz qabağındadır. Bu gün Afrika ölkələrində öz 
ölkələlərini dünyaya tanıdacaq nə bir siyasi, nə də ictimai, 
mədəni xadim yoxdur. Amma vaxtı ilə Avropaya daşınan 
qulların indiki varisləri yaşadıqları Avropa ölkələrini 
dünyada çox gözəl təmsil edirlər. 
1905-1911-ci illərdə  Cənubi Azərbaycanda Səttarxa-
nın başçılığı ilə  Məşrutə  hərəkatı  nəticəsində  İran  şahı 
Məmmədəli şah Rusiyaya mühacirət etməyə məcbur olur. 
O qatarla Peterburqa yola düşür, yolu Qazaxın Poylu stan-
siyasından keçir. Burada şah xahiş edir ki, qatarı dayan-
dırsınlar və onu Qaçaq Kərəmin anası ilə görüşdürsünlər. 
Şahın xahışinə əməl olunur. Söbət əsnasında şah qadından 
soruşur: 
 “Bir də dünyaya Qaçaq Kərəm kimi oğul gətirə bilər-
sənmi?”,  
“Niyə gətirə bilmirəm”- deyir. “Molla Zal oğlu İsgən-
dər olsa gətirrəm”. 
 “Ot  kökü  üstə bitər“-deyib atalar. Əli Fəhmi də öz 
kökündən, Hacı  Gəncəli nəslindən qaynaqlanmışdı. Ona 
görə  də  məğrur idi, mərd idi , səxafətli idi, əyilməz idi. 
Alimin yaxın dostu şair qəzəlxan Həkim Qəni xatırlayırdı 
ki, “20 il onunla bir yerdə oturdum- durdum heç eşitmə-
dim ki, O, eyni sözü təkrar etsin”. Əli Fəhmi   hər hansı bir 
dövlət məmurunda özünə qarşı müsbət rəy oyatmaq fik-
rindən çox-çox uzaq idi. 1959-1969-cu illərdə Azərbaycan 
KP-MK- nın birinci katibi işləyən Vəli Axundov onun tələ-
bə yoldaşı idi. O, Əli Fəhmiyə onun həyat şəraitini yaxşı-
laşdırmağa hazır olduğunu dəfələrlə bildirsə  də  və  hətta 
ona Şeyxülislam vəzifəsini təklif etsə də bu məğrur insan 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
79
imtina etmiş “Mən dindən kənar işlərdə insanlara daha 
çox lazımam”-demişdi.  
İnsan öz həyatında elə bir məqama gəlib yetişir ki, O, 
fani dünyanı tərk etmək məcburiyyətində qalır. Bax, məhz 
o zaman insan yalnız bir işlə təsilli tapır. Arxasına boyla-
nıb keçdiyi ömür yoluna bir anlıq nəzər salır, özündən so-
nra qoyduğu xeyirxah əməlləri ilə sevinir. Əlbəttə, əgər bu 
xeyirxah  əməllər varsa. Əli Fəhminin arxada qoyduğu 56 
illik ömür xoşbəxt bir ömürdür, ləyaqətli ömürdür, şərəfli 
ömürdür. 
 Pul, var-dövlət çox müşkülləri həll edir. Çox insanla-
rı  öz  yolundan  döndərir, amma hər insanı yox. Məsələn, 
Əli Fəhmi kimi insanları milyonlar belə öz əqidəsindən 
döndərə bilməzdi. Bu böyük şəxsiyyətin özündən sonra 
qoyduğu ömür-dilində həmişə Allahın adı, əməlində pak-
lıq, səmimiyyət, işinə vicdanlı münasibət, ürəyi sərgi kimi 
açıq, təvazökar, halal bir ömürdür. “Mayası halallıqla 
yoğrulanın kündəsi küt getməz”-deyirlər. Böyük alim zə-
ngin irs, qiymətli xatirələrlə yanaşı özündən sonra ol-
duqca xeyirxah, mərd, məğrur bir ailə qoyub getmişdir.  
Əli Fəhminin 4 övladı vardır. 
Qızı  İnayət  Ələkbərova 1942-ci ildə Sabirabad ray-
onunda anadan olmuşdur. Sabunçu qəsəbəsindəki 155 
saylı məktəbi, 1964-cü ildə ADU-nun Şərqşünaslıq fakultə-
sinin  ərəb filologiyası  şöbəsini  bitirmişdir. Bir müddət 
Azərbaycanın İraqda və Yəməndəki səfirliklərdə çalışmış, 
hazırda Radio və Televiziya verilişləri Qapalı  Səhmdar 
Cəmiyyətində Türk dili redaksiyasında çalışır. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə