Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

Yeqzar Cəfərli  
 
 
60 
riyyəti elə bilirdik ki, Şüyx Nəsrullah surətinin danışıqları 
uydurma, hətərən-pətərəndir, mənasız söz yığınından iba-
rətdir. Belə bir fikrin yanlış olduğunu Əli Fəhmi müəllim 
əsərin mətnini izah edərkən bizə əsaslı surətdə yaxşı anlat-
dı. O, M.Dadaşovla işlərkən Şeyxin nitqindəki bütün ərəb 
və fars ibarələrini düzgün tələffüz etmə, məna və intona-
siya cəhətdən geniş  şəkildə bir- bir aydınlaşdırmaqla ya-
naşı  hər bir cümlə  və fikrin hansı dini əsərdən 
götürüldüyünü tam əyaniliklə anlatdı. Bizə bununla bir 
daha aydın oldu ki, böyük dramaturqumuz Şeyx Nəsrul-
lahı ruhani cildinə girən adi bir fırıldaqçı kimi deyil, tam 
ruhani təhsilinə malik olan ruhani fırıldaqçıların ümumi-
ləşdirilmiş bir surəti kimi verilmişdir. O, bu obrazı yarat-
maq üçün Quranı, dini hədis kitablarını, onlarla müctəhid 
risalələrini uzun müddət diqqətlə  nəzərdən keçirməli ol-
muşdur. Ona görə də Şeyxin nitqində bir kəlmə də olsun 
yersiz söz verilməmişdir”. 
Səhnə  və teatr mədəniyyətini  ədəbiyyatşünaslıq elmi 
ilə bir atanın doğma övladları kimi səciyyələndirən  Əli 
Fəhmi hər şeydən əvvəl Şeyx Nəsrullah rolunu oynayacaq 
aktyorla maraqlanır. Bu hadisəni  Ə. Fəhmi M. Dadaşov 
haqqında yazdığı xatirələrində belə xatırlayır:  “Bu əsərdə 
ən çətin qəliz, dolaşıqlı, indiki kollektiv üçün anlaşılmaz, 
ağır olan bir dildə danışan  Şeyxin sözlərini düzgün ifadə 
etmək, onun obrazını müəllifin istədiyi kimi tamaşaçıya 
çatdırmaq bugünkü aktyorların bacarığına müvafiq deyil-
di. Ona görə  də  məni ancaq bu rolun ifasını öhdəsinə 
götürən o cəsarətli aktyor maraqlandırırdı”.  Bu rolun mə-
suliyyətini öz üzərinə götürən aktyor isə Azərbaycan Te-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
61
atr və kino səhnəsinin çox parlaq ulduzu Məlik Dadaşov 
idi. Əli Fəhmi ilk növbədə ondan ərəb fars dilləri ilə aşina 
olub olmadığını soruşur. Lakin M.Dadaşovun nəinki bu 
dilləri bilməməsi, heç bir axund və molla məclislərində be-
lə olmaması onu məys edir. Bunu başa düşən hörmətli 
aktyorumuz Əli Fəhmiyə: ”Əli müəllim, siz heç məyus ol-
mayın. Mənimlə bir ay məşğul olsanız söz verirəm ki, bu 
işin öhdəsindən gələrəm”. Sonralar Ə.Fəhmi xatırlayırdı 
ki, “onun bu sözləri məni ruhlandırdı və mən onunla  gü-
ndə 6 saat məşğul olmağa razı oldum”. 
Əli Fəhminin Akademik teatrdakı fəaliyyəti təkcə Şeyx 
Nəsrullh rolunu hazırlamaqla bitmədi. Böyük şərqşünas 
alim teatrda çalışdığı dövrdə teatr işçiləri, aktyorlarla söh-
bətlər edir, onlar üçün maraqlı mühazirələr oxuyurdu. 
“Klassik poeziya tarixi və onun əsas janrları”, ”Klassik liri-
kamızda ictimai motivlər”, ”Yaxın  şərq  ədəbiyyatında 
Leyli vəMəcnun mövzusu”, ”Klassiklərimiz bədii söz sə-
nətkarlığı haqqında”, “Yaxın  şərq  ədəbiyyatında eşq mə-
həbbət motivləri məcazi, həqiqi, platonik, və ülvi eşqlərin 
tərənnümü”  adı ilə 5 mühazirə oxuyur. Bu mühazirələri 
dinləyən aktyorlar  Xosrov eşqinin maddi-cinsi,  Fərhad 
eşqinin həqiqi, Sənan eşqinin platonik və ülvi eşq olduğu-
nu anlayırdı. M. Şeyxzamanovun   Sadıq Hüseynovla bi-
rgə yazdıqları xatirələrində oxuyuruq: ”Əli Fəhminin bu 
əməyi teatr tariximizdə bir ənənə olub. Onu bərpa etmək,  
daha da inkişaf etdirmək Azərbaycan teatrının yenidən çi-
çəklənməsi dövrünə ən böyük xidmətdir”. Teatr kollektivi 
ilə bir yerdə çalışmaq Əli Fəhmi üçün də çox xoş idi. Kol-
lektivlə söhbətlərində Ə. Fəhmi deyirdi. ”Mən böyük ədi-


Yeqzar Cəfərli  
 
 
62 
bimizin xatirəsinə bir daha minnətdaram ki, o, məni ömrü 
boyu hörmət bəslədiyim bu qoca kollektivlə birləşdirdi və 
mənim üçün bir çox səhnə hikmətlərinin aydınlaşmasına 
səbəb oldu”. 
Məlumdur ki, Şeyx Nəsrullah rolunun hazırlanması 
təkcə  Əli Fəhmidən asılı deyildi. Burada M.Dadaşovun 
bacarığı da şübhəsiz ki böyük rol oynamalı idi. Əli Fəhmi 
xatırlayır: ”M.Dadaşovun o qədər çətin ibarələri bir iki də-
fə eşitməklə fotoqraf lövhəsi kimi cəzb edib bir-iki gün so-
nra  istədiyim kimi mənə qaytarması məni heyran edidi”. 
Əsərin primyera tamaşasından sonra əvvəl teatrda, da-
ha sonra isə Respublika mətbuatında qızğın müzakirələr 
başlandı. Qocaman aktyor, səhnəmizin fəxri, Azərbayca-
nın ilk xalq artisti  Hacıağa Abbasovun fikri çox maraqlı-
dır: ”Mən bu gün Məlikin  bu cür ifa etdiyi Şeyx Nəsrullh 
rolunu 50 dəfədən artıq oynamışam. Məni  bu  rola  hazır-
layan” Ölülər” müəllifinin yaxın dostu və  Şeyx Nəsrulla-
hın ilk ifaçısı  Əliqululu Qəmküsar olmuşdur. Bu gün eti-
raf edirəm ki, M.Dadaşov bu rolu məndən yaxşı oynadı”. 
Tanınmış yazıçı, tənqidçi,  fars dilinin gözəl bilicisi 
Q.Məmmədli isə deyirdi ki ”Məlik sağ  olsun  ki  bu  çətin 
işin öhdəsindən yaxşı  gəldi”.  Əsərin quruluşçu rejissoru 
Tofiq Kazımov “Kommunist” qəzetinin 4 iyun 1967-ci il 
nömrəsində dərc etdirdiyi “Ölülər” ölməzdir” başlıqlı mə-
qaləsində  Şeyx Nəsrullh rolunun onu tamamilə  təmin et-
məsindən danışır. Lakin tamaşanı  kəskin tənqid atəşinə 
tutanlar da var idi. Tamaşa haqqında bu yazını hazırlayar-
kən “Ədəbiyyat və incəsənət” qəzetinin 8 may 1967-ci il 
nömrəsində  Əziz  Şərifin yazısı ilə tanış  oldum.    Müəllif 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
63
bütün aktyorlara tənqidi yanaşsa da, amma Şeyx Nəsrul-
lah rolu haqqında susmuş, M.Dadaşovun ustalığını qəbul 
etmişdi. Buna isə M.Dadaşov  Əli Fəhminin gərgin  əməyi 
ilə nail olmuşdu. Cəfər Cəfərov “Kommunist” qəzetinin 
24 yanvar 1967-ci il nömrəsində yazırdı: ”Bu tamaşa 
böyük ədibin 100 illiyinə həsr olunsa da  yubiley xatirinə 
verilən tamaşa olaraq qalmadı.  Şeyx Nəsrullah isə farsca 
və  ərəbcə yaxşı danışdığı kimi mətnin mənasını da 
düzgün bilir və xarakteri bu mətn daxilində düşünıb can-
landırır”. 
 Tamaşa haqqında mətbuatda aparılan uzun müzakirə-
lərin son yekunu belə oldu. ”Ölülər”in bu tamaşası indiyə 
qədər hazırlanmış tamaşaların  ən yaxşısı, Məlik Dadaşov 
isə  Şeyx Nəsrullah rolunun ən yaxşı ifaçısıdır”. Görkəmli 
aktyorumuz sonralar həmişə deyərdi ki, Əli Fəhmi olma-
saydı mən  bu rolun öhdəsindən layiqincə gələ bilməzdim. 
”Məni  Şeyx Nəsrullah roluna hazırlayarkən o sözlər ki, 
Əli Fəhminin dilindən çıxırdı, adam Şeyxin ölüləri doğru-
dan da dirildə biləcəyinə inanmaq istəyirdi”. M. Da-
daşovun Əli Fəhmi ilə yaxnlığı sonralar da davam etmiş-
di. Az sonra O, H.Cavidin ”Xəyyam”  əsərində eyni adlı  
obrazına hazırlamasında  Əli Fəhminin fitri istedadından 
bəhrələnmişdi. M. Dadaşovla işləmək böyük alim üçün də 
xoş idi. M.Dadaşov Ə.Fəhmini özünün müəllimi, Əli Fəh-
mi isə M.Dadaşovu özünün şagirdi hesab edirdi. Əli Fəh-
mi xatırlayır ki, “həmişə M.Dadaşovla çalışanda Sədinin 
aşağıdakı misrasını xatırlayıram: ”Naze şagirdi honər-
mənd be ustad rəsəd”. (yəni hünərli,bacarıqlı şagirdin na-
zını həmişə müəllimi çəkməlidir). 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə