Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

Yeqzar Cəfərli  
 
 
48 
bir sözlə, Şərq aləminin neçə-neçə söz sultanının xəzinəsi-
ni sinəsində  gəzdirərdi. Kəskin hafizəsinə, iti yaddaşına, 
çox mahir və usta şeir oxumaq tərzinə, cazibədar səsinə və 
ləhcəsinə,  əruzun bütün bəhrlərində çalxalanan, daxili 
dünyasına heyran olduğum  Əli Fəhmi hansı klassik şeir-
dən söhbət açırdısa, mütləq o əsəri təhlil etmək üçün Qu-
ranın hikmətlərinə, Məhəmməd peyğəmbərin hədislərinə 
istinad edər, təravətli bir poeziya dünyası yaradardı (Al-
lah elə bil ki, bu kişinin ləngərli yerişini də  əruz vəzninə 
uyğun yaratmışdır). Aylarla, illərlə bu sehrə düşər, o cazi-
bədən ayrıla bilməzdim. Bu da mənim üçün ilahinin bir 
hədiyyəsi idi”. Hörmətli şairimizin yaddaşında Əli Fəhmi 
ilə bağlı xatirələrinin bir qismini ağ varaqlara köçürdüm. 
Şairin xeyir duasını aldım. Bir adi tələbəyə göstərdiyi bu 
böyük sayğı üçün sevimli şairimizə Böyük Yaradandan 
can sağlığı dilədim.  
Əli Fəhminin oxuduğum doğma Azərbaycan Univer-
sitetində  də  tələbələri vardır. Onlardan biri Universitetin 
Arxiv müdiri Əzizə xanım Ağamalıyevadır. O, mənim bu 
əvəzsiz alim haqqında kitab yazdığımı bildiyindən tez-tez 
mənimlə söhbətlər edər, xatirələr söylər, məni ruhlandı-
rardı. Aşağıda onun sevimli müəllimi ilə bağlı xatirəsini 
verirəm. 
“Azərbaycan” Universitetinin nəşr etdiyi eyni adlı 
qəzeti hər dəfə maraqla izləyirəm. Onu da deməliyəm ki, 
qəzetimizin səhifələrində Universitetin istedadlı  gəncləri-
nin tez-tez bu və ya digər mövzulara aid maraqlı məqalə-
ləri dərc olunur. Doğma qəzetimizin Aprel 2009-cu il nöm-
rəsində dərc olunan bir yazı  diqqətimi cəlb etdi. Oxudum, 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
49
məni əməlli-başlı kövrəltdi. Xəyalım qanadlandı, bir anlıq 
məni tələbəlik çağlarına apardı. ”Eldən gedən Alim” adla-
nan bu məqalənin müəllifi Azərbaycan Universitetinin Fi-
lologiya fakültəsinin I kurs tələbəsi Yeqzar Cəfərli idi. 
Məqalə sonsuz ehtiram və  məhəbbət bəslədiyim, se-
vimli müəllimim, Böyük Şərqşünas Alim olan Əli Fəhmi-
nin həyat və yaradıcılığı haqqında idi. Məqaləni oxuduqca 
38 il bundan qabaqkı tələbəlik illərimi xatırladım. Gözləri-
min önündə Füzuli yaradıcılığını dərindən bilən, onun qə-
zəllərini əzbər deyən sonra da onları gözəl, sadə bir dildə 
təhlil edən Əli Fəhmi müəllimim canlandı. 
1972-ci ildə o zaman S. M. Kirov adına ADU-nun 
Azərbaycan  ədəbiyyatı tarixi fakültəsində  təhsil alırdım. 
Bütün Universitet tələbələri kimi mən də bu görkəmli alim 
haqqında çox eşitmişdim. Bir gün eşitdim ki, Əli müəllim 
bizə ”Qədim dövr ədəbiyyatı”-ndan dərs deyəcək. Necə 
sevindiyimi təsəvvür edirsinizmi? Sevincim heç də  əbəs 
deyildi. Alimin Füzuli yaradıcılığına, əruz vəzninə aid də-
rin biliyindən bəhrələnəcəyimi təsəvvür edirdim, tək uç-
mağa qanadım çatmırdı. 
Həsrətlə gözlədiyim həmin xoşbəxt gün axır ki, gəlib 
yetişdi. Olduqca sadə, simasından nur yağan bu əvəzsiz 
şəxsiyyət auditoriya daxil oldu. Qrup yoldaşlarımla tanış 
oldu. Növbə mənə çatanda hansı orta məktəbi bitirdiyimi 
soruşdu: Suraxanı rayonunda 114-li məktəbi- deyə cavab 
verdim. “Sabunçuya, mənə qonşusan” - dedi və güldü. 
Mühazirəyə başladı. Dilindən çıxan hər bir söz ətir 
saçırdı. Az sonra qrup nümayəndəsindən bir stəkan su gə-
tirməsini xahiş etdi. Mühazirəni deyə-deyə sudan qurtum-


Yeqzar Cəfərli  
 
 
50 
qurtum içirdi. ”Bu mənim  şəkər xəstəliyimlə bağlıdır”-
deyə səbəbini izah etdi. 
1973-cü il idi. Ədəbiyyatdan imtahan verirdik. Əli 
müəllim tələbələri bir-bir çağırır, sual-cavab edir, onların 
biliyini yoxlayırdı. Qrup yoldaşlarımın hazırlıqsız olduğu-
nu görüb çox əsəbiləşdi. Bunu görüb əlimi qaldırdım. 
”Çox ürəkli qıza oxşayırsan, yaxşı, gəl görək”. Mənə ver-
diyi suallara cavab verdikcə  Əli müəllimin üzü gülürdü. 
Cavablarımın müəllimimin xoşuna gəldiyini hiss etdim. 
Füzuli qəzəllərinə vurğun olduğum üçün şairin çoxlu qə-
zəllərini  əzbər bilirdim. Bu qəzəllərin bir neçəsini  əzbər 
söylədim: 
Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni, 
Bir dəm bəlayi eşqdən etmə cüda məni. 
Və yaxud: 
Məndə Məcnundan füzun aşiqlik istedadı var, 
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. 
İmtahan kitabçama məqbul yazdı, üzünü mənə tutub 
dedi: 
“Sənə Universitetdə  həftədə bir dəfə  fəaliyyət göstə-
rən “Füzulişünaslıq” dərnəyini yazılmağını məsləhət bili-
rəm”. Daha sonra üzünü tələbələrə tutub dedi: “Gətirin 
qiymət kitabçalarınızı, gedin qurban olun bu qıza, sizə 
məqbul yazıram, bir şərtlə ki, imtahanda belə cavab versə-
niz hamınıza “iki” qiymət yazacağam. 
Sevincimin həddi-hüdudu yox idi. Qrup yoldaşlarım 
fasilədə məni əhatə edib “çoxsağol” dedilər. 
“Eldən gedən alim” məqaləsi mənim üçün sevimli 
müəllimimin həyatı ilə bağlı bir sıra qaranlıq məqamlara 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
51
aydınlıq gətirdi. Əli Fəhmi yaradıcılığını hərtərəfli araşdı-
ran məqalə müəllifi mənim sevimli müəllimimin gənc yaş-
larında saf məhəbbəti uğrunda necə mübarizə apardığını, 
ilk sevgisinə ömrünün sonuna qədər sadiq qaldığı  və 
Türkanda iki gəncin məhəbbət dastanına çevrilmiş iki 
püstə  ağacı hekayəsi məni həddindən artıq təsirləndirdi. 
Elə bu təəssürat ilə  də bir gün o iki püstə  ağacını ziyarət 
etməyi qərara aldım. Məqalə gənclərə pak, təmiz, ülvi mə-
həbbət kimi gözəl hisslər aşılamaq baxımından tərbiyəvi 
əhəmiyyətə malikdir. Ona görə də mən bu məqaləni kitab-
xanaya gələn hər bir tələbə  gəncə oxumağı  məsləhət 
gördüm. Sonra eşitdim ki, bu məqalə Respublikanın  ən 
nüfuzlu qəzetlərindən sayılan “Şərq” qəzetinin bütöv bir 
səhifəsində dərc olunmuşdur. Allahdan Əli Fəhmi müəlli-
mimə  rəhmət, onun yaradıcılığını  tədqiq edən tələbəmiz 
Yeqzar Cəfərliyə isə yaradıcılıq uğurları arzulayıram.  
Allah sizi rəhmət etsin, Əli müəllim, ruhunuz şad ol-
sun. Sizin adınız həmişə  tələbələrinizin qəlbində yaşay-
acaq və xatırlanacaq. 
 
İki püstə ağacı 
 
Daha əvvəllər qeyd etdim ki, Əli Fəhmi Bakı milyon-
çularıdan Hacı  Gəncəli nəslindən idi. Türkanda iri, bol 
bəhrəli bağları vardı. Gənc yaşlarında Əli Fəhmi bağ qon-
şusunun qızı Aliyə xanıma könül bağlayır. Bağ qonşuları 
olan bu iki gənc Bakı Tibb İnstitutunda birgə təhsil alırdı-
lar. Bir-birlərinə  şerlər qoşur, yazdıqları  şer dəftərçələrini 
bir birinə ötürür, bu yolla öz məhəbbətlərini izhar edərdi-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə