Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
109
Füzuli qəzəllərində bəzi  
Metod məsələləri 
 
Əli Fəhminin  əsərləri içərisində “Füzuli lirikasında 
bədii metod məsələləri” adlı monoqrafiyası xüsusi yer tu-
tur. Alimin yaşayıb-yaratdığı sovet dövründə ədəbiyyatda 
bədii metod məsələsi çox ciddi şəkildə qarşıya qoyulmuş-
dur. Sosializm realizminin ədəbiyyat və incəsənətdə ha-
kim metod olduğu bir şəraitdə yazıçı və şairlərin əsərləri-
nə qiymət  əlbəttə ilk növbədə onun öz əsərlərini hansı 
ədəbi cərəyanda yazmasından çox asılı idi. Məhz bu döv-
rdə klassik Azərbaycan şairlərinin romantizmə meyl edən-
lər kimi qələmə verirlər. Digər  şairlərdə olduğu kimi 
Füzulinin də yaşadığı dövrdə baş verən bütün hadisələrə 
öz  şəxsi münasibətini bildirməsi, müharibələr, müharibə-
ləri törədən insanlara, riyakar ruhanilərə, sələmçi tacirlərə, 
ümumiyyətlə orta əsrlərin bütün hakim təbəqələrinə nifrət 
hissi bəsləmiş,  zəhmətkeş xalqın dərd-sərini,  şikayətini, 
arzu və istəklərini ifadə etmiş, bir sözlə dövrünün bütün 
hadisələrinin real təsvirini verməklə realizmin gözəl 
nümunələrini yaratmışdır. Bunu şairirn aşağıdakı misra-
larla bitən son beytinə nəzər salmaqla aydın görmək olur:  
Fərq imiş, fərq Füzuli, şərəfi əhli vücud, 
Özünə eyləmə həmdəm füqəradan qeyri 
Yoxsul insanlara məhəbbət onun bütün əsərlərində 
görünməkdədir. Şairin yaradıcılığı forma və metod məsə-
lələri bu monoqrafya qədər geniş  işlənməməsi baxımın-
dan monoqrafyanın elmi əhəmiyyətini dərk etmək olar. 
Əsərdə ilk olaraq Əli Fəhmi realizmin meydana gəldiyi ta-


Yeqzar Cəfərli  
 
 
110 
rixi  şərait, Avropada və Rusiyada realizmin yaranması 
haqqında məlumat verəndən sonra sözü gedən mövzunun 
izahına başlayır. Böyük alimin şairin romantizmə meyli-
nin yaşadığı ictimai mühitlə  əlaqələndirir. Lakin Füzuli 
təkcə romantizmə qapılıb qalmamış, qeyd etdik onun 
əsərləri realizm ənənələri ilə zəngindir. Əli Fəhmi yazırdı: 
“Şairin yaşadığı  cəmiyyətdə  həyat nemetləti yaradan in-
sanlar həmçinin Füzuli kimi həqiqət, ədalət sevən” hünər 
əhli-şairlər və alimlər azadlıq və  səadətdən məhrum, 
müsibət və  fəlakət içərisində yaşayırdılar.  Şair ilə hakim 
ictimai qüvvələr arasında əmələ gəlmiş fikir-ideya ixtilafı-
nın, ziddiyətin  əsas səbəbi budur. Füzulidə çox az şairdə 
təsadüf olunan daha bir müsbət keyfiyyət vardı. O sözü 
vaxtında deməyi bacarırdı. Onun yaşadığı cəmiyyətdə in-
san ləyaqətini alçaldan insanlar hökmrahlıq edirdi. Onun 
əsərlərində ilk növbədə  tənqidə  məruz qalanlar feodallar 
və ruhanilər idi. Füzuli bunlara, eyni zamanda sufilərə, öz 
şəxsi mənfəətləri naminə islamı parçalayan təriqətçilərə 
qarşı etirazını bəzən beytlərarası, çox vaxt isə açıq şəkildə 
ifadə edirdi. Dövrünün şairlərindən onun qədər öz zəma-
nəsini qamçılayan ikinci bir şair yoxdur. O, elə bir zəma-
nədə yaşayırdı ki, bu zəmanədə: 
Dust bipərva, fələk birəhm dövran bisükun, 
Dərd çox həmdərd yox, düşmən qəvi tale zəbun. 
Füzuli yaradıcılığının  müsbət cəhətlərindən biri kimi 
Əli Fəhmi onun daima insanı uca tutmasaını, onları var-
dövlət hərisliyindən, şöhrətpərəstlikdən çəkindirməyə ça-
lışmasını göstərir: “Dünyanın bütün ehtiyaclarını ödəyə 
bilmək mümkün deyildir, hərislik elə bir yoldur ki, onun 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
111
sonu yoxdur. Onun əsərlərində zamanla səsləşən, bu gün 
artıq zərb məsəlləşən “Rəhmsiz insanlar ürəyi yanmışlara 
ürək yandıra bilməz”, “qurddan çoban olmaz” kimi sözlə-
ri işlətməsi öz zəmanəsinə açıq-aydın meydan oxumaq 
deyildimi?.  Şairin məhz bu keyfiyyətlərinə  əsaslanan 
Füzulişünas alim Əli Fəhmi qeyd edirdi ki, “Böyük şairin 
xalq kütlələri içərisində dərin rəğbət qazanan qəzəlləri, şə-
riət ehkamlarına, məscid, namaz, ramazan xurafatına 
qüvvətli zərbə vurduğu üçün “hərzə”, “Küfr” sayılır və tə-
qib olunurdu”. 
Füzulinin zəmanəsindən  şikayətlə bağlı  qəzəllərdə 
müəyyən qədər ziddiyyət hiss olunur. Məsələn: O bir yan-
dan fəlakətli və müsibətli dövrlərdə də  öz dəyanətini qo-
ruyub saxlayan bir yandan da onu izləyən fəlakət və bəla-
ların qəzavü-qədər olduğuna inam təşkil edir.  
Əsərdə Füzulinin sufizmə, C.Ruminin-Mövləviyyə 
və. s.  ideyalarına rəğbət bəsləməsi haqqında da geniş mə-
lumat verilir. Lakin Əli Fəhmi qeyd edirdi ki,  Füzuli  sırf 
sufi deyildi, amma bəzi  əsərlərində sadəcə sufizmə meyl 
vardır. Zənnimcə, bu cəhətdən  şarin yaradıcılığında 
müəyyən qədər ziddiyyət də yox deyildir. Çünki, onun 
bəzən tamamilə təriqət əhlinə qoşulması faktları da mövc-
uddur. Əsərin tərifəlayiq cəhətlərindən biri də odur ki, bu-
rada  Əli Fəhmi sufilik haqqında hələ heç yerdə rast gələ 
bilmədiyimiz məlumatı verir. Sufiliyin tarixi kökləri onu 
doğuran səbəblər, eləcə  də  şərqin alim və  şairlərinin  ən 
çox da Cəlaləddin Ruminin sufilik haqqında qiymətli fikir-
ləri ilə oxucuları tanış edir. Əsərdə Füzulinin şərab haq-
qında fikirləti, sufizmin fəlsəfi  əsasları  Şeyx Mahmud Şə-


Yeqzar Cəfərli  
 
 
112 
bustərinin “Gülşəni-raz” əsərinin Lahicaninin şərhi ilə fars 
dilində müqayisəli təhlil edərək yazır: “ Göründüyü kimi 
burada şərab Allahın təcəllisidir. Şəbüstəri özünü unudub 
tərk etməyə, cisminin varlığından xilas olmağa aparan şə-
rabə, qətrəni dəryaya, yəni cüzvü küllə qovuşduran sağər-
siz və  qədəhsiz,  şərəbü  əbədü vəchin, yəni Allahın qədə-
hindən şərab içməyi təklif edir, Füzulinin təsvir etdiyi şə-
rab isə şadlıq və xoşluq oyadan, insanı nəğmə dinləməyə 
ruhlandıran ”Əqli və  ədəbi” ortadan qaldıran  şərabdır”. 
Əli Fəhminin istifadə etdiyi və  mənim yuxarıda adlarını 
qeyd etdiyim mənbələrin əksəriyyəti onun kitabxanasında 
qorunub saxlanılır. Dövlət arxivində belə tapılmayacaq 
həmin qiymətli mənbələr öz tədqiqatçılarını gözləyir. Də-
fələrlə qeyd etdiyim kimi həmin mənbələri  ətraflı  tədqiq 
etmək üçün bu sətirlərin müəllifi böyük səylə  ərəb dilinə 
aid biliyini təkmilləşdirir. 
Əli Fəhminin bu əsərinin Füzuli haqqında yazılmış 
bütün digər əsərlərdən bir böyük fərqli cəhəti də vardır ki, 
bu da ondan ibarətdir ki, Əli Fəhmi şairi elə bir sadə dildə 
izah edir ki, dilimizə ərəb və fars dillərindən keçən sözləri 
bilməyən ən sadə oxucular belə başa düşür. Füzuli sevən-
lər bütün nəsillər üçün asan anlaşır. 
Füzuli filosof şair idi. O, dünya fəlsəfə akimləri-He-
raklitin, Platonun, Aristotelin əsərlərini dərindən  əxz et-
miş  və onların aforizmlərindən öz əsərlərində dəfələrlə is-
tifadə etmişdi.  
Əli Fəhmi gözəllik haqqında digər əsərlərindəki fikir-
lərini bu monoqrafiyada davam etmişdir. Füzulini həqiqə-
tin nəğməkarı hesab edən alim gözəlliyi bir ilahi sərvət 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə