Osman Türkayın poetik irsi
82
Osman Türkayın yaradıcılığında türkiyəli şairlər Orxan Vəli və
Məlih Cövdət Andaydan təsirləndiyini təsdiq edən misralar da var-
dır. Məsələn, Kıbrıslı şairin aşağıdakı misraları Orxan Vəlinin “An-
lada bilmirəm” (“Anlatamıyorum”) şerini başqa bir formada yada
salmaqdadır:
Söyleyin bu sarsıntı neyiniz sizin?
Sövsem anlar misiniz?
yakarsam duyar mısınız
tanrıya?
(Türkay, 1969: 37)
Və ya türkiyəli şairin “Yoksa biz, bu dünyalı değil miydik?”
sualı Osman Türkayın “kosmos dövrü” yaradıcılığını da səciyyə-
ləndirir. Eləcə də poeziyası Osman Türkay kimi mifoloji qaynaqlar-
la zəngin olan Məlih Cövdət Andayın da onun şerində təsirini gör-
mək mümkündür. Andayın:
Şimdi ondan ne ki kaldı
Unutulmuş bir kapı belki kaldı
Değişmez biçim, arı renk, ölümsüzlük birlik.
(Kurdakul, 1987: 226)
- misraları O.Türkayın poeziyasını yada salır. Bu cəhət başqa
tənqidçilərin də diqqətini cəlb etmişdir; R.S.Penneyin “Fəlsəfə ilə
əlaqə quran iki böyük şair: Anday və Türkay” adlı məqaləsi də hə-
min məsələyə həsr olunmuşdur. (Toplumun Sesi, 1987: 135-136)
Göründüyü kimi, Osman Türkayın yaradıcılığının ikinci mərhə-
ləsində fərdi üslubunun formalaşmasında İngiltərə və Türkiyə ədə-
biyyatının rolu vardır.
Bütövlükdə, yaradıcılığının ikinci mərhələsində Türkayın əsərlə-
rini mövzu və ideyasına görə aşağıdakı qruplara bölə bilərik:
- vətənpərvərlik;
Elmira Fikrətqızı
83
- qürbət;
- Kıbrıs və Ağdəniz;
- sülh və müharibə;
- kosmos.
İlk üç mövzuya onun yalnız birinci kitabında rast gəlirik.
Kosmos mövzusunda yazılmış əsərlərin bəziləri elmi, bəziləri
isə mifoloji qaynaqları ilə seçilir. Mustafa Balcı isə şairin əsərlərini
aşağıdakı mövzularda təsnif edir: “Osman Türkayın şiirlerinde ha-
kim unsur olarak sayılabilecek konular, eski Türk tarihi ve medeni-
yeti, uzay, Hint mistikliği ve Budacılık, Latin ve Yunan kültürleri
ve Kıbrıstaki kadim kültürler ve nihayet Türk şiir okurunun hiçbir
zaman fark edemeceyeği kuantum fiziğidir”. (Balcı, 2004: 16)
Şairin vətənpərvərlik mövzusundakı poemalarından biri “Türki-
yə” adlanır və bu şerin əvvəlində verilən məlumatdan məlum olur
ki, Londonda qələmə alınmışdır. Şeir Monseqner kinoteatrında Tür-
kiyəyə aid bir filmi seyr etməyin nəticəsi olaraq yaranmışdır. Ziya
Göyalpın məşhur “Vatan ne Türkiyedir türklere, ne Türküstan, Va-
tan, büyük ve müebbet bir ülkedir: Turan” misralarını öz mənzumə-
sində bir az dəyişik şəkildə iqtibas etmişdir:
Vatan ne Turandır şimdi Türklere,
Ne de zincire vurulan Türkistan.
Gökler sonsuzluğunca özgür
Vatan Türkiyedir.
Daha ileri, daha aydındık
Çağlara umran.
(Türkay, 1959: 35)
Tarixdən məlum siyasi proseslər və XX əsrin ortalarında Türk
dünyasının geosiyasi mənzərəsi şairi türklərin müstəqil vətən sər-
hədlərini daraltmağa vadar edir. Əsərdə bu gün Türkiyənin malik
olduğu iqtisadi, siyasi, mədəni üstünlüyündən bəhs olunur, azadlığı
mədh edilir və hətta usta bir futbolçu kimi Kürəni hara istəsə, ora
Osman Türkayın poetik irsi
84
vura biləcəyi qeyd edilir. Daha çox Ana Vətənin tərif və tərənnü-
münə doğru yönələn bu şeirdə də futurist şairlərin, o cümlədən Na-
zim Hikmət və Mayakovskinin təsiri hiss olunur.
Vətənpərvərlik mövzusunda olan poemalardan biri də “Akdeniz
Türküsü” adlanır:
Denizler içinde en fazla Akdenizi,
Ülkeler içinde
Anadoluyu sevdim.
(Türkay, 1959: 46)
Ümumiyyətlə, dənizin geoloji, təbii-coğrafi, iqtisadi və mənəvi
mənzərə və mənfəətlərindən bəhs etdikdən sonra şair bu qənaətə gə-
lir. Başqa sözlə, yer üzündə, sevmədiyi bir ölkə, bir ulus, bir dəniz
olmadığını yazmağına baxmayaraq, müəllifin milli hissləri əsərdə
qabarıq görünür.
Mətin Turanın (2004: 179) qeyd etdiyi kimi, ən yeni dövr poezi-
yasında Ağdənizlik daha çox bəşəriliyi ifadə etdiyi halda, Türkayın
bu və ya başqa əsərlərində həmin mövzuya, əsasən, milli düşüncə-
lərlə bağlı olaraq müraciət edilir.
Bütövlükdə, şairin bu kitabı daha sonrakı əsərləri ilə müqayisədə
dil, üslub baxımından sadəliyə malikdir. “7 Telli” şeirlər toplusu
sanki şairin yaradıcılığında simvolizmdən modernizmə doğru keçid
mərhələsidir.
Sonradan “kosmos əsri mövzusu” üzrə “irəliləyən” müəllif daima
poetik axtarışdadır. O, kosmosu gözləyən xaos təhlükəsini təsvir et-
mək üçün tez-tez mifologiyaya müraciət edir. Bu cür üslubi axtarışlar
onun “Dönüş” adlı poemasından başlanır. Əslində bu əsər “Dünyəvi
simfoniya” poemasının sonuncu bölümüdür. Mifoloji, elmi, dini
təsəvvürlərin sistemi və sintezindən yaranan bu şeirdə insan, inanc,
həqiqət məsələlərinə aydınlıq gətirilməyə çalışılır. Quruluşca antik
yunan dramaturgiyasına bənzər elementləri (Tanrı, İnsan, Xor) olan
əsərdə şair Tanrı axtarışına çıxır:
Elmira Fikrətqızı
85
Masallarda kalsın artık o mağrur tanrıçalar,
Ellerinde salkım ve başak
Vücutları yarı giyinmiş,
Yarı çıplak.
… Sesin gelmede kulaklarıma sesin,
sen ki kalbimde bir heykelsin.
sen nerdesin,
sen nerdesin?
(Türkay, 1959: 63)
Dünyanın bütün nöqtələrinə – Çin, Alyaska, Yaponiya, Asiya,
Avropa, Amerika, Himalay, Madaqaskar, Polineziya, Qafqaz, Orta
Asiyaya səs salıb müqəddəs varlığı duymağa cəhd edən insana, nə-
hayət ki, onun səsini eşitmək müyəssər olur. Tanrının səsini eşidən
İnsanın şikayəti (gününün – ömrünün qara olması, hətta müs-
təmləkəçilərin geyimlərinə sərf olunan dərisi) onun sevincinə qa-
rışır. Əsərdə diqqəti cəlb edən cəhətlərdən biri Tanrı obrazının təs-
viri ilə türklərin kosmoqonik miflərindən hesab olunan “Oğuz Ka-
ğan dastanı”ndakı Göydən süzülən mavi işıq arasında paralelliyin
yaradılmasıdır. Əslində bu, yeni Tanrı axtarışları yox, başlanğıca,
mifologiyaya qayıdışdır. O. Türkay türklərin göydən gəlmələrini və
bütün bəşəriyyətin, hətta Musa, İsa və Məhəmməd peyğəmbərlərin
də bu işıqdan yaranmasını iddia edirdi:
Bu ışıkta muhabbet var,
Bu ışıkta merhamet var.
Miracında
Muhammed var…
Sen var,
Ben var,
Bu ışıkta
Işık, ışık,
Bir evren var!
(Türkay, 1959: 67)
Dostları ilə paylaş: |