Osman Türkayın poetik irsi
146
2002: 38) / Günler bir kuru yaprak gibi düşünce ömrün dalından.
(Türkay, 2002: 116 ) / İşte karşımdasın çiçekli bir dal gibi. (Türkay,
2003: 137)
Şeirlərindən birində şair uşağın ilandan çəkinməsini təşbih vasi-
təsilə təsvir edərək, maraqlı və canlı səhnə yaratmağa müvəffəq
olur. O, ilanın yuvasından çıxmasını qatarın tuneldən görünməsinə
bənzədir:
Ve bizi korkutmasın
Tünelden tren çıkarcasına
Yuvasından davetsiz çıkan
Serseri kara yılan.
(Türkay, 1990: 26)
Şairin poeziyasında şərt qoyulmaqla verilən təşbihlərə də təsadüf
edirik: “İlahi sükunet ninniymiş meger”. İlahi səssizliyi, rahatlığı
laylaya bənzədən şair şərt bağlayıcısı “məgər”dən istifadə edir.
Bundan başqa, müqayisə əlaməti və bənzətmə qoşması verilmə-
sə də, bənzətmə aydın olan yığcam təşbihlər də vardır:
Din- bulutlarda yürümek
Sıcaklığın tozdur, ya da buğu.
(Türkay, 2002: 208)
Mükəmməl və ya müstəqil təşbih isə, məlum olduğu kimi, bən-
zətmə qoşması iştirak etmədən yaranır. Bunun da örnəklərinə Tür-
kayın şerində rast gəlirik: “Ben sırrı çözülmez gece”. (Türkay,
2002: 215)
Bədii təsvir vasitəsi kimi metonimiya və ya addəyişməyə nümu-
nə olaraq “Bahar sayıklar Kıbrıs (Türkay, 2002: 146) / Gün doğar,
kent uyanır... “ (Türkay, 2002: 29) və s. ifadələri göstərə bilərik.
Şair insanların bahara olan həsrətini və yuxudan oyanmasını birbaşa
onların dilindən yox, cansız əşyalar vasitəsilə ifadə edərək, addəyiş-
Elmira Fikrətqızı
147
məyə nail olur. Digər bir nümunədə şair xoruz banından sonra “Dar
sokaklar, basık evler gerinir, esner” (Türkay, 2002: 148) deyir və
insanların yuxudan oyanmasının təsvirində addəyişmədən istifadə
edir.
Məlumdur ki, bədii təsvir vasitələrinin ən geniş yayılmış növlə-
rindən biri də epitetdir. Sözün həqiqi yox, məcazi mənada təyin
edilməsinə əsaslanan belə məcaz növü Türkay yaradıcılığında da
poetikliyə xidmət edir. Onun ilk dövr yaradıcılığında klassik Şərq
poetikası üçün səciyyəvi olan müqəyyəd epitetlər (“zümrüt göz”,
“ceylan bakışlı”, “fani ten” və s.) nəzərə çarpsa da, sonrakı mər-
hələdə orijinal məcazi birləşmələrə təsadüf edirik. Poeziyasının
ikinci mərhələsində daha çox kosmosla bağlı maraqlı epitetlər diq-
qəti cəlb edir. Məsələn, “kosmik düşüncə”, “kosmik ana”, “kosmik
üz”, “kosmik qış” və s. birləşmələrinin təyinləri yeniliyi ilə fərqlə-
nir: Şimdi açmış kollarını uzaysal ana (Türkay, 2002: 44) / Uzaysal
bir kış (Türkay, 2003: 219) / Dur gitme / Anımsa bir kez yıldızlarla
yüklü / Uzun geceleri, yeminleri, sevişmeyi (Türkay, 2003: 244) /
Kozmik ananın kelebek kanatlı çocuklarıyız! (Türkay, 1990: 245) /
Işık tenli, kor saçlı gök kızları (Türkay, 1990: 109) / Kozmik bir yüz
(Türkay, 1990: 314) / Ben de uzaysal bir düşünceye dalıp (Türkay,
1990: 326)
Bəzi epitetlərin isə ikinci tərəfi kosmik cisimlərlə bağlıdır və bə-
dii təyinlər həmin kosmik terminləri poetik şəkildə müəyyənləşdi-
rir:
Uzay gemileri yol almada
Evrende yetim kalmış
Samanyolumuza. (Türkay, 1990: 340)
Uydular döner sarhoş bir dünyanın yörüngesinde.
(Türkay, 1990: 340)
Bəzən eyni söz həm məcazi, həm də həqiqi funksiyasında işlə-
nir. Məsələn , “Çorak bozkırlarda başıboş, özgür” (Türkay, 2002:
Osman Türkayın poetik irsi
148
116) dedikdə şair sözün həqiqi mənasından istifadə edir. Lakin
“Çorak ömrümde neden mavi sular çağlardı?” (Türkay, 2002: 76)
cümləsində həmin sözü məcazi anlamda işlədərək, ömrünü quru
səhraya bənzədir. Buna bənzər başqa bir nümunədə “qara” sözü
birincidə məcazi (tale), ikincidə isə həqiqi (rəng) mənada işlənir:
Kara yazgısıyla boğuşmaktan başka
Hiçbir seçeneği olmayan kara derili Afrikada.
(Türkay, 1990: 321)
Şairin poeziyasında “Kitabi-Dədə Qorqud” dastanından gələn
epitetlər də nəzərə çarpmaqdadır: “ Sen nerdesin, uzun gözlüm, sivri
yanaklım?” misrası Dirsə xanın xanımına müraciətlə dediyi “sərv
boylum, qara saçlım, çatma qaşlım, dar ağızlım, al yanaqlım” (Ki-
tabi-Dədə Qorqud, 2004: 11-12) ifadələrini yada salır.
Şair bir neçə bədii təyini işlədərkən semantik simmetriyanı göz-
ləyir. Məsələn, xalq türkülərini yaxıb-yandıran günəşlə, melodiya-
ları Ayın işığı ilə, laylaları isə yarpaq pıçıltısı ilə təyin edir:
Eğer yakacaksa yaksın güneş yanığı türküler,
Ayışığı melodilerle yaprak hışırtısı ninniler.
(Türkay, 1990: 19)
O həmçinin ağrı-acıların çoxluğunu tarlalarda yetişən məhsullar-
la müqayisə edir:
Unutulsun tarla tarla yeşeren sızılarımız.
(Türkay, 1990: 26)
Başqa bir epitetdə bahar fəslinin ruhunun naxışı olduğunu yazır:
“Ruhumun toprağa nakşettiği mevsim de bahar”. (Türkay, 2002:
76)
Elmira Fikrətqızı
149
Bunlardan əlavə, Türkay anafora, epifora, inversiya, bədii sual,
bədii xitab və s. kimi poetik ifadə vasitələrindən də istifadə etmiş-
dir:
Müəllifin işlətdiyi bədii suallar, adətən, fikri məna baxımından
qüvvətləndirmək üçündür:
Bütün zevklerimi okşıyan bir el
Sonsuzluk hızıyla bu gidiş nereye?
(Türkay, 2002: 37)
Türkayın poeziyasında dialoq şəklində qurulan sual-cavablar da
vardır. Şifahi xalq ədəbiyyatından gələn “dedim-dedi” tipli bədii
mükalimələrə şairin “Lotusun içinə uçmaq” adlı “modern dasta-
n”ında təsadüf edirik:
Dedim: Tanyerinin renklerinden mi kopup geldiniz?
Süt mavisi sis gibi yoğun ama hafifsiniz…
Yurdunuz neresi, mesleğiniz ne?
Dedi: …Ben Sydney yolcusuyum
Orada öğretmenim.
(Türkay, 1990: 241)
Bəzən şair özü ilə də mükaliməyə girir. Məsələn, “Şairin öz
portreti” (“Aynada Gördüğüm Gibi – Ozanın Kendi Portresi”) şe-
rində həm portretinin müəyyən cizgilərini verir, həm də çəlimsiz və
yorğun üzünü yeddi qitəyə ayrılmış dünyaya, qulaqlarını akustik ci-
haza, gözlərinin birini təbii mikroskopa, o birini isə radio-teleskopa
bənzədir. Cismani və ruhi varlığının təsvirini verən şair öz kölgəsi-
güzgüdəki əksi ilə həmsöhbət olur:
Dedim ki: “Biraz sağduyulu ol, anlayış göster
Bırak beni dünyada, sen yine gir aynaya, yansıt beni
Benim burada, senin oradadır, öyle kalacak yerin”.
(Türkay, 1990: 315)
Dostları ilə paylaş: |