Elmira Fikrətqızı
143
1990: 59),
“Gün gün üstüne gömlek değiştiren” (Türkay, 1990: 21)
və “
Gökyüzü gülerdi gözlerimizde” (Türkay, 1990: 59) misralarında
g, ö və ü səsləri təkrarlanaraq bədii gözəlliyə xidmət edir.
Sonuncu
misrada bədii üslubun yalnız fonetik yox, leksik səviyyədə də gös-
təricisi vardır. Şair insana aid olan gülmək əlamətini göyün üzərinə
köçürmüş və istiarə örnəyi yaratmışdır. Digər nümunələrdə isə d, ç,
a, ı, ö, ü, c səsləri şerin bədiilik xüsusiyyətini artırır:
O zaman desdeğirmi dümdüzdü dünyamız
Çağıl çağıl çağlayan ırmaklar,
Köpük köpük köpüren sular. (Türkay, 2002: 142)
Canan gibi can var mı cihanda? (Türkay, 2002: 82)
Aşağıdakı bənd bütövlükdə müxtəlif ritmik səslərin təkrarından
yaranmışdır:
En sonunda yunumuz yunatımız yıkılmış,
Suyumuz suvatımız kurumuş
Yollara düşmüştük yayan-yapıldak
Bellere düşmüştük seyrek sepirdek.
(Türkay, 1959: 134)
Türkay poeziyası şifahi xalq ədəbiyyatından da qaynaqlanmaq-
dadır. Folklor nümunələrində işlənən
söz və ifadələr, atalar sözləri
və məsəllər onun əsərlərinin xəlqiliyini artıran vasitələrdir. Məsə-
lən, “Nağıl” (“Masal”) adlı şerində Adəm peyğəmbərin meyvə ye-
yib cənnətdən çıxarılmasını şair: “
dünyayı kazanmış cennetten ol-
muş / dimyattan bir avuç pirinç getirmiş ama / gel gör ki evdeki
bulgur sır olmuş” (Türkay, 2002: 136) şəklində atalar sözü vasitəsi-
lə bildirir.
Digər bir nümunədə “Ac toyuq yuxusunda darı görər”
atalar sözünü
olduğu kimi istifadə etməsə də, dəyişik şəkildə iqtibas edərək yazır:
Osman Türkayın poetik irsi
144
Kimi işci uykusunda bütün bir gece,
Sıcak bir yuva, toplumsal güven sayıklar.
(Türkay, 2002: 147)
“Qəbristanlıq” (“Tahtalıköy”) şerində isə “
Neler geldi neler
geçti felekten, Un elendi deve geçti elekten” (Türkay, 1990: 38)
epik formulundan epiqraf kimi istifadə etmişdir.
Bəzən şairin əsər-
lərində ölmək mənasında “
kandilde yağı bitmek” (Türkay, 1990:
39), vecinə almamaq anlamında
“dünyayı bir kılına sallamadı”
(Türkay, 1990: 39),
“ayva güzelim, nar güzelim benim” (Türkay,
2002: 143) və s. kimi xalq dilindən gəlmə idiomatik ifadələr və epi-
tetlər də işlənməkdədir.
Osman Türkay bədii ifadə vasitələrindən də geniş şəkildə yarar-
lanmışdır. Bu baxımdan metaforalar diqqəti xüsusilə cəlb edir. Mə-
sələn:
Uzaktan uzağa
Evrensel insan durumlarına perde çeker
Bir güvercinin sızlayan ruhu.
(Türkay, 2003: 157)
- deməklə şair müasir dözülməz vəziyyətdən incikliklə bəhs edir və
bir göyərçinin sızlayan ruhunu onun üstünə pərdə kimi çəkməklə
gizlətmək,
bəlkə də, ağrı-acılarını oxşamaq istəyir.
İstiarələrindən birində isə şair “axşam düşür” əvəzinə,
“Akşam
mavi mantosunu örtüyordu dünyamıza” (Türkay, 2003: 259) ifadə-
sini işlədir. Başqa bir bədii təsvir örnəyində qarın ara verməsini şair
axşamın soyunmasına bənzədir:
Kar diner, akşam soyunur bir ara. (Türkay, 1969: 28)
Metaforanın bədii köçürmə imkanlarından uğurla istifadə edən
şair Atatürkün ölümündən bəhs edərkən insanlara xas olan hüzndən
Elmira Fikrətqızı
145
üzgünlük hissini noyabr səhərinə də aid edir:
“Ne kadar baygındır
bu Kasım sabahları” (Türkay, 1990: 33)
Qürbət mövzusu ilə bağlı olaraq yazdığı “Qürbətdə vətən və ya
Atatürk düşüncələri” adlı kiçik həcmli poemasında
“Kalbimin için-
də güldü İstanbul” (Türkay, 1990: 30)
ifadəsinə rast gəlirik. İnsanı,
torpağı, iqlimi, rəngləri, pulu soyuq
olan Londonda üşüyən şair Və-
tənini xatırlayanda, qəlbində doğma şəhərlər güləndə isinməyə baş-
layır. Bu şeirdə onun əlləri axşam olunca Qarsa doğru uzanır, Ədir-
nəni oxşayır, Vətən torpağını sığallayıb, təsəlli tapır.
Onun bədii köçürmə və təşxislərində həmçinin dan yeri gülüm-
səyir, qayıqlar rəqs edir, divarlar ağlayır, dalğalar laylay çalır və s.
və i.a.
Sandalımız rakseder, dalgalalar ninni söyler (Türkay, 2002: 34)
/
Aya bakar gülümsermiş, Dalgalara inci sermiş, Sevgilime selam
vermiş, Bu limanın sandalları (Türkay, 2002: 39) /
Ruhlar şaha kal-
kar ezeli kahkahalarla!.. (Türkay, 2002: 45) /
Bu akşam duvarlar
ağladı halime (Türkay, 2002: 106) /
Dört mevsim boyunca düşsel
umutlarla, Yeşil ağaç, altın başak sayıklar, Doğal uykusunda ikiz iç
ova (Türkay, 2002: 158) /
Duyarım adımı çağırır dudaklarınız, gü-
lümser doğa. (Türkay, 2002: 11)
“Balabayıs” adlı şerində bu möhtəşəm abidənin tarixi keçmişin-
dən bəhs edən müəllif sözün məcazi mənalarından yararlanmaqla
mərmərlərdə “yuxuya dalmış tarix” ifadəsini işlədir və tozlu eşik-
lərdəki xatirələrdən onu oxumaq istəyir.
Şairin yaradıcılığında mühüm yer tutan
bədii təsvir vasitələrin-
dən biri də bənzətmələrdir. İlləri ələyindən ələnən torpağa, günləri
ömür budağından düşən quru yarpağa, özünü köhnə bir tramvaya və
ya sirri çözülməz bir gecəyə bənzədən Türkay həm mükəmməl,
həm də müfəssəl təşbihlər yaratmağa nail olur. Bənzətmə qoşmala-
rının köməyi ilə əmələ gələn müfəssəl təşbihlərə aşağıdakı nümunə-
ləri göstərə bilərik:
Ruhum gibi inlerdi hiyaben. (Türkay, 2002: 83)
Tomurcuklar gi-
bi yıkansaydım ah, Yazardım siirimi bir gamlı başla. (Türkay,