Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə39/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

Elmira Fikrətqızı 
 
129
Şeirdə  Həyat Ağacı ilə bağlı müxtəlif mifoloji variantlar sintez 
olunmuşdur. Ağacın suların dibində olması Güney Sibirdə Minu-
sinsk tatarlarından toplanmış mifoloji mətnlərə uyğun gəlir. “Dünya 
miflərində olduğu kimi, yalnız göyüzündə deyil, yer altında da 
ikinci bir doqquz budaqlı daha müqəddəs və ulu bir ağac”ın (Ögel, 
1989: 111) varlığı barədə təsəvvürlər şairə  əsas verir ki, canlı alə-
min suda yaşayan ibtidai hüceyrədən nəşət etməsinə qarşı  çıxsın. 
Şerin adı ağacla bağlı başqa bir mifdən də soraq verir. Məntiq bizə 
əsas verir ki, ağacın kökünün göylərdə olmasını düşünək.  Əsərin 
şair tərəfindən yazılmış ingiliscə variantında başlıq belədir: “The 
Sky – Tree With Branches Hanging on Earth” - “Şaxələri ilə Yer 
üzərinə asılmış Göy Ağacı”. Həqiqətən də, bəzi mifik qaynaqlarda 
Həyat Ağacının göydən endirildiyinə təsadüf edirik. “Şaman davul-
larındakı bu ağacların kökləri dünyada deyil, daha ziyadə göyün 
başladığı yerdən gəlirdi” (Ögel, 1989: 90-91). Türkay isə gen yad-
daşına müraciətlə cazibə qüvvəsini dəf edərək mənşəyini Göy üzün-
də axtardığını dilə gətirir: 
 
En eski uzay çağlarından bana ses ver usum 
Ben yeryüzünde yabancı, ben yeryüzünde konuk 
Yerçekimini aştım kökümü arıyorum. 
 (Türkay, 1990:26)  
Sonuncu misranın ingiliscə variantı belədir:  
 
That passing over the G. Forse 
I now look for my parents in Spase.  
(Türkay, 1989: 142) 
 
Şair mənşəyini yox, daha dəqiq ifadə ilə desək, əcdadlarını ax-
tardığını yazır. Maraqlı cəhət buradadır ki, mifik Həyat Ağacı astro-
nomiya kitablarında da Kainatın genezisi ilə əlaqədar obrazlı şəkil-
də xatırlanır: “Alimlər də ulduzlar aləminin necə  əmələ  gəlməsini 
və yaşamasını … beləcə müəyyən edə bilərlər. Bizim başımızın 


Osman Türkayın poetik irsi 
 
 
130
üzərində sərələnmiş göy, böyük ulduzlar meşəsi kimi bir şeydir. Biz 
onda müxtəlif “ağaclar”, daha doğrusu, cavan və qoca ulduzlar sis-
temi görürük” (Vorontsov, Velyaminov, 1955: 40). Bu mənada şai-
rin Roma mifologiyasında baş Allah hesab edilən və Günəş sistemi-
nin ən böyük planeti olan Yupiterə həsr etdiyi şerində: 
 
İşte Jüpiter 
 Boşluğumuzda ışıl ışıl yanan dev 
Ve ateşten pınarları bana uzayan suyun  
Ulu ormanlarda  
 Çiçek açan 
 İlk dal.                                           (Türkay, 1969: 51) 
 
- deməsi mifoloji təsəvvürlə elmi təfəkkürün sintezi kimi 
dəyərləndirilə bilər. 
Müasir dünyanın çeşidli problemlərinə həsr olunmuş “Hər gecə 
sularda” adlı şeirin bəzi misralarında da mifoloji düşüncənin izlərini 
görürük: 
Kuşkusuz bu dünya böyle değildi daha önceleri 
Sulardan dinle onu yoğuran kim? 
 (Türkay, 1975: 6) 
Mizan-tərəzisi pozulan dünyanın su başlanğıcına işarə xaosdan 
yaranan kosmosun genezisini xatırladır və suya müraciət onun yara-
dılış aktında iştirak etməsi ilə bağlıdır. Şairin “Bethovendə aydınlı-
ğa oyanmaq” poemasında da bu barədə misralar vardır: 
 
 Kaos öncesi bir suskuda çalkantı: 
 Zaman belirir: Işık 
 Korkunç bir yüze inen maske 
 Yer durulur: Su!  
(Türkay, 1970: 9) 
 


Elmira Fikrətqızı 
 
131
Adları çəkilən konkret ədəbi nümunələrə əsasən bu qənaətə gəl-
mək olar ki, o, yaradıcılığında türk, Hind, yunan və s. xalqların mif-
lərini müasir elmin nailiyyətləri, xüsusilə də kosmologiya ilə əlaqə-
ləndirilərək müxtəlif mifik və elmi təsəvvürləri vəhdətdə verməyə 
çalışmışdır. Hind şairi Krişna Srinivasın sözləri ilə desək, “Öncesiz 
geçmiş ile sonrasız geleceğin köprüsü onun ruhunda ve dimağında, 
felsefesində ve mantığında, şimdiki zaman üzerinde kurulmuş goru-
nüyor. Zamanın tüm boyutlarını şimdiki zamanda birleştiren ve bili-
nen kuralların zincirini kıran bir başka  şair gösterilemez.” (Top-
lumun Sesi, 1993: 47) 
Özünü “Uzay çağında Spartakus” adlandıran O. Türkayın məq-
sədi yaşadığı zamanın şair qəhrəmanı kimi bəşəriyyəti yuvarlandığı 
uyumsuzluqdan, fəlakətlərdən, kosmosdan xaosa doğru hərəkətdən 
xilas etməkdir. Bu mənada o, milli-irqi fərq qoymadan Yer üzünün 
bütün övladlarını birliyə, sevgiyə, sülhə, bir sözlə, kosmik siviliza-
siyanı qorumağa səsləyir. Adı  qədim türk mifik dastanından gö-
türülmüş “Ergenekon” şerində onun bu arzusu daha aydın ifadə 
olunmuşdur. 
Şerin ilk misralarında “yer üzünə köç”ə, Dünya ağacına işarət 
edən Türkay çağdaş dövrdə hava, su kirliliyinə, axıb tökülən qan-
lara, müharibələrə, yer üzündə yaşamın artıq dözülməz və yararsız 
hala gəldiyinə toxunaraq, başqa planetlərdən, sistemlərdən duyulan 
“səssizliyi”, üfüqdəki boşluğu ürək ağrısı ilə dinləməkdə  və gör-
məkdədir. Bundan başqa,  şeirdə müasir elmin hüdudları daxilində 
ancaq Günəş sistemini gəzə bilən Yer insanının, dastanda deyildiyi 
kimi, “mağaradan qurtulub” yad planetlilərlə  əlaqə yarada bilmə-
məsi acı təəssüf hissi ilə ifadə olunmaqdadır.  
Göründüyü kimi, Osman Türkay yaradıcılığının ikinci mərhələ-
sində gedən üslubi dəyişmələr dünya ədəbiyyatında baş verən ədəbi 
proseslərin təsiri altında getmiş, həm ingilis, həm də türk ədəbiy-
yatının xarakterik xüsusiyyətlərini əxz etmişdir. M. Balcının (2004: 
15) qeyd etdiyi kimi, ilk dönəm şeirlərində türk ədəbiyyatından il-
hamlanaraq lirik üslubda yazan şairin yaradıcılığının ikinci mər-


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə