Elmira Fikrətqızı
125
materiya “plantasiyaları” yaradılır, sonra yetişdirilmiş nazik mate-
riya istifadə edilmək üçün kosmosun uzaq rayonlarına daşınır. Çün-
ki kosmosun müstəmləkələşdirilməsinin əsasını onun nazik mənəvi
materiya ilə doldurulması təşkil edir. Bu da öz növbəsində kosmik
fəzanın vəziyyəti haqqında daimi və gərəkli məlumatın təminatı de-
məkdir. Təbiidir ki, bu halda həmin “plantasiyalarda” istehsal olu-
nan “məhsulun” keyfiyyətinə nəzarət edən “bağban” – yaradan Al-
lah da olmalıdır.” (Biz və.., 1992: 68)
Sempiternus pulsar, quasar, nova, supernova, akcüceler (ağcırt-
danlar) haqqında da bilgi verərək yaşamın enerji qaynaqlarının bun-
lar olduğunu deyir. Sonra o, kosmik zəncirlərə bənzəyən qaranlıq
tunellərin mahiyyətini açıqlayır: “ Onlar ortadaki ana kainattan uy-
du kainatlara açılan kapılardır”.
Semperfidelis iki sualla ona müraciət edir:
- Kainatlar simmetrikdirmi?
- Başqa Kainatlar sistemi varmı?
Birinci suala “evet” (“bəli”), ikinci suala isə “ ben de bilmiyo-
rum, yalnız karanlık derin sınırsız boşluklar vardır”, cavablarını
alan Semperfidelis, nəhayət, Kainatın gələcəyi ilə bağlı sonuncu
sualını verir. Bizim kainatin və digər kainatların boşluqlarda tək bir
atomun partlayıb genişlənməsindən yaranması nəzəriyyəsinin doğru
olub-olmadığını və əgər belədirsə, gedən zəncirvari reaksiyalarda
kainat sistemlərinin xüsusiyyətlərini dəyişdirə biləcəyini, bunun isə
yaşama son qoyub-qomayacağını soruşur.
Dastanın bu hissəsində artıq astroloji qaynaqlardan istifadə olun-
duğu göz önündədir: “Protoulduzun sıxılması yavaşıyanda belə,
temperatur, böyüməkdə davam edir; nəhayət, temperatur, hidro-
genin heliuma sintezi ilə nəticələnən istilik – nüvə reaksiyalarının
getməsi üçün lazım olan dərəcəyə çatır” (Hüseynov, 1997: 430).
Əslində şairi düşündürən bu sual – genişlənən Kainatın gələcək-
də sıxılma ilə əvəz olunacağı ehtimalı astronomiya alimlərini məş-
ğul edən məsələlərdən olsa da, modern dastanda Sempiternus ilk
dəfə Fridman tərəfindən irəli sürülən Genişlənən Kainat nəzəriyyə-
Osman Türkayın poetik irsi
126
sini nikbin yöndən izah edir; amma daha dəqiq cavab üçün prof.
Foton Mastrofotona üz tutmağı tövsiyə edir:
Kainatlar sisteminiz ortada
oturmuş bir durumdadır
ona bir şey olmaz
ansak genişler
ve ondan yeni sistemler doğar.
(Türkay, 1990: 300)
Beləliklə, əsərin sonuna doğru materialistlərin materiya yaran-
mır və yox olmur tezisini irəli sürərək “kainatın başlanğıcı” kimi
sualları mənasız hesab etmələri, idealistlərin isə bu möhtəşəm, də-
qiq, sirli və sehrli aləmlərin ilahi yaradıcısının mütləq mövcudlu-
ğunda israr etmələri kimi fərqli yanaşmasından sonuncusunu seçən
Türkay əsərinin qəhrəmanını uca Tanrının dərgahına, kainatların ən
yüksək nöqtəsinə aparır:
Şimdi burası
tüm kainatların
görülebileceği en yüksek nokta
yani
Kainatların Şafak Noktası.
(Türkay, 1990: 303)
Və Ostür Semperfidelis bu yüksəklikdən elə müdhiş bir gözəllik
və genişlik müşahidə edir ki, vəcdə gələrək “Tanrı”, “Tanrı” deyə
səslənir və yuxudan ayılır. Aşağıdakı misralar isə o Uca Varlığın di-
lindən səslənməkdədir:
Siz bir parçasınız bu kainatlarda, ben başka parça
Hepimiz birleşiriz, böylece varlık bütünlenir
Elmira Fikrətqızı
127
Bensiz siz bir anlam değilsiniz
Sizsiz benim varlığımı bilecek, düşünecek yok,
Öyleyse siz ve ben yaşayacağız sonsuzadek.
(Türkay, 1990: 303)
Sempiternusun Semperfidelisə Kainatın formasını göstərməsi
“Bhaqavad-Qita”nın XI fəslində nilufər gözlü Krişnanın kosmos
aləminin genişliyini, sonsuzluğun mahiyyətini Arcunaya anlatma-
sını xatırladır. (Bhakivedanta, 1991: 471)
Yuxudan ayılan Semperfidelis yanındakı qadının yox olduğunu
görür, onun yerindən məktub tapır. Yanındakılardan qadının hara
getdiyini soruşur, hamı o yerin boş olduğunu söyləyir, yalnız bir
buddist rahib orada fövqəladə iki parıltını gördüyünü deyir. Təbii
ki, Türkay əsərini yazan zaman NUO-lara dair materiallardan da is-
tifadə etmiş və özünü də onlardan biri saymışdır:
Uyuyorum artık, bu dünya benim olmasa da
Yine onun bağrındayım, belli ki soluduğum onun havası
…Kanım bile laciverttir, bir okyanus sonsuzluğu
belli ki bu mavi dünyalı olduğuma kanıt.
(Türkay, 1990: 258)
7 rəqəminə gəldikdə isə aydındır ki, bu, göyün 7 qatını simvoli-
zə edir və şair ən üst qatda Tanrıya ulaşır. “Əski türklərə görə, Gü-
nəşin, Ayın və ulduzların dolaşdığı ayrı göy qatları vardı. Lakin bir
ayrıca göy qatı vardı ki, Uca Tanrının o qatda qərar tutduğu düşü-
nülürdü” (Bəydili, 2003: 135 ).
O. Türkayın ikinci kitabında yer alan “Budaqları yer üzündə
ağac” (“Dalları Yeryüzünde Ağaç”) şeri də mifoloji qaynaqları ilə
diqqəti cəlb edir. Şairin rusiyalı tədqiqatçısı Ravil Buxarayev yazır:
“Türkay ona görə kosmos şairi deyildi ki, qədim yunan və Misir
miflərini bilirdi, onun poeziyasında həm də sələflərinin – Göy türk-
Osman Türkayın poetik irsi
128
lərin səmavi, ulduz mənşəli olması mifi də həll olunmuşdu, buna
görə də türk dili həmişə onun üçün səma dili olaraq qalıb” (Buxara-
yev, 2001: 3). Şeirlərindən birində: “ dinim ışık dini, yurdum gök
boşluğu ve bütün evren”, - deyə yazan Türkayın bu bəyanatını həm
kosmopolit, həm də milli-genetik mənada başa düşmək mümkün-
dür. Fikrin daşıdığı ilk məna aydındır, ikinci məna isə türk kosmo-
qonik mifi ilə bağlıdır. “Göy boşluğu” deyimi ilə türk mifologiya-
sında Göy türklərə məxsus məkan, “işıq” ifadəsi ilə isə yaranış ak-
tında Göydən süzülən mavi işıq nəzərdə tutulur. “Budaqları yer
üzündə ağac” şerinin ideya qaynaqları isə uyğurların ağacdan tö-
rəniş və Oğuz Kağanın ikinci xanımının bir göl ortasında ağac ko-
ğuşunda olması barədə mifoloji mətnlərə qədər uzanır. Türkay üçün
kosmos təkcə XX əsrdə insanın qədəm basa bildiyi məkan yox,
həmçinin Göy Tanrının ulu səltənətinin simvoludur. O, artıq bu gün
elm tərəfindən bəzi hallarda təsdiq edilən Yer planetində insanın
mənşəyinin digər qalaktikalara bağlılığı ehtimalını mifologiyaya
əsaslanaraq həqiqət kimi qəbul edir və ingilis təbiətşünası Ç.Darvin
tərəfindən irəli sürülən, üzvi aləmin tədriclə, təbii seçmə nəticəsin-
də yaranmasına dayanan təkamül nəzəriyyəsinə qarşı çıxır:
Ben kökümü arıyorum karanlık, sık bir ormanda
Nerdesin ilk insan ağacı?
Suların dibindeyim akıntılı açık denizlerde
Balıklar, ilkel yaşam hücreleri, fosiller konuşmaz bana
Hala karanlıklarımda Afrika, uzaklarımda proconsul
Yanlış eleştirdin gövdemi Bay Darwin.
(Türkay, 1969: 6)
İnkişafda nəbatat, heyvanat və insan pillələrini rədd edən Türkay
soykökünü Həyat Ağacının bitdiyi meşədə axtarır. Mifoloji mətn-
lərdən məlumdur ki, yalnız “Oğuz Kağan” dastanında deyil, bir çox
miflərdə, o cümlədən “Er Sogotoh” və “Dədə Qorqud” dastanların-
da ağacdan törəmə motivinə rast gəlirik.
Dostları ilə paylaş: |