Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə34/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   30   31   32   33   34   35   36   37   ...   71

Elmira Fikrətqızı 
 
111
O, Qərb dünyasının – Günbatanın insanı intihar səviyyəsinə gəti-
rən bir çox problemlərindən ölməkdənsə, üzünü Şərqə çevirərək, 
burada rahat can verməni daha üstün tutur: 
 
Dedim: Keşke ölebilseydim altın döşeğinde tanyerinin 
Ölüm yan gele rahat bir mutluluktur  
Yiten yıldızların izinde  
Çünki ne zaman uzansam iki açık deniz arasına 
Yüreğim büyür, bir ulu kaya olur: Tıpkı Asya!  
(Türkay, 1990: 176) 
 
Bu dünyada (Qərb nəzərdə tutulur) hər şey xaosdan xəbər verir. 
İlk kitabında texnikanı mədh edən Türkay son kitabında onun bəşə-
riyyətə vurduğu zərərləri görərək, başını götürüb Şərqin kimsəsiz
yoxsul, ancaq heç olmasa Tanrıya inamını saxlayan səhralarına qaç-
maq istəyir. 
“Ölümü bir dar ağacında sonsuzlaşan”  şerində  də eyni motivlər 
müşahidə olunur. Hədsiz sənayeləşmə, ailə münasibətlərində aşınma 
və cinslərin “sevgi davranışlarında” sərhədsizlik, özgələşmə, laqeyd-
lik və s. məsələlər zehniyyəti  Şərqin mənəvi-mədəni dəyərləri üzrə 
formalaşmış şairin “həzm edə bilmədiyi” şeylərə çevrilir. Lakin Şərq 
göylərində də şimşəklər çaxmaqda, dar ağacları qurulmaqdadır... 
O. Türkayın “Hər gecə bu sularda” şerində  də  gələcək “Qiya-
mət”in real mənzərələri yer almaqdadır. Yaşadığı çağdan xeyli irəli 
zamanlara yönələn şairin üzərinə nüvə başlıqlı raketlər şığıyır və:  
 
 İşte o an beni konuşan sularda kıyamet kopar… 
Kentin sokaklarında gölge olan Kim? 
Dünyamız nereye göçmüş, bu yer bizim gezegenimiz değil, 
Bu canlı yaratık hangi ateşten kopmuş? 
Kadını kadın, çocuğu çocuk degil! 
Sorarım yaşlı sulara ben neydim    
Tanıtır kendini tüplerde satılan döl!  
(Türkay, 1990: 180) 


Osman Türkayın poetik irsi 
 
 
112
- deyərək bu mənzərələrdən dəhşətə  gələn Türkay küçələrdə qatil-
ləri humanist, oğruları  ləyaqət mücəssəməsi kimi gördükdə özün-
dən  şübhələnir və fikirləşir ki, bəlkə, Vyetnamı da mən bombard-
man etmişəm?..  
Buna baxmayaraq, o, üzərinə götürdüyü müqəddəs vəzifəni ye-
rinə yetirərək və  ədəbiyyatın tərbiyəedici rolunu unutmayaraq, in-
sanların beyinlərində köklü dəyişikliklər yaratmaq qərarından  əl 
çəkməyəcəyini deyir: 
 
Bense beyin düzeninizi değiştirmekteyim 
Yaşatmak istiyorsak, yeni bir ad bulmalıyız 
Tanrıya, insana, Evrene! 
 (Türkay, 1990: 181) 
 
“Çağdaş insan üstünə çeşidləmələr”  əsəri də müasir insan haq-
qında maraqlı təqdimatları ilə diqqəti cəlb edir. Birinci hissədə föv-
qəladə bir insanla, daha doğrusu, yad planetli ilə mükaliməyə girən 
Türkay ondan insanlar arasında qardaşlıq, dostluq, sevgi barəsində 
soruşduqda sükutdan başqa heç nə eşitmir: 
...Bu bir evren diliydi, duyduğumu 
Annem konuşsaydı, bu kadar anlamazdım  
Aradım o sözlerde sizi, siz neredesiniz yeni çağ insanları? 
Sevgi nerede, yürek tellerine vuran çelik duyarlık? 
Ben sustum, gökyüzü çınladı sessizliğinizden...  
(Türkay, 1975: 20) 
İkinci hissədə isə bu cür dialoqu hər gün yaşadığı nağıl dünyası 
adlandıran  şair müasir insanın həyatından digər gerçəkləri qələmə 
alır: 
Nüfus patlamaları, nükleer savaş, silahlanma yarışı 
Hava-su kirlenmesi, azar-azar zehir 
Hep bugünün gerekleri, hep bu günün gerçekleri.  
(Türkay, 1975: 22) 
 


Elmira Fikrətqızı 
 
113
Şair müasir dünyanın hər növ problemlərinin kökünü müəyyən 
dərəcədə də elmlə, Eynşteyn, Freyd, Marks kimi filosofların təlim-
ləri ilə bağlayır. Xüsusilə freydizmin mənəviyyat sahəsində açdığı 
boşluq çağdaş insanın bütün dəyər sistemlərini öldürmüş  və dep-
ressiyalar, intiharlar dünyanı başına götürmüşdür. Bəşər tarixi nəin-
ki qızıl, gümüş dövrlərini, hətta adi yaşam tərzini də itirərək qaran-
lıq sonsuzluğun qoynuna gömülmüşdür. 
Bir çox mifoloji mətnlərdə  bəşəriyyətin “uşaqlıq” və ya qızıl 
dövrü haqqında məlumatlar vardır. Bu aspektdən yunan mifologiya-
sında itmiş ölkə hesab olunan Atlantislə bağlı  rəvayətlər diqqəti 
cəlb edir. Əslində bu mifin yaradıcısı Platon hesab olunur. Onun 
“Timaios” və “Kritias” dialoqlarında utopik bir ölkədən bəhs edilir. 
Yunan allahlarından Poseidona məxsus olan bu ölkə yüksək sivili-
zasiyaya malik olmuş, lakin zəlzələ  nəticəsində tamamilə yoxa 
çıxaraq insanlıq tarixində itmiş səadət simvoluna çevrilmişdir. Os-
man Türkayın “Açıq dənizlər ağısı” adlı üç hissəli əsəri pərakəndə
soyuq beton rəngli və ölü üzlü dünyadan qeyb olan nizamlı və bərə-
kətli aləmə həsrət hissi ilə yazılmışdır. 
Kosmos şairi, təbii ki, özünəməxsus şəkildə yoxa çıxmış ölkənin 
insanlarını göy övladları hesab etməkdədir: 
 
Hep benim başka dünyalarımın en güzel insanları 
Oralarda gök daha mavi 
 
Kadınlar kristal avizelerde hem nasıl daha bir ince aydınlık, 
Mor bir özleyişte düştükçe sulara pembemsi saçları.  
(Türkay, 1975: 11) 
 
O.Türkayın mifologiya və məhv edilmiş şəhər haqqında daha bir 
əsəri “Sodom-Homorra” adlanır.  Şerin mövzusu müqəddəs kitab-
lardan götürülür. “İncil”in “Müqəddəs Həvari Peterin ikinci mək-
tubu” adlanan hissəsinin ikinci fəslində Allahın qoyduğu yoldan 
çıxıb əxlaqsızlığı və bir çox günah işləri ilə məşhur olan şəhərlərin 


Osman Türkayın poetik irsi 
 
 
114
– Sodom və Homorranın sakinlərindən bəhs edilir: “Sodom və Ho-
morra  şəhərlərini də kül halına gətirərək, yerlə yeksan olmağa 
məhkum etdi və allahsızların başına gələcək  şeyləri göstərən bir 
ibrət verdi” (“İncil”, 1991: 366). Rəvayətə görə, məhv edilmiş 
şəhərdən yalnız İbrahim peyğəmbərin qardaşı oğlu Lut qaçıb xilas 
ola bilmişdir. O.Türkayın əsərində mifik deyil, kosmos dövrü inşa-
nının günah əməllərindən söhbət açılmışdır. Yeni insan nəsli ya-
ratmaq üçün Yer üzünə enən kosmos adamlarının bu təşəbbüsləri, 
təəssüf ki, uğursuzluqla nəticələnmişdir. Başqa sözlə desək, “Göy-
lər”in kamil insan yaratmaq cəhdi baş tutmamışdır. İçindəki şeytan 
və ondan qaynaqlanan ehtiras insanın məhvini yaxınlaşdırmışdır: 
 
Kızıl bir buluta büründü yeryüzüne düşen gölgeleri 
Bastılar çölün kumuna, kulakları kendi gezegenlerinde 
Bir yeni dünya yaratacaklardı, yeni insan soylarını 
Lut gölünde buğudur kösnü 
Bilim, insan usu, tutku, hınç, üstünlük duygusu 
Gelgeç isteklerde yıkımla şeytanca ışın.  
(Türkay, 1975: 31) 
 
Mifoloji mənbələrdə qeyd edildiyinə (Mifoloqiçeskiy, 1991: 
505) görə, bu əhvalat nə vaxtsa Ölü dəniz sahilində baş vermiş bəd-
bəxtliyi simvollaşdırır və Türkayın bu motivə müraciətindən məq-
sədi real dünyada baş alıb gedən günahları bir daha nəzərə çarp-
dırmaq, yalnız bir şəhəri deyil, bütün dünyamızı dəhşətli cəza göz-
lədiyini söyləməkdir: 
 
Bilimden hangi gizlerimizi saklayacağız 
Neyi vereceğiz, vere-vere neyimiz kaldı? 
Eger insansak, yakalanıp iki kıskaç arasına 
Durup erkekçe bir sabah tan atarken öleceğiz. 
 (Türkay, 1975: 31) 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə