Elmira Fikrətqızı
121
gah “quşun yolu”, gah başqa dünyaya aparan ruhun yolu, gah da
Yerin Kosmosa bağlandığı kəndir kimi izah edilir (Mifoloqiçeskiy
slovar, 1990: 659).
Göy əski türk düşüncəsində Tanrının simvolu idi (Bəydili, 2003:
134). O. Türkay isə kosmosa “Ana” deyə müraciət edir, daha doğ-
rusu, bu mənada kosmos “Ana Göy” anlayışından daha həcmli an-
lam kəsb edir:
Kucağına yaslanmamın nedenini sen anlat ey Kozmik Ana
… Bizi sen yarattın ateşten, sudan
Sen büyüttün emzirerek sütünü sonsuz aydınlıkların.
(Türkay, 1990: 236)
Şair səma cisimlərinin kainatdakı daimi hərəkətini atomların
(molekulların) yerdəyişməsinə bənzədir və bunu Tanrısal simfoniya
adlandırır.
Əgər Ağ Yol Kosmik Ananın üzünün bir cizgisidirsə, şair XX
əsrdə kosmosa uçan yolçuların digər gizli və sirli obyektləri də aş-
kara çıxaracağına əmindir.
Bəzi misralarda Allahın məkansızlığı və Yerdə, Göydə, hər bir
varlıqda olması fikri Türkay tərəfindən kosmos üzərinə köçürülür:
Kimse onu görmedi, göremedi, düşündü kavrayamadı
Çözmek ne demek gökyüzünün
En güzel gözlerinin derinliği
Bilimin saltık gücü, sanatın büyüsü.
(Türkay, 1990: 246)
Hələ ki, elmin mütləq qüdrəti kainati tam fəth edə, sənətin qüd-
rəti isə Tanrının varlığını açıqlaya bilmir, Allahın və Kainatlar sis-
teminin məkan və zamanca sonsuzluğu dərketmə prosesini çətinləş-
dirir.
Dastanın X bölümündə Semperfidelis yanındakı teyf qadının
əlini əlinə alaraq yuxuya gedir və bir-birinin ardınca yeddi düş (yu-
Osman Türkayın poetik irsi
122
xu) görür. Təbii ki, yeddi sayı burada öz müqəddəsliyini saxlayır və
onun nəyi ifadə etdiyini irəlidə müəyyənləşdirəcəyik.
“Üçüncü düş”də Türkay yenidən mifologiyaya müraciət edir. Bu
mərhələdə o, göy daşından yonulmuş Buddanı, kosmosdan yer üzü-
nə enən Brəhməni görür. Müəllifin Hind mifoloji obrazlarına üz tut-
masının səbəbi isə özünün verdiyi açıqlamada şərhini tapır: “Uzay
çağı şiiri yazmak kolay değildir. Kişinin kendine göre felsefesi, kül-
türü, sanat gücü, yaratıcılığı olması gerekir. Hintliler bu yönde en
başarılılar. Çünkü Hintliler mitolojilerinde Tanrıları uzaydan gelen
yolcular olarak algılamışlır, kısaca sanatları ve edebiyatları gırtlağa
kadar mistisizmin içine gömülmüş durumdadır.” (Yalçın, 1998: 58)
Dastanda deyilir ki, 4 milyard 300 milyon dünya ilinə bərabər za-
manı bir gün içində gerçəkləşdirərək öz planetinə dönən ilk kəşfçi-
nin yaddaşını araşdıran zaman Himalaya və 420.000 yüksəklikdən
axan Qanq çayına təsadüf edilir. Dini kitablarda, o cümlədən “Qu-
rani-Kərim”də (1993: 31;10) suyun səmadan endirilməsinə dair mə-
lumatlar vardır.
Gördüğüm düş kendini tanımladı
Hint göklerinde gizemli ilk uzay adamları.
(Türkay, 1990: 263)
“Mahabharata və Ramayana” dastanından yaxşı tanıdığımız
Yudhiştiranın da adı çəkilən bu röyada, Adəm və Həvvadan da bəhs
edilir. Onlar Yer üzündə Göydən – Tanrının dərgahından qovulmuş
ilk insandırlar:
Gizlenen öyküdür fısıldanan kulaklarıma
Adem ile Havva kuş oldu kondu hurmalara
Hindistan cevizinde, ağaçta yaprak.
(Türkay, 1990: 263)
Elmira Fikrətqızı
123
“Yeddinci düş”də şimşək çaxır və buluda oxşar işıq görünür.
Burada təsvir edilən rənglər işığın spektrlərini, diskə bənzər kosmik
nəqliyyat isə Qalaktikanın kürəvi ulduz topaları sistemi ilə birlikdə
sxematik təsvirini yada salır. Bu görüntüdən vəcdə gələn Semper-
fidelis işığı özünün təbii kitabı (“doğal kitabım”) adlandırır və çox
ehtimal ki, bununla da türkün işıqla bağlı mifoloji mətnlərinə işarə
edir:
Sordum gökyüzünü örten karanlıklara
Ve yıldızlara: Işık sen nesin
Işık sen neredesin? Açıkla kimliğini
Işık benim ışığım, en doğal kitabım.
(Türkay, 1990: 272)
Röyasının bu mərhələsində Ostür “ Sempiternus diye daima baki
kalan Kainat Ozanı” ilə qarşılaşır və Türkayın modern dastanındakı
bu obraz müəyyən cizgiləri ilə Dədə Qorqudu xatırladır. Dədə Qor-
qudun kamil bilici olması, gələcəkdən xəbərlər verməsi və ozanlığı
Sempiternus obrazının da xarakterik xüsusiyyətlərindəndir.
Semperfidelisin Kainatlar Ozanı ilə qarşılaşmasından öncə
NUO-lara oxşar məxluqların təsvirinin verilməsi də maraq doğurur.
Bu qeyri-adi varlıqlar ona Asiya nilufərini – lotosu təqdim edirlər,
Semperfidelis çiçəyin ağ südünü içdikcə yaddaşını itirir və diskdən
xortum kimi işıq uzanaraq onu içinə alır. Mistik varlıqlar onun qu-
lağına və yaxasına müəyyən cihazlar taxırlar ki, bir-birlərinin danış-
dıqlarını anlasınlar. Kainatlar Ozanının sarayına daxil olan Semper-
fidelis iki gənc qadınla rastlaşır və o, artıq yaddaşını itirib, bütün
kainatları özünə vətən saysa da, qızlardan birinin gözləri hafizəsin-
də “şimşəklər çaxdırır”.
Türkayın “ ışık soylarından yaratıklar” deyə vəsf etdiyi bu göy
varlıqlarının keçirdikləri ayinin təsviri də sinkretik təsəvvürün ifadə-
sidir. Ayinin sonunda ağ alovdan keçən ruhlar arınıb təmizlənirlər.
Bu ayinə qoşulan Ostür də yalnız kristal badədə mey (şurup-sirop)
Osman Türkayın poetik irsi
124
içib ağ alovda (“narı-beyza”) təmizləndikdən sonra Kainatlar Ozanı
Sempiternusla görüşməyə müvəffəq olur. Əsərdə təsəvvüfi görüş-
lərdə “nur” (işıq), “nar” (od), vüsala qovuşduran ilahi şərab və s. haq-
qındakı anlayışların açıq izləri görünməkdədir
26
. Lakin Ostürün
“təmizlənmə mərasimi”nin davamı olaraq ozan kürəyindəki önü ma-
vi, arxası siyah əbasını çıxarıb ona geyindirir və vücudu, fiziki varlığı
yanır, ruhu qalır. Müridə də müəyyən mərhələdən sonra mürşidi xir-
qə geyindirir. Türkayın islam mistisizmini dərindən bilməsi də əsərdə
yer alan motivlərdən aşkar görünür. Ostür əl bağlayıb Kainatlar
Ozanının hüzurunda dayanır. Saçları dağınıq bulud kütlələrinə bən-
zəyən və geniş mavi gözləri olan Sempiternus sarayın şərq və qərbin-
də dayanmış iki şahanə qadın heykəlindən hansını seçdiyini soruşur.
Cavab Kainatlar Şəfəqi olur. Ozan onu müxtəlif avtomatik cihazların
yerləşdiyi masasına aparır və düymələrə basaraq yeddi hissəli kristal
bir mexanizmi işə salır.
Beləliklə, Sempiternus Kainat Şəfəqini seçən Semperfidelisə
Metaqalaktikanın modelini göstərərək müəyyən izahatlar verir:
Bu gördüğün
bileşik kainatların bir modelidir
ana kainat ortada … ötekiler uyduları.
(Türkay, 1990: 294)
Qalaktikanın ulduzlar və müxtəlif peyklərinin mərkəz ətrafında
dövr etməsi məlum bir həqiqətdir. Türkay bunları “Tanrıya məxsus
bağça” adlandırır.
Müasir kosmoloji təsəvvürlərdə bu barədə yazılır: “Kosmik bir-
liyin ucqarlarında nazik mənəvi materiya yetişdirilməsi üzrə sıx
26
Bu barədə geniş məlumat üçün bax: Elmira Məmmədova. Çağdaş Kıbrıs türk şe-
rində vəhdəti-vücud nəzəriyyəsinin poetik ifadəsi (Osman Türkayın yaradıcılığı
əsasında). Şərq və Qərb: Ümumi Mənəvi Dəyərlər, Elmi-Mədəni Əlaqələr Beynəl-
xalq Sempoziumu, Azərbaycan Milli Elmlər Akademiyası-Oxford Universiteti,
Bakı, 10-13 oktyabr
Dostları ilə paylaş: |