Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə34/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
69
 
AŞ  Konvensiyasının  14-cü  maddəsinə  əsasən,  insan  alveri  qurbanlarına  “yaşayış  üçün  icazə”  almaq 
hüququ verilə bilər:  
 “1. Hər bir Tərəf aşağıdakı hallardan biri və yaxud hər ikisi mövcud olduğu təqdirdə, insan 
alveri qurbanlarına yaşayış üçün təzələnən icazə verməlidir: 
a)  müvafiq səlahiyyətli orqan insan alveri qurbanlarının vəziyyətini nəzərə alaraq onların ölkə 
ərazisində qalmalarını zəruri hesab etdikdə; 
b)  müvafiq səlahiyyətli orqan cinayətin istintaqı və mühakiməsi ilə bağlı aidiyyəti orqanlarla 
əməkdaşlıq etmələri baxımından onların ölkə ərazisində qalmalarını vacib hesab etdikdə.  
Yaşayış üçün icazə insan alveri qurbanına təyinat ölkənin ərazisində minimum və yenilənə bilən 
müddətdə qalmaq imkanını verəcəkdir. Dövlətlər yaşayış üçün icazənin verilməsində meyarlar təyin 
edə bilərlər.  
1-ci maddə - Yaşayış üçün icazələr, insan alveri qurbanları üçün mövcud olan müdafiə statusları və 
milli proqramlar – Norveç. 
 
(ii)  Xüsusi  tələblərə  hələ  də  cavab  verildiyi  halda  yenilənə  bilən,  lakin  daimi  yaşayış  icazəsi  üçün 
əsas yaratmayan 12 aya qədər məhdud yaşayış icazəsi (İmmiqrasiya Qanunu, 8 – 3-cü maddə).  
 
12  aya  qədər  məhdud  yaşayış  icazəsinin  verilməsi  (yuxarıda  (ii)  alternativ)  üçün  aşağıdakı 
meyarlardan  istifadə  olunur:  şəxsin  insan  alverinin  baş  verdiyi  mühitlə  bütün  əlaqələrini  kəsib-
kəsmədiyi,  şəxsin  insan  alveriçilərinə  qarşı  polisə  şikayət  edib-etmədiyi,  polisin  işi  araşdırıb-
araşdırmadığı və araşdırma və ya cinayət prosesi üçün şəxsin ölkədə olmasının polis və ya ittiham 
orqanı  tərəfindən  zəruri  hesab  edilib-edilmədiyi.  Polis  şəxs  tərəfindən  verilən  informasiyanı 
araşdırmalıdır. 
Avropa  Miqrasiya  Şəbəkəsi,  Beynəlxalq  müdafiə  və  məcburi  qaytarılma  prosedurlarında  insan 
alveri qurbanlarının müəyyənləşdirilməsi, 2014-cü il. 
 
Beynəlxalq  standartlara  əsasən,  insan  alverinin  bütün  qurbanları  həm  təyinat  ölkəsində,  həm  də 
qayıtdıqdan  sonra  öz  ölkələrində  geniş  yardım  və  müdafiə  xidmətlərinə  eyni  çıxış  imkanına  malik 
olmalıdırlar.  İnsan  alveri  qurbanının  ehtiyaclarını  ödəmək  və  rəftarı  fərdiləşdirmək  məqsədilə, 
cinayətin  növünü,  qurbanın  psixoloji  cəhətlərini  və  onun  sosial  mühitindəki  amilləri  nəzərə  almaq 
zəruridir.
130
 İnsan alveri qurbanlarının məruz qaldıqları bəzi ümumi məqamların və halların olduğunu 
qəbul edərək, təşkilatar qurbanların fərdiliyini qəbul etməli və buna hörmətlə yanaşmalı və mümkün 
qədər fərdiləşdirilmiş qayğı və yardım göstərməlidirlər.
 131
  
 
3.9 Uşaqlara yardım 
Aİ-nin  2011/36/EU  nömrəli  Direktivində  deyilir  ki,  uşaq  qurbanlar  üçün  yardım  və  dəstək 
tədbirlərində  onların  fiziki,  pcixoloji  və  sosial  bərpasına  və  dayanıqlı  həll  yollarına  diqqət 
yetirilməlidir. Direktivdə bundan əlavə insan alverinin müşayiətsiz uşaq qurbanlarına da ayrıca diqqət 
                                                            
130
 Kopik,  S.Simeunoviç-Patik,  B.  İnsan  alverinin  qurbanları,  red.  Vinterdik,  C.  və  İnsan  alveri,  beynəlxalq 
xüsusiyyətlərin, problemlərin və mürəkkəbliklərin araşdırılması 2012, səh.277.  
131
 BMqT İnsan alverinin qurbanları üçün birbaşa yardıma dair əyani vəsait2007-ci il, Ön söz X. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
70
 
yetirilir,  belə  ki,  onlar,  xüsusilə  müdafiəsiz  vəziyyətdə  olduqlarına  görə  səciyyəvi  olaraq  yardım  və 
dəstəyə ehtiyac duyurlar. Direktiv üzv-dövlətləri, xüsusi yardım, dəstək və müdafiə tədbirlərinin uşaq 
qurbanlar üçün əlçatan olmasını təmin etməyə çağırır. 
 
3.9.1 Qanuni qəyyumun təyin edilməsi 
AŞ Konvensiyasının “Qurbanların müəyyənləşdirilməsi” başlıqlı 10-cu maddəsində həmçinin deyilir:  
“[…]4.  Müşayiət  edilməyən  hər  hansı  uşağın  insan  alveri  qurbanı  olması  müəyyən  edildiyi 
andan hər bir Tərəf aşağıdakı tədbirləri həyata keçirir: 
a) uşağın onun mənafeyinə uyğun şəkildə çıxış edəcək qəyyum, təşkilat və ya səlahiyyətli orqan 
tərəfindən təmsil olunmasını təmin etmək; […]” 
Qanuni  qəyyum  konsepsiyası  bütün  dövlətlərdə  müəyyən  edilmir.  Lakin,  kimsə  qəyyum  təyin 
olunduqda,  o,  uşağın  ən  ümdə  vacib    maraqları  naminə  hərəkət  etməli  və  onun  maraqları  uşağın 
maraqları ilə ziddiyyət təşkil etməməlidir. AŞ Konvensiyasının 29-cu maddəsində deyilir ki, qəyyumlar 
xüsusi  təlim  keçməli,  onlara  öz  öhdəliklərinin  icrasında  peşəkar  dəstək  və  müvafiq  yardım 
göstərilməlidir.
 132
 
Aİ-nin  2011/36/EU  nömrəli  Direktivinin  “Uşaq  qurbanlara  yardım  və  dəstək”  başlıqlı  14-cü 
maddəsində həmçinin deyilir:  
“[…]  2.  Üzv  dövlətlər,  milli  qanunvericiliklə,  valideynlik  vəzifəsini  daşıyanların  özləri  və  uşaq 
qurban  arasında  maraqların  toqquşması  nəticəsində  onların  uşağın  ən  ümdə  marağını  təmin 
etmələri və uşaq qurbanı təmsil etmələri istisna edildiyi halda, uşaq qurban müvafiq orqanlar 
tərəfindən  müəyyənləşdirildiyi  andan  başlayaraq,  onun  üçün  qəyyum  və  ya  nümayəndə  təyin 
etməlidirlər”.  
Aİ-nin  2011/36/EU  nömrəli  Direktivinin  “Cinayət  araşdırmasında  və  proseslərində  insan  alveri 
qurbanlarının müdafiəsi” başlıqlı 12-ci maddəsində deyilir: 
 “2.  Üzv  dövlətlər,  qurbanların  müvafiq  ədalət  mühakiməsi  sahəsində  oynadığı  rola  uyğun 
olaraq, uşaq qurbanların, ləngiməyə yol verilmədən ödənişsiz hüquqi məsləhətlərin verilməsinə 
və ödənişsiz  hüquqi təmsilçiliyə çıxış imkanına, o cümlədən kifayət qədər maliyyə vəsaitlərinə 
malik  olmadıqları  halda,  kompensasiya  tələbetmə  məqsədilə  buna  malik  olmalarını  təmin 
etməlidirlər”. 
İnsan alveri hallarının aradan qaldırılmasına doğru Aİ Strategiyası (2012-ci il). 
Xüsusilə uşaq alveri ilə bağlı vəziyyət necə həll olunur?  
Strategiyada,  2011/36/EU  nömrəli  Direktivdə  olduğu  kimi,  qurbana  çevrilmə  və  yenidən  insan 
alverinə  məruz  qalma  hallarına,  o  cümlədən  yaşlı  insan  kimi  yaşayarkən  buna  qarşı  müdafiəsiz 
vəziyyətdə  olan  uşaqların  alverinin  qarşısının  alınmasının  vacibliyi  qeyd  olunur.  Bu  sənəddə  uşaq 
qurbanların  qəyyumlarının  və  /  və  ya  hüquqi  nümayəndələrinin  rolu  üzrə  ən  qabaqcıl  təcrübi 
modelin və uşaq müdafiə sistemləri üzrə rəhbər qaydaların işlənib hazırlanması təklif olunur. 
                                                            
132
 UNICEF 2006 İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.16. 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə