Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə42/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
86
 
 (d) mümkün olduqda və zərurət yarandıqda, uşaq qurbanla müsahibələrin eyni şəxslər 
tərəfindən aparılması; 
 (e) müsahibələrin sayının mümkün qədər məhdudlaşdırılması və müsahibələrin yalnız cinayət 
araşdırmalarının və proseslərinin məqsədləri üçün kəskin şəkildə zəruri olduqda aparılması; 
 (f)  həmin  şəxslə  bağlı  bunun  əksinə  əsaslandırılmış  qərar  qəbul  edilmədiyi  təqdirdə,  uşaq 
qurbanın nümayəndə və zərurət yarandıqda, uşağın seçimi ilə yaşlı insan tərəfindən müşayiət 
oluna bilməsi”. 
Cinayət  proseslərində  ən  yaxşı  dəlilləri  əldə  etməyə  nail  olma:  qurbanlarla  və  şahidlərlə  müsa-
hibələrin aparılması üzrə təlimat və xüsusi tədbirlərdən yararlanma üzrə təlimat. 
Cinayət  proseslərində  ən  yaxşı  dəlilləri  əldə  etməyə  nail  olma  uşaq  şahidlərlə  müsahibənin 
aparılması  üçün  təfsilatlı  şəkildə  tövsiyə  edilən  proseduru  təmin  edir.  Təlimat  şahidlə  ilkin  əlaqə, 
uşaqla  əlavə  olaraq  nə  vaxt  müsahibənin  aparıla  bilinməsi  üçün  razılığa  dair  praktiki  məsələləri  və 
azyaşlı  uşaqlarla,  əlil  uşaqlarla  və  psixoloji  pozğunluğu  olan  uşaqlarla  bağlı  nəzərdən  keçirilməli 
məsələləri əhatə edir.  
•  Yalnız  uşaqların  xüsusi  ehtiyacları  və  hüquqları  üzrə  təlim  keçmiş  heyət  üzvləri  potensial 
qurbanları dindirməlidirlər. Mümkün və zəruri olduqda, uşaqlar onlarla eyni cinsdən olan heyət 
üzvləri tərəfindən dindirilməlidir. 
•  Yaşa uyğun, mümkün olduqda oyuncaqların, kitabların və ya oyunların olduğu mühiti yaradın. 
•  İnsan alverinə məruz qalma ilə bağlı olmayan şeyləri etməklə və onlar barəsində danışmaqla xoş 
münasibətlər qurun (uşağa məlum olan şeylər haqqında danışın; oyunlar oynayın). 
•  Atmosferi sadə və qeyri-formal şəkildə saxlayın (dindirmə abı-havası yaratmayın və ya cavablara 
görə təzyiq etməyin). Uşaqlar oynayarkən onların yanında döşəmədə oturmağa çalışın; uşaqlarla 
onların gözünə baxaraq ünsiyyət qurun.  
•  Müvafiq və uşaqlara uyğun dildən istifadə edin (uşağın işlətdiyi ifadələri bilin). 
•  Hər  şeyi  uşaqların  asanlıqla  başa  düşəcəyi  tərzdə  izah  edin  (əyani  vəsaitlərdən  istifadəni 
nəzərdən keçirin). Suallar uşağın yaşına və onun əqli imkanlarına uyğunlaşdırılmalıdır. 
•  Müsahibəni  açıq  suallarla  başlayaraq  uşağa  öz  fikrini  bildirməyə  imkan  yaradın.  “Həmin  şəxs 
səninlə pis rəftar edirdi?” kimi yönəldici suallar verməyin və “Həmin şəxs nə edirdi?” kimi daha 
çox açıq suallardan istifadə edin. 
•  Uşağın bildiyi hər şeyi söylədiyi güman edildikdə, təfsilatları soruşmayın və təzyiq göstərməyin. 
Yaddan çıxarmayın ki, uşaqlar unuda bilərlər və ya müsahibə aparan şəxsə onun eşitmək istədiyi 
cavabı verə bilərlər. 
•  Müsahibələr,  mümkün  olduqda,  valideynin  iştirakı  ilə  aparılmalıdır.  Bu,  mümkün 
olmadıqda,təlim keçmiş psixolo və ya sosial işçi kimi hüquqi qəyyum iştirak edə bilər. 
•  Müsahibəni uşağı onun hər şeyi düz etdiyinə və o nə vaxtsa nəyisə demək istəsə, bunu 
müsahibə aparan şəxsə deyə biləcəyinə əmin edən şəkildə bitirin.  
Ədliyyə  Nazirliyi  (Birləşmiş  Krallıq)  2011  Cinayət  proseslərində  ən  yaxşı  dəlilləri  əldə  etməyə  nail 
olma:  qurbanlarla  və  şahidlərlə  müsahibələrin  aparılması  üzrə  təlimat  və  xüsusi  tədbirlərdən 
yararlanma üzrə təlimat. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
87
 
5. İnsan alveri ilə bağlı ittihamlar 
5.1 Prokurorların və hakimlərin rolu 
Prokurorlar  insan  alveri  hallarının  mürəkkəbliyini  başa  düşməli  və  insan  alveri  qurbanlarının  insan 
hüquqlarına  və  ləyaqətinə  hörmətlə  yanaşmalıdırlar.  Onlar  qanunvericiliyin  mürəkkəbliyini  nəzərə 
alaraq,  hansı  ittihamları  irəli  sürmək  məsələsi  ilə  üzləşirlər  və  məhkəmələrə  insan  alverinə  dair 
qanunvericiliyə xas olan anlayışlarla bağlı problemləri izah etməli olurlar. Onlar şahidlərin mühafizə 
olunması və fiziki və ya psixoloji problemlərdən əziyyət çəkən şahidlərin ifadə verə bilmək iqtidarında 
olmaları  üçün  işin  effektiv  şəkildə  idarə  olunmasını  təmin  edərək,  işi  qurur  və  məhkəmə  qarşısına 
çıxarır. 
Prokuror, cinayət prosesində qurbanın roluna dair məlumat verərək və işə dair onu yeniliklər barədə 
mütəmadi  məlumatlandıraraq,  bütün  proses  boyu  qurbanı  cəlb  etməlidir.  Prokuror  həmçinin 
şahidlərin ümumi hüquq sistemində dəlilləri vermək üçün məhkəmədə iştirak etməli olmasına və ya 
mülki  hüquq  sistemində  ilkin  dinləmələrdə  ifadə  vermək  üçün  dəlilləri  təqdim  etməli  olmasına 
baxmayaraq,  insan  alveri  faktını  müəyyənləşdirmək  üçün  mümkün  qədər  inandırıcı  dəlilləri  təmin 
etməlidir.  
Hakimlər  isə  hüquq  sistemindən  asılı  olaraq  fərqli  vəzifələr  daşıyırlar.  Mülki  hüquq  sistemi  olan 
dövlətdə inkvizitor sistem tətbiq olunur və hakimlər iş üzrə faktları müəyyənləşdirmək üçün onların 
qarşısında  işin  araşdırırlmasında  aktiv  şəkildə  iştirak  edirlər.  Ümumi  hüquq  sistemli  dövlətlərdə 
çəkişmə sistemindən istifadə olunur və hakim, ümumiyyətlə, müvafiq tərəflər arasında hakim və ya 
qərəzsiz  arbitr  kimi  çıxış  edərək,  proseslərin,  qanuna  uyğun  ədalətli  və  düzgün  tərzdə  aparılmasını 
təmin etmək üçün iştirak edir.  
 
5.2 Təhqiqat 
İnsan  alveri  hallarının  təhqiqatında  xeyli  mürəkkəbliklər,  o  cümlədən  çox  vaxtı  əməkdaşlıq  etmək 
iqtidarında  olmayan  və  ya  istəməyən  qurbanlarla  bağlı  müxtəlif  məsələlər  vardır.  Təhqiqat 
yanaşmalarının  uyğunlaşdırılmasını  zəruri  edən  ayrı-ayrı  problemlərin  və  yeni  çətinliklərin  olduğu 
dəyişkən  mühit  vardır.  Bütün  təhqiqatlarda  həmişə  qurbanın  insan  hüquqlarına  hörmətlə 
yanaşmaqla  qurbana  önəm  verilməsi  tələb  olunur.  Qurbanın  müdafiəsi  başlıca  məsələ  olmalıdır  və 
insan  alverinin  qurbanını  risk  altına  qoyan  heç  bir  yanaşma  tətbiq  olunmamalıdır.  Qurbanın 
müdafiəsinin kifayət qədər olmaması və ya məhdud olması və qurbanın öz təhlükəsizliyinin məhdud 
olmasından  və  ya  olmamasından  çəkinməsi  onların  davranışında  öz  əksini  tapa  bilər  və  sonrakı 
cinayət təqibi prosesində onların dəlilləri verib-verməməsinə və ya necə verməsinə təsir edə bilər.
156
 
Bütün  təhqiqatlar  müvafiq  dövlətin  qanunvericiliyindəki  hüquqi  tələblərə  uyğun  şəkildə  həyata 
keçirilməlidir.
 157
 Onlar davamlı şəkildə nəzərdən keçirilməli və təhqiqatın və / və ya cinayət təqibinin 
bütün  mərhələlərinin  nəticələrinin  qurban  üçün  hər  hansı  mənfi  nəticələr  və  ya  risklər  yaradıb-
yaratmayacağını müəyyən etmək üçün risk dəyərləndirmələri aparılmalıdır. Qurbanın təhlükəsizliyini 
və  sağlamlığını  təhlükə  altına  alan  risk  mövcud  olduqda,  bunun  aradan  qaldırılması  üçün  zəruri 
tədbirləri müəyyənləşdirməklə və irəli sürməklə həmin riski yüngülləşdirməyə çalışmaq kimi hüquqi 
vəzifə mövcuddur.  
 
                                                            
156
 NGO ASTRA 2012 Serbiyada məhkəmə mühakimələrinə dair araşdırma. 
157
 UNODC  2014  Mərkəzi  Asiyanın  hüquq-mühafizə  heyətləri  üçün  insan  alveri  və  miqrant  qaçaqmalçılığı  ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 51 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə