İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
92
BİQ-lər, onların yaradılması üçün hüquqi əsasın mövcud olması şərtilə, Aİ-yə üzv-dövlətlər və üçüncü
ölkələr və Aİ-dən kənar dövlətlər arasında təsis oluna bilər. Hüquqi əsas beynəlxalq hüquqi sənəd,
ikitərəfli saziş, çoxtərəfli saziş və ya milli qanunvericilik (məsələn, Cinayət Prosessual Məcəlləsinin
maddəsi (maddələri)) formasında ola bilər.
163
BİQ-lərin təsis edilməsi məsələsi adətən cinayətin
nisbətən ağır formalarını araşdırarkən nəzərdən keçirilir. Lakin, BİQ-in təsis olunmasını nəzərdən
keçirərkən, onun təsis olunması məsələsində cinayətin ağırlıq dərəcəsi və ya hər hansı digər
uyğunluq meyarlarına cavab vermə tələbinin olub-olmamasını müəyyənləşdirmək üçün milli
qanunvericiliyə və fəaliyyətlə bağlı qaydalara baxılmalıdır. BİQ-lər, eyni zamanda, daha kiçik
transsərhəd işlərin araşdırılmasında da faydalı ola bilər. Bunun səbəbi odur ki, BİQ hər hansı bir işdə
əməkdaşlığa şərait yarada və transsərhəd əməkdaşlıqda qarşılıqlı inam qurmaqla və təcrübəni təmin
etməklə gələcək BİQ-lər üçün özülü hazırlaya bilər.
164
BİQ-in üstünlükləri
1. Formal sorğulara ehtiyac olmadan BİQ üzvləri arasında informasiyanı birbaşa bölüşmə imkanı.
2. İstintaq tapşırıqlarına ehtiyac duymadan qrup üzvləri arasında birbaşa istintaq hərəkətlərinin
görülməsini sorğu etmək imkanı. Bu, həm də məcbuetmə tədbirləri üçün
sorğulara da şamil
edilir.
3. Müsahibələrdə dil maneəsinin dəf olunmasına kömək edərək,
əhatə olunan bütün
yurisdiksiyalarda evlərdə axtarışların aparılmasında, müsahibələrdə və sairədə iştirak etmək
imkanı.
4. Hadisə yerində səyləri əlaqələndirmək və xüsusi biliklərin qeyri-rəsmi mübadiləsi üçün imkan.
5. Müxtəlif yurisdiksiyalardan və işçi mühitlərdən olan təcrübi işçilər arasında qarşılıqlı inam
qurmaq və təşviq etmək imkanı.
6. BİQ optimal araşdırma və təqib strategiyalarını müəyyənləşdirmək üçün ən yaxşı platformanı
təmin edir.
7. Avropol və Avrocast (Avropa Ədliyyə Şəbəkəsi) üçün birbaşa dəstək və yardıma cəlb olunma
imkanı.
8. Aİ, Avrocast (Avropa Ədliyyə Şəbəkəsi) və ya Avropol tərəfindən mövcud
maliyyələşmə üçün
müraciət etmək imkanı.
9. BİQ-də iştirak idarəçilik barədə bilikləri artırır və beynəlxalq araşdırmaların aparılmasını
təkmilləşdirir.
Aİ Şurası, BİQ üzrə əyani vəsait. https://www.europol.europa.eu/sites/default/files/st15790-
re01.en11.pdf
5.3.3 Kibercinayətkarlıq
Kibercinayətkarlıq, müxtəlif cinayətkar əməlləri, o cümlədən insan alveri əməllərini törətmək üçün
İnternetin sürətindən, rahatlığından və müstəqilliyindən istifadə edən tədricən artan cinayətkarlarla
sürətlə inkişaf edən bir sahədir. Başa düşülən anonimlik və onlayn xidmətlərin kütləvi auditoriyası bu
163
Avropol, https://www.europol.europa.
eu/sites/default/files/st15790-re01.en11.pdf.
164
Aİ-nin Şurası, BİQ
üzrə əyani vəsait
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
93
ximdətlərin tədbirliliyini, həm də gəlirli olmasını artıraraq, ənənəvi polis üsullarından
istifadə etməklə
cinayətkarları müəyyənləşdirməyi çox çətin edir.
İnternet şəbəkələrdən, xəbər saytlarından və çat-saytlar vasitəsilə özəl və şifrələnmiş şəkildə
məlumat mübadiləsinə imkan yaradır. Sosial şəbəkələr axtarışa imkan verir. Qurbanların cəlb
olunması, onların xidmətləri barədə elanların verilməsi və qurbanlar və müştərilər arasında görüşlər
xüsusi vebsaytlar vasitəsilə təşkil olunur. İnternet sexsual materialların, o cümlədən uşaqların
təsirlərinin və seks-biznesi və “saxta” nigahları təşviq edən materialların istehsalına və
yayımlanmasına şərait yaradır. Ondan, həmçinin, maliyyə əməliyyatlarını və insan alveri cinayətində
iştirak edənlərə ödənişləri təşkil etmək üçün istifadə edilir.
5.4 Korrupsiya
Korrupsiyalaşmış məmurların cinayətkar dəstələrlə əlbirliyi və gizli sözləşməsi olmasaydı, insan alveri
baş verməzdi və yəqin ki, indiki həcmdə olmazdı.
165
Korrupsiya araşdırmalara, təqiblərə, cinayət və
mülki proseslərə əngəl törədə bilər. Korrupsiyalaşmış məmurlar ya birbaşa insan alveri prosesində
iştirak edir ya da bunlara göz yummaqla prosesin inkişaf etməsinə imkan yaradırlar. Onlar araşdırma
materiallarını yaya bilər və ya təqibdən yayınmaqda insan alverçilərinə kömək edə bilərlər.
UNTOC-un “Korrupsiyaya qarşı tədbirlər” başlıqlı 9-cu maddəsində deyilir:
“1. Bu Konvensiyanın 8-ci maddəsində göstərilmiş tədbirlərə əlavə olaraq hər bir iştirakçı-
dövlət vəzifəli şəxslər arasında korrupsiyanın aşkar edilməsi və qarşısının alınması və buna
görə həmin şəxslərin cəzalandırılması məqsədi ilə öz hüquqi sisteminə uyğun olaraq və tələb
olunan həcmdə qanunverici, inzibati və digər səmərəli tədbirlər görür”.
ATƏT-in hesabatına əsasən, “insan alveri və korrupsiya arasında çox güclü əlaqə vardır” və “insan
alveri
…
müəyyən qədər dövlət məmurlarının korrupsiyalaşması səbəbindən artır”.
166
İnsan alverçiləri
çox vaxt öz məqsədlərinə çatmaq üçün bir strategiya kimi korrupsiyadan istifadə edirlər. Polis,
gömrük və immiqrasiya xidməti əməkdaşlarının müəyyən gəlirlər müqabilində insan alverçilərinin öz
qanunsuz hərəkətlərini həyata keçirmələrinə imkan yaratdığı bir çox hallar olmuşdur.
167
Prokurorlar və hakimlər korrupsiya və hüquq-mühafizə əməkdaşlarının və dövlət məmurlarının
korrupsiyaya cəlb oluna bilmə ehtimalı barədə məlumatlı olmalıdırlar. Prokurorlar həmçinin
korrupsiyaya qarşı mübarizədə yardım göstərmək üçün imzalanmış beynəlxalq əməkdaşlıq sazişləri
və hər hansı digər ikitərəfli hökumətlərarası və ya idarələrarası müqavilə barədə məlumatlı
olmalıdırlar.
168
165
Holmes, L. 2009
İnsan alveri və korrupsiya: üçqat qurbana çevrilmə? red. Friesendorf, C. İnsan alveri
əleyhinə strategiyalar: təhlükəsizlik
sektorunun rolu, səh.84.
166
Eyni mənbə. səh.83.
167
Arsokova, C. və Canssens, S. 2009
İnsan alveri və polis: qabaqcıl və zəif təcrübələr. red. Friesendorf, C. İnsan
alveri əleyhinə strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.179.
168
25/04/2007-ci il tarixdə Müstəqil Dövlətlər Birliyi çərçivəsində korrupsiyaya qarşı mübarizədə MDB-yə üzv-
dövlətlərin baş prokurorluqları arasında əməkdaşlığa dair idarələrarası saziş imzalanmış və dərhal qüvvəyə
minmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan bu sənədi ayrıca qeyd-şətlə imzalamışdır.