Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə48/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
98
 
etmək üçün bir sıra təminatlardır. 
Müdafiəsiz  və  qorxudulmuş  şahidlər  üçün  mövcud  olan  xüsusi  tədbirlərə  məhkəmənin  razılığı  ilə 
aşağıdakılar aid edilir:  
  qoruyucu qat (müdafiəsiz və qorxudulmuş vəziyyətdə olan şahidlər üçün mövcuddur): qoruyucu 
qat şahidi müttəhimdən qorumaq üçün mövcud ola bilər;  
  canlı  əlaqə  (müdafiəsiz  və 
qorxudulmuş 
vəziyyətdə  şahidlər  üçün  mövcuddur):    canlı  əlaqə, 
şahidə,  təhqıqat,  istintaq,  məhkəmə  gedərkən  məhkəmədən  kənarda  məhkəmə  otağı  ilə  tele-
əlaqə vasitəsilə ifadə vermək imkanını verir. Şahid ya məhkəmə binasında, ya da məhkəmədən 
kənarda münasib bir yerdə yerləşdirilmiş ola bilər;   
  Təklikdə  verilən  ifadə  (bəzi  müdafiəsiz  və  qorxudulmuş  vəziyyətdə  olan  şahidlər  üçün 
mövcuddur):    cinsi  zəmində  törədilən  əməllər  və  ya  təqsirləndirilən  şəxsdən  başqa  kiminsə 
tərəfindən  qorxudulma  halları  olduqda  məhkəmənin  mülki  üzvlərindən  və  mətbuatdan 
(mətbuatı təmsil etmək üçün bir adı bəlli olan şəxs istisna olmaqla) təcrid olunma
  Videolentə  almaaqla  müsahibə  (müdafiəsiz  və  qorxudulmuş  vəziyyətdə  olan  şahidlər  üçün 
mövcuddur):  şahidin  əsas  dindirilmədə  alınmış  ifadəsi  kimi  məhkəmə  tərəfindən  qəbul  edilə 
bilən  məkəməyə  qədər  müdafiəsiz  və  ya  qorxudulmuş  vəziyyətdə  olan  şahidlə  videoyazısı  olan 
müsahibə. Kral (Dövlət) Məhkəməsində cinsi zəmində törədilən cinayətlərə görə mühakimələrdə 
yaşlı şikayətçilərlə videoyazısı olan müsahibə, ədalət mühakiməsinin maraqlarına zidd olmadıqda 
və  şikayətçinin  ifadəsinin  keyfiyyətini  artırdıqda,  müraciət  əsasında  avtomatik  olaraq  məqbul 
hesab ediləcəkdir;  
  vasitəçinin köməyi ilə şahidin dindirilməsi (müdafiəsiz vəziyyətdə olan şahidlər üçün mövcuddur): 
məhkəmədə ifadə verərkən şahidə yardım etmək üçün məhkəmə tərəfindən vasitəçi təyin oluna 
bilər.  Onlar  həmçinin  araşdırma  mərhələsində  ünsiyyətə  yardım  edə  bilərlər,  bu  cür  dəlillərin 
qəbul  edilməsi  üçün  əvvəlcədən  müraciət  olunur.  Vasitəçiyə,  şahid  və  dindirən  şəxs  tərəfindən 
başa düşülməsi zəruri olan sualları və  cavabları,   ifadənin  mahiyyətini dəyişməmək şərtilə, izah 
etmək imkanı verilir; 
  ünsiyyət  üçün  köməkçi  vasitələr  (müdafiəsiz  şahidlər  üçün  mövcuddur):  ünsiyyətin  məhkəmə 
tərəfindən müstəqil şəkildə yoxlanılmasının və başa düşülməsinin mümkün olması şərtilə, şahidə 
ötürücü  və  ya  tərcüməçi  vasitəsilə  yaxud  ünsiyyətə  yardım  və  ya  digər  üsullar  vasitəsilə  ifadə 
vermək imkanının yaradılmasında ünsiyyət üçün köməkçi vasitələrə icazə verə bilər.  
 
Cinayət Təqibi Xidməti (Birləşmiş Krallıq) 
http://www.cps.gov.uk/publications/research/cps_research_on_special_measures.pdf 
 
Məhkəmədən sonra 
Məhkəmə prosesləri başa çatdıqdan sonra hələ də qurbanlara münasibətdə müəyyən vəzifələr ola və 
davamlı  müdafiə  tədbirləri  tələb  oluna  bilər.  Qurbanlar  hələ  də  cinayətkarların  ailə  üzvləri  və  ya 
bəraət  aldıqda  cinayətkarın  özü  tərəfindən  risk  altında  ola  bilər.  Bu  risk  onların  tibbi,  maliyyə  və 
hüquqi yardımı da əhatə etməklə reinteqrasiyasına, ya da öz ölkələrinə repatriasiya olunmasınadək 
davam edə bilər.    
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
99
 
5.6 Uşaq qurbanların müdafiəsi 
Aİ  Komissiyası  Şurasının  2012/29/EU  nörməli  yeni  Çərçivə  Qərarına  əsasən,  uşaqlar  həmişə 
müdafiəsiz  hesab  edilirlər  və  terrorçuluq,  mütəşəkkil  cinayətkarlıq,  insan  alveri,  gender  zəminində 
zorakılıq  kimi  bəzi  kateqoriya  qurbanlara  ayrıca  diqqət  yetirilir.  Uşaq  qurbanlar  bu  Direktivdə 
müəyyən edilən hüquqlara tam malik olan şəxslər hesab edilməli və onlarla bu cür rəftar olunmalı və 
onlar bu hüquqlarından öz fikirlərini formalaşdırma imkanları nəzərə alınan şəkildə yararlana bilərlər.  
Cinayət prosesində əməkdaşlıq edən uşaq qurbanların müdafiəyə ehtiyacları var. Xüsusilə müdafiəsiz 
vəziyyətdə  olanlar  üçün  onların  vəziyyətinə  uyğunlaşdırılmış  xüsusi  rəftardan  yararlanmağa  imkan 
yaradılmalıdır.  Bu  hallarda  uşaq  qurbanlar  xüsusilə  müdafiəsiz  vəziyyətdə  olan  şəxslər  hesab 
edilməlidir.
 170
 
AŞ  Konvensiyasının  “İnsan  alveri  qurbanlarının,  şahidlərin  və  ədalət  mühakiməsi  orqanları  ilə 
əməkdaşlıq edən şəxslərin müdafiəsi” başlıqlı 28-ci maddəsində deyilir:  
“3.  Uşaq  alveri  qurbanı  xüsusi  mühafizə  tədbirləri  ilə  onun  mənafeyi  nəzərə  alınmaqla  təmin 
olunmalıdır”. 
Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolun 8-ci maddəsində 
deyilir:  
“1.  İştirakçı
-
dövlətlər  cinayət  mühakiməsinin  bütün  mərhələlərində,  bu  Protokolla  qadağan 
edilmiş  təcrübələrin  qurbanı  olan  uşaqların  hüquq  və  maraqlarının  müdafiə  edilməsi  üçün 
xüsusilə aşağıdakı yollarla lazımi tədbirlər görəcəklər: 
(a)  zərər  çəkmiş  uşaqların  həssas  olmasının  tanınması  və  onların  xüsusi  ehtiyaclarının,  o 
cümlədən onların şahid kimi xüsusi ehtiyaclarının tanınması prosedurlarının uyğunlaşdırılması; 
(b)  zərər  çəkmiş  uşaqların  onların  hüquqları,  onların  rolu,  işləri  üzrə  mühakimənin  məzmunu, 
müddəti və gedişi barədə məlumatlandırılması; 
(c)  şəxsi  maraqlarına  toxunulan  hallarda,  zərər  çəkmiş  uşaqların  fikirləri,  ehtiyacları  və 
problemləri  mühakimə  zamanı  milli  qanunvericiliyin  prosessual  normalarına  uyğun  olaraq 
təmsil edilməsi və baxılmasının təmin edilməsi
(d)  zərər  çəkmiş  uşaqlara  mühakimənin  bütün  mərhələlərində  lazımi  dəstəyin  verilməsi  üçün 
xidmət göstərilməsi; 
(e)  lazımi  hallarda,  zərər  çəkmiş  uşaqların  şəxsi  həyatının  qorunması  və  milli  qanunvericiliyə 
müvafiq  olaraq,  zərər  çəkmiş  uşağın  şəxsiyyətinin  müəyyən  edilməsinə  gətirib  çıxara  biləcək 
məlumatın arzuedilməz yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi
(f) lazımi hallarda zərər çəkmiş uşaqların və eləcə də, onların ailələrinin və onların adından çıxış 
edən şahidlərin hədə-qorxu və qisasdan müdafiəsinin təmin edilməsi; 
(g)  lazımi  hallarda  zərər  çəkmiş  uşaqlara  təzminat  verilməsini  nəzərdə  tutan  işlərə  dair 
qərarların  çıxarılması,  sərəncam  və  qətnamələrin  icrası  ilə  əlaqədar  həddən  artıq 
yubadılmaların yol verilməzliyi; 
                                                            
170
 FRA 2009 Avropa İttifaqında uşaq alveri. Problemlər, perspektivlər və qabaqcıl təcrübələr, səh.73 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə