Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə56/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
114
 
məhkəməsi  kimi  baxır.  Bu  məhkəmələr  Azərbaycan  Respublikasında  insan  alveri  ilə  bağlı  işlərə 
baxmaq səlahiyyətinə malikdir. 
Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəlləsi  2009-cu  ildə  qəbul  edilmiş  və  1  sentyabr 
2010-cu  ildə  qüvvəyə  minmişdir.  1-ci  maddə  “Azərbaycan  Respublikasının  İnzibati  Prosessual 
Məcəlləsinin  tətbiq  dairəsini”  təyin  edir.  1.1-ci  maddə  inzibati  hüquqi  münasibətlərlə  bağlı 
mübahisələr  üzərində  yurisdiksiya,  bu  mübahisələrə  məhkəmə  tərəfindən  baxılması  və  onların  həll 
edilməsi üzrə  prosessual prinsipləri və qaydaları müəyyənləşdirir. 2-ci maddə “inzibati mübahisələr 
üzərində yurisdiksiya” məsələləri ilə bağlıdır və 2.1-ci maddədə deyilir ki, “inzibati mübahisələrə dair 
işlərdə  məhkəmə  prosesi”,  qanunvericilikdə  başqa  yurisdiksiya  qaydaları  nəzərdə  tutulmamışdırsa,  
inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən aparılır. 
İnsan alveri 
UNTOC və BMT-nin İnsan Alverinə dair Protokolu cinayət hüquqi sənədlərdir və buna görə də insan 
alveri  ilə  bağlı  bütün  işlərə  inzibati  məhkəmələr  tərəfindən  deyil,  cinayət  məhkəməsi  tərəfindən 
baxılmalıdır.  İnsan  alveri  hallarının  ilk  əvvəldən  dəqiq  şəkildə  müəyyənləşdirilməsi  vacibdir,  belə  ki, 
bu, Cinayət Məcəlləsinin və Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tətbiqinə 
və işin Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılmasına imkan verəcəkdir. 
Azərbaycan  Respublikasında  məcburi  əmək  halları  əmək  qaydalarının  pozuntusu  kimi  təqib  olunur, 
ona  görə  ki,  onlar  insan  alverinin  anlayışı  çərçivəsində  cinayət  əməlləri  və  ya  istismar  forması  kimi 
qəbul  edilmir  yaxud  müəyyənləşdirilmir.  Bundan  sonra  dövlətin  işi  onlarla  əmək  qaydalarının 
pozuntusu ilə məşğul olmaqdan və işə İnzibati Məhkəmə tərəfindən baxılmasından ibarət olur. 
İnsan  alveri  halları  cinayət  əməlidir  və  onlara  Ağır  Cinayətlər  Məhkəməsi  tərəfindən  baxmalıdır. 
Aşağıdakı  halda  Ağır  Cinayətlər  Məhkəməsinin  baxılmalı  olacaqı  insan  alveri  ilə  bağlı  işin  bir  növü 
verilir.  
 
6.2.2 Təfsir 
Prokurorlar və hakimlər insan alveri hallarının məhdud təfsirini tətbiq eləməməlidirlər.
 194
 Onlar insan 
alverinin təyin olunan bütün vasitələrini (Bax, 2-ci Fəsil – vasitələr) və xüsusən də borc asılılığı və ya 
müdafiəsizlik  vəziyyətindən  sui-istifadəni  nəzərə  almalıdırlar.  İnsan  alveri  kimi  təyin  etmə  kəskin 
zorakılıq və ya hərəkət azadlığından məhrumedilmə ilə məhdudlaşmamalıdır.  
2013-cü  ildə  Azərbaycanın  Cinayət  Məcəlləsinin  144-1-ci  və  144-2-ci  maddələrinə  düzəliş  edilənə 
qədər Azərbaycan Respublikasında potensial qurbanları cəlb etmək üçün insan alverçiləri tərəfindən 
istifadə olunan vasitələr insan alverinin anlayışında onu təşkil edən ünsürlərdən biri kimi (bu vasitələr 
uşaqlara aid deyildir) tələb olunmurdu. 2013-cü ildə Cinayət Məcəlləsinin həm 144-1.1-ci maddəsinə 
və  144-2.1-ci  maddəsinə  (məcburi  əmək)  vasitələrin  siyahısı  əlavə  edilmişdir  və  indi  Cinayət 
Məcəlləsi beynəlxalq hüquqi sənədlərə, o cümlədən AŞ Konvensiyasına uyğundur. 
Milli  qanunvericilikdə  insan  alveri  ilə  mübarizədə  prokurorlar  və  hakimlər  tərəfindən  istifadə  oluna 
bilən  digər  hüquqi  sənədlər  də  vardır.  2013-cü  ilin  may  ayında  Cinayət  Məcəlləsinə  “İnsan  alveri 
məqsədi ilə sənədlərlə bağlı qanunsuz hərəkətlər” barədə 144-3-cü maddə əlavə edilmişdir. Bu, insan 
alveri  məqsədilə  törədildiyi  halda,  şəxsiyyəti  təsdiq  edən  sənədlə  bağlı  dələduzluğa  görə  cinayət 
məsuliyyətini müəyyən edir. 
                                                            
194
Azərbaycana səfər etdikdən sonra ATƏT-in insan alveri üzrə xüsusi nümayəndəsinin hesabatı, sentyabr 2012-
ci il 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
115
 
“İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər” adlı 144-3-cü maddədə deyilir: 
 “144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini 
təsdiq  edən  digər  sənədinin,  yaxud  yol  (sərhədkeçmə)  sənədinin  saxtalaşdırılması  bir  ildən  üç 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
144-3.2. İnsan alveri məqsədi ilə  insan  alverçisini və ya insan alveri qurbanını  saxta şəxsiyyət 
vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri 
ilə təminetmə bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
144-3.3. İnsan alveri məqsədi ilə  insan  alverçisini və ya insan alveri qurbanını  saxta şəxsiyyət 
vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri 
ilə  təmin  etmək  üçün  belə  sənədləri  əldəetmə  bir  ildən  üç  ilədək  müddətə  azadlıqdan 
məhrumetmə ilə cəzalandırılır. 
144-3.4.  İnsan  alveri  məqsədi  ilə  hər  hansı  bir  şəxsin  şəxsiyyət  vəsiqəsini,  pasportunu  və  ya 
şəxsiyyətini  təsdiq  edən  digər  sənədini,  yaxud  yol  (sərhədkeçmə)  sənədini  götürmə,  saxlama, 
gizlətmə, zədələmə və ya məhvetmə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə 
cəzalandırılır”. 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununa  25-ci  maddə  əlavə 
edilmişdir.  Bu,  AŞ  Konvensiyasına  uyğundur  və  əməyin  istismarı  məqsədilə  insan  alveri  ilə 
mübarizəyə  kömək  edə  bilər.  Bu  qanun,  cinayət  əməllərinə,  o  cümlədən  insan  alveri  ilə  bağlı 
əməllərə görə hüquqi şəxslərin məsuliyyətini nəzərdə tutur. 
25-ci maddə. İnsan alverinə görə hüquqi şəxslərin məsuliyyəti: 
 “25.1.Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  hüquqi  şəxs  (onun  filialı, 
nümayəndəliyi)  insan  alveri  ilə  əlaqəsinə  görə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər.  
25.2.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  insan  alveri  ilə  əlaqəsi 
müəyyən edilmiş hüquqi şəxs ləğv edilərkən, ona mənsub olan vəsait insan alveri qurbanlarına 
kömək fondunun hesabına keçirilir”.  
Cinayət  Məcəlləsində  insan  alveri  ilə  bağlı  olan  və  insan  alveri  hesab  edilən  əməlləri  təqib  etmək 
üçün istifadə edilən bir sıra müddəalar vardır. 
Cinayət Məcəlləsinin müddəaları. 
137-ci maddə. İnsan orqanlarının çıxarılmasına məcburetmə.  
151-ci maddə. Seksual xarakterli hərəkətlərə məcburetmə.  
171-ci maddə. Yetkinlik yaşına çatmayanları fahişəliyə cəlbetmə 
242-ci maddə. Pornoqrafik materialları qanunsuz yayma. 
243-cümaddə.Fahişəliyə cəlbetmə. 
244-cü maddə. Əxlaqsızlıq yuvaları saxlama. 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə