Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə54/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
110
 
Cinayətin  qurbanlarına  kompensasiya  ilə  bağlı  Aİ  Şurasının  2004/80/EC  nömrəli  29  aprel  2004-cü  il 
tarixli  Direktivi  Aİ-yə  üzv  olan  bütün  dövlətlərin  cinayətin  qurbanlarına,  o  cümlədən  insan  alveri 
qurbanlarına  müvafiq  kompensasiyanın  ödənilməsinə  zəmanət  verən  milli  sistemə  malik  olmalarını 
təmin  edir.  Direktiv  həmçinin  kompensasiyanın  asan  şəkildə  əlçatan  olmasını  təmin  edir.  Müvafiq 
olaraq, üzv-dövlətlər müvafiq milli orqanlar arasında əməkdaşlıq üçün milli sistemlər yaratmalıdırlar. 
İnsan alverçisindən və dövlətdən kompensasiya almaq hüququ bəzi siyasi baxımdan öhdəlik yaradan 
(və ya “yumşaq hüquq”) sənədlər, ən vacibi isə Cinayət və Səlahiyyətdən Sui-İstifadənin Qurbanları 
üçün Ədalət Mühakiməsinin Əsas Prinsiplərinə dair Bəyannamə və Aİ Şurasının Cinayət Qurbanlarına 
Kompensasiyaya dair Direktivi kimi Avropa qanunları ilə dəstəklənir.
 181
 
Beynəlxalq  standartlarda  da  belə  bir  prinsip  inkişaf  etdirilmişdir  ki,  istismar  əməlləri  ilə  insan 
alverçiləri tərəfindən əldə olunmuş gəlirlər fərdi və ya kollektiv şəkildə insan alverinə məruz qalmış 
şəxslərin  xeyrinə  istifadə  edilməlidir.  Beynəlxalq  səviyyədə  siyasi  baxımdan  öhdəlik  yaradan  rəhbər 
qaydalarda  da  insan  alverinə  məruz  qalmış  şəxslərə  kompensasiya  ödənilməsi  üçün  bərpa  edilmiş 
vəsaitlər fondunu yaratmaq öhdəliyi tətbiq olunur.
182
 
 
 
5.13.1 Uşaq qurbanlar üçün kompensasiya  
AŞ Konvensiyasının “Kompensasiya və məhkəmə təzminatı” başlıqlı 15-ci maddəsində deyilir:  
“3.  Hər  bir  Tərəf  öz  daxili  qanunvericiliyində  insan  alveri  qurbanlarının  cinayəti  törətmiş 
şəxslərdən kompensasiya almaq hüququnu təmin etməlidir”. 
Dövlətlər  uşaq  qurbanların  ya  dövlətdən  ya  da  insan  alverçisindən,  yaxud  da  hər  ikisindən 
kompensasiya  almaq  üçün  zəruri  prosedurlara  çıxış  imkanını  təmin  etmək  vəzifəsini  daşıyırlar.Uşaq 
qurbanlar  kompensasiya  tələb  etmək  hüququna  malikdirlər  və  onlara  hər  hansı  bir  iddianın 
qaldırılmasında  hüquqi  yardım  göstərilməlidir.  Uşaq  qurbanlar  onların  immiqrasiya  statuslarına, 
gördükləri  işin  qanuni  və  ya  qanunsuz  olmasına  və  ya  onların  hüquq-mühafizə  və  ya  məhkəmə 
orqanları  ilə  əməkdaşlıq  edib-etməmələrinə  baxmayaraq  təzminat  almalıdırlar.  Tam  və  effektiv 
təzminat  ziyana  görə  kompensasiyanı,  bərpa  və  yenidən  ödəniş,  o  cümlədən  ödənilməmiş  əmək 
haqları, reabilitasiya, məmnunluq və təkrarlanmama üçün zəmanətləri əhatə edə bilər.
 183
  
                                                            
181
 ATƏT  /  DTİHO,  2008  ATƏT  Regionunda  İnsan  alverinə  məruz  qalan  və  istismar  edilən  şəxslər  üçün 
kompensasiya, səh.20.  
182
 Eyni mənbə, səh.21. 
183
 UNICEF 2006 İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.34. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
111
 
6. Milli hüquqi çərçivə - hüquq vasitələri 
 
Bu  fəsildə  insan  alverinin  milli  hüquqi  anlayışları  və  onların  beynəlxalq  anlayışlarla  necə 
əlaqələndirilməsi  nəzərdən  keçirilir.  Milli  qanunvericilikdə  anlayış  verilən  insan  alverinin  müxtəlif 
formaları  və  istismarın  növləri  müəyyənləşdirilir  və  izah  olunur.  Miqrant  qaçaqmalçılığının  da  milli 
səviyyədə anlayışı müəyyənləşdirilir və izah olunur. 
Azərbaycan  Respublikası  UNTOC  və  ona  əlavə  Protokolları  13  may  2003-cü  il  tarixdə,  AŞ 
Konvensiyasını  isə  2010-cu  ildə  ratifikasiya  etmişdir.  ATƏT-ə  üzv-dövlət  kimi  (o,  1992-ci  ilin 
yanvarında bu təşkilata qoşulmuşdur), Azərbaycan Respublikası insan alveri və məcburi əməklə bağlı 
Təşkilat  tərəfindən  qəbul  edilmiş  siyasi  öhdəlikləri  yerinə  yetirməyə  razılıq  vermişdir.  Xüsusilə  də, 
ATƏT-ə üzv ola bütün dövlətlər konsensus yolu ilə razılığa gəlmişlər ki, ATƏT-in İnsan Alverinə Qarşı 
Mübarizə üzrə Fəaliyyət Planının
184
 yerinə yetirilməsi hərtərəfli şəkildə regional təhlükəsizliyin təmin 
olunmasına müsbət təsir göstərəcəkdir.
 185
 
Azərbaycan  Respublikası  MDB-nin  üzvüdür.  MDB-nin  Nizamnaməsinə  əsasən,  Birliyin  ali  orqanı, 
onların  ümumi  maraqları  sahəsində  üzv-dövlətlərin  fəaliyyəti  ilə  bağlı  əsas  məsələləri  müzakirə  və 
həll  edən  Dövlət  Başçılarının  Şurasıdır.  Dövlət  Başçılarının  Şurası  qanunsuz  miqrasiya  ilə  mübarizə 
aparmaq üçün üzv-dövlətlərin 2015 – 2019-ci illəri əhatə edən əməkdaşlıq proqramını və insan alveri 
ilə  mübarizə  aparmaq  üçün  MDB-yə  üzv-dövlətlər  arasında  əməkdaşlıq  konsepsiyasını  qəbul 
etmişdir.
 186
 
4  aprel  2014-cü  il  tarixdə
187
 Milli  Əlaqələndirici  parlamentə  il  ərzində  insan  alveri  əleyhinə  görülən 
tədbirlər və üçüncü Milli Fəaliyyət Planının (MFP) hazırlanması və qəbul edilməsi, habelə ikinci MFP-
nin  nəticələri  barədə  məlumat  vermişdir.  Milli  Əlaqələndirici  bildirmişdir  ki,  2013-cü  ildə 
Azərbaycanda insan alveri ilə məşğul olan 12 şəxsdən ibarət beş cinayətkar dəstə həbs olunmuşdur. 
Cinayət  axtarış  tədbirləri  nəticəsində  insan  alveri  ilə  bağlı  80  hal  və  məcburi  əməklə  bağlı  dörd  hal 
aşkar edilmiş, insan alverinə məruz qalmış 56 şəxs müəyyən olunmuşdur.  
2015-i ilin aprel ayında
188
 Milli Əlaqələndirici Parlamentə bildirmişdir ki, görülən tədbirlər nəticəsində 
2014-cü ildə 97 insan alveri halı və 4 məcburi əmək və insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən 
sənədləri saxtalaşdırma halı aşkar edilmişdir. Bu, 2013-cü illə müqayisədə 21 faiz artıq olmuşdur. Bu 
əməllərə  görə  26  şəxs  (18  qadın,  8  kişi)  cinayət  məsuliyyətinə  cəlb  olunmuş  və  doqquz  mütəşəkkil 
dəstə zərərsizləşdirilmişdir. 
Son on ildə aparılan araşdırmalar nəticəsində 681 insan alveri və məcburi əməyə cəlbetmə halı aşkar 
edilmişdir.  Bu  əməllərə  görə  408  şəxs  cinayət  məsuliyyətinə  cəlb  olunmuşdur  ki,  bunlardan  da  85 
faizi  (347)  qadınlar  və  15  faizi  (61)  kişilər  olmuşdur.  Ümumilikdə  167  cinayətkar  dəstə 
zərərsizləşdirilmişdir. Bu cinayətlər aldatma, səlahiyyətdən və ya müdafiəsizlik vəziyyətlərindən sui-
istifadə yolu ilə törədilmişdir. Müəyyənləşdirilən 583 qurbandan ümumilikdə 90 faizi cinsi istismara 
və 10 faizi isə məcburi əməyə məruz qalmışdır. Qurbanlardan 3.6 faizi (21) uşaqlar olmuşdur.
 189
 
                                                            
184
 ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət Planı. PC.dek./557, iyul 2003-cü il. 
185
 ATƏT-in Daimi Şurasının Qərarı Nr.557 
186
 ATƏT  Nazirlər  Şurasının  iyirmi  birinci  toplantısı  üçün  Birlik  Dövlətlərinin  İcraiyyə  Şurasının  yazılı  müraciəti, 
Bazel, 4 – 5 dekabr 2014-cü il 
187
 
http://www.meclis.gov.az/?/az/report/76
 (azərbaycan dilində). 
188
 
http://www.meclis.gov.az/?/az/report/79
 (azərbaycan dilində)  
189
 Ingilis dilində 
http://www.mia.gov.az/?/en/speech/view/33
 və azərbaycan dilində  
http://www.mia.gov.az/?/az/speech/view/33/
  


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə