Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə62/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
126
 
yaxud  bu  məlumatları  qəsdən  yayma  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş məsuliyyətə səbəb olur. 
 
6.9. Hüquqi yardım 
2009  –  2013-cü  illər  üçün  Azərbaycanın  Milli  Fəaliyyət  Planının  insan  alveri  cinayətləri  əleyhinə 
təqibləri gücləndirmə  adlı 6-cı fəslində «məhkəmə proseslərində qurbanların müdafiəsinə vəkilləri 
cəlb  etmək »lə  bağlı  müddəa  daxil  edilmişdir.  Bundan  əlavə,  MFP-də  Hökumətdən  qurbanlara 
göstərilən hüquqi yardımın effektiv, uzunmüddətli və davamlı olmasını təmin etmək tələb olunurdu.
 
207
 
İnsan alveri qurbanları üçün Milli İstiqamətləndirmə Mexanizmi Qaydalarının “Qurbanların 
hüquqlarının müdafiəsi” başlıqlı 3-cü maddəsində deyilir:  
“3.1.  Qurbanlar  pulsuz  hüquqi  yardım  almaq  hüququna  malikdirlər.  Qurbanlar  pulsuz  hüquqi 
yardım  və  bu  yardımı  göstərən  təşkilatlar  barədə  xüsusi  polis  qurumu  və  qeyri-hökumət 
təşkilatlarından məlumat alırlar”. 
İnsan  alveri  qurbanına  qurbanın  qohumu  və  ya  Vəkillər  Assosiasiyasının  üzvü  ilə  təmsil  olunmaq 
imkanını vermək üçün 2014-cü ilin oktyabr ayında Azərbaycanda qanuna düzəliş edilmişdir. 
 
6.10 Azərbaycan Respublikasında prokurorların və hakimlərin rolu 
İnsan alveri ilə bağlı işlər beş regional Ağır Cinayətlər Məhkəməsinin səlahiyyətinə aiddir. Regiondakı 
prokurorlar  insan  alverinin  törədildiyi  şübhə  edilən  işlərlə  rastlaşdıqda  onları  Baş  Prokurorluğa 
göndərməlidirlər  və  Baş  Prokuroluq  isə  dərhal  işlə  bağlı  bütün  məlumatları  Daxili  İşlər  Nazirliyinin 
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə göndərir, o da öz növbəsində ilkin araşdırmaların aparılması 
üçün  Nazirliyin  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsi  ilə  əlaqə  saxlayır.Baş  Prokuror 
araşdırmalara nəzarət edir və iş məhkəməyə çatdıqda onunla məşğul olur.
 208
  
Azərbaycan Respublikasının Prokurorluğu prosedurlara əsasən və qanunvericiliklə nəzərdə tutulmuş 
hallarda  qanunların  icrasına  və  tətbiqinə  nəzarət  edir;  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda 
cinayət işi başlayır və ibtidai araşdırma aparır; ibtidai araşdırmada prosessual rəhbərliyi həyata keçirir 
və qanunlara riayət olunmasına nəzarət edir; məhkəmələrdə ittihamı müdafiə edir;  məhkəmələrdə 
protest  verir;  mülki  və  iqtisadi  mübahisələrlə  bağlı  şikayətçi  qismində  iştirak  edir;  məhkəmə 
qərarlarından apelyasiya şikayəti verə bilir.  
Prokurorluq, həmçinin məhkəmələr tərəfindən təyin olunmuş cəzaların icrasına, araşdırma orqanları 
tərəfindən  qanunların  icrasına,  tətbiqinə  və  əməliyyat  axtarış  fəaliyyəti  və  qanunvericiliklə  nəzərdə 
tutulmuş  hallarda qanunların icrasına və tətbiqinə  nəzarət  edir. Prokurorluğun üzərinə qanunda və 
Azərbaycan  Respublikasının  Konstitusiyasında  nəzərdə  tutulmayan  vəzifələrin  qoyulması 
qəbuledilməzdir.
 209
 
                                                            
207
 145 ATƏT Ehtiyacların Qiymətləndirilməsinə dair Hesabat. Azərbaycan Respublikasında insan alveri əleyhinə 
tədbirlər. 2010-cu il, səh. 22. 
208
 Azərbaycan Respublikasının Prokurorluğu, https://www.azerbaijans.com › Ana səhifə › HÖKUMƏT 
ORQANLARI. 
209
 GRETA  2014-cü  il  Avropa  Şurasının  İnsan  alverinə  qarşı  mübarizə  üzrə  Konvensiyasının  Azərbaycan 
tərəfindən yerinə yetirilməsinə dair hesabat, səh.14.   


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
127
 
Məhkəmə  prosesləri  zamanı  dövlət  ittihamçısının  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının 
Cinayət Prosessual Məcəlləsinin 84-cü maddəsində təsbit olunmuşdur. 
 “Prokuror  cinayət  proseslərində  tələb  olunan  sübutetmə  standartına  uyğun  olaraq 
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamları əsaslandırmaq, yəni əsaslı şübhə olmadan 
təqsirləndirilən  şəxsin  günahkar  olduğunu  müəyyənləşdirmək  üçün  araşdırmanın  nəticələrinə 
və toplanmış bütün dəlillərə əsaslanır. 
Əgər  cinayət  prosesində  digər  tərəflər  və  /  və  ya  iştirakçılar  prokurora  qarşı  etiraz  edirlərsə, 
CPM-nin  322.1.14  və  322.1.15-ci  maddələri  tətbiq  olunur.  CPM-nin  112  və  109-cu  maddələri 
etiraz üçün səbəbləri müəyyən edir. 
Prokuror  məhkəmə  prosesinin  gedişatında  subutetmə  standartlarına  uyğun  olaraq,  mövcud 
dəlillərin  bəzi  ittihamları  əsaslandırmadığını  aşkar  edərsə,  təqsirləndirilən  şəxsə  qarşı  bu 
ittihamları geri götürə bilər”.
210
   
Məhkəmə  proseslərində  ədalət  mühakiməsini  həyata  keçirərkən  hakimlərin  peşə  vəzifələri  və 
öhdəlikləri,  habelə  onlar  öz  vəzifələrini  yerinə  yetirmədikdə  onların  məsuliyyəti  Azərbaycan 
Respublikasının Hakimlərin Etik Davranış Kodeksində təsbit olunmuşdur (HEDK). Kodeksin IV Fəslinə 
əsasən,  Məhkəmə-Hüquq  Şurası  hakimlərin  işini  tənzimləyən  məhkəmə  standartlarını 
müəyyənləşdirən  və  onlara  nəzarət  edən  və  hakimlərin  fəaliyyətinin  tələb  keyfiyyət  standartlarına 
uyğun olmasını təmin edən dövlət qurumudur. 
Hakimlərin  Etik  Davranış  Kodeksinin  aşağıda  sitat  kimi  gətirilən 
I  fəsli
  məhkəmə  işlərində  ədalət 
mühakiməsini həyata keçirərkən hakimlərin əsas vəzifələrini tənzimləyir  
Maddə 1. Hakim bütün fəaliyyəti dövründə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında 
onun  məsuliyyətini  təcəssüm  etdirən  hakim  andına  sadiq  olmalı,  səlahiyyətlərini  həyata  keçirərkən 
və xidmətdən kənar fəaliyyətində bu anda uyğun davranış nümayiş etdirməlidir. 
Maddə 2. Hakim bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməli, «Məhkə-
mələr  və  hakimlər  haqqında»  Azərbaycan  Respublikasının  Qanununu  və  digər  normativ  hüquqi 
aktları  rəhbər  tutmalı,  cəmiyyətdə  məhkəmə  hakimiyyətinə,  habelə  hakimlərin  müstəqilliyinə  və 
qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir. 
Maddə 3. Ədalət mühakiməsinin həyata keçirilməsi üzrə vəzifələrin icrası hakimin fəaliyyətində üstün 
əhəmiyyətə malikdir. 
Maddə  4.  Hakim  ona  həvalə  olunmuş  işlərə  baxarkən,  öz  vəzifəsini  ləyaqətlə  icra  etməli,  fəaliyyə-
tində ədalətli, qərəzsiz və dəyanətli olmalıdır. 
Maddə  5.  Hakim  hər  bir  şəraitdə  şərəf  və  ləyaqətini  qorumalı,  məhkəmə  hakimiyyətinin  nüfuzuna, 
hakimin  yüksək  adına  xələl  gətirə,  ədalət  mühakiməsini  həyata  keçirərkən  onun  obyektivliyini  və 
müstəqilliyini şübhə altına ala bilən hər cür davranışdan çəkinməlidir. 
ATƏT Bakı Ofisi, Qanunun aliliyi və insan hüquqları bölməsi. Hakimlər üçün mühakiməyə dair əyani 
vəsait: birinci instansiya cinayət məhkəmələri. səh.7. 
 
                                                            
210
 ATƏT Bakı Ofisi – Qanunun aliliyi və insan hüquqları bölməsi. Hakimlər üçün mühakiməyə dair əyani vəsait: 
birinci instansiya cinayət məhkəmələri. səh.8.  


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə