Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə65/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
132
 
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydalarının “Qurbanların 
hüquqlarının müdafiəsi” başlıqlı 3-cü maddəsində deyilir: 
 “3.6.    Qurbanlar  kompensasiya  almaq,  cinayət  nəticəsində  dəymiş  maddi  və  mənəvi  ziyanın 
ödənilməsi məqsədi ilə mülki iddia qaldırmaq hüququna malikdirlər. 
3.7.  Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi  nəzdində  yaradılan  İnsan  Alveri 
Qurbanlarına  Kömək  Fondu  (bundan  sonra  -  Kömək  Fondu)  tərəfindən  qanunvericilikdə 
nəzərdə  tutulmuş  qaydada  qurbanlara  kompensasiya  ödənilir.  Kompensasiya  zərərçəkmişin 
hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq ödənilir. 
3.8.  İnsan  alverindən  zərər  çəkmiş  şəxslərə  dəymiş  ziyan  prosessual  qanunvericiliyə  uyğun 
olaraq  insan  alverçilərinin  əmlakı  hesabına,  bu  əmlak  kifayət  etmədikdə  isə  məhkəmənin 
qərarına əsasən Kömək Fondunun vəsaiti hesabına ödənilir. 
3.9.  Kömək  Fondu  tərəfindən  kompensasiyanın  ödənilməsi  sonradan  qurbanın  cinayət 
nəticəsində  dəymiş  maddi  və  mənəvi  ziyanın  ödətdirilməsini  tələb  etmək  hüququnu 
məhdudlaşdırmır”. 
Azərbaycan  Respublikasının  milli  qanunları,  insan  alveri  qurbanlarına,  cinayət  və  ya  mülki 
məhkəmələr qarşısında, cinayətkar hərəkət nəticəsində dəymiş maddi və ya qeyri-maddi ziyana görə 
kompensasiya üçün mülki iddia qaldırmaq imkanını verir. (bax, 3-cü maddə, Milli İstiqamətləndirmə 
Mexanizmi Qaydaları). Onlar cinayət məhkəmələri qarşısında, cinayətkar hərəkət nəticəsində məruz 
qaldıqları zərərə görə dövlətdən kompensasiya tələb edə bilərlər (bax, Cinayət Prosessual Məcəllənin 
191-ci maddəsi). Onlar həmçinin Cinayət Prosessual Məcəllənin qəbul  edilməsi və tətbiqi haqqında 
Qanunun  2-ci  maddəsinə  əsasən,  cinayət  prosesi  tamamlandıqdan  sonra  mülki  proseslər  vasitəsilə 
kompensasiya  tələb  edə  bilərlər.  Məhkəmə  insan  alveri  qurbanlarına  kompensasiya  ödəmək  üçün 
insan alverçilərindən müsadirə edilmiş vəsaitlərdən istifadə edə bilər. 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun “İnsan alverindən əldə 
edilmiş əmlakın müsadirə edilməsi və istifadə olunması” başlıqlı 22-ci maddəsində deyilir:  
“22.1  İnsan  alverindən  əldə  edilmiş  bütün  əmlak  (daşınmaz  əmlak,  pul  vəsaitləri,  qiymətli 
kağızlar  və  sair  əmlak)  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məhkəmənin  qərarı  ilə 
müsadirə olunur və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək fonduna keçirilir. 
22.2. İnsan alveri qurbanlarına kömək fondunda toplanmış vəsaitlər insan alveri qurbanlarına 
kompensasiyaların  ödənilməsinə,  onların  sosial  reabilitasiyasına,  tibbi  və  digər  zəruri 
xərclərinin ödənilməsinə yönəldilir”. 
İnsan  alveri  qurbanları  İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun 
22-ci və 23-cü maddələrinə və İnsan Alveri Qurbanları üçün Yardım Fondunun Əsasnaməsi haqqında 
Nazirlər Kabinetinin 68 nömrəli Qərarında əsasən, Azərbaycan Respublikasından kompensasiya tələb 
edə  bilərlər.  Bu  maddələrdə  insan  alveri  qurbanları  üçün  yardım  fondunun  təsis  olunması  nəzərdə 
tutulur.  İnsan  alveri  qurbanları  hüquq-mühafizə  orqanları  ilə  əməkdaşlıq  etmədikləri  halda  belə  bu 
fonddan  kompensasiya  ödənilə  bilər.  Bu  fond  insan  alverçilərindən  müsadirə  edilmiş  pul  və 
vəsaitlərdən  istifadə  olunmaqla  maliyyələşdirilə  bilər.  Qurban  insan  alveri  qurbanı  kimi 
müəyyənləşdirildikdən sonra onlar 400 AZN məbləğində ödəniş alırlar. Hüquq-mühafizə orqanları ilə 
əməkdaşlıq edən qurbanlar insan alverçilərinə qarşı kompensasiya tələbi irəli sürə bilərlər. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
133
 
İnsan alveri qurbanları əmək qanunvericiliyində, onların müqaviləyə malik olub-olmamalarına və ya 
müqavilənin müddəalarına baxmayaraq, mövcud olan hüquqlara malik ola bilərlər. Alternativ olaraq, 
insan  alveri  qurbanı  əmək  məhkəməsində  iddia  qaldırıla  bilməklə,  şifahi  və  ya  yazılı  şəkildə  əmək 
müqaviləsinin  pozulmasına  görə  iddia  qaldıra  bilər.  Bu  hüquqların  və  müqavilələrin  pozulması 
hallarında  məcburi  şəkildə  tətbiq  olunma  və  kompensasiya  tələb  oluna  bilər.  Bu  iddialar  cinayət 
proseslərinə əlavə olaraq və ya onun əvəzinə qaldırıla bilər.  
İş məcburi əmək üçün insan alveri ilə bağlı olduqda, bu, cinayət əməli kimi tövsif edilməli və proses 
başlanılmalıdır. Bu, insan alveri qurbanlarına yardım fondundan və ona çatmalı əmək haqqı əvəzinə 
dəyən mənəvi və maddi ziayana görə kompensasiya almaq üçün iddia qaldırmaq imkanını verəcəkdir. 
 
6.15 Miqrant qaçaqmalçılığı  
Azərbaycan  Respublikası  UNTOC  və  Qaçaqmalçılığa  dair  Protokolu  13  may  2003-cü  il  tarixdə 
ratifikasiya  etmişdir.  Azərbaycanın  Cinayət  Məcəlləsinin  318-ci  maddəsində  Azərbaycan 
Respublikasının dövlət sərhədini qanunsuz keçmənin anlayışı aşağıdakı kimi verilir: 
 “318.1.  Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  müəyyən  edilmiş 
sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə iki 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 
318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir 
qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən,  yaxud  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiqetmə  hədəsi  ilə  törədildikdə  beş  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır. 
 
QEYD: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan 
istifadə  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini 
keçmə  qaydalarını  pozmaqla  Azərbaycan  Respublikasına  gəlmiş  əcnəbi  və  ya  vətəndaşlığı 
olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları 
şamil edilmir. 
 
1999-cu ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına, Əməkçi fəhlələrin və onların ailə 
üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiyaya (1990-cı il) qoşulmuşdur. 11-ci 
maddədə  deyilir  “(i)  heç  bir  əməkçi  miqrant  və  ya  onun  ailə  üzvü  köləlikdə  və  ya  kölə  vəziyyətində 
saxlanıla  bilməz  (ii)  Heç  bir  əməkçi  miqrantdan  və  ya  onun  ailə  üzvündən  icbari  və  ya  məcburi  işi 
görmək tələb olunmamalıdır”. 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə